Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Audit jurnalı
Audit jurnalı− sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədi ilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan auditBir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Ali audit qurumu
Ali audit qurumu — hökumət fəaliyyətlərinin auditini həyata keçirən müstəqil dövlət səviyyəli qurum. Əksər ali audit qurumları öz ölkələrinin mövcud qanunvericiliyə uyğun olaraq təsis edilmişdir. Ali audit qurumları dövlət vəsaitlərinin istifadəsinə nəzarət edir, dövlət maliyyə hesabatlarının keyfiyyətini və düzgünlüyünü yoxlamaqla ölkədə nəzarətin və hesabatlılığın təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının ali audit qurumu Azərbaycan Respublikasının Hesablama Palatasıdır.
Böyük dördlük (audit)
«Böyük dördlük» — dünyanın dörd ən böyük auditoriyası və konsaltinq şəbəkəsi:Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və KPMG. Tək şirkətlər deyil həmçinin beynəlxalq şirkətlər şəbəkələridir və bu şəbəkələrdəki şirkətlərin çoxu yalnız bir ölkədə fəaliyyət göstərir. == Tarixi == Əvvəllər səkkiz böyük firma təşkil edirdi və bunlar toplu olaraq "Böyük Səkkiz" adlanırdı. 1989-cu ildə «Deloitte, Haskins and Sells» и «Touche Ross» «Deloitte & Touche» (indiki «Deloitte») birleşmesini, «Ernst & Whinney» и «Arthur Young & Co» «Ernst & Young» nun birleşmesi baş verdi. 1998-ci ildə «Price Waterhouse» və «Coopers & Lybrand» в «PricewaterhouseCoopers»-a birləşdi. Nəhayət, 2002-ci ildə «Arthur Andersen» böyük müştəri axınının getməsi yaşadı, şirkət fəaliyyətini dayandırdı və «böyük səkkiz» «böyük dördlük» oldu.
Arbitraj komitəsi
Arbitraj (en.Arbitration, ru.Арбитражный суд)— qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Vikipediyada Arbitraj komitəsi və ya AK - (en.Arbitration committee, ru.Арбитражный Комитет) idarəçilərdən və bürokratlardan təşkil edilmiş xüsusi komitədir. Bütün mübahisəli məsələlər və məqalələr Arbitraj komitəsində müzakirəyə çıxarıldıqdan sonra onlarla bağlı yekun qərar qəbul edilir. == Həmçinin bax == İstifadəçi qrupları Vikipediya Vikimediya Arbitraj == Xarici keçidlər == The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Meltzer Komitəsi
Meltzer Komitəsi (ing. Meltzer Commission) — 1998-ci ildə ABŞ Konqresi tərəfindən yaradılmış Beynəlxalq Maliyyə Qurumları üzrə Məsləhətçi Komitənin qısa adıdır. Rəhbəri olmuş Allan Meltzerin adı ilə çağrılır. Meltzer Komitəsinin məqsədi BVF və DB kimi dünya miqyaslı iqtisadi təşkilatlara ABŞ dövlətinin ayırdığı vəsaitin hədər gedib-getmədiyini üzə çıxarmaq və onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürməkdir. Komitənin verdiyi ən mühüm tövsiyələrdən biri BVF və DB arasında aydın əmək bölgüsünü bərpa edib təkrarlanan funksiyaları aradan götürməkdir. Bu baxımdan BVF-nin orta və uzun müddətə borc verməsini dayandırmaq və bunu yalnız DB-nın regional qollarının öhdəsinə buraxmaq məsləhət görülür. BVF isə son çarə kreditoru olaraq yalnız maliyyə sabitliyi baxımından əvvəlcədən müəyyən olunmuş şərtləri ödəyən ölkələrə qısamüddətli kreditlər ayırmalıdır. Həmçinin, Fondun kreditləri bazar qiymətlərindən xeyli yüksək faiz dərəcəsi ilə verilməlidir ki, ona doğrudan da son çarə kimi müraciət olunsun. Beləcə,BVF dünya maliyyə sabitliyini qoruyan və üzvü olan ölkələrdə sağlam fiskal siyasəti təbliğ edən “daha kiçik bir qurum” şəklinə düşər. DB-nin isə öz növbəsində “Dünya İnkişaf Agentliyinə” çevrilərək yoxsul ölkələrə borc verməkdənsə, səylərini texniki yardım və yoxsulluğu azaltma qrantlarının verilməsinə yönəltməsi lazım bilinir.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
300-lər Komitəsi
Komitet 300 və ya 300-lər Komitəsi (ing. Committee of 300) — Yer kürəsində Vahid Dünya Hökuməti (Yeni Dünya Nizamı) yaratmaq istədikləri iddia olunan siyasi-iqtisadi-ictimai təşkilat.
Azərbaycan İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, D. Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, B. Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Amerika Yəhudi Komitəsi
Amerika Yəhudi Komitəsi (American Jewish Committee) — 11 noyabr 1906-cı ildə yaradılmış yəhudilərin maraqlarının təbliğatını aparan qrupdur. Bu, ən qədim yəhudi təbliğat təşkilatlarından biridir və The New York Times-a görə, "geniş miqyasda Amerika yəhudi təşkilatlarının duayeni kimi qəbul edilir". 2009-cu ildən etibarən AYK özünü "Yəhudilərin və İsrailin təbliği üçün Qlobal Mərkəz" kimi təqdim edir. == Haqqında == Amerika Yəhudi Komitəsi (AYK) beynəlxalq təbliğat təşkilatıdır və onun əsas diqqət mərkəzində olan məsələ yəhudilərin dini və mülki hüquqlarını beynəlxalq səviyyədə təbliğ etməkdir.Təşkilatın ABŞ-də 22 regional ofisi, xaricdə 10 ofisi və dünya üzrə yəhudi icma institutları ilə 33 beynəlxalq tərəfdaşlığı mövcuddur. AYK-nın proqram və şöbələrinə Afrika İnstitutu, Asiya Sakit Okean İnstitutu, Amerika Plüralizmi üzrə Belfer Mərkəzi, İnsan Hüquqlarının İnkişafı üzrə Yakob Blauşteyn İnstitutu, Müasir Yəhudi Həyatı, Hökumət və Beynəlxalq Münasibətlər, Harriet və Robert Haylbrun Beynəlxalq Dinlərarası Münasibətlər İnstitutu, Dinlərarası və Qruplararası Münasibətlər, Doroti və Yulius Koppelman Amerika Yəhudi-İsrail Münasibətləri İnstitutu, Latino və Latın Amerikası İnstitutu, Layihə Mübadiləsi, Lourens və Li Ramer Alman-Yəhudi Münasibətləri İnstitutu, Rusiya ilə Əlaqələr, Skandinaviyaya Təşəkkür, Transatlantika İnstitutu və Müsəlman-Yəhudi Məsləhət Şurası daxildir. == Tarixi == === 1900 – 1929 === 11 noyabr 1906-cı ildə 81 yəhudi əsilli amerikalı Amerika Yəhudi Komitəsini yaratmaq üçün Nyu-Yorkdakı Savoy hotelində bir araya gəldi. Qrup Rusiya İmperiyasında yəhudilərə qarşı qırğınlardan narahat idi. Komitənin rəsmi bəyanatında qurulma məqsədi ilə bağlı "yəhudilərin mülki və dini hüquqlarının pozulmasının qarşısını almaq və təqiblərin nəticələrini yüngülləşdirmək" qeyd edilmişdi. İlk illərində təşkilata hüquqşünas Lüis Marşal, bankir Yakob H. Şif, hakim Mayer Sultsberger, alim Sayrus Adler və digər imkanlı və siyasi əlaqələri olan yəhudilər rəhbərlik edirdi. Sonrakı liderlər hakim Cozef M. Proskauer, Yakob Blauşteyn və İrvinq M. Encel idi.
Avropa Bölgələr Komitəsi
Avropa Bölgələr Komitəsi ( ing. Committee of the Regions ) — qısa adı CoR Avropa Birliyi Anlaşmasıyla qurulmuşdur. Komitənin 329 həqiqi üzvü və eyni sayda alternativ üzvü var. Komitə işlərini Lüksemburqda aparır.İlk iclasını 9–10 mart 1994-cü ildə keçirmişdir. Avropa Birliyi Anlaşması Şura və Komissiyanın regional maraqlarının əsas olduğu təhsil, gənclər, mədəniyyət, cəmiyyətin sağlamlığı, iqtisadi və ictimai bütünləşmə və Avropa səviyyəsində nəqliyyat, telekommunikasiya, enerji sahələri kimi mövzularda Bölgələr Komitəsinin fikrinə müraciət edilməni zərurət halına gətirmişdir. Bölgələr Komitəsi bundan başqa özbaşına da fikir bildirə bilər. Bölgələr Komitəsinin fəaliyyətləri ildə 5 dəfə təşkil olunan əsas heyət iclaslarından başqa 8 komissiya və 4 alt komissiya tərəfindən yeridilir. Komitəyə bağlı bir xüsusi komissiya Avropa Birliyində təşkilati islahat mövzusunda hesabat hazırlayır. 1999-cu il Amsterdam Anlaşmasıyla müstəqillik qazanan Komitə Birlik nizamnaməsi ilə əlaqəli yerli mövzuları gündəmə gətirir və səlahiyyət yerləşdirməsi prinsipilə işləyir. Buna görə Birlik hüququnun yerli və ya regional qaydalardan daha əlverişli olmadığı hallar xaricində müdaxilə etmir.
Azərbaycan Arxeoloji Komitəsi
Azərbaycan Arxeoloji Komitəsi (AAK; Азәрбајҹан Археоложи Комитәси) — Azərbaycan SSR-də tarixi abidələri qeydə almaq, mühafizə etmək və öyrənməklə məşğul olmuş komitə. Azərbaycan Arxeoloji Cəmiyyəti və Abidələri Mühafizə Komissiyasının birləşdirilməsi nəticəsində, 1923-cü ildə yaradılmışdır. Sədri Tağı Şahbazi Simurğ olmuşdur. Akademik Vasili Bartold komitəyə fəxri üzv seçilmişdi. 3 may 1925-ci ildə AAK-ın nizamnaməsi təsdiq olunmuşdur. AAK Abşeron, Lənkəran, Salyan və s. yerlərdə tədqiqat işləri aparmışdı. AAK-ın "Xəbərləri" nəşr olunurdu. 1927-ci ildə Azərbaycanda Asari-ətiqə, İncəsənət və Təbiəti Mühafizə Komitəsinə çevrilmişdir. 1930-cu ildə bu komitə ləğv olunmuş, səlahiyyəti abidələri mühafizə edən Azərbaycan mərkəzi idarəsinə verilmişdir.
Bakı Texnika Komitəsi
Bakı texnika komitəsi — Neft emalı sənayesinə dair statistika məlumatlarının hazırlanması, neft məhsullarının keyfiyyətinin yoxlanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həlli ilə məşğul olan orqan. == Yaradılması və faəliyyəti == Əsası 1887-ci il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin yoxlanmasına və ixracına nəzarət üçün Bakı brakeraj komitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiyi həmin komitəyə dövlət əmlak nazirliyinin nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli sənayeçilərin 3 nümayəndəsi daxil idi. 1891-ci il iyunun 11-də Bakı brakeraj komitəsi BTK-yə çevrildi. Ticarət, sənaye və ərzaq nazirliyi nəzdində olan komitə sədr, texnik, laborant və katibdən ibarət idi. Mədən nəzarəti idarəsinin və aksiz rüsumları idarəsinin nümayəndələri üzv hüququnda komitəyə daxil idilər. Komitənin vəzifələrinə işıqlandırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsullarının yoxlanılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yoxlanmasında texniklərlə neft sənayeçiləri arasında yaranan mübahisələrin müzakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika məlumatlarının hazırlanması və digər məsələlər daxil idi. BTK 1918-ci il mayın 13-də Bakı Xalq Komissarları Sovetinin qərarı ilə ləğv olunmuşdu. == Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyətii qurulduqdan sonra komitə bərpa olundu və yenidən öz vəzifələrinin icrasına başladı.
Beynəlxalq Olimpiya Komitəsi
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
Diasporalar Koordinasiya Komitəsi
Diasporlar Koordinasiya Komitəsi – 20 yanvar 2013-cu il tarixində Azərbaycanın paytaxtı Bakıdakı Türk Şurası Diaspor İşlərindən Məsul Nazirlər və Qurum Nazirlərinin birinci toplantısında qurulmuş təşkilatdır. == Haqqında == Türkdilli ölkələrin diasporları bu komitə altında birləşmişdir. Məqsədi "türk diasporları arasındakı əlaqəni, kommunikasiyanı və bağlılığı təmin etmək" olaraq açıqlanmışdır. Türkdilli Ölkələr Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı etdiyi açıqlamasında bunları demişdir: İlk öncə, çalışma qrupu qurulacaq. Dünyanın hər yerində diasporumuz var və milyonlarla insan tərəfindən təmsil edilirik. Bunların gücləri birləşəcək və bunların hamısının fəaliyyətlərini kordinasiya edəcəyik. Təmas qrupu da ilk toplantısını apreldə reallaşdıracaq və sonrasında nazirlər toplanacaq. Toplantı nəticəsində də dövlət rəhbərlərinə hesabatlar veriləcək.Üzv Dövlətlərin Diaspor Qurumları ilə Türk Şurasının Beşinci Diaspor Əlaqə Qrupu Yığıncağı arasında Təcrübə Mübadiləsi Proqramı 8 Fevral 2019-cu ildə Fəxri Yolu, Şəhidlər Anıtı və Bakı Türk Şəhidləri Anıtını ziyarətlə başladı. İclas, Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Komitənin Birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Erkan Özaral, Türkiyə Respublikası, Xarici Türklər və Əlaqəli İcmalar (YTB) vitse-prezidenti Abdulhadi Turus, Qazaxıstan Respublikası Sosial İnkişaf Nazirliyi Diasporla ünsiyyət üçün məsuliyyət daşıyan İctimai İcma Komitəsi və qarşılıqlı fəaliyyət şöbəsinin müdiri Meiram İmanbayev, Qırğızıstan Dövlət İmmiqrasiya Xidmətinin nümayəndəsi Galieva Jarkhinay, üzv dövlətlərin nümayəndələri, üzv ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və TürkPA, Türk Mədəniyyəti və İrsi Vəqfinin və TIKA nümayəndəliyinin nümayəndələri. iclasda iştirak etdi.
Diasporlar Koordinasiya Komitəsi
Diasporlar Koordinasiya Komitəsi – 20 yanvar 2013-cu il tarixində Azərbaycanın paytaxtı Bakıdakı Türk Şurası Diaspor İşlərindən Məsul Nazirlər və Qurum Nazirlərinin birinci toplantısında qurulmuş təşkilatdır. == Haqqında == Türkdilli ölkələrin diasporları bu komitə altında birləşmişdir. Məqsədi "türk diasporları arasındakı əlaqəni, kommunikasiyanı və bağlılığı təmin etmək" olaraq açıqlanmışdır. Türkdilli Ölkələr Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı etdiyi açıqlamasında bunları demişdir: İlk öncə, çalışma qrupu qurulacaq. Dünyanın hər yerində diasporumuz var və milyonlarla insan tərəfindən təmsil edilirik. Bunların gücləri birləşəcək və bunların hamısının fəaliyyətlərini kordinasiya edəcəyik. Təmas qrupu da ilk toplantısını apreldə reallaşdıracaq və sonrasında nazirlər toplanacaq. Toplantı nəticəsində də dövlət rəhbərlərinə hesabatlar veriləcək.Üzv Dövlətlərin Diaspor Qurumları ilə Türk Şurasının Beşinci Diaspor Əlaqə Qrupu Yığıncağı arasında Təcrübə Mübadiləsi Proqramı 8 Fevral 2019-cu ildə Fəxri Yolu, Şəhidlər Anıtı və Bakı Türk Şəhidləri Anıtını ziyarətlə başladı. İclas, Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Komitənin Birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Erkan Özaral, Türkiyə Respublikası, Xarici Türklər və Əlaqəli İcmalar (YTB) vitse-prezidenti Abdulhadi Turus, Qazaxıstan Respublikası Sosial İnkişaf Nazirliyi Diasporla ünsiyyət üçün məsuliyyət daşıyan İctimai İcma Komitəsi və qarşılıqlı fəaliyyət şöbəsinin müdiri Meiram İmanbayev, Qırğızıstan Dövlət İmmiqrasiya Xidmətinin nümayəndəsi Galieva Jarkhinay, üzv dövlətlərin nümayəndələri, üzv ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və TürkPA, Türk Mədəniyyəti və İrsi Vəqfinin və TIKA nümayəndəliyinin nümayəndələri. iclasda iştirak etdi.
Dövlət Müdafiə Komitəsi
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum. == Hadisələr == 1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər. Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Dövlət Təhlükəsizlik Komitəsi
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…"1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
Dövlətlərarası Aviasiya Komitəsi
Dövlətlərarası Aviasiya Komitəsin (rus. Межгосударственный авиационный комитет) — MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsi. == Tarixi == 30 dekabr 1991-ci ildə yaranmışdır. == Üzvləri == Hazırda bu təşkilat keçmiş SSRİ-nin 12 dövlətini özündə birləşdirir: Azərbaycan Belarus Ermənistan Moldova Özbəkistan Qazaxıstan Qırğızıstan Gürcüstan Rusiya Tacikistan Türkmənistan Ukrayna == Rəhbərləri == Təşkilatın hazırkı sədri Tatyana Anodinadır.
Fransa-Qafqaz Komitəsi
Fransa - Qafqaz komitəsi - Azərbaycanın və Gürcüstanın Fransa tərəfindən tanınması üçün fəaliyyət göstərmiş qeyri-hökumət qurumu. == Yaranması == "Fransa-Qafqaz" komitəsi Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələr yatarmaqda marağı olan "Aique Navale Frans anse" cəmiyyətinin tərkibində yaranmışdı. == Yaranmasının səbəbi == Komitənin sədri Fransa parlamentinin üzvü, keçmiş ticarət naziri de Monzye Qafqaz respublikaları ilə, xüsusilə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verirdi. Onun fikrincə, müsəlman ölkəsi olan Azərbaycan bütün İslam dünyası ilə əlaqələrin inkişafında mühüm rol oynaya bilərdi. == Fəaliyyəti == Komitənin üzvü Labri 1919 il avqustun 27-də Azərbaycan və gürcü nümayəndələrilə keçirilən iclasda Rusiyadan ayrılmış millətlərin müdafiə edilməsinin zəruriliyini bildirdi. Azərbaycan nümayəndələrindən Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli, gürcülərdən Qobeçia, knyaz Sumbatov və knyaz Avalov "Fransa-Qafqaz" komitəsinin işinə cəlb edilmişdilər. Komitənin avqustun 27-də keçirilən iclasında de Monzye Azərbaycan və Gürcüstan barəsində Fransa parlamentində çıxış etməyə razılıq verdi. Avqustun 28-də Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin sədrləri komitənin üzvü Labri ilə görüşüb de Monzyenin parlament çıxış ının forma və xarakterini müzakirə etdilər. Bundan əlavə, de Monzye Fransa rəsmi dairələrinin Qafqaz respublikalarına, o cümlədən Azərbaycan və Gürcüstana münasibəti barədə Fransa xarici işlər nazirliyinə deputat sorğusu ilə müraciət etdi. Sorğuya cavabdan aydın oldu ki, Fransa hökuməti Azərbaycanla iqtisadi əlaqələr, o cümlədən ticarət münasibətləri yaratmağa meyl göstərir.
Fransa - Qafqaz komitəsi
Fransa - Qafqaz komitəsi - Azərbaycanın və Gürcüstanın Fransa tərəfindən tanınması üçün fəaliyyət göstərmiş qeyri-hökumət qurumu. == Yaranması == "Fransa-Qafqaz" komitəsi Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələr yatarmaqda marağı olan "Aique Navale Frans anse" cəmiyyətinin tərkibində yaranmışdı. == Yaranmasının səbəbi == Komitənin sədri Fransa parlamentinin üzvü, keçmiş ticarət naziri de Monzye Qafqaz respublikaları ilə, xüsusilə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verirdi. Onun fikrincə, müsəlman ölkəsi olan Azərbaycan bütün İslam dünyası ilə əlaqələrin inkişafında mühüm rol oynaya bilərdi. == Fəaliyyəti == Komitənin üzvü Labri 1919 il avqustun 27-də Azərbaycan və gürcü nümayəndələrilə keçirilən iclasda Rusiyadan ayrılmış millətlərin müdafiə edilməsinin zəruriliyini bildirdi. Azərbaycan nümayəndələrindən Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli, gürcülərdən Qobeçia, knyaz Sumbatov və knyaz Avalov "Fransa-Qafqaz" komitəsinin işinə cəlb edilmişdilər. Komitənin avqustun 27-də keçirilən iclasında de Monzye Azərbaycan və Gürcüstan barəsində Fransa parlamentində çıxış etməyə razılıq verdi. Avqustun 28-də Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin sədrləri komitənin üzvü Labri ilə görüşüb de Monzyenin parlament çıxış ının forma və xarakterini müzakirə etdilər. Bundan əlavə, de Monzye Fransa rəsmi dairələrinin Qafqaz respublikalarına, o cümlədən Azərbaycan və Gürcüstana münasibəti barədə Fransa xarici işlər nazirliyinə deputat sorğusu ilə müraciət etdi. Sorğuya cavabdan aydın oldu ki, Fransa hökuməti Azərbaycanla iqtisadi əlaqələr, o cümlədən ticarət münasibətləri yaratmağa meyl göstərir.
Gürcüstan Azadlıq Komitəsi
Gürcüstan Azadlıq Komitəsi (gürc. საქართველოს დამოუკიდებლობის კომიტეტი, Sak’art’velos damoukideblobis komiteti) və ya Paritet Komitəsi (gürc. პარიტეტული კომიტეტი, Paritetuli komiteti) — 1920-ci illərin əvvəllərində Gürcüstan Sovet Sosialist Respublikasının ərazisində fəaliyyət göstərmiş yeraltı anti-sovet təşkilatı. Gürcü xalqı arasında daha çox "Damkom" (damoukideblobis komiteti, azadlıq komitəsi) qısaldması ilə tanınmışdır. Komitə 1924-cü ilin avqust ayında Gürcüstanda baş tutmuş avqust qiyamının hazırlanmasında və həyata keçirilməsi işinə rəhbərlik etmişdir və daha çox bu qiyamla tanınmışdır. Komitə 1922-ci ilin may ayında Sosial Demokrat Partiyası və keçmiş müxalif partiyalarından olan Milli Demokratik Partiyası və Federalist Partiyası ilə aparılmış müzakirələr əsasında yaradılmışdır. Hər bir partiya Damkomda bir nəfər nümayəndə ilə təmsil olunurdu və təşkilata rəhbərliyi isə Sosial Demokrat Partiyasından olan şəxs həyata keçirdirdi. Gürcüstam Azadlıq Komitəsinin ilk rəhbəri Gogita Paghava olmuşdur. Rəhbərlik etdiyi qısa dövrdə, təşkilatın fəaliyyəti SSRİ-nin gizli polis təşkilatı Çeka tərəfindən müəyyənləşdirilmiş və Gogita Paghava həbs edilmişdir. Sədr postu qısa müddətli Nikoloz Karsivadzeyə keçdikdən sonra 1923-cü ilin 17 mart tarixində vəzifəyə Kote Andronikaşvili gətirilmişdir.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
Cudit Forsa
Cudit Forsa (d. 7 iyun 1996) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Cudit Forsa, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Cudit Ridli
Cudit Ridli (ing. Judith Ridley; 2 fevral 1946, Pitssburq, Pensilvaniya) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu Yaşayan ölülərin gecəsi filmində "Cudi" roludur. Bu filmdə iştirak edən Rassell Ştrayner ilə evlilikdən sonra filmlərdə adı Cudit Ştrayner (ing. Judith Streiner) kimi səslənirdi. Film karyerası boyu cəmi iki filmdə rol almışdır.
Judit Batler
Judit Batler (ing. Judith Butler) feminizm, kivr-nəzəriyyəsi, siyasi fəlsəfə və etika mövzularına əhəmiyyətli təsir göstərmiş poststrukturalizm nümayəndəsi olan Amerikalı filosofdur. Fəlsəfə doktoru, Berklidəki Kaliforniya Universitetinin professorudur (1993-dən). Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2007), Britaniya Akademiyasının müxbir üzvüdür (2015). Ən məşhur kitabı "Cinsiyyət Problemi: Feminizm və şəxsiyyətin dəyişməsi"-dir (ing. "Gender Trouble: Feminism and the Subversion of Identity"). == Bioqrafiyası == Rus və Macar əsilli yəhudi ailəsində anadan olub. Əvvəl Beninqton kollecində, sonra Yel Universitetində fəlsəfə təhsili alır, burada 1978-ci ildə bakalavr dərəcəsini və 1984-cü ildə doktorluq dərəcəsini alır. 1984-1993-cü illərdə Uesleyan Universitetində, Corc Vaşinqton Universitetində və Cons Hopkins Universitetində dərs demişdir. 1993 -cü ildən Berkli Kaliforniya Universitetində ritorika və müqayisəli ədəbiyyat üzrə professordur.
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. == Haqqında == Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. == Vergi auditinin məqsəd və vəzifələri == İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
Yudit Hauser
Yudit Hauser (d. 23 sentyabr 1992) — Almaniyanı təmsil edən bədii gimnast. Yudit Hauser 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yudit Hauser 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Yudit Polqar
Yudit Polqar — macarıstanlı şahmatçı. Yudit Polqar 15 yaşında ikən dünyanın ən gənc qrosmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.
Varqa Yudit
Varqa Yudit (mac. Varga Judit; 10 sentyabr 1980, Mişkolç) — Macarıstan hüquqşünası, siyasətçi və dövlət xadimi. Fidez partiyasının üzvü. 2019-cu il iyulun 12-dən ədliyyə naziri vəzifəsini icra edir. 2018–2019-cu illərdə Macarıstan Baş Nazirinin Aparatında Macarıstanın Avropa İttifaqı işləri üzrə Dövlət Katibi olmuşdur. == Bioqrafiya == 10 sentyabr 1980-ci ildə Mişkols şəhərində anadan olmuşdur. 1993–1999-cu illərdə Mişkolsdakı Avas Gimnaziyasında oxuyub. 1999–2004-cü illərdə Mişkols Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004-cü illərdə isə respublika təqaüdü almışdır. 2003-cü ildə o, Nyurtingen-Qayslingen İqtisadiyyat və Ekologiya Ali Məktəbinin Erasmus tələbə təşəbbüsündən təqaüdünü alır.
Audi R8
Audi R8 Almaniya mənşəli avtomobil istehsalçısı Audi şirkəti tərəfindən istehsal edilən orta yerləşən mühərrikli idman avtomobilidir. 2005-ci ildə Audi müvəffəqiyyətli yarış modeli Audi R8 adını daşıyan bir modelin yol versiyasını satışa çıxarılacağını elan etdi və 2006-cı ildə 2003-cü ildə Genuya avtosalonunda nümayiş etdirilən Audi Le Mans Quattro konsept modelindən hazırlanmış yeni model R8-i təqdim etdi.
Cudit O'Di
Cudit O'Di (ing. Judith O'Dea; 20 aprel 1945) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu "Yaşayan ölülərin gecəsi" filmində Barbara roludur. Cudit O'Di şifahi kommunikasiyalar tədrisi ilə məşğul olan "O'Dea Communications" firmasının sahibəsidir. == Seçilmiş filmoqrafiya == 1968: Yaşayan ölülərin gecəsi == İstinadlar == == Xarici keçidlər == Cudit O'Di — IMDb səhifəsi. O'Dea Communications.
Dipa Nusantara Aidit
Dipa Nusantara Aidit (30 iyul 1923, Belitung – 22 noyabr 1965, İndoneziya) — İndoneziya kommunist siyasətçisi. == Həyatı == Dipa Nusantara Aidit 30 iyul 1923-cü ildə anadan olmuşdur. O, İndoneziya mütərəqqi gənclər hərəkatında iştirak etmiş, 1943-cü ildən İndoneziya Kommunist Partiyasının (İKP) üzcü olmuşdur. İstiqlaliyyət uğrunda mübarizədə iştirak etdiyi üçün 1945-ci ildə Yaponiya, sonra isə Birləşmiş Krallıq və Niderland hərbi orqanları tərəfindən həbs edilmişdir. 1947-ci ildən İKP MK-nın, 1948-ci ildən İKP MK Siyasi Bürosunun üzvü, 1951-ci ildən İKP MK katibi, 1954-1959-cu illərdə MK-nın Baş katibi, 1959-cu ildən İKP MK sədri olmuşdur. Aidit 1959-cu ildən Ali Məsləhət Şurasının üzvü, 1961-ci ildən Müvəqqəti Xalq Konqresi sədrinin müavini 1962-ci ildən İndoneziya hökumətində nazir idi. Aiditin başçılıq etdiyi İKP nümayəndə heyəti 1959-cu ilin fevralında Azərbaycanda olmuşdur. Nümayəndə heyəti Bakı və Sumqayıtın bir sıra sənaye müəssisəsində fəhlələrlə görüşmüşdür. 1965-ci ildə "30 sentyabr hadisələri"ndən sonra Aidit hökumət qüvvələri tərəfindən öldürülmüşdür.
Ətraf mühit auditi
Ətraf mühit auditi — sahibkarlıq subyekti tərəfindən və digər fəaliyyətlərin ətraf mühitin mühafizəsi sahəsində tənzimləyici tələblərə uyğunluğunun müstəqil qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində tövsiyələrin hazırlanması. == Tarixi == Ümumdünya ətraf mühit auditinin 1970-80-ci illərin başlanğıcında olduğu qəbul edilir. Xüsusilə, Avropa İqtisadi Birliyi də ətraf mühitin yoxlanılmasına dair direktiv 1982-ci ildə qəbul edildi, 1984-cü ildə ABŞ Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi federal qurumlar tərəfindən ətraf mühitin yoxlanılması konsepsiyasını hazırladı. Rusiya İmperiyasında ilk ətraf mühit yoxlaması 1892-ci ildə qeydə alındı. "Kimyəvi Bitkilərin Açılışı və Baxımı Qaydası haqqında" Məcburi Qaydalar əslində ətraf mühitin yoxlanılması üçün ilkin sənəd idi. == Ətraf mühit auditin məqsəd və vəzifələri == Ətraf mühitin qorunması sahəsində siyasət və strategiyanın əsaslandırılması, İqtisadi və digər layihələrin ekoloji aspektlərinin təhlili və qiymətləndirilməsi, Ətraf mühitin mühafizəsi sahəsində qaydaların təhlili və qiymətləndirilməsi, Ətraf mühit fəaliyyətinin əsaslandırılması və başlanması, Sənaye və ərazilərin ekoloji problemlərinin müəyyənləşdirilməsi. == Ətraf mühit auditin növləri == Məcburi və proaktiv ekoloji yoxlamalara bölünür. Bu çərçivədə aşağıdakı növlər meydana gələ bilər: Bir təsərrüfat subyektinin ətraf mühitin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi, Ətraf mühitin idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirilməsi, İstifadə olunmuş xammalın, avadanlıqların, texnologiyaların ətraf mühit təhlükəsizliyinin qiymətləndirilməsi, Çirklənmədən iqtisadi zərərin qiymətləndirilməsi, Tullantıların təhlükə qiymətləndirilməsi, Müəyyən bir ərazidə təbiətin idarə edilməsinin rasionallığının müəyyənləşdirilməsi, Enerji istehlakının qiymətləndirilməsi və azaldılması yollarının təklifi, İstixana qazı tullantılarının həcminin müəyyənləşdirilməsi və onların azaldılması üçün tədbirlərin hazırlanması, Süni texnoloji qəzalar və təbii fəlakətlər nəticəsində ekoloji riskin qiymətləndirilməsi, Ətraf mühit problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün tədbirlərin hazırlanması, Ətraf mühit təhlükəsizlik mövzusunda qəbul edilmiş normativ hüquqi aktların əsaslandırılması.
Intel High Definition Audio(Azalia) audio standartı
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av - "ov" və çit - " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abjit Balakən rayonunun Qaysa inzibati ərazi vahidində kənd. Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Aditi
Aditi (sanskr. अदिति – nəhayətsiz) — hinduizmdə Veda ilahəsi, sonsuzluğun təcəssümü. Veda tanrıları Varuna, Surya, Puşan, Mitra, Savitar, İndra, Vinşu və başqaları "tanrılar anası" hesab edilən Aditinin oğulları sayılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Aditi (Hindu deity) // Encyclopædia Britannica. Ancient Religions & Mythology. 1998-06-20. 5981. İstifadə tarixi: 2021-06-30. Gopal, Madan. Gautam, K.S. (redaktor).
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. == Təsviri == Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Auditor
Auditor(lat. auditor — dinləyici) — Auditlə məşğul olan şəxs, Audit tapşırığı üzrə tərəfdaş. == Ümumi məlumat == “Auditor” terminindən həm audit tapşırığı üzrə tərəfdaşı, həm də auditor təşkilatını ifadə etmək üçün istifadə olunur. Audit tapşırığı üzrə tərəfdaşa münasibətdə bu termin tapşırıq üzrə tərəfdaşın öhdəliklərini və ya vəzifələrini ifadə edir. Belə öhdəlik və vəzifələr həm audit tapşırığı üzrə tərəfdaş, həm də audit qrupunun üzvü tərəfindən yerinə yetirilə bilər. Öhdəlik və ya vəzifələrin audit tapşırığı üzrə tərəfdaş tərəfindən yerinə yetirilməsinin aydın şəkildə nəzərdə tutulması hallarında “auditor” termininin əvəzinə “tapşırıq üzrə tərəfdaş” terminindən istifadə olunur. (“Auditor” terminindən auditdən fərqli əlaqədar xidmətlərin və əminliyi təmin edən audit tapşırıqlarının təsvir edilməsi zamanı istifadə oluna bilər. Lakin belə bir əsaslandırma auditdən fərqli əlaqədar xidmətlər və ya əminliyi təmin edən tapşırığı yerinə yetirən şəxsin iqtisadi subyektin maliyyə hesabatlarının auditini mütləq surətdə həyata keçirməsini nəzərdə tutmur).
Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Komitas
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. == Həyatı == Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.