Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amul
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Abdul Omar
Abdul Omar (3 oktyabr 1993) — Qanalı boksçu. Abdul Omar Qananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Omar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 56 kq çəkidə, 1/16 final mərhələsində Argentinanın nümayəndəsi Alberto Melian ilə üz-üzə gəldi. Həmin görüşdə Abdul Omar rəqibinə 0:3 hesabı ilə uduzdu.
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. == Karyerası == Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir. 25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda İKT-nin İnkişaf Strategiyası Layihəsi üzrə milli ekspert. == Həyatı == Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir. A. Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rusdilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir. == Fəaliyyəti == O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır. A. Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər İttifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir. 1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur. 1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) == Tərcümeyi-halı == Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Akyul (Xaybulla)
Akyul kəndi (başq. Аҡъюл) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyul kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Akyul kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 71 km., kənd sovetliyindən (Qaliəhməd): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 127 km. Ərazisində Yılayır çayı Samara çayına tökülür. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Ayfel dağları
Ayfel dağları bəzən Eyfel dağlarıda deyilir. Dağ Almaniyanın qərbində, Şimali Reyn-Vestfala və şimal-qərbdən Reynland-Pfalça arasında yerləşir. Ümumi sahəsi 2004-cü ildə 110 km² idi. == Coğrafiyası == Ayfel dağı cənubdan Mozel çayı, şərqdən Reyn çayı ilə əhatələnir. Şimal sərhəddi Hones Vyana dağları ilə, qərbdən Belçika və Lüksemburqun Adrenası ilə sərhədlənir. Ayfel dağı aşağıdakı hissələrə bölünür Şimal hissə Cənub hissə Qərb hissə Ayfel dağının Bon şəhərindən keçən hissəsində Laax vulkanı yerləşir. 2007-ci ildə vulkan kraterindən kömür çıxarılır. == Relyefi == Nyuburqinq bu dağda yerləşən ən məşhur dağ yoludur. Onun şimal hissəsi çətin və qorxulu döngələri ilə məşhurdur. Akveduk Ayfel isə ən uzun roma su kəmərləri keçir ki, buda Kölndə su kəmərləri ilə birləşir Акведук Айфель — один из самых длинных римских акведуков, некогда снабжавший водой Кёльн.
Paula Abdul
Paula Abdul (19 iyun 1962, San Fernando, Kaliforniya) — ABŞ müğənnisi və aktrisası.
Teyfuq Abdul
Teyfuq Abdul (11 (24) dekabr 1915, Partenit – 18 mart 1945) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci Dünya müharibəsi zamanı 175-ci diviziyanın 2-ci batalyon komandiri olaraq xidmət edib. 24 dekabr 1915-ci ildə Ukraynanın Partenit kəndində dünyaya gəlib. Ailəsindəki bir çox insan Rus-yapon müharibəsi veteranları idi. Doğulduğu kənddə səkkiz illik məktəbi bitirdikdən sonra 1935-ci ildə Yalta Pedaqoji Kollecində, daha sonra isə M.V. Frunze Krım Pedaqoji İnstitutunda oxuyub. 1935-ci ildə pedaqoji institutda oxuyarkən müəllim, sonra isə direktor kimi işə başladı. 1939-cu ildə universiteti bitirdikdən sonra noyabr ayında hərbi xidmətə aparıldı. Qırmızı Orduya qoşulduqdan sonra 412-ci diviziyanın tərkibində leytenant rütbəsi aldıqdan sonra Almaniyanın Sovet İttifaqına hücumuna görə ön cəbhəyə göndərilmədən Orel Piyada məktəbinə qoşuldu. 1942-ci ildə snayper kursunu bitirdikdən sonra dekabr ayında yenidən yaralanana qədər batalyon komandiri kimi xidmətini davam etdirdi. Elə həmin il də Kommunist partiyasına üzv oldu.
Abdul Əliyev
Abdul Hacıəli oğlu Əliyev (1911, Dağıstan, - 1965, Dağıstan) ― geologiya-minerologiya elmləri doktoru (1946), AMEA-nın müxbir üzvü (1955). == Həyatı == Abdul Əliyev 1911-ci ildə Dağıstanın Daxadayev rayonunun Qubaçi kəndində anadan olub. Ali təhsilini 1936-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsində alıb. == Əmək fəaliyyəti == Abdul Əliyev əmək fəaliyyətinə Azneftkəş­fiyyat Tres­tində başlayıb. O, mühəndis-geoloq olaraq fəaliyyət göstərib. 1948-1951-ci illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunda direktor vəzifəsində çalışıb və institutun Süxurların fiziki xüsusiyyətləri laboratoriyasına rəhbərlik edib. Pedaqoji fəaliyyətlə də məşğul olan Abdul Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində bir neçə il dərs deyib. Abdul Əliyev 1951-1959-cu illərdə Azərbay­can Elmlər Akademiyasında yeni təsis edilmiş Neft Ekspedisiyasında rəis vəzifəsini icra edib. Onun rəhbərliyi altında Azərbaycanın perspek­tivli yataqlarının neft və qaz ehtiyat­larının hesablanması üzrə böyük işlər aparılıb, yataqlara təsir etmənin çox­saylı layihələri işlənib hazırlanıb. Ömrünün son illərində Dağıstan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Abdul Əliyev, həmçinin AEA Geologiya İnstitutunun Fasiya və paleocoğ­rafiya laboratoriyasına rəhbərlik edib.
Abdul Vahab
Abdul Vahab — kişi adı. Abdul Vahab Əli — İraqı təmsil edən stolüstü tennisçi. Abdul Vahab Zahiri — Əfqanıstanı təmsil edən atlet.
Abdul-Xalim Sadulayev
Abdul-Xalim Sadulayev (2 iyun 1966, Arqun, Çeçen-İnquş MSSR – 17 iyun 2006, Arqun, Çeçenistan) — Çeçenistan hərbi və dövlət xadimi, Aslan Masxadovun ölümündən sonra Çeçen İçkeriya Respublikasının Prezidenti (2005-ci ilin martından), ondan əvvəl 2002-ci ildən ÇİR-nin vitse-prezidenti və eyni zamanda ÇİR Ali Şəriət Məhkəməsinin sədri. == Bioqrafiya == 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Arqun şəhərində anadan olmuşdur. 1984-cü ildə Arqunda orta məktəbi bitirmişdir. 1984–1986-cı illərdə Almaniyada Sovet Qüvvələri Qrupunda SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş, gizir rütbəsi ilə ehtiyata buraxılmışdır. 1987-ci ildən Arqun deposunda təmirçi ustası işləyir. Eyni zamanda "Ərəb dili və İslam hüququ" axşam kurslarında təhsil alır, idmanla — karate və hatha yoqa ilə məşğul olur. 1990-cı ildə "Karate üzrə respublika kateqoriyalı hakim" sertifikatı almışdır. Ərəb dili kurslarını bitirdikdən sonra İmam Şafi məktəbinin qabaqcıl çeçen alimlərindən (ilahiyyatçılarından) şəriət öyrənməyə davam edir. 1991-ci ildən ərəb dili kurslarında dərs deyir, çeçen gənclərinə İslam dinini öyrədir. 1992-ci ildən Arqun şəhər idarəsi yanında nəzarət komissiyasının üzvü olur.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı. 16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu.
Malik Abdul Əziz
Maykl Cerard Tayson (ing. Michael Gerard Tyson; 30 iyun 1966[…], Bruklin, Nyu-York) — 1985–2005-ci illərdə döyüşmüş peşəkar ABŞ boksçusu. 2024-cü ildə yenidən rinqə qayıtmağa hazırlaşır. Mayk Tayson bütün zamanların ən yaxşı ağır çəki dərəcəsində döyüşən boksçularından biri hesab olunur. 1987-ci ildən 1990-cı ilə qədər olan illər ərzində Mayk Tayson eyni vaxtda bütün ağır çəki dərəcələrində boks titullarına sahib olub və bu onu boks dünyasında şəksiz çempion edib. Boks karyerasının başlanğıcında Tayson ilk 19 görüşündə rəqiblərini nokaut edərək qalib gəlmişdi. Bu nokautlardan 12-si matçın ilk raundunda baş vermişdir. Mayk Tayson ilk çempionluq kəmərini 20 yaşında, tarixdəki hər hansı digər ağır çəkili boksçudan daha gənc yaşda qazanıb. O, eyni vaxtda üç böyük boks təşkilatının (WBA, WBC, IBF) çempionu olan ilk boksçu, və eyni zamanda bu titulları bir-birinin ardınca qazanan yeganə boksçu olub. Tayson 1988-ci ildə döyüşünün ilk raundunda Maykl Spinksi cəmi 91 saniyəyə nokaut edərək ağır çəki dərəcəsində şəksiz çempion titulunu qazanıb.
Mustafa Abdul Cəlil
Mustafa Məhəmməd Abdul Cəlil (ərəb. مصطفى عبد الجليل‎) (ərəbcə tələffüz Abdul-Cəlil, Abd-əl-Cəlil, Abdel-Cəlil, Abdelcəlil, Abud Əl Cəleil ). Liviya Milli Keçid Şurasının sədri. 1952-ci ildə Liviyanın Əl-Bayda şəhərində anadan olub. — Liviya siyasətçisi, vətəndaş muharibəsi nəticəsində paytaxt Tripolidə və ölkənin böyük hissəsində Liviya müvəqqəti hakimiyyətinin rəhbəri. 2007—2011-ci illərdə Liviya Ümumxalq Komitəsinin katibi, dünyadakı ədliyyə naziri analoqu. 2011-ci ildə Liviyada başlanan kütləvi aksiyalarda üsyançıların tərəfini tutdu. 21 fevral 2011-ci ildə vəzifəsindən istefa verdi. 5 mart 2011-ci ildə Benqazi şəhərində ölkənin şərq hissəsini nəzarət edən Liviya Milli Keçid Şurasının yaradıldığını elan etdi və sədri seçildi. İslam hüququ doktorudur.
Viktoriya və Abdul
18 yaşında taxta çıxan Viktoriya Böyük Britaniya, İrlandiya, daha sonra isə Britaniya Hindistanının imperatriçəsi olur. Hakimiyyətin saysız-hesabsız işlərinə başı qarışan Viktoriyanın həyatına Abdul Kərim daxil olur. Sanki yerdən çıxan Abdul tezliklə kraliçanın hörmətini qazanır. Müəyyən bir müddət sonra sarayın bəzi işçiləri Abdula paxıllıq və nifrət etməyə başlayır. Abdul ilə kraliçanın münasibəti isə təkcə İngiltərədə deyil, bütün dünyada müzakirə mövzusuna çevrilir.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Abdul Vahab Əli
Abdul Vahab Əli (7 iyul 1958) — İraqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdul Vahab Əli İraqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
İsmayıl Abdul-Qədirov
İsmayıl Abdul-Qədirov (tam adı: İsmayıl Qafar oğlu Abdul- Qədirov; 15 fevral 1936, İsmayıllı rayonu – 16 avqust 2021, Bakı) — Azərbaycan idmançısı, sərbəst və yunan-Roma güləşi üzrə ümumittifaq dərəcəli hakim (1966). Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisı, Əməkdar bədən tərbiyəsi və idman xadimi İsmayıl Abdulqədirov 1936-cı il fevral ayının 15-də Azərbaycanın İsmayıllı rayonunda anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. İsmayıl Abdulqədirov idmanla məşğul olmağa 14 yaşında başlayıb. 1950-ci ildə «Dinamo» idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olub. Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan Abdul-Qədirov 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cü yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. 1950-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun «Güləş və onun metodikası» kafedrasında işləməyə başlayıb. 1961-ci ildə «Bədən tərbiyəsi və idman əlaçısı» adına layiq görülən mütəxəssis həmin il güləş üzrə respublika, 5 il sonra isə Ümumittifaq dərəcəli hakimliyə yüksəlib. 1980-1990-cı illərdə İsmayıl müəllimin elmi-pedaqoji fəaliyyəti özünü daha qabarıq büruzə verib.
Amul şəhristanı
Amul şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Amül şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 343,747 nəfər və 93,194 ailədən ibarət idi.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Avul iyesi
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Avul iyəsi
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Abgül Süleymanov
Abgül Süleymanov (tam adı: Abgül Nemət oğlu Süleymanov, Hacı Abgül olaraq da tanınır) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal, sabiq vicdan məhbusu. "Milli Mənəvi Dəyərlər İctimai Birliyi"nin qurucusu və sədri == Fəaliyyəti == 2002-ci ildə gəncləri dövrün narkomaniya, alkoqolizm və s. uzaq qalması üçün milli-mənəvi dəyərlərin təbliğinə başlayır. Gənclər arasında islam dininin ayinlərini yayır. 2003-cü ildə əzadarlıq və heyət təfəkkürünün təsisində xüsusi xidmət göstərir. Azərbaycanın müxtəlif bölgələrini dolaşan heyət, inanclı insanlar arasında böyük rəğbət qazanır. Səyyar formada qurulan məclislər Azərbaycanın milli-mənəvi əzadarlıq ruhiyyəsini tarixin qapanmış səhifələrindən qopararaq bu günün Azərbaycan reallığına bir daha nümayiş etdirir. 2005-ci il onun apardığı təbliğat və təşviq işləri hüquqi müstəvi olaraq “Milli-Mənəvi Dəyərlər” adlı ictimai təşkilatın yaranmasına təkan verir. Milli-mənəvi dəyərlərin qorunub inkişaf etməsi məqsədi ilə yaranan təşkilat 2005-ci ildə “Binqo” restoranında İslam peyğəmbəri Məhəmmədin və şiələrin altıncı imamı Cəfər Sadiqin mövlud gecələrini təşkil edir. Elə həmən il Danimarkada Məhəmməd peyğəmbər əleyhinə karikatura təhqirini mənəviyyata vurulan zərbə kimi dəyərləndirən təşkilat Bakıda Xarici İşlər Nazirliyinin önündə bir neçə min nəfərin qatıldığı dinc etiraz aksiyasına qoşularaq bu işi tənqid edir.
İsmail Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İsmayıl Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.