Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadıstan
Azadıstan (fars. آزادیستان‎) — Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə 3 ay (23 iyun — 14 sentyabr 1920-ci il) müstəqil olan qısa ömürlü dövlət. == Tarix == Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə 1917-ci ildə başlamış, həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Birinci dünya müharibəsində İran torpaqlarını işğal edən Osmanlı ordusu Təbriz və Urmiya şəhərlərini tutur. Osmanlı ordusunun Azərbaycan bölgəsini işğal etməsinin əleyhinə çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilir və qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə aparırlar. noyabr 1918-ci ildə Osmanlı ordusunun geri çəkilməsindən sonra Xiyabani İrana qayıtmış və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır. 1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səsləndirildi. Mitinq iştirakçıları təklif etdilər ki, Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu səbəbdən də onun Azərbaycan əyaləti yerinə "Azadistan" (azadlıq ölkəsi) adlanması daha düzgündür.
Azadistan

Azadistan (qəzet)
Azadistan (fars. آزادیستان‎) — 1920-ci ildə de-yure İranın, de-fakto Azadıstanın bir hissəsi olan Təbriz şəhərində ayda iki dəfə Azərbaycan və fars dillərində nəşr olunmuş elmi, nəzəri-siyasi jurnal. Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının orqanı olmuşdur. İstiqlaliyyət, dil, ədəbiyyat və s. məsələləri işıqlandırırdı. Redaktoru Tağı Rüfət idi. Cəmmi 3 nömrəsi çıxmışdır.
Acarıstan
Acarıstan (gürc. აჭარა) və ya rəsmi olaraq Acarıstan Muxtar Respublikası (gürc. აჭარის ავტონომიური რესპუბლიკა,Ач'арис автономиури республика)rus. Аджарская Автономная Республика — Gürcüstanın tərkibində muxtar respublika. Acarıstan Gürcüstanın cənub-qərbində, Qara dənizin sahilində yerləşir. Muxtar respublika cənubda Türkiyə ilə həmsərhəddir. Paytaxtı Batumi şəhəri, ümumi sahəsi 2,900 kvadrat kilometrdir. Əhalisinin əksəriyyətini acarlar təşkil edir. 1991-ci ildən muxtar respublikaya rəhbərlik edən və "Acarıstan aslanı" kimi ad çıxaran Aslan Abaşidze (Abaşidzelərin Acarıstandakı hakimiyyətinin kökləri 6 əsr öncəyə, XV əsrin ortalarına gedib çıxır - red.) belə mürəkkəb etnik strukturu olan bölgənin 2004-cü ilə qədər rəhbəri olub. 1991-1992-ci illərdə Gürcüstanda başlanan müharibə və münaqişələr Acarıstandan yan keçib.
Qazaxıstan
Qazaxıstan (qazax. Қазақстан/Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы/Qazaqstan Respublikasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur.
Qazaхıstan

Acarıstan MR

Alagöl (Qazaxıstan)
Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır. Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir.
Cənubi Qazaxıstan
Cənubi Qazaxıstan (qaz. Оңтүстік Қазақстан) — Qazaxıstan Respublikasın, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. O, şərqdən qərbə Almatı, Cambul, Türkistan və Qızılorda vilayətlərdən ibarətdir.
Mərkəzi Qazaxıstan
Mərkəzi Qazaxıstan (qaz. Орталық Қазақстан) — müasir Qazaxıstan Respublikasının, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. 1997-ci il islahatından sonra o, böyümüş Karağandı vilayətindən ibarətdir. Qazaxıstanın bütün başqa regionları ilə və heç bir xarici ölkə ilə həmsərhəddir.
Qarabulaq (Qazaxıstan)
Qarabulaq (qaz. Қарабұлақ) — Qazaxıstanda qışlaq. Çimkəndin 45 km şərqində, Qarasu çayının sahilində yerləşir. Əhalisi 45 mindən çoxdur. Əhalinin 99 faizi özbəklər təşkil edirlər.. Qışlaqdə həmçinin qazaxlar və başqa millətin nümayəndələri də yaşayırlar. == Tarix == Karabulak qəsəbəsinin tarixi Böyük İpək Yolunun çiçəkləndiyi dövrə gedib çıxır. Karabulak ilkin Karabulak kəndinin başındakı bulaqlardan qaynaqlanan Karasu və Qaynarbulak çaylarının ətrafında yerləşir. Çindən qərbə və geriyə gedən tacirləri olan karvanlar bulaq sularının yaxınlığında müvəqqəti dayandılar. Keçmiş tacirlərin əlaqələri keçən karvanlarla ticarət mübadiləsinin inkişafına kömək edirdi.
Qazaxıstan Prezidenti
Qazaxıstan prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Qazaxıstanın, dövlət başçılarının siyahısı. Qazaxıstan Prezidenti, Qazaxıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Qazaxıstan Prezidenti vəzifəyə, Qazaxıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1990-cı ilin 24 aprel tarixindən təsis edilən vəzifəni, 2019-cu il 20 mart tarixinədək Nursultan Nazarbayev icra etdi. 2019-cu il 20 mart tarixindən təsis edilən vəzifəni həmin gündən etibarən Qasım-Comərd Tokayev icra edir.
Qazaxıstan Respublikası
Qazaxıstan (qazax. Қазақстан/Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы/Qazaqstan Respublikasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur.
Qazaxıstan SSR
Qazaxıstan Sovet Sosialist Respublikası (qaz. Қазақ Советтік Социалистік Республикасы) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq dövlətindən biri. 5 dekabr 1936-cı ildə təşkil olunmuşdur. 2.717.300 kvatrat kilometr (1.049.200 mil) ərazisi ilə Rusiya Sovet Sosialist Respublikasından sonra SSRİ-nin ən böyük ikinci Respublikasıdır. Paytaxtı Almatı olmuşdur. Bugün Mərkəzi Asiyada müstəqil dövlətdir.
Qazaxıstan Senatı
Qazaxıstan Senatı (qaz. Қазақстан Республикасы Парламентінің Сенаты) — Qazaxıstan Respublikası parlamentinin yuxarı palatası. Senatın qurulması qaydası Qazaxıstan Konstitusiyasının 50-ci maddəsi ilə müəyyən edilir. Senat, hər bölgədən, respublika əhəmiyyətli şəhərdən və Qazaxıstan Respublikasının paytaxtından iki nəfəri təmsil edən deputatlar tərəfindən qurulur. Senatın on beş deputatı, cəmiyyətin milli, mədəni və digər əhəmiyyətli mənafelərinin Senatda təmsil olunmasının təmin edilməsi zərurəti nəzərə alınaraq Qazaxıstan Prezidenti tərəfindən təyin edilir. == Tarixi == 7 oktyabr 1998-ci ildə Qazaxıstan Konstitusiyasına düzəlişlər qəbul edildi, ona görə Senat deputatının səlahiyyət müddəti 6 ilə qaldırıldı, seçilən deputatların yarısı hər 3 ildən bir yenidən seçilir. 1995-ci ildə 4 il müddətinə seçilmiş Senat deputatlarının səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, 17 sentyabr 1999-cu ildə 6 il müddətinə Senat millət vəkilləri seçkiləri baş tutdu. 1997-ci ildə seçilmiş Senat deputatlarının səlahiyyətləri II çağırışda 2002-ci ilin dekabrına qədər davam etdi. 21 May 2007-ci ildə Qazaxıstan Konstitusiyasına dəyişikliklər qəbul edildi. Qazaxıstan Prezidenti tərəfindən təyin olunan Senat deputatlarının sayı 7-dən 15-ə yüksəldi.
Qazaxıstan almanları
Qazaxıstan almanları (alm. Kasachstandeutsche‎) - Qazaxıstanda yaşayan etnik almanlara verilən ümumi addır. Qazaxıstan almanları ölkənin şimal-şərq əraziləri başda olmaqla, əsasən Astana və Oskeman şəhərlərinin arasındakı ərazilərdə yaşamaqdadırlar. Almanların Qazaxıstanda məskunlaşmasının əsas səbəblərindən biri siyasi amillərlə bağlıdır. Nasist Almaniyasının Sovet Sosialist Respublikaları İttifaqına 1941-ci ilin iyun ayında hücum etməsindən sonra həmin ilin oktyabr ayında Qafqaz almanlarının mütləq əksəriyyəti Qazaxıstana köçürülmüşdür. Həmin hadisələr zamanı təkcə Azərbaycanda yaşayan 22 min alman Qazaxıstana köçürülüb. == Tarixi == Qazaxıstan almanları Volqa almanlarının törəmələri hesab olunur. Barbarossa əməliyyatının başlamasının ardından Volqa Alman Muxtar Sovet Respublikası ləğv edilərək ərazidə yaşayan almanlar Qazaxıstana sürgün edilirdi. Almanların xidmətlərindən daha çox QULAQ düşərgələrində istifadə olunmuşdur. Deportasiyadan sonra SSRİ rəhbərliyi tərəfindən imperiya daxilində yaşayan etnik almanların assimilasiya edilməsi üçün xüsusi dövlət siyasəti tətbiq edilməyə başlandı.
Qazaxıstan atı
Qazax atı — çöl atı olaraq müasir Qazaxıstan ərazisində formalaşmışdır. Qazax xalqının sleksiya yolu ilə yetişdirməsi nəticəsində meydana gəlmişdir. Hazırda belə ölkə daxilində yetişdirilir. Atları əsasən yerli çobanlar tərərindən saxlanılır. Onlar əsasən qoyun sürülərinin idarə edilməsinə cəlb edilir. == Yaranması == Növün yaranması müstəlif mərhələlərdən keçmişdir. Başqa cinslərin təsirinə məruz qalmışdır. Bəzi alimlər qazax atlarının monqol atlarından törədiyini bildirirlər. Onları formalaşmasında Monqol və Ərəb atları bir başa iştirak etmişdir. Rus işğalından sonra atların genefonduna ağır zərbələr dəymişdir.
Qazaxıstan azərbaycanlıları
Qazaxıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qazaxıstanda yaşayan hissəsinin adı, Qazaxıstanın bütün ərazisində məskunlaşmışdırlar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyildir. Qazaxıstanın 16 vilayətindən 14-də azərbaycanlılar özlərinin icma və birliklərini yaratmışlar. 2007-ci ilə olan qeyri-rəsmi mənbələrə əsasən Qazaxıstanda 110,000-300,000 arasında etnik azərbaycanlı yaşayır. Rəsmi məlumata əsasən 1 yanvar 2012-ci il tarixinə Qazaxstanda 93,490 nəfər etnik azərbaycanlı yaşamaqdadır.
Qazaxıstan bayrağı
Qazaxıstanın bayrağı və ya Qazax bayrağı (qaz. Қазақстан туы) 4 iyun 1992-ci ildə qəbul edilərək Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağını əvəz etmişdir. Bayraq Şaken Niyazbəyov tərəfindən hazırlanmışdır. == Təsvir == Qazaxıstan Respublikasının dövlət bayrağı səma mavisi rəngli fon üstündə ucalan qızılı çöl qartalı və onun üzərindəki 32 şüalı qızıl günəşə malikdir. Bayrağın qaldırıldığı tərəfdə qızılı rəngdə "koshkar-muiz" (qoç buynuzu) adlanan milli naxış var. Mavi rəng türk xalqları üçün dini əhəmiyyət daşıyır və beləliklə mədəni və etnik birliyi simvollaşdırır. Bu rəng su ilə yanaşı sonsuz səmanı da təmsil edir. Həyat və enerji mənbəyi olan günəş isə zənginliyi və yüksəkliyi təmsil edir. Günəş şüaları bolluq və rifahın simvolu olan taxıl formasındadır. Qartal isə əsrlər boyu Qazax tayfalarının bayraqlarında peyda olaraq azadlığı, gücü və gələcəyə uçuşu təmsil etmişdir.
Qazaxıstan belarusları
Qazaxıstan belarusları - Qazaxıstan ərazisində yayılmış belarus diasporası. == Statistika == 12 yanvar 2012-ci il məlumatına görə Qazaxıstan ərazisində 63 694 belarus yaşayır. Belarusların böyük qismi Kostanay (21 min), Karakanda (18 min), Akmola (16 min), Şimali-Qazaxıstan (9 min) vilayətlərindı yaşayır. Qazaxıstan ərazisində aparılan siyahıya alınma (belarusların say dinamikası): 1926 il — 25584 nəfər, 1939 il — 31 614, 1959 il — 107 309, 1970 il — 198 430, 1979 il — 181 821, 1989 il — 178 325, 1999 il — 111 924, 2009 il — 66 476. == Tarix == Qazaxıstan ərazisində ilk belarus diasporası Konstantin Semyonoviç Kalinovskinin üsyanından sonra meydana gəlmişdir. Üstəlik XX əsrin əvvəllərində Stolıoinin həyata keçirdiyi aqrar islahatlar zamanı belarusların bir qismi Qazaxıstana köçürülmüşdür. Onlar özləri ilə birlikdə mədəniyyətlırini gətirirdilər. İkinci Dünya müharibəsi ilə əlaqədar olaraq Qazaxıstan ərazisinə 10,7 min dövlət işçisi ailəsi ilə birlikdə köçürülmüşdür. Bura Belarus opera və balet, dramaturgiya teatrlarının kollektivləri belə köçürülmüşdür. 4 sentyabr 1941-ci ildən 1942-ci ilin aprelinədək onlar 8 konsert, 12 tamaşa və 21 hərbi qospital konserti vermişlər.
Qazaxıstan bolqarları
Qazaxıstan bolqarları (bolq. Българи в Казахстан, qaz. Қазақстандағы болгарлар) — Qazaxıstan ərazisində yaşıyan çox saylı milli azlıqlardan biri. 1999-cu il siyahıyaalınmasına əsasən Qazaxıstanda 6 915 nəfər özünü bolqar hesab edir. == Tarixi == 1907-ci ildə Qazaxıstanda ilk bolqar köçkünləri meydana gəlir. Onlar Pavlodar vilayətində Razdumovka və Andrianovka, Aqtöbe vilayətində isə Bolqarka kəndlərini qururlar. İkinci Dünya müharibəsi dövründə Bolqarıstan sakinlərinin ikinci dalğası Qazaxıstana gəlir. Bolqarlar Qazaxıstanın hər yerində məskunlaşmışlar, lakin Aktöbe və Pavlodar vilayətində onların payı respublika üzrə orta göstəricidən yüksəkdir. Bolqarıstanın Qazaxıstandakı səfirliyi ilə əlaqəsi olan Qazaxıstanda Bolqarıstan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bolqar diasporunun yaranmasının yüz illiyi ilə Bolqarka kəndində yeni bir məktəb açılır.
Qazaxıstan coğrafiyası
Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Paytaxtı Astana şəhəridir. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. == Sahəsi və sərhədləri == Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır.
Qərbi Qazaxıstan
Qərbi Qazaxıstan (qaz. Батыс Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi region. Onun bir hissəsi Mərkəzi Asiyada, başqa hissəsi isə Şərqi Avropada yerləşir. O Aqtöbe, Qərbi Qazaxıstan, Manğıstau və Atırau vilayətlərdən ibarətdir.Şimaldan Rusiya, cənubda Özbəkistan və Türkmənistan, şərqdən isə Qazaxıstanın Şimalı, Mərkəzi və Cənubi regionları ilə həmsərhəddir, qərbdən Xəzər dənizi, cənub-şərqdən isə Aral dənizi ilə yuyulur. == Əhali == Qərbi Qazaxıstanın bütün vilayətlərində qazaxlar əhalinin tam əhalinin 3/4-ü təşkil edirlər. Beləliklə, bu Qazaxıstanın ən monoetnik regionudur.
Sevan (Qazaxıstan)
Sevan — Qazaxıstanın Qaraqanda vilayətinin Buxar-Jyrau rayonunda kənd.
Qazaxıstan energetikası
Qazaxıstan energetikası— Qazaxıstanda enerji və elektrik enerjisi istehsalı, istehlak və idxalı təsvir edir. Qazaxıstanın enerji siyasəti Qazaxıstanın enerji ilə əlaqəli siyasətini təsvir edir. Qazaxıstan böyük enerji ehtiyatlarına (neft, qaz, kömür, uran) malikdir və enerji dövlətidir. 2017-ci ilin sonunda Qazaxıstanda elektrik enerjisi istehsalının həcmi 103,14 milyard kVt / saat (2018-ci ilin sonunda 106,8 milyard kVt / saat [1]) təşkil etdi. Qazaxıstan elektrik enerjisinin xalis ixracatçısıdır. 2017-ci ildə elektrik enerjisi istehsalında profisit 4,53 milyard kVt / saat təşkil etmişdir. == Baxış == Qazaxıstan xalis enerji ixracatçısıdır. Qazaxıstanda neft, qaz, kömür və uran ehtiyatları var. Qazaxıstan Müstəqil Dövlətlər Birliyində (MDB) lider enerji istehsalçısıdır. Dünyanın ən böyük uran filizi istehsalçısı və ixracatçısı olmaqla yanaşı, əsas neft, qaz və kömür istehsalçısıdır.
Zazaistan
Zazaistan — Türkiyənin şərqində zazaların yaşadığı əraziyə verilən ad. Mərkəzi Tuncelidir, şimalda Ərzincana qədər uzanır. Tunceli ilində zazalar çoxluq təşkil edir, lakin yaşadıqları digər bölgələrdə 50%-ə çatmırlar. Zaza xalqının ana dili zaza dilidir. Zazaların əksəriyyəti özlərini kürd hesab edirlər və beynəlxalq statistikada adətən kürdlərin tərkibində göstərilirlər. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Zazaistan ilə əlaqəli mediafayllar var.