Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərdax
Bərdax (əsl adı: Berdimurad Kaqabaylı qaraq. Berdaq, Бердақ; 1827[…], Xivə xanlığı – 1900[…], Qaraqalpaqıstan Respublikası) — qaraqalpaq şairi. == Həyatı == Qaraqalpaqların konqrat qəbiləsinə mənsub olan Berdimurad Kaqabaylı 1827-ci ildə Aral ətrafında doğulub. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirməsi onun həyatla erkən tanış olmasına səbəb olub. Kənd məktəbində oxuduğu vaxtlarda çobanlıqla da məşğul olurdu. Mədrəsədə təhsil aldıqdan sonra varlı ailələrin övladlarına dərs deyərək pul qazanmağa başladı. Təhsilini mədrəsədə davam etdirərkən, türk və şərq ədəbiyyatı klassikləri ilə tanış olması gənc yaşlarında yaradıcılığa həvəs göstərməsinə vəsilə oldu. Türk ləhcələrini və ərəb fars dillərini dərindən mənimsəməsi şairin yaradıcılığını inkişaf etdirməsinə şərait yaradırdı. İlk şeirini 13 yaşında qələmə alan Berdimurad Kaqabaylı Bərdax təxəllüsü ilə illər sonra Qaraqalpaq ədəbiyyatında möhürünü vuran şairə çevriləcəkdi. Mübaliğəsiz demək olar ki, həm poeziyadan, həm də etnoqrafiyadan uğurla bəhərlənən Bərdax, yaradıcılığı ilə Qaraqalpaq ədəbiyyatında zirvəyə çevrilməyə nail oldu.
Bəydağ
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Batrax
Batrax (lat. Batrachoides) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Abdullah Bəttal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Batdal Bayraxtarov
Batdal Mikail oğlu Bayraxtarov (1 aprel 2002, Ağbil, Quba rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Batdal Bayraxtarov 2002-ci il aprelin 1-də Quba rayonunun Ağbil kəndində anadan olub. Milliyyətcə axısqa türkü idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Batdal Bayraxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Batdal Bayraqdarov oktyabrın 12-də Füzuli rayonu istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəttal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Bəydağ (İzmir)
Bəydağ (türk. Beydağ) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 102 km-dir. İlçənin qərbində və şimal-qərbində Ödəmiş, şimal-şərqində və şərqində Kiraz ilçeleri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 172 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 12,340 nəfərdir.
Sətdar Mehtiyev
Sətdar Raqif oğlu Mehtiyev (18 avqust 1993; Hacıqabul, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttar Mehtiyev 1993-cü il avqustun 18-də Hacıqabul şəhərində dünyaya gəlmiş, şəhər 4 saylı şəhid Natiq Ağayev adına orta məktəbi bitirib. == Hərbi xidmətləri == Sətdar Mehdiyev 2011–2013-cü illərdə Goranboy rayonu ərazisində həqiqi hərbi xidmətdə olduqdan sonra Tərtər rayonunda kəşfiyyat taborunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sətdar Mehdiyev 2020-ci il sentyabrın 29-da Murovdağ zirvəsinin alınması ilə nəticələnən döyüşdə rəşadət göstərmişdir. 2020-ci ilin oktyabrın 3-də Madagiz-Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Hacıqabul Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əyn-Bəyda
Əyn-Bəyda (Umm-el-Buaqi)
Tetrax tetrax
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
Bettan
Bettan (fr. Bettant) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyo-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01041. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 724 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bettan ilə əlaqəli mediafayllar var.
Beşdam
Beşdam — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Beşdam kəndi Zarat kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Beşdam kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 511 nəfərdir.
Beşdaş
Beşdaş (Qərcimədaş) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyun. == Oyunun quruluşu == Bu oyunu iki və ya dörd uşaq oynayır. Hər uşaq beş balaca daş hazırlayır. Qurrə (çöp) atıb oyuna başlayırlar. Oyuna başlayan daşın birini əlində saxlamalıdır ki, buna saqqa deyərlər. Saqqanı göyə tullayıb ovucunun içində olan daşları yerə tökməli, saqqanı göydə tutmalıdır. Əvvəl saqqanı yuxarı tullamaqla daşları bir-bir ovucuna yığmalıdır. Əsas şərt ondan ibarətdir ki, daş götürülərkən nə başqa daşa dəyməli, nə də saqqa yerə düşməlidir. İki əllə götürmək və saqqanı tutmaq olmaz. Daşları bir-bir götürüb qurtarandan sonra yerə tökməli, yuxarıdakı şərtlərə əməl etmədən daşlərı yerdən iki-iki, sonra üçünü birdən, birini tək, sonra dördünü də birdən götürməlidir.
Əyn-Bəyda (Uarqla)
Əyn-Bəyda (ərəb. عين البيضاء‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şərqdə, vilayətdən təxminən 563 kilometr (350 mil) cənub-şərqdə yerləşir. ölkənin paytaxtı Əlcəzair . Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metr (453 ft)r yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,7 °C, ən isti ay (iyul) 34,2 °C-dir.
Betpak-Dala
Betpak-Dala, (qaz. Бетпақдала), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayəti və Cambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir. == Adının mənası == Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir. == Ümumi məlumat == Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir.
Beşdaş (Barmaqsız)
Beşdaş- Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd. Keçmiş Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaqsız (indiki Tsalka) rayonunda kənd adıdır. Bu oykonim türk köklü «beş» və «daş» sözlərinin birləşməsindən yaranıb.
Berdan Öztürk
Berdan Öztürk (1 may 1980, Tutağ, Ağrı ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı ilinin Tutak ilçəsində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. İngiltərənin London Universitetində beynəlxalq arbitraj və ticarət hüququ üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin və Mezopotamya Yaxınlarını İtirmiş Ailələrə Yardım, Dayanışma və Mədəniyyət Dərnəyinin (MEBYA-DER) üzvüdür. Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə baş tutan 8-ci qurultayında Leyla Güvenlə birgə həmsədr seçilib. Barəsində 2016-cı ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) 5 üzvünün dəfn mərasiminə qatıldığına görə istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildə isə Sülh Bulağı əməliyyatı ilə bağlı verdiyi açıqlamaya əsasən terror təbliğatı apardığına görə istintaqa cəlb olunub.
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.
Betta splendens
Betta splendens, (Xanıkimilər) dəstəsindan bir balıq növü. Betta (Betta splendens), təbii həyat sahəsi Asiya (Tayland, Malayziya, Kamboca və Vyetnam) olan, təxminən 4-6 sm boyunda bir balıq növü. Xüsusilə erkəklərin, üzgəclərinin görkəm və gözəlliyi və zadəganlığını əks etdirən ağır duruşuyla diqqət çəkən bir növdür. Latınca Adı: Betta splendens Həbidə idi və Ana vətəni: Tayland Bəslənmə Forması: Heyvan ilə bəslənən Davranış Forması: Orta dərəcədə təcavüzkar Öz Növlərinə Davranışı: Həddindən artıq Təcavüzkar Üzmə Səviyyəsi: Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və daha uzun üzgəclərə malikdir. Artıma: Kişi suyun üstünə köpükdən yuva edər, kişi və dişi yumurtlayarkən ata yumurtaları bu köpüklərə daşıyar və yumurtalara gözətçilik edər. İstilik: 26 °C Ən Çox Böyüdüyü Boy: 7 sm Ən Az Akvarium Həcmi: 30 lt Çətinlik Səviyyəsi: 1 ümumiyyətlə plafonlarda və stəkanlarda satılan bu balıqlar yaşadılma şəkli baxımından layiq olduqları yeri tapa bilməmiş ticari qayğılar üzündən üstün koru yaşadılmağa işlə/çalışılan narın və zadəgan balıqlardır. Beta, Cənnət balığı, Gurami kimi növlər Labirintlilər olaraq adlandırılar bunun səbəbi ol/tapıldıqları sudakı oksigen miqdarı çox düşdüyündə həyatda qalmalarını təmin edən labirint adı verilən əlavə tənəffüs orqanlarına da sahib olmalarıdır, doğrudan havadan oksigen təmin edə bilərlər. Plafonlarda satılmalarının səbəbi Labirint olaraq adlandırılan bir tənəffüs sistemlərinə daha sahib olmalarıdır. Labirintlilər qrupuna girən Cənub Şərq Asiyanın bu davaçı balığı ümumiyyətlə plafonlarda baxılmalarına baxmayaraq ən az 30 litrlik akvariumlarda baxılmalıdır. Davranış formaları gərəyi iki kişis(n)i eyni mühitdə yaşada bilməzsiniz, nəticə mütləq bir balığın itirilməsi olacaq.
Jülyen Benda
Jülyen Benda (Fransızca:Julien Benda; (26 dekabr, 1867 -7 iyun, 1958) — fransız yazıçısı, filosof. == Həyatı == Jülyen Benda 26 dekabr 1867 - ci ildə yəhudi ailəsində anadan olub. “İntellektualların satqınlığı” kitabı ilə məşhurlaşıb. Jülyen Benda 7 iyun 1958-ci ildə vəfat edib.
Petax-Tıkva
Petax-Tikva (ivr. ‏פתח תקווה‏‎) — İsraildə şəhər.Təl-Əvivdən 10.6 km uzaqlıqdadır.Pravoslav Yəhudiləri tərəfindən "Qədim Yişov" olaraq qurulmuş və 1883-cü ildə Baron Edmond de Rotşildin maliyyə köməyi ilə daimi yaşayış yeri olmuşdur.
Əl-Beyda
əl-Beyda — xəzərlərin paytaxt şəhəri. Tədqiqatçılar onu İtil şəhəri ilə eyniləşdirirlər.
Aryen-an-Betmal
Aryen-an-Betmal (fr. Arrien-en-Bethmale) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09017. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 101 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 54 yaşda (15-64 yaş arasında) 36 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 56.1%) idi. Fəal olan 36 nəfərdən 31 nəfər (17 kişi və 14 qadın), 5 nəfər işsizdir (4 kişi və 1 qadın). 18 hərəkətsiz 1 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
İnqrid Bulsö Berdal
İnqrid Bulsö Berdal (norv. Ingrid Bolsø Berdal; 2 mart 1980, Utøy[d]) — Norveç aktrisası.
Əyn-Bəyda (Umm-el-Buaqi)
Əyn-Bəyda (ərəb. عين البيضاء‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 1,020 metr yüksəklikdə yerləşir. == Əhali == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 118,662 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Hava limanı şəhərdən 7 kilometr şimal-qərbdə yerləşir.
Domnall mak Exdax
I Domnall (şot.kelt Domnall I, ing. Donald I), Domnall mak Exdax (şot.kelt Domnall mac Echdach), Domnall Brekk (şot.kelt Domnall Brecc), I Çilli Domnall (ing. Donald The Freckled; VII əsr – 642) — Dal Riada kralı (629–642). == Həyatı == I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur. 629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur.
Ed mak Exdax
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.