Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəxti (Xudabəndə)
Bəxti (fars. بختي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (56 ailə).
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Leyla Bexti
Leyla Bexti(fr. Leïla Bekhti); doğ. 6 mart 1984, İssi-le-Mulino, Fransa) — Əlcəzair əsilli Fransa aktrisası. == Həyatı == Leyla Bexti 6 mart 1984-cü ildə Əlcəzairin İssi-le-Mulino şəhərində anadan olub. Monruj şəhərciyində teatr təmayüllü Jenevye Moris litseyini (fr. Lycée Maurice Genevoix) bitirəndən sonra altı ayda Stefan Jildanın (fr. Stéphane Gildas) teatr kurslarında iştirak edir. Daha sonra Berenjer Bastinin (fr. Bérengère Basty) art-studiyasında məşğul olur. 2005-ci ildə Şeytan filminin sınaq çəkilişlərindən uğurla çıxır.
DNT-nin bağlanma sahəsi
DNT-nin bağlanma sahəsi — DNT bağlanma sahələri, digər molekulların bağlana biləcəyi DNT-də olan bir növ bağlanma sahəsidir. DNT bağlanma sahələri digər bağlanma sahələrindən DNT ardıcıllığının bir parçası olması (məsələn, genom) və DNT bağlama zülalları ilə əlaqəli olmaları ilə fərqlənir . DNT bağlanma yerləri tez-tez transkripsiya faktorları kimi tanınan ixtisaslaşmış zülallarla əlaqələndirilir və bu səbəbdən transkripsiyanın tənzimlənməsi ilə əlaqələndirilir . Müəyyən bir transkripsiya faktoru üçün DNT bağlanma sahələrinin cəminə onun sistromu deyilir. DNT-yə bağlanma sahələri, məhdudlaşdırıcı fermentlər, sahəyə spesifik rekombinazlar və metiltransferazlar kimi digər proteinlərin hədəflərini də əhatə edir. Beləliklə, DNT-yə bağlanma sahələri, bir və ya daha çox DNT bağlayan zülal və ya protein kompleksi ilə xüsusi olaraq bağlanan qısa DNT ardıcıllığı olaraq təyin edilə bilər. Bəzi bağlayıcı sahələrin sürətli təkamül dəyişikliklərinə məruz qalma potensialına sahib olduğu bildirildi. == DNT bağlanma sahələrinin növləri == DNT-yə bağlanma sahələri bioloji funksiyalarına görə təsnif edilə bilər. Beləliklə, transkripsiya faktorları, məhdudlaşdırma sahələri və rekombinasiya sahələri üçün bağlanma sahələrini ayırd edə bilərik . Bəzi müəlliflər bağlayıcı saytların ən uyğun təqdimat üsuluna görə də təsnif edilə biləcəyini irəli sürmüşlər .
Kuhin bəxşi
Kuhin bəxşi (fars. بخش کوهین‎; az.-əski. کوهین بؤلومو‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Laləcin bəxşi
Laləcin bəxşi (fars. بخش لالجین‎) — İranın Həmədan ostanının Bahar şəhristanında bəxş. Əhalisi 2006-cı il əhalinin sıyahıya alınmasına əsasən 10 635 ailədə 44 568 nəfərdir. Bəxşin iki şəhəri (Laləcin və Mühaciran), iki dehistanı (Mühaciran dehistanı və Sufalqaran dehistanı) var.
Ləvəndil bəxşi
Ləvəndəvil bəxşi (fars. بخش لوندویل‎) — İranda, Gilan ostanının Astara şəhristanında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ləvəndəvil şəhəridir. == Əhalisi == 24 oktyabr – 13 noyabr 2011–ci il siyahıyaalınması yekunlarına əsasən bəxşin əhalisi: == İnzibati bölgü == 2011–ci il siyahıyaalınmasına əsasən bəxş inzibati cəhətdən Ləvəndəvil şəhərini və 2 dehestanı əhatə edir. Dehestanlarda isə 18 kənd yerləşir və onlardan 2–sində əhali yaşamır.
Ləvəndəvil bəxşi
Ləvəndəvil bəxşi (fars. بخش لوندویل‎) — İranda, Gilan ostanının Astara şəhristanında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ləvəndəvil şəhəridir. == Əhalisi == 24 oktyabr – 13 noyabr 2011–ci il siyahıyaalınması yekunlarına əsasən bəxşin əhalisi: == İnzibati bölgü == 2011–ci il siyahıyaalınmasına əsasən bəxş inzibati cəhətdən Ləvəndəvil şəhərini və 2 dehestanı əhatə edir. Dehestanlarda isə 18 kənd yerləşir və onlardan 2–sində əhali yaşamır.
Milacerd bəxşi
Milacerd bəxşi (fars. بخش میلاجرد‎) — İranda, Mərkəzi ostanının Komican şəhristanında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Komican şəhəridir. 2011–ci il siyahıyaalınmasına əsasən bəxşin əhalisi 4.442 ailədə 8.316 nəfəri kişilər və 8.125 nəfəri qadınlar olmaqla cəmi 16.441 nəfərdir. Bəxş inzibati cəhətdən Milacerd şəhərini, Milacerd və Xosro Beyg dehestanlarını əhatə edir.
Məhəmmədiyə bəxşi
Məhəmmədiyə (fars. بخش محمدیه‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. Məhəmmədiyə şəhəri keçmiş Zibaşəhr və Bavers (indi bu adda şəhərin yaxınlığında başqa bir kənd mövcuddur) kəndlərinin birləşməsi ilə qurulub. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,766 nəfər və 10,904 ailədən ibarət idi. 2016-cı ilin məlumatına görə bəxşdə 138,093 nəfər yaşayır (43,898 ailə).
Qalaçay bəxşi
Qalaçay bəxşi (Farsca: بخش قلعه‌چای) — İranın Şərqi Azərbaycan ostanındaki Əcəbşir şəhristanının iki bəxşindan biridir.
Qulamrza Təxti
Qulamrza Təxti (27 avqust 1930, Tehran, Pəhləvilər İranı[d] – 7 yanvar 1968, Tehran, Pəhləvilər İranı[d]) — olimpiya çempionu (Melbrun, 1956) və mükafatçısı, ikiqat dünya çempionu (Tehran, 1959 və İokoqama 1961), Asiya yay oyunları çempionu (Tokio, 1958). == Həyatı == Qulamrza Təxti 1930-cu ilin 27 avqustunda Tehranda kasıb bir ailədə anadan olmuşdur. Əsli azərbaycanlılardan olan ailə, Tehranın, əsasən, azərbaycanlılar məskunlaşan bir məhəlləsində yaşamışdır. Böyük maddi ehtiyaclar içərisində yaşadıqları üçün Qulamrza yalnız 9-cu sinfə qədər oxuyub, natamam təhsil alaraq, atasına kömək etmək məqsədi ilə işləməyə başlamışdır. 1950-ci ildə o, özünün ilk uğurunu əldə edib, tanınmış pəhləvanlara qalib gələrək, ölkə çempionu adını qazanır. 1968-ci il yanvarın 7-də onu mehmanxana otağında ölmüş halda tapmışdılar. Qulamrza Təxti Tehranın cənubunda Şəhri Rey qəbirstanında qohumlarının məzarının yanında torpağa tapşırılmışdır. İran xalqı arasında böyük hörmət qazanmış Təxtinin şübhəli ölümündə Pəhləvi rejiminin əli olduğu ehtimal edilir. == Uğurları == 1951-ci il. Helsinki.
Rüğeyvə bəxşi
Rüğeyvə bəxşi (fars. بخش رغیوه‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanında inzibati-ərazi vahidi. 2011-ci il siyahıyaalınmasına əsasən bəxşin əhalisi 1.197 ailədə 2.598 nəfəri kişilər və 2.644 nəfəri qadınlar olmaqla cəmi 5.242 nəfərdir və bütünlüklə kənd əhalisidir. İnzibati cəhətdən Gəzin və Rüğeyvə dehestanlarını əhatə edir.
Sultaniyə bəxşi
Sultaniyə şəhristanı (fars. شهرستان سلطانیه‎) — İranda, Zəncan ostanında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sultaniyə şəhəridir. 2014–cü ilədək Əbhər şəhristanının bir hissəsi olaraq bəxş statusu daşıyırdı idi və Sultaniyyə bəxşi adlanırdı. Həmin ildən inzibati cəhətdən statusu şəhristan olaraq yüksəlmişdi.
Sələfçegan bəxşi
Salafçeqan — İranın Qum şəhərinin bölmələrindən biri. 2016 -cı ildə Salafçeqan mahalının əhalisi və evlərinin ümumi siyahıya alınmasına görə 9 938 nəfərə bərabər olmuşdur.
Təxti Süleyman
Təxti Süleyman (fars: تخت سلیمان,) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. Urmiya və Həmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir. 2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən "Böyük Alov" və ya "Hökmdar alovu"nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda "ādur Wishnāsp" adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir. Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən istifadə etmişdir, krater isə "Zindani Süleyman" adlandırılmışdır. Digər bir krater isə qalanın içində yerləşir və onun içi bulaq suyu ilə doludur. Deyilənə görə, Süleyman orada süni göl yaratmışdır və həmin göl də günümüzə çatmışdır. Abidə ərazisində aparılan arxeoloji tədqiqatlar yaşayış mərkəzi kimi bu ərazinin e.ə.
Təzəkənd bəxşi
Təzəkənd bəxşi — (Farsca: بخش تازه‌کند), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 4 bəxşindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 14,235 nəfər və ya 2,929 evdir. Bəxşin mərkəzi Təzəkənd şəhəridir.
Çahvarz bəxşi
Çahvarz bəxşi (fars. بخش چاه‌ورز‎) — İranda, Fars ostanının Lamerd şəhristanında inzibati-farsi vahidi. Bəxş inzibati cəhətdən Çahvarz şəhərini, Çavarz və şeyx amer dehestanlarını əhatə edir.
Aslandüz bəxşi
Aslandüz bəxşi (farsca: بخش اصلاندوز), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşin 2006-cı il siyahıya almaya görə əhalisi 27,418 nəfər ve 5,220 evdir. Bəxşin mərkəzi Aslandüz şəhəridir.
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Baxti Belayib
Baxti Belayib (Avqust 22, 1953 – Yanvar 26, 2017) — Əlcəzairli siyasətçi. Belayib Əlcəzairin Teniet Əl-Həd şəhərində anadan olmuşdur. Milianada yerləşən Lise Ferruxidə təhsil almışdır. O, 1982-ci ildə Əlcəzair Ticarət Nazirliyi vəzifəsində çalışmış və iki dəfə bu vəzifəyə təyin olunmuşdur. Baxti Belayib Fransanın Paris şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Şahrud bəxşi
Şahrud bəxşi (Farsca: بخش شاهرود) — İranın Ərdəbil ostanında olan Xalxal şəhristanının 3 bəxşindən biridir. Bəxşin mərkəzi Külür şəhəridir. == Ümumi məlumat == Bəxşin 2006-cı il siyahıya alınmasına görə əhali sayı 13.701 nəfər və 3.604 evdir. Şahrudi talışlar Xalxal şəhristanı, Şahrud bəxşinin Külür, Şal və Lerd kəndlərində yaşayırlar.
Sədabad bəxşi
Sədabad bəxşi (Farsca: سعدآباد) — İranın Buşehr ostanında olan Dəştistan şəhristanının bəxşlərindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 31,928 nəfər və ya 6,772 evdir. Bəxşin mərkəzi Sədabad şəhəridir.
Abgərm bəxşi
Abgərm bəxşi (fars. بخش آبگرم‎), (az.-əski. آبگرم بؤلومو‎), iranın Qəzvin ostanının Avəc şəhristanına daxil olan bəxş.
Xələcistan bəxşi
Xələcistan bəxşi (fars. بخش خلجستان‎‎‎) — İranın Qum ostanında olan Qum şəhristanının 3 bəxşindən biri. Bəxşin 2016-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 7,207 nəfərdir. Bəxşin mərkəzi Dəstcerd şəhəridir.
Başlatmaq
Başlatmaq (en. initialize ~ ru. инициализировать ~ tr. başlangıç durumuna getirmek) – istifadə üçün hazırlamaq. Verilənlər daşıyıcılarına, məsələn, disklər və ya lentlərə aid edildikdə, başlangıc durumuna gətirməkdə daçıyıcının səthinin keyfiyyətinin yoxlanılması, blokların nişanlanması, yükləmə informasiya blokunun yazılması və faylların yerləşdirilmə cədvəlinin yaradılması ola bilər. Proqramda dəyişənlərə aid edildikdə, başlatma, dəyişənə başlanğıc qiymətin mənimsədilməsini bildirir. Kompüterin özünə aid edildikdə başlatma, sadəcə, onun işə salınması deməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bağlama
Ayağın bağlanması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Baxtı Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Betti Vayt
Betti Vayt — (17 yanvar 1922[…], Ouk-Park[d], İllinoys – 31 dekabr 2021, Brentvud (Los-Anceles), Kaliforniya) daha çox Betti Marion Vayt Ludden kimi tanınan Amerikalı aktrisa, komediyaçı, müğənni və müəllifdir. == Həyatı == Betti Vayt İllinoysda anadan olub. Orta məktəbi Los-Ancelesdə, Kaliforniyadakı Liseydə 1939-cu ildə bitirmişdir. Televiziya karyerasına başlamazdan əvvəl model olan Betti Vayt televiziya karyerasına 1953-cü ildə Elizabeth ilə həyatsitcomu ilə başlayıb. Bu ilk iş Betti Vayta ilk Emmi nominasiyasını qazandırdı. Daha sonra Mələklərlə görüş adlı başqa bir sitcomda Vicki Angel rolunu oynadı. 1954-cü ildə qısa ömürlü olan " Betti Vayt şousu" adlı tok-şousunu da hazırlayan sənətçi ortada Qızıl Qızlar, Çirkin Betti, Malkolmu yerləşdirdi. Çoxsaylı mükafatlar, nominasiyalar və fəxri adlara layiq görülən sənətçinin rol aldığı 16 film var. == Ölümü == Vayt 31 dekabr 2021-ci ildə 99 yaşında Los-Ancelesdə, Kaliforniyada vəfat etdi. ABŞ prezidenti Co Bayden onun ölümü ilə bağlı açıqlama verərək onu "sevimli xanım" və "çox darıxılacaq bir mədəniyyət simvolu" kimi təsvir edib.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.