RELİKT
REPATRİASİYA
OBASTAN VİKİ
Bar (relyef)
Bar (relyef) — qumdan ibarət olan su altı say olaraq çayların mənsəbində yerləşir. Dəniz və çay axınlarının birləşdiri yerdə əmələ gəlir. Çayın gətirdiyi çöküntünün və dəniz axınlarının sahilə çıxartdığı qumların bir yerə toplanması ilə əlaqədardır.
Barik relyef
Barik relyef — Yer səthində atmosfer təzyiqinin alçaq və yüksək sahələrinin bölgüsüdür.Barik relyef yüksək zonalar üzrə yerləşir və yeddi zonadan ibarətdir:şimal qütb yüksək təzyiq zonası və cənub qütb yüksək təzyiq zonası, şimal mülayim alçaq təzyiq zonası və şimal subtropik yüksək təzyiq zonası və cənub subtropik yüksək təzyiq zonası ,ekvator boyu alçaq təzyiq zonası.
Biogen relyef
Eol relyef
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Eol relyef formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Fluvial relyef formaları
Kar (relyef forması)
Kar (relyef forması)- dağların zirvə hissəsinə yaxın yamaclarda, nival iqlim şəraitində, kiçik buzlaqların (kar buzlaqları) və şaxta aşınmasının təsiri ilə yaranmış fincanşəkilli təbii çökəklikdir. Karın yamacları sıldırım, dik, dibi isə hamar və ya batıq olur. Kar qar xəttindən yuxarıda yerləşdikdə, o, fəal aşağıda olduqda isə relikt kar tipli göl əmələ gətirir. Kar buzlağı yerli Kar sərhəddindən yuxarıda, buzlaq sirkinin (karın) dibində formalaşmış, nisbətən kiçik (qısa buzlaq dibinə malik) buzlaqdır. Kar buzlağı planda oraqvari və ya dəyirmi formalı olub, nadir halda dil hissəsi qar xəttindən bir qədər aşağı düşə bilər. Kar gölü yerli qar sərhəddindən aşağıda yerləşən relikt qar çalasında əmələ gələn göl, əsasən yağış suları ilə qidalanır. Kar gölü buzlaq tipli göllərə aiddir. Kar pilləsi dağ yamacı boyu bir-birinin üzərində yerləşən və aydın nəzərə çarpan çıxıntılarla biz-birindən ayrılmış karlar seriyasıdır.
Qravitasion relyef forması
Qravitasion relyef forması — Qravitasion relyef əmələgətirici proseslər bilavasitə ağırlıq qüvvəsinin təsiri və yer səthinin süxur kütlələrinin hərəkəti və yerdəyişməsi nəticəsində baş verir və müvafiq morfoskulpturlar formalaşır. Azərbaycanın dağlıq ərazisində fiziki-coğrafi şəraitin mürəkkəbliyi ilə əlaqədar olaraq, qravitvsiya proseslərinin təzahürü öz müxtəlifliyi ilə seçilir və sürüşmə, uçqun, daş axınları, çınqıl, ufantı, səpinti və s.kimi hadisələrlə əlaqədar müvafiq morfoskulpturlar əmələ gətirir. Bunların inkişafının intensivliyi, relyefdə təzahürü, sahəvi paylanması və başqa xüsusiyyətləri bir sıra təbii amillərdən — ərazinin yüksəkliyi, səthin meylliyi, forması, süxurların litoloji tərkibi, çatlılıq dərəcəsi, atmosfer yağıntıları və hidrogeoloji şəraitin bir-biri ilə qarşılıqlı münasibətilə əlaqədardır. Həmin parametrlərin yüksəklik və üfüqi istiqamətdə differensasiyası artdıqca qravitasiya prosesinin intensivliyi və onun yaratdığı relyef formalarının tutduğu sahələr də genişlənir. Azərbaycan Respublikasının dağlıq ərazilərində qravitasiya proseslərinin ən geniş yayılmış növlərindən biri sürüşmələrdir. Sürüşmə prosesləri əlverişli relyef şəraitində örtük, qırıntı süxur kütlələrinin və ana süxur laylarının yerindən qopması və ağırlıq qüvvəsinin təsiri altında yamacboyu hərəkəti ilə baş verir. Sürüşməyə başlıca olaraq süxur kütlələrinin və blokların yamacda dayanıqlığını itirməsi, süxurların nəmlənməsi, aşınma və s. nəticəsində bunların fiziki vəziyyətinin dəyişilməsi və davamlığının zəifləməsi səbəb olur. Burada başlıca şərt yamaclarda toplanmış kövrək örtük çöküntülərin altında su keçirməyən gilli layın olmasıdır. Sürüşmələrin baş verməsinə yamacların meyllik bitki ilə örtülmə və rütubətlənmə dərəcəsi, onları təşkil edən süxurların litoloji tərkibi (gillər, gilli şistlər, qum və əhəngdaşları), iqlim şəraiti, və ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s.
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Akkumlyativ relyef
Akkumulyativ relyef
Antropogen relyef
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Zirehlənmiş relyef
Zirehlənmiş relyef (rus. бронированный рельеф, ing. armoured landforms) — uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxurları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır sinklinal dağ silsilələri və s.
Çalalı relyef
Relyef əmələgəlmənin siklliyi
Relyef əmələgəlmənin siklliyi (rus. цикличность рельефообразования, ing. cycle relief development) — geoloji proseslərin /əsasən tektonik hərəkətlərin\ dövrlüyü və iqlim tərəddüdü ilə əlaqədar olaraq relyefəmələgətirici proseslərin qanunauyğun növbələşməsi. Nəticədə müxtəlif relyef tiplərinin dövrü əmələ gəlməsi müşahidə edilir /əvvəlcə tektonik, təzadlı, sonra isə denudasion, hamarlanmış/. Eyni zamanda həmin generasiyaların korrelyativ şöküntüləri əmələ gəlir. Relyefin inkişafının siklliyi, eyni formaların təkrar olunması yox, yer səthinin qanunauyğun, ancaq təkrar olunmayan geoloji-geomorfoloji inkişafı deməkdir. Relyef əmələgəlmənin siklliyinin çoxluğunda relyefin inkişafının mürəkkəbliyi təzahür olunur.
Azərbaycan relyefi
Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir. Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir.
Azərbaycan relyefinin geoloji inkişaf tarixi
Respublika ərazisinin relyefinin inkişafının neotektonik mərhələsi Kaynozoy erasının Oliqosen epoxasından Holosen də daxil olmaqla Dördüncü dövrədək mərhələni əhatə edir. Bu mərhələdə Oliqosen-Erkən Miosen, Orta - Son Miosen, Erkən Pliosen (Balaxanı əsri), Son Pliosen (Ağçagil əsri) və Dördüncü dövr epoxaları ayrılır.
Azərbaycanda karst və onun yaratdığı müxtəlif relyef formaları
Azərbaycanın relyefi
Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir. Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir.
Belarus relyefi
Belarus Respublikasının relyefi əsasən, düzənlikdir. Qədim buzlaşmanın izlərinə rast gəlinir. Ölkənin şimal -qərb hissəsini Valday buzlaşmasının moren tirələri tutur. Mərkəzi hissədə cənub -qərbdən şimal -şərqə doğru ayrı-ayrı yüksəkliklərdən (Qrodno, Volkovısk, Novoqrudsk, Minsk, Vitebsk, Orşa və s.) ibarət geniş Belarus tirəsi uzanır. Dəniz səviyyəsindən maksimal hündürlük (345 m, Dzerjinskaya d.) Minsk yüksəkliyindədir. Şərqdədə Smolensk yüksəkliyinin kənar hissəsi, Belarus tirəsindən şimalda Polotsk ovalığı, cənubda geniş Polesye ovalığı və Dneprboyu ovalıq yerləşir. Ölkənin qərbi təpəlik, şərqii dalğalı-uvallı relyefə malikdir. Belarus ərazisi bütünlüklə Şərqi Avropa düzənliyində yerləşir. Hündürlük 345 metrə (Dzerjinski dağı) 80 metr arasında dəyişir. Ən alçaq nöqtəsi Litva sərhəddində, Neman vadisindədir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Ceyrançöl öndağlığının relyefi
Ceyrançöl öndağlığının relyefi — Ceyrançöl öndağlığı inzibati cəhətdən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl rayonlarına daxil olub, şimal və şimal-qərbdən Gürcüstanla sərhədlənir. Cənubdan Kür çayının orta axımı, cənub-şərqdən isə Mingəçevir su anbarının sahilləri ilə həmsərhəddir. Onun şimal-qərbdən cənub-şərqə doğru uzunluğu təxminən, şimaldan-cənuba doğru eni isə 15-30 km-ə qədərdir. Ümumi sahəsi isə 250 min hektardan çoxdur. Kür və Qabırrıçay çayları arasında yerləşən bu sahənin relyefində alçaq dağ tirələri, onların arasında yerləşən geniş çökəklik sahələr və düzənliklər əsas yer tutur. Bu relyef formaları üçüncü və dördüncü dövrlərin çay daşları, konqlomeratları, qumdaşı, lyosabənzər gillicə və gillərdən təşkil olunmuşdur. Ərazinin səthi şimaldan cənuba doğru pilləvari alçalır. Buradakı nisbi yüksəklik fərqi 200-400 m-ə qədərdir. Bu cür yüksəklik fərqi şimali-qərbdən cənubi-şərqə doğru da müşahidə edilir. Ceyrançöl öndağlığında Yaylaçı, Çobandağ, Ağtaxtəpə, Eldaroyuğu, Palantökən, Görükçalan, Bozdağ kimi müstəqil dağ tirələri ayrılır.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Ukrayna relyefi
Ukrayna relyefi yetərincə müxtəlifdir. Ukrayna ərazisinin 70%-ni düzənliklər, 25%-ni yüksəkliklər və 5%-ni isə dağlar təşkil edir.
Vulkan relyefi
Vulkan relyefi (rus. рельеф вулканический, ing. volcanic relief) — maqmanın püskürməsi və həmçinin litosferin üst qatına soxulması nəticəsində yaranmış relyef.

Значение слова в других словарях