Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Binə
Binə (dağ) — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Binə (Germi)
Binə (fars. بنه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 802 nəfər yaşayır (177 ailə).
Binə (Xocavənd)
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. == Tarixi == === Tarixi abidələri === Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. == Mədəniyyəti == İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Binə Xocavar
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1150 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır. == Tarixi == XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin] == İqtisadiyyatı == Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin] == Din == Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir. I Qarabağ şəhidi: Nuriyev Bəşir Nuru oğlu – (05.
Binə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binə qəsəbəsi
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Binə stadionu
Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir. Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir. Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verilməsi planlaşdırılır.
Binə (yaşayış məskəni)
Binə — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer. == Ümumi məlumat == Toplanılan etnoqrafik materiallardan aydın olur ki, binə XIX əsrdə Azərbaycanın dağlıq bolgələrindəki kəndlərin əksəriyyətində movcud olmuşdur. Əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrufat tikililəri (yataq, tovlə, pəyə, xalxal, at damı və s.) binə adlanırdı. Binədə ailələrin sayı artdıqca tədricən təsərrufat tikililəri və ya yaşayış evləridə inşa edilirdi. Təsərrufat tikililəri və ya yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış məntəqəsinə cevrilir və həmin yer ya orada ilk məskən salmış adamın adı ilə, ya da maldarlıq təsərrufatının ustun sahələrindən birinin adı ilə adlandırılırdı.
Binə Şəhidlər Xiyabanı
Binə Şəhidlər Xiyabanı — 2020-ci ilin sentyabr ayında əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçusularının dəfn olunduğu xiyabandır. == Tarixi == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Vətən müharibəsi başladı. Müharibə zamanı Binə qəsəbəsində yaşayan 21 hərbi qulluqçu şəhid oldu. Onların hamısı Binə qəsəbəsində salınan Binə Şəhidlər Xiyabanında dəfn olundu. Noyabrın 10-da müharibə bitəndən sonra Binə Şəhidlər Xiyabanında abadlıq işləri aparıldı. == Dəfn olunanlar == Binə Şəhidlər Xiyabanında dəfn olunanların 1 nəfəri baş leytenantdır, 2 nəfəri gizirdir, 1 nəfəri kiçik gizirdir, 1 nəfəri baş çavuşdur, 1 nəfəri çavuşdur, 14 nəfəri isə əsgərdir. |21. |İsa Məmmədov İsa Nazim oğlu.
Məhəmməd bin Salman
Məhəmməd ibn Salman əl-Səud (31 avqust 1985[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi, kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri, kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri. == Həyatı == Məhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb. Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi. Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura. == Müdafiə naziri == 23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimiyası == Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. == Əhalisi == Əhalisi 1680 nəfərdir.
Salman bin Həməd Əl Xəlifə
Salman ibn Həməd ibn İsa Əl-Xəlifə (ərəb. سلمان بن حمد بن عيسى آل خليفة‎; 21 oktyabr 1969, Ər-Rifa[d], Cənub qubernatorluğu[d]) — Bəhreynin vəliəhdi, eyni zamanda Bəhreyn Müdafiə Qüvvələri Ali Komandirinin müavini. == Həyatı == Şahzadə Salman Bəhreyn Kralı Həməd ibn İsa Əl-Xəlifənin və birinci həyat yoldaşı Şahzadə Səbikə binti İbrahim Əl-Xəlifənin böyük oğludur. Şahzadə orta təhsilini Bəhreyn Məktəbində aldı, daha sonra Vaşinqtonda yerləşən Amerika Universitetində Siyasi Elmlər üzrə bakalavr, daha sonra Kembric Universitetindən Tarix və Elm Fəlsəfəsi üzrə magistr dərəcəsi aldı. Şahzadə Salman Bəhreynin gənclərini 21-ci əsrə aparması üçün 1999-cu ildə Vəliəhd Beynəlxalq Təqaüdünü təsis etdi. Proqram Bəhreyndən olan ən bacarıqlı lisey şagirdlərinə xaricdə ali təhsilini davam etdirmək və Bəhreynin inkişafına məhsuldar töhfə vermək üçün təqaüd yaradıldı. Bununla da Bəhreynin hər yerindən 140-dan çox tələbə İngiltərə, ABŞ və Fransa da daxil olmaqla xaricdə təhsil almaq üçün təqaüd və fürsət qazandı. Şahzadə Salman Şeyxa Hələ binti Dəic əl-Xəlifə ilə 2005-ci ilə qədər evli qaldı. Şeyxa Hələ Maliyyə və Milli İqtisadiyyat Nazirinin köməkçisi Şeyx Dəic ibn Xəlifə Əl-Xəlifənin kiçik qızı idi. Hələ Qadın və Uşaqlar üçün Məlumat Mərkəzinin Fəxri Prezidenti və Bəhreyn Zəka Geriliyi Cəmiyyətinin sədri idi.
Salman bin Əbdüləziz əs-Səud
Salman bin Əbdüləziz əs-Səud (ərəb. الأمير سلمان بن عبد العزيز آل سعود‎, 31 dekabr 1935[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı kralı.
Salman bin Əbdüləziz Al Səud
Salman bin Əbdüləziz əs-Səud (ərəb. الأمير سلمان بن عبد العزيز آل سعود‎, 31 dekabr 1935[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı kralı.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Bilnə
Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Bing
Bing — Microsoft tərəfindən qurulan bir axtarış sistemidir. İlk dəfə "Microsoft" şirkətinin baş direktoru Stiv Balmer tərəfindən təqdim olunmuşdur. 2009-cu ilin ilk yarısında sınaq işlərinə başlayan və ictimaiyyətə adı əvvəl Kumo olaraq elan olunan Bing, "vərdişləri dəyişdirmə" iddiasıyla yola çıxdı. Bing sistemində ən əhəmiyyətli yeniliyin, veb-saytlarına keçid vermənin xaricində alt başlıqlar halında məlumatların də listələnməsi oldu. Windows Live Search axtarış sisteminin yerini alması və Google rəqib olması gözlənilən Bing, 1 iyun 2009 tarixində "beta" (sınaq) yayımıyla xidmətə qoşuldu.Bing axtarış sistemi 58 dildə istifadə edilə bilir. www.discoverbing.com adlı saytda təqdimatı edilən Bing'in bir fərqli xüsusiyyəti də hər gün dəyişən arxa plan rəsmidir.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Alfred Bine
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Sardiniya krallığı – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. == Həyatı == Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. == Fəaliyyəti == 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
BIND
BIND (tələffüzü: bayınd) - internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-cı illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. == Tarixçəsi == Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
Çaxmaq-Bina
Çaxmaq-Bina — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.