Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fizzə
Fizzə (ərəb. فضه نوبیه‎) — Fatimə bint Məhəmmədin xadiməsi. İslam peyğəmbərinin zamanındakı döyüşlərin birində Fizzə müsəlmanların vasitəsi ilə əsir olaraq sonra peyğəmbərin yanına gətirilib, döyüşçü payı adı ilə Əli bin Əbu Talibin evinə göndərmişdir. Onun hansı döyüşdə əsir olduğuna görə bir sənəd yoxdur. Əlbəttə Əllamə Məclisi Biharül Ənvar kitabında bir rəvayətdə nəql edir ki, Fizzə Hind şahlarının birinin qızıymış ki, bu rəvayət sənəd baxımından araşdırılmalıdır. == Məşhurluğunun səbəbi == Fizzənin Məşhurluğunun nədəni onun Fatimə Məhəmməd qızından nəql etdiyi hədislərə görədir eləki Ömər onun üçün demişdir: Əbu Talib tayfasının bir teli Odəy (ərəb. عدى‎) elinin hamısından bilici və daha fəqihdir. deyiblər ki o, 20 il Fatimənin vəfatından sonra Qurandan başqa söz danışmayıb və camaatla Quran yolu ilə danışıb. === Dualarının qəbul olunması === Onun dualarının Allah tərəfindən tez qəbul olunması məşhurdur. Məsabihül Qulubda yazılıb:Əmirəl Möminin,Fatimə,Həsən və Hüseyn hər biri bir gecə orucluq ayında Rəsulullahı iftar üçün qonaq çağırdılar, Fizzənin özündən evi olmamağına baxmayaraq peyğəmbəri çox sevdiyi və qonaq çağırmaq həvəsi ilə beşinci axşamda o, peyğəmbəri dəvət etdi.
İzzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Biərəq (Germi)
Biərəq (fars. بيعرق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Qala Bərzənd kəndistanında, Germi qəsəbəsindən 12 km. qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 44 nəfər yaşayır (8 ailə).
Bərzəq (Miyanə)
Bərzəq (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (22 ailə).
Cizzəx (şəhər)
Cizak – Özbəkistanın şərqində şəhər. Cizak vilayətinin mərkəzi. == Əhalisi == Əhalisi 159,5 min (2007). == Coğrafiyası == Sanzar çayı sahilində, 460 m hündürlükdə, Böyük Özbəkistan yolu üzərindədir. Nəqliyyat qovşağı. Orta Asiyanın ən qədim ticarət məskənlərindən birinin yerində meydana gəlmişdir. == Tarixi == 8-ci əsrdə divarla əhatələnmişdir (dəfələrlə bərpa edilmişdir). Ərəb istilasına dək (8-ci əsr) Ustruşana tarixi vilayətinin iri şəhəri idi. 16-cı əsrdən Buxara xanlığının, sonra Buxara əmirliyinin tərkibində olmuşdur. == Memarlığı == Orta əsr qalalarından Bizlərtəpə, Urdatəpə və Qalatəpənin (11–12-ci əsrlər) xarabalıqları, qədim hamamlar (16–17-ci əsrlər), mədrəsə (1860) qalmışdır.
Cizzəx klanı
Cizzəx klanı Özbəkistanın Cizzəx vilayəti ilə bağlı olan qruplaşmadır. Səmərqənd klanı ilə müttəfiqdir. Klanın başçısı Özbəkistan prezidenti İslam Kərimovun müşaviri və keçmiş xarici işlər naziri Əbdüləziz Kamilov sayılır.
Cizzəx vilayəti
Cizak — Özbəkistanda vilayət. Sahəsi 21,2 min km2-dir. Əhalisi 910,5 min (2005) nəfərdir. Vilayətin 12 tumanı, 6 şəhəri, 4 qəsəbəsi var. İnzibati mərkəzi Cizak şəhəridir.
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Binəq (Əhər)
Binəq (fars. بينق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (8 ailə).
Fizzə Məmmədova
Fizzə Məmmədova (Tam adı: Fizzə Sadıx qızı Məmmədova; d. 1953 22 aprel, Naxçıvan) — AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent, “Təmiz Dünya” İctimai Birliyinin sədri. == Həyatı və Təhsili == Fizzə Məmmədova 1953-cü il 22 aprel tarixində Azərbaycanın Naxçıvan bölgəsində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Kimya üzrə fəlsəfə doktorudur. Namizədlik (PhD) dissertasiyasının mövzusu 02.00.02 – analitik kimya, ixtisas şifri isə "Azosafraninlər stibium və bismutun ekstraksiyalı-fotometrik təyinində"dir. Fizzə Məmmədova pedoqoji fəaliyyətlə yanaşı, həm də “Təmiz Dünya” İctimai Birliyinin sədridir. == Pedoqoji fəaliyyəti == Fizzə Məmmədova fiziki kimya ixtisası istiqamətində 182 elmi əsərin, 10-dən çox elmi publisistik məqalənin, o cümlədən 8 şadətnamənin, 7 müəlliflik şadətnaməsinin, 1 patentin, 1 monoqrafiyanın, 2 qrant layihəsinin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin 17-si xaricdə çıxmışdır. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 3 məqaləsi çap olunmuşdur.
Hörmət-izzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Yusif İzzət
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. == Həyatı == Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi. Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi.
İzzət Balacayev
İzzət Zakir oğlu Balacayev (14 dekabr 1993) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan İzzət Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, [[Hadrutun azad edilməsi|Xocavənd]]in, Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
İzzət Bağırov
İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor. == Həyatı == İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib. "7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb. Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır. Kumiri İbrahim Tatlısəsdir.
İzzət Hümmətov
İzzət Müşfiq oğlu Hümmətov (9 sentyabr 1996; Şabran rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İzzət Hümmətov 1996-cı il sentyabrın 9-də Şabran rayonunun Uzunboyad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İzzət Hümmətov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İzzət Həmidov
İzzət Həmidov (20 Yanvar şəhidi) — 20 yanvar şəhidi. İzzət Həmidov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
İzzət Nəbiyev
İzzət Əhməd oğlu Nəbiyev (1923, Nuxa – 1993) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969). == Həyatı == İzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır. 75 elmlər namizədinin elmi rəhbəri olmuşdur. == Elmi-təşkilatı fəaliyyəti == Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/ Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
İzzət Orucova
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). == Elmi fəaliyyəti == İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
İzzət Oruczadə
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). == Elmi fəaliyyəti == İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
İzzət Rüstəmov
İzzət Rüstəmov – Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru. == Həyatı == İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır. 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. 1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir. == Ailəsi == Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.
İzzət Seyidova
İzzət Əli qızı Seyidova (20 noyabr 1910, Xarkov – 30 noyabr 1973, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943). == Həyatı == İzzət Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Atası Əli bəy Mir Seyfəddin oğlu anası isə Olqa Yakovlevna idi. Onların hər ikisinin peşəsi həkim olmuşdur. İbtidai təhsilini Xarkovda alan İzzət xanım daha sonra Aleksandr İvanoviç Kosiçkinin rəssamlıq atelyesinə qoşulur. 1927-ci ildə 7-ci sinifi tamamladıqdan sonra isə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumaq qərarına gəlir. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuduğu 4 il ərzində Seyidova A.Kosiçkinin və M. Qerasimovun rəhbərliyi altında çalışmışdır. 1931-ci ildə o, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, 1938-ci ilə qədər burada oxumuşdur. Burada İzzət xanım R.Frents, Y.Lansere, A.Osmyorkin və M.Babşev kimi görkəmli sənətkarlardan öyrənmək imkanı əldə etmişdi. 1938-ci ildə o, "Yevgeni Onegin" operasının dizayn işi ilə instutdan məzun oldu.
İzzət Xəzər
İzzət Xəzər - Türk jurnalist. İzzət Xəzər, Mətbuat Nəşr Yüksək Məktəbi məzunu olub, 1 noyabr 1988 tarixində "Səhər" qəzetində müxbir olaraq peşə həyatına başladı. Müxtəlif vəzifələr çalışdıqdan sonra eyni media birliyinə bağlı "Sabahınız xeyir" qəzetində çalışarkən, 1992-ci ildə Cizredə Novruz nümayişlərini izləməklə vəzifələndirildi. Hərəkəti küçəyə çıxma qadağanının olduğu bir zamanda, müxbir yoldaşı Faruk Balıqçı ilə birlikdə ağ bayraq daşıdığı halda, təhlükəsizlik gücləri ilə nümayişçilər arasındakı qarşıdurmalarda açılan atəş nəticəsi öldürüldü. İzzət Xəzəri öldürən güllənin kimin silahından çıxdığı müəyyən oluna bilmədi.
İzzət Əfəndiyev
İzzət Arif oğlu Əfəndiyev (4 sentyabr 1947, Zaqatala) — fəlsəfə doktoru, rus dilinin tədrisi sahəsində elm xadimi. == Həyatı və elmi-pedaqoji fəaliyyəti == İzzət Əfəndiyev 4 sentyabr 1947-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. 1965-ci ildə Zaqatala şəhəri 1 saylı tam orta məktəbi əla nəticələr ilə bitirdikdən sonra, Rusiyanın Volqoqrad şəhərində neftqayırma zavodunda fəhlə işləmişdir. 1967-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olmuşdur. 1972-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Kəlbəcər rayonunda, sonra isə Zaqatala rayonu Mosul və Qımır kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 1976-cı ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının aspiranturasına qəbul olmuş, 1980-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna (indiki Bakı Slavyan Universiteti) müəllim vəzifəsinə təyin edilmişdir. O, 1983-cü ildə "Azərbaycan məktəblərinin IV–VI sinif şagirdlərinə rus tələffüz vərdişlərinin öyrədilməsində audiovizual vasitələrdən istifadə metodları" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və Moskva alimlərinin müsbət rəylərini qazanmışdır. 1980–2016-cı illərdə BSU-da çalışan İzzət Əfəndiyev müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan müavini vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Respublikasının orta məktəblərində çalışan rus dili və ədəbiyyatı müəllimlərinin əksər hissəsi İzzət müəllimin yetişdirmələridir. == ATMU-da fəaliyyəti == İ. Əfəndiyev 2014–2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində çalışıb.
İzzət Əfəndiyeva
İzzət Əfəndiyeva (10 sentyabr 1950, Kirovabad) — Fizika üzrə elmlər doktoru, 1977-ci ildən BDU-da çalışır. == Həyat və fəaliyyəti == 1950-ci il sentyabrın 10-da Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsinə (rus bölməsində) daxil olmuş və 1972-ci ildə həmin universitetin məzunu olmuşdur. 1997-ci ildən Bakı Dövlət Universitetində çalışır. == Təhsili, elmi dərəcəsi və adları == 1972-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fizik, fizika müəllimi ixtisası almaqla bitirib. 1991-ci ildə Gənclər İnstitutu (Bakı ş.) Menecment və Biznes şöbəsini "Xarici iqtisadi fəaliyyətin təşkili və texnikası" ixtisasını almaqla bitirib. 1987-ci ildə "Keçid elementləri əsasında olan mürəkkəb oksidlərin–polyar dielektriklərin optik xassələri və elektron quruluşu" (01.04.10-yarımkeçiricilər və dielektriklər fizikası) namizədlik, 2013-cü ildə "Al-TiW-PtSi/n-Si, Al-TiW-Pd 2Si/n-Si, Al-TiW/n-Si, AlNi/n-Si, Al- TiCu/n-Si elektron quruluşu və daşınma mexanizmləri" (2211–01-bərk cisim fizikası) doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə dosent elmi adı alıb. == Əmək fəaliyyəti == 1972–1974-Gəncə şəhəri 17 saylı dəmir-yolu məktəbinin fizika müəllimi; 1974–1977-illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutu Xüsusi Konstruktor Bürosunun mühəndisi; 1977–1989-Bakı Dövlət Universiteti Yarımkeçiricilər Fizikası Elmi-Tədqiqat Laboratoriyasında (indiki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu) kiçik elmi işçi, vəzifəsində işləmişdir. 1989–1997-ci illərdə Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinində nəşriyyat və sərgi işləri üzrə qrup rəhbəri, 1-ci prorektorun müavini; 1997–2018-ci illərdə böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir.
Bizdən danışaq (mahnı)
Biznes
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. == Müəssisənin quruluşu == Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Bizel
Bizel yumurta ağı və şəkər tozundan hazırlanan köpüklü qurabiyə növüdür. Fransızca "baiser" sözündəndir və tərcüməsi öpmək deməkdir. İsveçrə və Fransada "Meringue" kimi də tanınır. 100 °C qızdırılmış olan sobada 1-2 saat ərzində adətən qurudularaq hazırlanır. Bu qarışığa limon suyu əlavə edildiyi zaman, bizel daha möhkəm bir vəziyyətə gəlir. == Növləri == Soyuq qarışdırılmış bizel: Yumurta ağı sərtləşənə qədər qarışdırılır, hər yumurtaya 50 q şəkər tozu əlavə edildikdən sonra qarışdırılmağa davam edilir. Bir qaşıq və ya formavermə vasitəsinin köməyi ilə əvvəlcədən yağlanmış podnosa düzülür və sobaya yerləşdirilir. İlıq qarışdırılmış bizel: Hazırlanma qaydası soyuq qarışdırılmış bizelə çox oxşayır, lakin burada yumurtanın ağı köpüklənməyə başlayan kimi qab 50 °C su vannasına yerləşdirilir və orada qarışdırılmağa davam edilir. İş maraqlı tərəfi ondadır ki, su qaynamır. Şəkər tozu əlavə edildikdən qaşığın köməyi ilə podnusa yerləşdirilir və bundan sonra bişirilir.
Biznes Klasteri
Biznes klasteri (ing. business cluster) — xidməti fəaliyyətinin əsasları həmcins olan sahibkarlıq subyektlərinin, təminatçıların və əlaqədar digər təşkilatların xüsusi statusla coğrafi təmərküzləşməsi. == Tarixi == İqtisadçıların aqlomerasiya (təmərküzləşmə) adlandırdığı anlayışın metodoloji tarixi Alfred Marşalın 1890-cı illərdəki tədqiqatlarına qədər gedir. Müasir dövrdə isə "Biznes klasteri" yaxud "Porter klasteri" termini əsasən amerikalı akademik Maykl Porterin 1990-cü ildə nəşr etdirdiyi "Ölkələrin rəqabət üstünlüyü" əsəri ilə təqdim olunmuş və ardınca elmi çevrələr tərəfindən qəbul edilərək məşhurlaşmışdır. İqtisadi proseslərdə müvəffəqiyyətin əldə edilməsində iqtisadiyyatın coğrafi aspektləri isə Paul Kruqmanın "Coğrafiya və ticarət" (1991) əsərində geniş şəkildə işıqlandırılmışdır. Məhz bu cürə tədqiqatlardan sonra biznes klasterləri dövlətlərin iqtisadi strategiyalarında öz yerini almağa başladı. == Mahiyyəti == Maykl Porterə görə müasir qlobal iqtisadi proseslərdə rəqabət üstünlüyü əldə etməyin üsulu kimi bir qisim xüsusi faktorlar əhəmiyyət daşıyır. Məsələn, biznes subyektinin yerləşdiyi məkanın limana yaxın olması yaxud insan resursunun rəqiblərinə nisbətdə daha münasib qiymətlə çalışdırılması kimi nümunələr, xərcləri azaltmaqla rəqabət üstünlüyünü şərtləndirən başlıca amillərdir. Bu qəbildən olan üstünlüyü kortəbii haldan sistemli formaya transformasiya etmək üçün isə müəyyən inzibati tənzimləmərə ehtiyac duyulur. Biznes klasterləri rəqabət anlayışına təsir edən təkmil metodoloji yanaşma kimi məhz bu zərurəti qarşılamaq məqsədi güdür.
Biznes Universiteti
Bakı Biznes Universiteti — 1993-cü ildə yaradılan və Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Bakı Biznes Universiteti 1993-cü ildə təsis edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınaraq institut statusu ilə fəaliyyətə başlamışdır. == Təhsil == Bakalavriat səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8 semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur. == Maddi-Texniki bazası == Universitetin bütün korpus və köməkçi binaları Yasamal rayonunda, 20 Yanvar və İnşaatçılar metrostansiyalarının arasında yerləşməkdədir. Həmçinin, universitetin kampusunda gəzinti Bağçası, elm parkı, meydan, idman stadionu, oyun meydançası və s. yerləşir. === Kitabxana === Bakı Biznes Universitetinin kitabxanası var. Burada çox sayda kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.
Biznes analitikası
Biznes analitikası rəhbər işçilər, menecer və digər korporativ son istifadəçilərə əsaslandırılmış biznes qərarları qəbul etməkdə kömək edən faydalı məlumatların təqdim edilməsi və verilənlərin analizi üçün texnoloji prosesdir. Biznes analitikası analitik nəticələrin alınması üçün operativ işçilərə, qərar qəbul edən korporativ səxslərə əlçatan olan daxili sistem və xarici mənbələrdən məlumatları toplayan, onların təhlilini, həmin verilənlərə sorğuları işləyib hazırlayan və yerinə yetirən, həmçinin hesabat, informasiya paneli, vizual verilənlər yaratmağa imkan verən geniş spektrli alətlər, tətbiqi proqramlar və metodologiyalardan ibarətdir.
Biznes idarəçiliyi
Biznesin idarə edilməsi biznesin idarə olunmasını öyrədən elm sahəsidir. O, biznes əməliyyatlarına nəzarətin bütün aspektlərini əhatə edir. O, həmçinin idarəetmə və liderlik baxımından mühasibat uçotu, maliyyə, layihənin idarə edilməsi və marketinqi əhatə edən sahələri də əhatə edir. Henri Fayol (1841-1925) menecerin bu “funksiyalarını” “idarəetmənin beş elementi” kimi müəyyən etmişdir.
Biznes iqtisadiyyatı
Biznes iqtisadiyyatı — tətbiqi iqtisadiyyatın bir sahəsi olub, iqtisadi nəzəriyyədən və riyazi metodlardan istifadə etməklə müəssisələri, müxtəlif biznes bölmələrinin diversifikasiyasına şərait yaradan faktorları və həmçinin firmaların əmək, kapital və əmtəə bazarları ilə əlaqələrini öyrənir.
Biznes jurnalistikası
Biznes jurnalistikası və ya işgüzar jurnalistika — cəmiyyətlərdə baş verən iqtisadi və maliyyə fəaliyyətlərini və dəyişiklikləri izləyən, qeyd edən, təhlil edən və şərh edən jurnalistikanın bir növüdür. Mövzular iqtisadiyyatla əlaqəli bütün ticari fəaliyyətlərin bütün sahələrini geniş şəkildə əhatə edir. Jurnalistikanın bu sahəsində jurnalistlər, biznesin bütün sahələrində baş verən hadisələr, statistik məlumatlar, valyuta ilə əlaqəli mövzularda xəbərlər və geniş məqalələr təqdim edir. Qəzet, jurnal, radio və televiziya xəbər şoularının əksəriyyətinə biznes seqmenti daxildir. Ətraflı və dərin işgüzar jurnalistika xüsusi olaraq iş və maliyyə jurnalistikasına həsr olunmuş nəşrlərdə, radioda və televiziya kanallarında görünə bilər. == Tarixi == İşgüzar jurnalistika orta əsrlərdən etibarən tanınmış ticarət ailələrinin bir-biri ilə əlaqə yaratdığı dövrdən yaranmağa başladığı güman olunur XVIII əsrin əvvələrində "Robinson Cruse" əsəri ilə tanınan yazıçı Daniel Defo biznes və iqtisadi xəbərlər yayımlamağa başladı.1882-ci ildə Charles Dow, Edward Jones və Charles Bergstresser Wall Street boyunca bizneslə məşğul olan ailələrin evlərinə telqraf vasitəsilə biznes xəbərlərini çatdırırdılar. Və 1889-cu ildə The Wall Street biznes haqqımda jurnal nəşr etməyə başladı. Dövrünün tanınmış yazar Ida Tarbell özünü bu sahədə jurnalist hesab etməsə də, 1902-ci ildə Standard Oil Co haqqında yazdığı məqalə günümüzdə də istifadə olunan biznes xəbərlərinin formalaşmasına böyük töhfə vermişdir.1990-cı illərdə fond bazarına daha geniş investisiya qoyuluşu ilə işgüzar jurnalistika geniş yayılmışdır. The Wall Street jurnalı, işgüzar jurnalistikanın qabaqcıl nümunələrindən biridir və həm tiraj baxımından həm də orada işləyən jurnalistlərə hörmət baxımından Amerika Birləşmiş Ştatlarının ən yaxşı qəzetlərindən biridir. == Əhatə dairəsi == Biznes jurnalistikası, əksər inkişaf etmiş ölkələrdə geniş yayılsa da , inkişaf etməkdə olan və inkişafdan geri qalmış ölkələrdə çox məhdud bir rola malikdir.
Biznes maqnatı
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
Biznes prosesi
Biznes prosesi daxili və xarici müştərilər üçün xüsusi məhsul yaratmaq məqsədi güdən əlaqəli işlər və ya tapşırıqlar qrupudur. İşlərin qrafiki təsviri üçün biznes proseslərin blok-sxemləri istifadə olunur. == Ümumi baxış == Biznes proseslərinin üç tipi var (Avqust-Uilhel Şeer və Mark von Rosinqə istinadən) İdarəetmə prosesləri: sistemin fəaliyyətini idarə edən proseslər. Səciyyəvi idarəetmə proseslərinə "korporativ idarəetmə" və "strateji idarəetmə" aiddir. Əməliyyat prosesləri: biznesin özəyini təşkil edən və əsas dəyər axınını yaradan proseslər. Məsələn, müştəridən sifarişlər almaq və bank filialında hesab açmaq. Dəstəkləyən prosesləri: əsas prosesləri dəstəkləyir. Misal olaraq Sağlamlıq və Təhlükəsizlik, maliyyə, komplektləşdirmə, çağrı mərkəzi, texniki dəstəyi göstərmək olar. Biznes prosesi misiya məqsədi ilə başlayır və biznes məqsədinin əldə olunması ilə başa çatır. Proses yönümlü təşkilatlar struktur bölmələri arasında baryerləri aradan qaldırır və funksional siloslardan yayınmağa çalışırlar.
Distribusiya (biznes)
Distribusiya (lat. distributio «bölgü, paylanma») — mal satışının təşkili, malların paylama şəbəkəsi boyunca paylanması. Distribusiya material axınının müxtəlif alıcılar arasında bölüşdürülməsi prosesində həyata keçirilən bir -biri ilə əlaqəli funksiyalar kompleksidir. Beləliklə, paylama logistikası və ya fiziki paylama, məhsulların alınması, sifarişin alındığı vaxta qədər saxlanılması və müştəriyə növbəti çatdırılması ilə əlaqəli bir fəaliyyətdir. Marketinq qarışığının digər üç elementi məhsul, qiymətləndirmə və irəliləyişdir (ing. promotion). Distribusiya kanalı — istehsalçıdan istehlakçıya gedərkən müəyyən bir məhsulun və ya xidmətin mülkiyyətini başqasına təhvil verən və ya başqasına verməyə kömək edən firma və ya fərdlərin toplusu. == Distribusiya kanalının parametrləri == 1. Paylama kanalının səviyyəsi, məhsulun istehsalçıdan son istehlakçıya köçürülməsi işini təmin edən bir vasitəçidir. Sıfır səviyyəli paylama kanalı: istehsalçı → istehlakçı Birinci dərəcəli paylama kanalı: istehsalçı → pərakəndə vasitəçi → istehlakçı İkinci dərəcəli paylama kanalı: istehsalçı → topdan vasitəçi → pərakəndə vasitəçi → istehlakçı Üçüncü dərəcəli paylama kanalı: istehsalçı → topdan vasitəçi → kiçik topdan vasitəçi → pərakəndə vasitəçi → istehlakçı 2.
Elektron biznes
Elektron biznes və ya e-biznes (en. Electronic business, ru. e-бизнес) — elektron ticarətlə müqayisədə daha geniş anlayış olub, İnternetdə öz veb-saytına, virtual mağazaya, təşkilatın idarıetmə sisteminə, elektron reklamdan istifadəyə, marketinqə, "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C) modellərinə malikdir. Elektron-biznes mal və xidmətlərin elektron ticarətini özündə birləşdirir. Elektron biznes mal və xidmətlərin reklamını və hərəkətini, məhsulun bazardakı rəqabətədavamlılığının öyrənilməsini, sifarişin qəbulunu, malın daşınması və çatdırılmasını, istehsalçı və istehlakçı arasında hesablaşmaların həyata keçirilməsini yerləşmə məkanından asılı olmayaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirir. == Yaranma səbəbi və xüsusiyyətləri == İnformasiya texnologiyaları və sistemlərinin sürətlə inkişafı, şəbəkə texnologiyalarının geniş tətbiqi yeni sahə olan elektron-biznes sahəsinin yaranmasına səbə olmuşdur. Elektron-biznes sahəsi özlüyündə adi biznes sahəsinə aid olan bütün sahələri demək olar ki, əhatə edir. Bu baxımdan artıq fiziki və informasiya məhsullarının satışının, bank, maliyyə, kredit əməliyyatlarının geniş spektrdə elektronlaşdırılması həyata keçirilir. Beləliklə, elektron-biznes əslində ənənəvi biznes proseslərin yeni informasiya texnologiyaları və sistemlərinin, şəbəkə texnologiyalarının. Onların vasitə və imkanlarının aparılması ilə həyata keçirilən prosesdir.
Məhsul (biznes)
'Marketinqdə məhsul' — bazara təqdim edilə bilən və istehlakçıların ehtiyaclarını ödəyəcək bir məhsul və ya xidmət. Məhsullar maddi və qeyri-maddi olaraq bölünür. Sonunculara səyahət agentliyi xidmətləri və ya iş mühasibatı kimi xidmətlər daxildir. Bazarda olan bütün məhsullar təmiz mallardan təmiz xidmətlərə qədər dəyişə bilər. Təmiz xidmətlər, bir məhsulun əldə edilməsini müşayiət edən bütün fayda və satınalmaların əhəmiyyətli bir hissəsi hesab olunur, buna görə də xidmətin inkişafı və əlaqədar rəqabət işin vacib bir hissəsinə çevrilir. == Məhsulun təsnifatı == Bir məhsul maddi və ya qeyri -maddi olaraq təsnif edilə bilər. Maddi bir məhsul, bina, nəqliyyat vasitəsi, qadjet və ya geyim kimi toxunmaqla qəbul edilə bilən fiziki bir obyektdir. Qeyri-maddi məhsul, sığorta polisi kimi yalnız dolayı yolla qəbul edilə bilən bir məhsuldur. Xidmətlər geniş şəkildə dayanıqlı və ya qısamüddətli ola biləcək qeyri-maddi məhsullar kimi təsnif edilə bilər. === İstifadəyə görə === Sears, Roebuck və Company onlayn məhsul kataloqlarında məhsullarını "şöbələr" olaraq təsnif edir və sonra məhsullarını funksiyası və ya markası ilə potensial müştərilərə təqdim edir.Hər bir məhsulun Sears hissə nömrəsi və istehsalçının model nömrəsi mövcuddur.
Şou-biznes
Şou-biznes (ing. Show business) — əyləncə sahəsində kommersiya fəaliyyəti, əyləncə sənayesi. Aşağıdakılar "şou-biznes" sayılır : audio və video məhsullar buraxan şirkətlər; əyləncə sahəsində çalışan artist və bəzi idmançılar; maliyyə gəliri əldə etməyə üstünlük verən kino, teatr, musiqi, televiziya sahələri.
Biznes logistika
Biznes logistikası — Biznes logistikasının təriflərindən biri "doğru məhsulun lazımi miqdarda və lazımi yerdə, lazımi qiymətə və lazımi vəziyyətdə düzgün müştəriyə çatdırılmasından" danışır. Biznes logistikası bütün sənaye sektorlarını özündə birləşdirir və layihənin həyat dövrlərinin, tədarük zəncirlərinin və nəticədə əldə edilən səmərəliliyin nəticəsini idarə etməyi hədəfləyir. Biznes logistikası termini 1960-cı illərdən başlayaraq getdikcə qloballaşan təchizat zəncirində müəssisələrin materiallarla təchiz edilməsi və məhsulların göndərilməsinin mürəkkəbliyi səbəbindən inkişaf etmişdir və bu, təchizat zənciri logistikası adlanan mütəxəssislərin çağırılmasına səbəb olmuşdur. Biznesdə logistikanın mənşə nöqtəsindən istehlak nöqtəsinə qədər materialların axını və saxlanmasını əhatə edən daxili fokus (daxil olan logistika) və ya xarici fokus ola bilər (bax. təchizat zəncirinin idarə edilməsi). İxtisaslı logistikanın əsas funksiyalarına inventarların idarə edilməsi, satınalma, daşınma, anbar, məsləhət və bu fəaliyyətlərin təşkili və planlaşdırılması daxildir. Logistlər təşkilatdakı resursları əlaqələndirmək üçün bu funksiyaların hər biri üzrə peşəkar bilikləri birləşdirirlər. Logistikanın iki əsas fərqli forması var: biri nəqliyyat əlaqələri və saxlama qovşaqları şəbəkəsi vasitəsilə davamlı material axınını optimallaşdırır, digəri isə hansısa layihəni həyata keçirmək üçün resursların ardıcıllığını əlaqələndirir (məsələn, anbarın yenidən qurulması). == Paylayıcı şəbəkənin qovşaqları == Distribyutor şəbəkəsi istehlakçı və ya sənaye mallarını istehsalçılardan istifadəçiyə çatdırmaq üçün bir neçə vasitəçi tələb edir. Vasitəçilər paylama zamanı məhsulların xərclərini qeyd edərdilər, lakin istehsalçılara nisbətən daha az nəqliyyat xərcləri təmin etməklə istifadəçilərə fayda verirlər.
Biznes turizm
Biznes turizm — həmçinin korporativ turizm (ing. corporate travel) — müxtəlif şirkətlərin işçiləri üçün işgüzar səfərlərin (işgüzar səfərlərin, ing. leisure travel) təşkili və idarə edilməsini təmin edən turizm sənayesinin sahəsi (rekreasiya turizmi ilə yanaşı, ing. business trips). Korporativ tədbirlər və görüşlər sferası — MICE (ing. Meetings, Incentives, Conferences, Exhibitions) həm də işgüzar turizmlə birbaşa bağlıdır. == Xüsusiyyətləri == Ümumi turizmlə müqayisədə biznes turizmi müxtəlif motivlər və biznes aspektləri tərəfindən qoyulan seçim azadlığına əlavə məhdudiyyətlərlə əhalinin daha kiçik bir hissəsinə çatır. İşgüzar turizm istiqamətləri daha çox biznes məqsədləri üçün əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş ərazilərə çevrilir (şəhərlər, sənaye rayonları və s.). Orta biznes turisti orta turistdən daha zəngindir və daha çox pul xərcləməsi gözlənilir. Biznes turizmi əsas və ikinci dərəcəli fəaliyyət növlərinə bölünə bilər.
Brzeq qəsri
Brzeq qəsri ― Polşanın Brzeq şəhərində qəsr. Hal-hazırda muzey olaraq fəaliyyət göstərən tikili Piast sülaləsinin mavzoleyini də ehtiva edir. == Coğrafiya == Brzeq qəsri Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyvodalığı ilə Opol Voyvodeşip vilayətlərinin sərhədindəki Odra çayının qərbindəki uçurumda yerləşir. Qəsr Namısluv və Stşelin şəhərləri arasındakı milli yolun yaxınlığında yerləşir. == Tarix == Qəsrin mövcudluğuna dair ilk məlumatda Sileziya qrafı I Henrinin dövründə, 1235-ci ildə inşa edilmiş, xəndək və möhkəm divarları olan kiçik bir qala təsvir edilmişdir. Qalaya bitişik olaraq "Aslan qalası" kimi tanınan kvadrat qüllə tikilmişdi. Brzeq hersoqluğunu idarə edən Piast ailəsi, 1311-ci ildən 1675-ci ilə qədər qəsrdə yaşamışdır. 1342-ci ildə qəsr knyazlığın paytaxt iqamətgahına çevriildikdən sonra dəfələrlə təmir edildi. 1370-ci ildə Şahzadə I Lyudovik qəsri genişləndirdi və Piast sülaləsinin mavzoleyini əhatə edən ibadətgah inşa etdi. 1544-cü ildə II Fridrix Leqnitskinin dövründə başlayan təmir işləri 1560-cı ildə tamamlandı və qəsrə daha çox bina əlavə edildi.