Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Blog
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Bloq
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Bode muzeyi
Bode muzeyi (1904-cü il adı ilə Kaiser Friedrich muzeyi) — Almaniyanın paytaxtı Berlindəki Muzeylər adasında tarixi qoruma altındakı bir bina daxilində qurulan muzeydir. 1904-cü ildə Kaiser Friedrich muzeyi adı ilə açılan muzeydə heykəl, medal və sikkə kolleksiyasından əlavə, həmçinin Bizans sənəti də yerləşir. Təxminən 6 il davam edən bərpadan sonra 17 oktyabr 2006-cı ildə yenidən açıldı. O vaxtdan etibarən muzeyin adı qurucularından biri olan Vilhelm fon Bodenin şərəfinə dəyişdirildi. Anadoluda arxeoloji qazıntılar zamanı tapılan bir çox əsər burada nümayiş olunur. == Muzeyin inşası == 1840-cı illərdən bəri bir sənət muzeyi yaratmaq ideyaları mövcud idi. Bu mövzuda fikir söyləyən şəxs sənət tarixçisi Vilhelm von Bode idi. Saray memarları Ernst von İhne və Maks Hasak tərəfindən 1897–1904-cü illər arasında inşa edilmiş bu bina içərisində Vilhelm von Bode tərəfindən toplanmış heykəl və şəkil kolleksiyasının sərgilənməsi planlaşdırılırdı. 18 oktyabr 1904-cü ildə III Fridrixin doğum günündə açılan muzey, onun anısına Kaiser Friedrich muzeyi kimi tanınmağa başladı. Muzeyin girişində Monbijou körpüsünün üzərinə 1904-cü ildə təxminən 6,80 metr yüksəkliyindəki III Fridrixin süvari heykəli ucaldılmışdır.
Bodi (ada)
Bodi yarımadası — Sədd yarımadası olaraq, Şimali Karolina ştatının şimalında yerləşir. Bodiyə ada sözü onun hələ materikə birləşməsindən önçə adlandırılıb. Materiklə arasında olan boğaz bağlanmışdır və yarımadanın bir hissəsinə çevrilir. Burada Bodi yarımadası vardır. Mühüm şəhərləri: Naqs-Hed, Kill-Devil-Hillz, Kitti-Houk, Dak, Korolla, Keyrova-Biç və Sauzern-Şoorz. == Mənbə == Bodi yarımadası.
Bodo dili
Bodo (Devnaqari:बोडो) Çin-tibet dillərinin Barik dilləri bölümünün Bariş dilləri bölməsinə aid olan bir dildir və Hindistanın şimali-şərqində və Nepalda Bodolar tərəfindən danışılır.Hindistanın Assam əyalətinin dillərindən biri və Hindistanda xüsusi bir konstitusiya statusu verilən 22 planlanan dillərindən biridir.
Cody Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Nikolas Bodo
Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d] – 1792[…], Paris) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı. == Həyatı == Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi. O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi. Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər. Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi. Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü.
Aleksandr Blok
Blok Aleksandr Aleksandroviç (16 (28) noyabr 1880[…], Sankt-Peterburq – 7 avqust 1921[…], Petroqrad) – görkəmli rus şairi. Rusiya simvolizminin nümayəndəsi. == Həyatı == 1905-1907-ci illərdə yazdığı əsərlərdə həyatın kəskin ziddiyyətləri, insanın faciəsi əks olunmuşdur. Blok lirikasında rus mədəniyyəti və vətənin taleyi haqqında dərin düşüncələr mühüm yer tutur ("Rusiya", "Kulikovo çolündə"). == İstinadlar == == Xarici keçidlər == А. Блок "Как день, светла, но непонятна" Александр Блок, собрание сочинений в Библиотеке поэзии Александр Блок Стихотворения, биография, поэмы, переводы, музеи, театр, неизданное. Александр Блок. Открытки, фотографии, стихи. Arxivləşdirilib 2020-01-15 at the Wayback Machine Автобиография. Малоизвестные факты о жизни поэта. Бесплатная помощь в поиске информации о Блоке Блок Александр Александрович, выдающийся русский поэт и драматург Материалы А. А. Блока в Российском государственном архиве литературы и искусства (РГАЛИ) Arxivləşdirilib 2019-08-09 at the Wayback Machine Государственный историко-литературный и природный музей-заповедник А. А. Блока Arxivləşdirilib 2006-08-30 at the Wayback Machine Шахматово на сайте Ассоциации музеев России Могила Блока Александр Александрович Блок Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine — стихи.
Blok-şot
Blok-şot və ya blok (ing. blocked shot — qarşısı alınmış atış) — basketbol termini, müdafiəçinin rəqibin səbətə doğru atışının qaydalar çərçivəsi daxilində qarşısının alınması. Basketbolda əsas bloklayıcı oyunçular ön xəttdə olan — "mərkəz" və "ağır hücumçular" olur. Ancaq başqa mövqedə olan oyunçular yaxşı sıçrayışa və kordinasiyaya malik olarsa o zaman blok etmə üzrə önə keçə bilirlər. Blok-şot — basketbolçunun müdafiədə səviyyəsini göstərən kəmiyyətdir.
Blok (mexanika)
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Blok siniri
== İstinadlar ==
Eduard Blox
Eduard Blox (alm. Eduard Bloch‎; 30 yanvar 1872, Hluboka-nad-Vltavou[d] – 1 iyun 1945[…], Bronks, Nyu-York ştatı) — Avstriya həkimi, 1907-ci ilədək Blox Hitler ailəsinin həkimi idi. == Həyatı == Eduard Blox 30 yanvar 1872-ci ildə Fraunberqdə anadan olub. Praqada tibb təhsili alıb və Avstriya ordusunda xidmət keçib. Həkimin 27 yaşı olanda onu Mərkəzi Avstriyanın paytaxtı olan Linc şəhərinə göndərirlər. O, sonralar burada həmişəlik qalmağa qərar verir. Həkim Blox həmişə sübhdən xəstələrini qəbul edirdi, hazırlanmış heç bir qiymət cədvəli yox idi. Ehtiyacı olan hamıya kömək etməyə çalışırdı və bu xüsusiyyətlərinə görə tezliklə Lincdə məşhurlaşmışdı. "Kasıbların ən yaxşı həkimi" Alois Hitlerin də ailəsini müalicə edirdi. 1897-ci ildə Lincə köçən Hitlerin atası Alois əvvəl çəkməçi işləyirdi, daha sonra gömrük müfəttişi vəzifəsində çalışmışdı.
Ernst Blox
Ernst Simon Blox (alm. Ernst Bloch‎; 8 iyul 1885[…], Lüdviqshafen – 4 avqust 1977[…], Tübingen[d], Baden-Vürtemberq) — alman filosofu, sosioloq və yeni marksist yönümlü publisist. "Ümid fəlsəfəsi" və "Hələ Olmayan Ontoloji" nin yaradıcısı. == Bioqrafiyası == Lüdviqshafendə dəmir yolu işçisinin varlı yəhudi ailəsində anadan olmuşdur. İlk fəlsəfi inşasını 13 yaşında yazmışdır. Eyni zamanda 14 yaşında Avqust Bebel və Roza Lüksemburqun çıxışları ilə tanış olduqdan sonra sosial demokrat qəzet olan Forverts-ə abunə olaraq sosialist fikirlərə qoşuldu. Blox marksizm və xristianlıq arasındakı dialoqun iştirakçısı idi. Marksist məktəblərə və hərəkatlara birbaşa yaxınlaşmadan Blox, eyni adlı jurnalın redaksiya heyətinin üzvü olmaqla 1960-cı illərin ortalarından etibarən Yuqoslaviyanın Praxis qrupu ilə ən yaxından əməkdaşlıq etdi. Ölümünə qədər sosialist olaraq qaldı və "sosializmin səbəbinin məhv edilə bilməyəcəyini" müdafiə etdi; eyni zamanda Lukasın ifadəsi ilə qiyabi olaraq ən pis sosializmin ən yaxşı kapitalizmdən daha yaxşı olduğunu iddia edərək, şərq blokundakı "həqiqi sosializmin" sosializmdən ən cüzi reformizmdən daha da uzaq olduğuna inanırdı. == İstinadlar == == Ədəbiyyat == Болдырев И. А. Время утопии: проблематические основания и контексты философии Эрнста Блоха.
Feliks Blox
Feliks Blox (ing. Felix Bloch d. 23 oktyabr 1905, İsveçrə, Sürix; ö. 10 sentyabr 1983, İsveçrə, Sürix ) — amerikan fiziki. Nobel mükafatı laureatı (1952, E. Pörsellə birlikdə). == Haqqında == Felixs Blox 1905-ci il oktyabrın 23-də İsveçrənin Sürix şəhərində anadan olub. Sürixdə Ali Texniki Məktəbdə, İsveçrə Texnologiya İnstitutunda sonra isə Leyptsiq Universitetində təhsil alıb. 1928-ci ildə doktor elmi dərəcəsi alıb. 1934-cü ildən ABŞ-də yaşamış və işləmişdir, Kaliforniyada Stanford Universitetinin professoru idi. O, ABŞ atom layihəsinin iştirakçısı, 1954-1955-ci illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin baş direktoru olub.
Lyubov Blok
Lyubov Blok, Mendeleyeva (29 dekabr 1881, Sankt-Peterburq – 27 sentyabr 1939, Leninqrad) — aktrisa, balet tarixçisi, memuarist, "Blok və özü haqqında hekayə və nağıllar" və "Klassik rəqs: tarix və müasirlik" kitablarının müəllifi. Kimyaçı Dmitri Mendeleyevin qızı, şair Aleksandr Blokun həyat yoldaşı. == İstinadlar == == Əsərlər == Блок Л. Д. И были, и небылицы о Блоке и о себе. Бремен: Кафка-Пресс. 1979. Блок Л. Д. Классический танец: История и современность (25000 nüs.). М.: Искусство. Вступит. слово Гаевский, Вадим Моисеевич; рецензент: Пётр Гусев; ред. коллегия: В. М. Красовская,Суриц, Елизавета Яковлевна.
Mark Blok
Mark Blok (fr. Marc Léopold Benjamin Bloch; 6 iyul 1886[…], Lionun 2-ci rayonu[d] – 16 iyun 1944[…], Sen-Didye-de-Forman[…]) — XX əsr yəhudi əsilli Fransa tarixçisi, Qərbi Avropa feodalizmi, Fransada aqrar münasibətlər, tarix elminin ümumi metodologiyaları üzrə elmi işlərin müəllifi. Lyüsen Fevr ilə birgə 1929-cu ildə "Annallar" jurnalını təsis edib. Tarixi metodologiyada çevriliş edən eyniadlı elmi məktəbin əsasını qoyub.
Robert Blox
Robert Albert Blox (ing. Robert Albert Bloch, 5 aprel 1917[…], Çikaqo, İllinoys – 23 sentyabr 1994[…], Los-Anceles, ABŞ) - ABŞ yazıçısı. Uşaq vaxtlarından Lavkraftın yaradıcılığının pərəstişkarı olan yazıçı sonralar bir müddət onunla məktublaşmışdır. Alfred Hiçkok və Qas Van Sent tərəfindən ekranlaşdırılmış "Psixo" əsərinin müəllifidir. Lüdviq Prinnin yaradıcısıdır. Yüzlərlə hekayə və otuz romanın müəllifidir. Hyuqo, Brem Stoker və Beynəlxalq Fentezi mükafatlarının sahibidir. == Cavanlığı == Blox Çikaqoda alman-yəhudi əsilli ailədə anadan olub. Atası Rafael Rey Blox (1884-1952) bank kassiri, anası Stella Leb (1880-1944) sosial işçi olub. Bloxun 5 yaşı olanda ailəsi Çikaqo ətrafında yerləşən Meyvuda köçür və 10 yaşına kimi orda yaşayırlar.
Vladimir Blok
Blok Vladimir Mixailoviç (7 noyabr 1932, Moskva – 28 avqust 1996, Moskva) — sovet, rus bəstəkarı, pianoçu, musiqişünas, jurnalist. == Bioqrafiyası == 1957-ci ildə Moskva Konservatoriyasını V.Y. Şebalinın bəstəkarlıq sinfində və E. Q. Qilelsin fortepiano sinfini bitirmişdir. 1961-ci ildə aspiranturanı musiqi nəzəriyyəsi (rəhbər - L. A. Mazel) və kompozisiya (rəhbərlər - V. Ya. 1958-1960-cı illərdə Muzgizin redaktoru işləmişdir. 1960-1962-ci illərdə V.İ.Lenin adına Pedaqoji İnstitutda dərs demişdir. Moskvadakı 13 nömrəli uşaq musiqi məktəbində dərs demişdir. 1993-cü ildə - Qriq Cəmiyyətinin təsisçisi 1995-ci ildə - Rusiyada Macar Musiqi və Musiqi Pedaqoji Cəmiyyətinin təsisçisi == Yaradıcılığı == === Seçilmiş əsərləri === xor, solistlər və orkestr üçün Böyük Torpağın Mahnisi (sözləri Rojdestvenskiy, 1960) Bahar mahnısı (kantata, V. Mayakovski və N. Aseevin sözləri, 1963) Ulduzları ziyarət etmək (uşaqlar üçün musiqili nağıl, S. Boqomazov, 1964) orkestr üçün Kiçik Suite (1956) Udmurt suite (1960) Bahar keçməsi (1957) Şimali melodiyalar (Komi xalq mövzularında dövrə, 1966) fortepiano və orkestr üçün konsert (1966) skripka və orkestr üçün Slovak Suite (1954, 2-ci nəşr - 1959) simli orkestr üçün Passakaglia və S. Prokofyevin xatirəsinə (1957) Dördlük (1956, 2-ci nəşr - 1966) fortepiano üçün Oyuncaqlar (uşaq dəsti, 1967) Udmurt melodiyaları (1960) Komi xalq mövzusunda dəyişikliklər (1966) Sol uşaq üçün 3 uşaq pyesi (1969) Qələm rəsmləri (uşaq pyesləri, 1960) skripka və fortepiano üçün Norveç Suite (1958) Udmurt Rapsodiyası (1961) violonçel və fortepiano üçün Kiçik Suite (1967) Udmurt mövzularında kiçik bir şeir (1963) klarnet və fortepiano üçün sonatina (1963) Kareliya mövzularında miniatürlər və akvarellər (1971) 5 uşaq pyesi (1974) Rus xalq çalğı alətləri orkestri üçün Rus Suite (1962) Volqa haqqında şeir (1967) səs və fortepiano üçün tsikllər: Skripka (sözlər L. Kvitko, 1963), vokal şəkillər (sözləri A. Sanin, 1964), əyləncəli rəssamlar (sözlər E. Rujentsev, 1970) mahnıları pop ansamblları üçün rəqs parçaları tamaşalar üçün musiqi digər bəstəkarların əsərlərinin tərcümələri və nəşrləri Sellonun solo müəllifi S. Prokofiev üçün sonatanın tamamlanması (1971) S. Prokofiyevin violonçel və orkestri üçün yeni konsertino aləti - Stefen İsserlis üçün İ. S. Baxın "İngilis Suite" g-mollun cihazı Bax, Bethoven, Ravel, Prokofiev, An əsərlərinin konsert aranjımanı. Alexandrova, Shebalina A. Taneyevin İkinci Simfoniyasının Nəşri. == İstinadlar == == Xarici keçidlər == Блок, Владимир Михайлович (Большая биографическая энциклопедия). 2009.
Yoni Bloç
Yoni Bloç (ivr. ‏יוני בלוך‏‎) — İsrailli musiqiçisi, mahnı müəllifi, bəstəkar, rok müğənnisi və yüksək texnoloji sahibkardır.Bloç Berşebada böyüyüb və 17 yaşında ailəsi ilə birlikdə Lehavimə köçdü. 6 yaşında ikən fortepiano dərsləri almağa başladı, özünü gitara və nağara çalmağı öyrətdi və 14 yaşında mahnı yazmağa və musiqi bəstələməyə başladı. Kompüter proqramlarını yazmağa erkən yaşlarında başladı, Commodore 64-də necə yazmağı öyrəndi, daha sonra qrup yoldaşları ilə interaktiv medianın başlanğıcı və texnologiya başlanğıcı "Eko"nu yaratdı.
Ken Blok
Ken Blok (ing. Ken Block; 21 noyabr 1967, Lonq-Biç, Kaliforniya – 2 yanvar 2023, Uosatç[d], Yuta) — amerikalı ralli sürücüsü. Skeytbordinq, ralli, gymkhana(en) yarışlarında iştirak edib. == DC Shoes == DC Shoes(en) ayaqqabı firmasının qurucularından biridir. == İdman karyerası == === 2005 === Ralli karyerasına 2005-ci ildə Vermont SportsCar komandası ilə başlamışdır. == Vəfatı == 2 yanvar 2023-cü il tarixində ABŞ-nin Yuta ştatında qar motosikleti ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsi onun üstünə aşıb və nəticədə sürücü dünyasını dəyişib.
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.
Blay (rayon)
Blay (fr. arrondissement de Blaye, oks. arrondiment de Blaia) — Fransanın Akvitaniya reionun rayonlarından biri. Departamenti — Jironda. Suprefektura — Blay. Rayonun əhalisi 2011-ci ildə 84,652 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 108 nəf / km². Rayonun sahəsi – 782 km².
Nelli Blay
Nelli Blay (ing. Elizabeth Jane Cochran d.5 may 1864-cü il, ABŞ, Pensilvaniya; ö. 27 yanvar 1922-ci il, Nyu-York) — amerikalı jurnalist, yazıçı, sahibkar. Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı. == Həyatı == Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Mills qəsəbəsində dünyaya gəlib.
Adolfo Bioy Kasares
Adolfo Bioy Kasares (15.9.1914, Buenos-Ayres – 8.3.1999, Buenos-Ayres) — Argentina yazıçısı. == Fəaliyyəti == 1933–34-cü illərdə Buenos-Ayres Universitetində fəlsəfə və filologiyanı öyrənmişdir. Latın Amerikasında psixoloji fantastikanın banisidir. “Morelin kəşfi” (1940) adlı ilk romanında reallıqla axirət dünyası arasındakı antiutopiya ruhlu virtual qarşılıqlı əlaqəni təsvir etmişdir. “Qaçış planı” (1945), “Qəhrəmanların yuxusu” (1954), “Donuzlarla müharibə gündəliyi” (1969), “La-Platada fotoqrafın macəraları” (1985) və s. romanların müəllifidir. “Qəribə əhvalat” (1956), “Böyük serafim” (1967) və s. hekayə topluları var. X.L. Borxeslə birlikdə parodiyalı detektivlər, çoxsaylı antologiyalar yaratmışdır.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. == İnkişaf etdirilməsi == Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə "Gonbul Adam" adlı dünyanın üçüncü atom bombası atılmışdır. == Xirosimanın bombalanması == Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Tulu (boy)
Tulu — Qədim türk boyu. == Tarixi == Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Əfşarlar (boy)
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Karlik boy
Karlik boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
My Boy
"My Boy" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı onun ilk mini-albomu "Don't Smile at Me"dən altıncı sinqldır. 28 iyul 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı Aylişin qəlbini qıran oğlanlar haqqındadır.
Flower Boy
Flower Boy (digər adı Scum Fuck Flower Boy) — amerikalı repçi Tyler, the Creator-un dördüncü studiya albomu. 21 iyul 2017-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Con Boyd Orr
Con Boyd Orr, 1-ci Baron Boyd Orr — (23 sentyabr 1880-25 iyun 1971), 1935-dən 1949-cu ilə qədər Ser John Boyd Orr, Şotlandiyalı müəllim, həkim, bioloq, fizioloq, siyasətçi, iş adamı və qidalanma mövzusunda elmi araşdırmalarına, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (LATI /FAO/) ilk baş direktoru olaraq gördüyü işlərə görə Nobel sülh mükafatına layiq görülmüş fermer. Dünya İncəsənət və Elm Akademiyasının (WAAS) həmtəsisçisi və ilk prezidenti (1960–1971) idi. 1945 -ci ildə Milli Sülh Şurasının prezidenti seçildi və Dünya Sülh Təşkilatları Birliyinin və Dünya Federal Hökuməti Hərəkatının prezidenti oldu. == Erkən həyatı və ailə tarixi == Con Boyd Orr, Şotlandiyanın Şərqi Erşir, Kilmarnok yaxınlığındakı Kilmaurs şəhərində, yeddi uşaqlı bir ailənin ortancıl övladı olaraq dünyaya gəlmişdi. Atası Robert Klark Orr, daş ocağı sahibi və Şotlandiya Azad kilsəsinin üzvü olan dərin dini inanclara sahib bir adam idi. Anası Anni Boyd, Robert Orrdan daha varlı başqa bir ocaq ustasının və Mason lojası qrossmeysterinin qızı idi. Kiçik yaşlarında oxumağı ona ailəsi ilə birlikdə yaşayan dul nənəsi öyrətmişdi. Kitabla zəngin evə sahib idilər və atası siyasət, sosiologiya, metafizika və dini mövzularda çox kitab oxuyurdu. Con böyüdükcə atası, qardaşları və qonaq gələn dostları ilə bu mövzuları müntəzəm olaraq müzakirə edərdi. Con axşamlar müntəzəm ailə ibadətində iştirak edirdi.
Sofi Bodi-Qendrot
Sofi Bodi-Qendrot (30 oktyabr 1942, Verden – 21 sentyabr 2018[…], XV arondisman (Paris)[d]) — təhlükəsizlik məsələləri, şəhər zorakılığı, sosial bərabərsizlik və Avropa və Amerika şəhərlərində gənc miqrantların məruz qaldıqları ayrı-seçkilik mövzularında ixtisaslaşmış fransız politoloqu, kriminoloq və sosioloq idi. O, Siyasi Araşdırmalar İnstitutu (Paris), Nyu Orlean Universiteti, Midlberi kolleci, Kolumbiya Universiteti, Nyu-York Universiteti, Sosial Elmlər Ali Məktəbi, Paris Nanterre Universiteti, Blez Paskal Universiteti, Paris Sorbon Universitetində mühazirələr oxuyub. Bodi-Qendrot ingilis və fransız dillərində 20-dən çox kitabın, eləcə də 150-dən çox fəsil və akademik məqalənin müəllifi və ya birgə redaktoru olub. O, 2005-ci ildə Akademik Palma ordeninə layiq görülmüş və 2012-ci ildə Fəxri Legion Ordeni ilə təltif edilmişdir. == Erkən həyatı və təhsili == Bodi Qendrot 30 oktyabr 1942-ci ildə Verden, Mözdə anadan olub. O, həkim Moris Bodi və rəssam Jaklin Kontantın qızı idi. Bodi-Qendrot 17 yaşına qədər Verdendə böyüdü və Verdendəki Margueritte Liseyində, sonra Parisdəki Sévigné Kollecində təhsil aldı. 1963-cü ildə o, Paris Universitetində ingilis dili üzrə magistr dərəcəsi alıb, beş ildən sonra Parisdəki Siyasi Araşdırmalar İnstitutundan Amerika vətəndaş hüquqları hərəkatı üzrə diplomunu qazanıb və 1979-cu ildə Nyu-Yorkda məktəb münaqişələri sahəsində siyasi elmlər üzrə post-dövlət magistr dərəcəsini əldə etmişdir. == Kariyerası == O, İngiltərənin Uolsoll şəhərində oxucu kimi vəzifəyə başlayıb və sonra 1964–1965-ci illər arasında Romadakı Amerika Xarici Məktəbində dərs deyib. Bodi-Qendrot Kofremka Rəy Tədqiqat İnstitutunda işləyib və 1975-ci ildə Parisdə Midlberi məktəbinin direktor köməkçisi kimi işləmək üçün Parisə köçməmişdən əvvəl Nyu Orlean Universitetində tələbələrə dərs deyib.
Titsius-Bode qanunu
Alman fiziki Titius tərəfindən formul halına salınmış və astronom Bode tərəfindən təkmilləşdirilmiş planetlərin günəşdən məsafələrini ifadə edən qanunauyğunluq. 1776-cı ildə təklif olunmuşdur. == Riyazi İfadəsi == 3, 6, 12, 24, 48, 96, ... həndəsi silsiləsinə ilk hədd olaraq 0ı əlavə etdikdən sonra hər həddin üzərinə 4 əlavə edib 10a bölək. Alınan 0.4, 0.7, 1, 1.6, 2.8, 5.2, 10, 19.6 və 38.8 ədədləri Astronomik Vahid olaraq planetlərin Günəşdən orta məsafələrinə bərabər olacaqdır. == Tarix == Titius-Bode qanunu ortaya çıxarıldığı zaman Uran, Neptun və Pluton hələ kəşf olunmamışdı. Amma qanun Neptun istisna olunmaqla həqiqətə uyğun nəticələr verməkdədir. Bundan başqa bu qanun Mars və Yupiter arasında bir planet mövcud olması nəzəriyyəsini inkişaf etdirmişdir. Bundan başqa astronomlar Adams və Leverye Neptunun axtarışı zamanı Titsius-Bode qanunundan istifadə etmişdilər. İndi bilirik ki, uzaq planetlər üçün bu qanun bir o qədər də dəqiq deyil.