Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulgugsa
Amblyseius bulga
Amblyseius bulga (lat. Amblyseius bulga) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. Amblyseius bulga Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bulga orientalis
Şərq dirçəyi (lat. Ajuga orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. Siciliyadan İranın şimal-qərbinə qədər yayılmışdır. Hündürlüyü (7) 10-30 sm, gövdəsi düz və yaxud əyilib qalxan, sadə, yumşaq yuna oxşar tükü olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları bitkinin çiçəkləmə dövrünə qədər qalandır, uzunsov-ellipsvaridir, qısa saplağa pazşəkilli daralandır, kənarları dairəvi-dişlidir. Gövdə yarpaqları azdır, demək olar ki, oturaqdır; çiçək altlığı yarpaqları enlidir, oturaqdır, gövdə həcmini artırandır, yumurtaşəkilli, enli-ellipsvari və yaxud əksinə, yumurtaşəkillidir, iri dişli və ya bölünmüş formadadır, aşağı hissədə tam kənarlıdır, adətən çiçəkləri ötüb keçir. Çiçək köbəsi çoxçiçəklidir, çox vaxt gövdənin demək olar ki, əsasından başlayan sünbülşəkilli çiçək qrupunda yerləşmişdir. Tacın uzunluğu 13-16 mm-dir, mavi rəngdədir. Fındıqlar xırda olub, uzunluğu 2 mmdir, torvari-qırışlıdır. Aprel ayında çiçəkləyir, aprel-iyul (avqust) aylarında meyvə verir.
Proprioseiopsis bulga
Proprioseiopsis bulga (lat. Proprioseiopsis bulga) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis bulga Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ervin Bulku
Ervin Bulku (alb. Ervin Burku, 3 mart 1981[…], Tirana[…]) — Albaniyalı keçmiş futbolçu. Hal hazırda Albaniya Milli komandasında baş məşqçinin köməkçisi işləyir. Ervin Bulku Albaniyanın Tiran şəhərində anadan olub. O, 1998–2004-cü illər arasında orada oynadığı "Tirana" klubunun keçmiş futbolçusu və "Tirana"nın 19 yaşlılar komandasının hazırkı məşqçisi Sokol Bulkudan sonra ailənin ikinci oğlu idi. O, müxtəlif mövqelərdə oynaya biləcək faydalı oyunçu idi. 2002–2015-ci illər arasında Albaniya millisində və klub səviyyəsində mərkəz yarımmüdafiəçisi, müdafiəçi yarımmüdafiəçi, sağ yarımmüdafiəçi və hətta sağ müdafiəçi kimi bir çox mövqelərdə oynayıb. Futbolçu karyerasını "Tirana" klubunda başlayıv və orada bitirib. O, həmçinin Ukraynada "Krivbas", Xorvatiyada "Hayduk Split", Azərbaycanda "AZAL Bakı" və İranda "Sepahan" kimi klublarda legioner həyatı yaşayıb.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş. Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı. Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib.
Misradaxili bölgü
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Qızıl bölgü
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Bala Buluq rayonu
Bala Buluq rayonu - Əfqanıstan İslam Respublikasının Fərah vilayətinin rayonlarından biri . Əhalisinin 95%-ini puştunlar (daha doğrusu puştunlar və birinci istifadə etdikləri dil puştunca olanlar, bura həmçinin rayonda məskunlaşmış evdə Azərbaycan türkcəsində kənarda isə puştunca və tacikcə - şərqi farsca danışan Qızılbaş Əfşarlar da daxildir !), 5%-ini isə taciklər təşkil edir. 2002-ci ilə olan məlumata əsasən rayonun əhalisi 100.429 nəfərdir . Farah Rod, Rabat, Afshar, Sartakht, Jangal Younis, Garmar, Takhsirak, Shikilah, Ranask, Todanak,Safar, Dizar, Roodidoz, Galamikh, Saji, Arif Abad, Bakhsh Abad, Zarmaardan, Dolat Abad, Saigangle,Deriab, Grani, Kal Qala, Charab, Damang Shak, Khal Goshki, Ajor, Shiwani, Kharsaki, Kholang,Alakini, Gange Abad, Aleria, and Alamch .
Bala Buluq vulusvalisi
Bala Buluq rayonu - Əfqanıstan İslam Respublikasının Fərah vilayətinin rayonlarından biri . Əhalisinin 95%-ini puştunlar (daha doğrusu puştunlar və birinci istifadə etdikləri dil puştunca olanlar, bura həmçinin rayonda məskunlaşmış evdə Azərbaycan türkcəsində kənarda isə puştunca və tacikcə - şərqi farsca danışan Qızılbaş Əfşarlar da daxildir !), 5%-ini isə taciklər təşkil edir. 2002-ci ilə olan məlumata əsasən rayonun əhalisi 100.429 nəfərdir . Farah Rod, Rabat, Afshar, Sartakht, Jangal Younis, Garmar, Takhsirak, Shikilah, Ranask, Todanak,Safar, Dizar, Roodidoz, Galamikh, Saji, Arif Abad, Bakhsh Abad, Zarmaardan, Dolat Abad, Saigangle,Deriab, Grani, Kal Qala, Charab, Damang Shak, Khal Goshki, Ajor, Shiwani, Kharsaki, Kholang,Alakini, Gange Abad, Aleria, and Alamch .
Payız burğu çiçәyi
Hündürlüyü 10-20 (35) sm, gövdəyə sıxılan bir neçə sivriləşmiş qınları və yuxarıya doğru daralmış kiçik kök yumruları olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli-yumurtavari və sivridir, rozet əmələ gətirir. Çiçək qrupu birtərəfli, sünbülşəkilli, oxu spiralvari burulmuş, vəzili-yumuşaq tüklüdür.Çiçək altlığı yumurtavari-neştərşəkilli, vəzilitüklüdür.Çiçəkləri xırda, ağ rəngli, bayır tərəfdən yumşaq tüklüdür. Çiçək yanlığının xariciyarpaqcıqları küt, xətli neştərvaridir, daxili yarpaqcıqları isə dilcikşəkilli, novlu, orta hissədən yuxarısı bir az genişlənmişdir, az dalğavari kənarlıdır. Kapsulu 5-7 mm uzunluqda, 2-4 (və ya 5) mm qalınlıqda, yumurtavari və saysız kiçik və çox yüngül toxumlarla doludur. Sentyabr Oktyabr Lənk. dağ. (Lənk.rayonunun Qafqaz kəndi ətrafında S. Nenyukov tərəfindən 25/IX 1936-cı ildə toplanmışdır,Astara rayonunun Fensar kəndi ətrafında L. İ.Prilipko tərəfindən 10/X 1948-ci ildə toplanmışdır, İsmayıllı rayonu ərazisində, Göyçay çayı boyunca kolluqlarda E. S. Şükürov tərəfindən 25/IX 2015-ci ildə qeydə alınmışdır. Dağətəyi zolaqda və aşağı dağ qurşağında-kəsilmiş meşələrdə, kolluqlar arasında və otlu yamaclarda rast gəlinir.
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Bulduk
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Bulduq
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir.
Bölgə
Region və ya bölgə (lat. regio — "nahiyə", "ölkə", "vilayət") — vahidliyi olan və ona daxil olan elementlərinin sıx bağlıılğı olan müəyyən bir ərazi. Hansısa ölkənin və ya dünyanın müəyyən hissəsi də başa düşülür.
Boldu
Beilschmiedia (lat. Beilschmiedia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Buluq əl-Mərəm
Buluq əl-Mərəm (ərəb. بلوغ المرام من أدلة الأحكام‎) — İbn Həcər əl-Əsqəlani (1372–1448) tərəfindən toplanmış şəriət qanunlarının əsaslandığı hədislər toplusudur. Bu janr ərəb dilində "Əhədis-ül-Əhkam" kimi qeyd olunur. Kitabın müqəddiməsində müəllifin sözlərinə görə, o, məcmuənin hər bir hədisini əzbər öyrənənlərin dərin bilikləri ilə seçilmələri üçün hərtərəfli təhlilə məruz qoymuş və bu işin "İslamda həm yeni başlayan tələbələr, həm də mütəxəssislər üçün" faydalı olmasından ötrü əlindən gələni etmişdir. "Buluq əl-Mərəm" başqa məcmuələrdən toplanmış 1,5 minə (1358) yaxın hədisdən ibarətdir: "Səhihi-Buxari", "Səhihi-Müslim", "Sünəni-Əbu Davud", "Sünəni-Tirmizi", "Sünəni Nəsai", "Sünəni-İbn Macə", "Müsnəd İmam Əhməd" və s. "Buluq ə-Mərəm"də nəql olunan hər bir hədisin sonunda əl-Hafiz ibn Həcər həmin hədisi ilkin kimin topladığını qeyd edir.
Kvartal (inzibati bölgü)
Kvartal bir şəhərin daxilində yerləşən xüsusi bir ərazidir. Rəsmi inzibati sərhədlərdən asılı olmayaraq mövcudluğu ilə məhəllə anlayışından fərqli olan kvartal anlayışının müxtəlif cür izahı mövcuddur.
Buzeu
Buzeu (Buzău) — Rumıniyanın cənub-şərqində şəhər. Əhailisi 108,4 min (2011). Buzeu judetinin (qəzasının) inzibati mərkəzidir. Aşağı Dunay ovalığında, Şərqi Karpat dağlarının cənub ətəklərində, Buzeu çayı (Siret çayının qolu) sahilindədir. Nəqliyyat qovşağıdır. 1431-ci ildən məlumdur. 15–16-cı əsrlərdə Munteniyanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. 1504-cü ildən yepiskopluğun mərkəzidir (16–17-ci əsrlərə aid yepiskoplar iqamətgahı kompleksi saxlanılmışdır). Banu monastırı (1571), 17–19 əsrlərə aid kilsələr, İctimai saray (1899–1903), bələdiyyə binası (1930), M. Eminesku adəna kollec (1919), Diyarşünaslıq muzeyi, C. Çiprian teatrı (1995) var. Qara metallurgiya (metal profillər, məftil istehsalı; “Metalurcika-Buzeu” zavodu), maşınqayırma (kənd təsərrüfatı maşınları, sənaye və dəmiryol avadanlıqları), kimya (plastik kütlə, polietilen, polivinilxlorid və s.; kömür süzgəcləri – “Romkarbon” zavodu), yüngül, yeyinti (o cümlədən şəkər) sənayesi müəssisələri fəaliyyət göstərir; pivə istehsalı, şüşə zavodu var; tikinti materialları istehsal edilir.
Tulou
Tulou (çin. 土樓 - torpaq binası) – dairəvi, dördbucaq, düzbucaq və ya onların qarışığı formada olan Hakka etnik qrupun memarlığına aid olan ənənəvi bina növü. Baxmıyaraq ki, tulouların çoxu doğrudan da torpaqdan tikilmişdi, bu söz fərqli tikinti materialları növlərinin istifadəsi ilə qurulan binalar üçün istifadə edilir. Onlardan bəziləri qranitdən və ya yanmış kərpiçdən tikilib. Bu günə qədər qalmış ən böyük tuloular sadəcə torpaqdan yox, torpaqnan qum və sahetu adlanan əhəng daşların qarışığından tikilirdi. Buna görə Pan An tulou ifadəsini abadlı və ya kommunal bina (çin. 聚居建筑) ifadəsi ilə əvəzləməyə təklif edib. Halbuki, Çin yazıçıların çoxu onları hələ də tulou adlandırır. Fərqli növlərə aid olan, basılmış torpaqda tikilən evləri demək olar ki, Çinin bütün yerlərində tapmaq olar. Buna görə, ənənəvi Çin memarlığının araşdırmaçısı, Huan Hanmin tulou ifadəsi üçün Fucanda istifadə olunan tərifin daha uyğun olmasını yazır: tulou basılmış torpağın istifadəsi ilə qurulmuş, daşıyan divarla tikilən və bir icma (qrup və ya ailə) tərəfindən yaşayış üçün istifadə olunan böyük binadır.
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Baba burnu
Baba burnu (türk. Bababurnu) — Türkiyənin Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. Burun Asiya qitəsinin ucqar qərb nöqtəsini təşkil edir. 31 may 1828 il. Baba burnu döyüşü zamanı Yunanlar tərəfindən iki Osmanlı korveti babatırılmışdır. 8 mart 1915 ildə Baba burnundan alman minadaşıyan «Teymur-Hissar» keçmişdir. 19 dekabr 1941 burun yaxınlığında «Varlan Avanesov» gəmisi Qara dəniz Uzaq şərq maşrutu üzrə hərəkət edərkən qəzaya uğramışdır.
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Baliya burnu
Baliya burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənubda yerləşən burundur. Burun Beripara buxtasından cənubda yerləşmişdir. Makleod burnundan 4.75 km şimal-şərqdə, Leşko burnundan 2.45 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.
Bayron burnu
Bayron burnu (ing. Cape Byron) — Avstraliya materikinin ucqar şərq nöqtəsidir. Burun ilk dəfə Ceyms Kuk tərəfindən onun yaxınlığından 15 may 1770-ci ildə keçərkən adlandırmıışdır. O, burnu Britaniya donanmasının admiralı Con Bayronun şərəfinə adlandırmişdir. Con Bayron dünya dövr səyahətini «HMS Dolphin (1751, Delfin)» gəmisində 1764—1766 illərdə həyata keçirmişdir.
Bayıl burnu
Bayıl burnu — burun olaraq Abşeron yarımadasının cənub-qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Səbail rayonu ərazisinə daxildir. Burun Bakı buxtasındadır. Bayıl mayakı burada yerləşir.
Bağırsaq (bulaq)
Bağırsaq – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırsaq kəndinin ərazisində mineral bulaq. Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Bağırsaq çayının dərəsində, 2400 metr yüksəklikdə, İstisu Kurortunun yaxasında çıxan mineral bulaqdır. Suyu çoxdibetlidir. Suyundan müalicə və içmək üçün istifadə edilir. Vannası oynaq, sinir və digər xəstəliklərin müalicəsində müsbət təsir göstərir.Suyun hərarəti aşağıdır. Suyunun tərkibində bol miqdarda həm müxtəlif təbii qazlar, həm də mineral maddələr var. Bağırsaq Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.74.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir. Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996.
Bengü
Bengü (2 aprel 1979, İzmir) — türk pop müğənnisi. Bengü 2 aprel 1979-cu ildə İzmirdə anadan olub. Musiqi ilə tanış olması məktəb illərindən başlayıb.
Bergü
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bülbül
Bülbül (lat. Luscinia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.