Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cabanı
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. == Tarixi == Cabanı Şamaxı rayonunda kənd. Dağətəyi ərazidədir. Oykonim oğuz tayfalarından birinin adını əks etdirir. Etnotoponimdir. Çəpni, Çəbni, Cabani variantlarında Azərbaycan ərazisində geniş arealda yayılmışdır. Şərqi Avropa düzənliyində də rast gəlinir. == Əhalisi == Kənd əhalisi 472 nəfərdir ki, onunda 190 nəfəri kişi, 282 nəfəri isə qadınlar təşkil edir.
Cağanlı
Cağanlı (Çaldıran) —
Cabanı (dəqiqləşdirmə)
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. İkinci Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd.
Cabanı döyüşü
Cabanı döyüşü — 15-ci əsrin sonlarında Azərbaycanda Ağqoyunlu hakimiyyəti zəifləmiş və ölkə 2 yerə bölünmüşdü. Ağqoyunlu hakimiyyətinin zəifləməsi ilə təqiblərə məruz qalan qızılbaşlar öz hakimiyyətlərini qurmaq üçün hərəkətə keçmişdilər. 1499-cu ildə Şeyx İsmayıl Lahicandan Ərdəbilə, oradan isə Ərzincana doğru hərəkətə başladı. Ərzincanda toplanan qızılbaşların qurultayında qərara alındı ki, ilk zərbə qızılbaşların "düşməni" I Fərrux Yasara vurulsun. == Tarixi == === Döyüş qabağı vəziyyət === Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə "Qoyun-ölümü" keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermədi . Lakin I Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaratdı və ardınca qoşun da çayı keçməyə müvəffəq oldu. Qızılbaşların əldə etdiyi məlumatlara görə Şirvanşah qızılbaşların yaxınlaşdığını eşidib və döyüşə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu xəbəri aldıqdan sonra İsmayıl Şamaxıya doğru hərəkət etmək qərarına gəldi. Lakin İsmayıl şəhərə daxil olsa da, şəhər boş idi.
Cağanlı (Çaldıran)
Cağanlı (fars. جگنلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
İkinci Cabanı
İkinci Cabanı (əvvəlki adları: Cabanı; Nikolayevsk; Dzerjinovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun İkinci Cabanı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd inzibati-ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabanı kəndi, Dzerjinovka kənd inzibati-ərazi vahidi İkinci Çabanı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin ilk adı Cabanı olmuşdur, adını Cabanı yaylasının yamacında yerləşdiyinə görə almışdı. XIX əsrdə, 1830-cu illərdə burada Çar Rusiyasından gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet vaxtı dövlət və partiya xadimi F.E.Dzerjinskinin (1877-1926) şərəfinə Dzerjinovka adlandırılmışdı. Kəndin adı 5 oktyabr 1999-cu ildən dəyişdirilərək İkinci Cabanı adlandırılmış, beləliklə də qədim Cabanı adı geri qaytarılmışdır. Kəndin hazırkı adının əvvəlindəki "İkinci" hissəsi fərqləndirici komponentdir (Şamaxı rayonunun eyni adı daşıyan Cabanı kəndi ilə səhv salınmaması üçün). Kənd dağətəyi ərazidə yerləşir. Kəndi əhalisinin əksəriyyətini etnik azərbaycanlılar, Axısqa türkləri və ruslar təşkil edir. Kənd əhalisi 479 nəfərdir ki, onun da 243 nəfəri kişi, 236 nəfəri isə qadınlar təşkil edir.
Cağan (Şot)
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Cabanı döyüşü (1500)
Cabanı döyüşü — 15-ci əsrin sonlarında Azərbaycanda Ağqoyunlu hakimiyyəti zəifləmiş və ölkə 2 yerə bölünmüşdü. Ağqoyunlu hakimiyyətinin zəifləməsi ilə təqiblərə məruz qalan qızılbaşlar öz hakimiyyətlərini qurmaq üçün hərəkətə keçmişdilər. 1499-cu ildə Şeyx İsmayıl Lahicandan Ərdəbilə, oradan isə Ərzincana doğru hərəkətə başladı. Ərzincanda toplanan qızılbaşların qurultayında qərara alındı ki, ilk zərbə qızılbaşların "düşməni" I Fərrux Yasara vurulsun. == Tarixi == === Döyüş qabağı vəziyyət === Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə "Qoyun-ölümü" keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermədi . Lakin I Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaratdı və ardınca qoşun da çayı keçməyə müvəffəq oldu. Qızılbaşların əldə etdiyi məlumatlara görə Şirvanşah qızılbaşların yaxınlaşdığını eşidib və döyüşə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu xəbəri aldıqdan sonra İsmayıl Şamaxıya doğru hərəkət etmək qərarına gəldi. Lakin İsmayıl şəhərə daxil olsa da, şəhər boş idi.
Çağan
Birinci Çağan
Xaqani
Xaqani (film, 1980) — Xaqani Şirvaninin anadan olmasının 850 illiyinə həsr edilmiş film. Xaqani (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Xaqani küçəsi (Bakı) — Rəsul Rza küçəsindən başlayın Kövkəb xanım Səfərəliyeva küçəsinə qədər uzanan küçə. Xaqani bağı — Bakının ən qədim parklarından biri. Xaqani parkı (Təbriz) — Təbriz şəhərinin mərkəzində Əfzələddin Xaqaninin adı verilmiş park.
Cağanlı-i Kürd (Maku)
Cağanlı-i Kürd (fars. جگن لوي كرد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (70 ailə).
Cağanlı-i Əcəm (Maku)
Cağanlı-i Əcəm (fars. جگن لوي عجم‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Çaqanı burnu
Çaqanı burnu (ukr. Чагани, Чегене, krımtat. Çegene, Чегене) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Şimal-şərqdən Kazantip körfəzi ilə əhatələnir. Qərbində Qaralar regional lanşaft parkı yerləşir. Xəritə Azov dənizinin coğrafi obyektləri.
Əbu Əli Çağani
Əbu Əli Çağani (?-955) — Çağaniyanın Möhtaclılar sülaləsindən olan əmiri. Samanilər sülaləsindən olan Əmir II Nəsrin (914–943) ölüm xəbəriylə Xorasana gələn Əbu Əli, Əmir I Nuhun (943–954) əmriylə o sırada Büveyhilərin əlinə keçmiş olan Rey üçün səfər hazırlıqlarını tamamlayaraq Büveyhilər üzərinə hərəkətə keçdi. Əbu Əlinin Buxaradakı yoxluğundan faydalanan düşmanları onun xalqa qarşı pis davranışını önə sürərək Əmirin gözündən salmağı bacardılar. Qardizi, Əbu Əlinin Buxaradakı ən böyük düşmanı olaraq vəzir Məhəmməd bin Əhmədi göstərir. Rey səfəri əsnasında Əmir Nuh tərəfindən göndərilən Arızın əsgərlərə qarşı pis davranışı, ordu içərisində baş qaldırmalara səbəb olmuş, ehtiyaçları ödənməyən əsgərlər maaşlarını vaxtlı-vaxtında ala biməyincə Əbu Əlinin adamları, Əmir Nuhun əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklifində bulunmaya qərar verdilər. Bunu xəbər alan Əbu Əli hər nə qədər onları əməllərindən vaz keçirməyə çalışdıysa da, adamlarının təhdidləri üzərinə onların doğrultusunda hərəkət etməyə başladı. Əbu Əlinin üsyan etməsinin ən böyük nədəni bizcə onun Xorasan sipəhsalarlığından alınaraq yerinə İbrahim bin Simcurun təyin edilməsidir.. İbn Miskəveyh və İbn əl-Əsirin İraqlı tarixçilər olaraq söz etdiyi şəxslər, Əbu Əli ilə Əmir Nuhun aralarının açılmasının səbəbini İmadüddövlə Büveyhə bağlayırlar. Onlara görə İmadüddövlə bir yandan Əmir Nuha məktublar yazaraq Reyin ona verilməsini, bunun qarşılığında Əbu Əlinin Rey üçün verdiyi xəracdan yüz min dinar daha artıq ödəmə edəcəyini və Əbu Əliyə qarşı diqqətli olmasını bildirirkən, digər yandan da Əbu Əliylə xəbərləşərək, onu Əmir Nuha qarşı qızışdırır və əgər ona qarşı vuruşarsa, onu dəstəkləyəcəyini vəd edirdi. Bütün bu saydığımız nədənlərlə hərəkət edən Əbu Əli, sərkərdələrinin arzularına boyun əydi və Əmirin əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklif etdi.
Alisa Paqani
Alisa Paqani (it. Alice Pagani; 19 fevral 1998, Askoli Piçeno, Marke) — İtaliya aktrisası, fotomodeli və yazıçısı. Əsasən Netflix serialı "Baby"də Ludovika Storti rolu ilə tanınır.
Xaqani (Göygöl)
Xaqani — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun tərkibindəki yaşayış məntəqəsi Xəqani kənd adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Xəqani kəndi mərkəz olmaqla Xəqəni kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1794 nəfər əhali yaşayır.
Xaqani Babazadə
Xaqani Cəmilli
Xaqani Emin
Xaqani Məmmədov
Xaqani Məmmədov (hakim)
Xaqani Nəsibov
Xaqani Aydın oğlu Nəsibov (1 may 1991; Kortala, Balakən, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. Onun qardaşı — Ədalət Nəsibov Birinci Qarabağ müharibəsində şəhid olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
Xaqani Qocayev
Xaqani Quluzadə
Xaqani Quluzadə (tam adı:Quluzadə Xaqani Zahid oğlu; 6 avqust 1977, Marneuli rayonu) — Azərbaycan iş adamı, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri (2010–2013), "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri. Xaqani Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda ziyalı ailəsində anadan olub. 2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində "Executive Global Master’s in Management" proqramını müvəffəqiyyətlə bitirərək magistr dərəcəsini qazanmışdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. "Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir (hər ikisi fərqlənmə ilə). 1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirmişdir. 2010-cu ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini tutmuşdur. "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir. Bundan əvvəl Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
Xaqani Sadıxov
Xaqani Sadıxov (10 aprel 2000-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qarabağ-2 klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Sadıxov Xəzər Lənkəran akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 11 may 2016-cı ildə İnter Bakı klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Orxan Səfiyaroğlunu əvəz etmişdir. Azərbaycan Premyer Liqası görüşündə Xəzər Lənkəran rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Sadıxov 2017-ci ilin iyul ayında Qarabağ klubu ilə müqavilə imzalamışdır. O, Qarabağ-2 klubu ilə debütünü 27 avqust 2018-ci ildə Turan Tovuz klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Nicat Süleymanovu əvəz etmiş və 67-ci dəqiqə qolla yadda qalmışdır. Azərbaycan Birinci Liqası görüşündə Qarabağ-2 rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 28 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Xaqani Savalan
Xaqani Həşimov (Xaqani Savalan) (10 sentyabr 1965, Kəlbəcər rayonu) — film direktoru, prodüser, "RITM production"un direktoru, "CineMAN" jurnalının təsisçisi. Xaqani Savalan 10 sentyabr 1964-cü ildə Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. "Tayfun-S" şirkətinin prezidenti işləyib. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Aztelefilm" Yaradıcılıq Birliyində film direktoru olub. 2004-cü ildə yaradılmış "Ritm production" müstəqil kino şirkətinin təsisçilərindən biri və direktorudur. 40-cı qapı (film, 2009)(tammetrajlı bədii film) Almas Yıldırım (film, 2004) Cabir Novruz (film, 2002) Əsrin şahidi (film, 2002) Fotoqraf (film, 2002) Həsən bəy Zərdabi (film, 2003) İki xalqın oğlu (film, 2004) İrəvan teatrı (film, 2003) Koroğlu (film, 2003) Kömür (film, 2004) Qədim Şəmkir (film, 2003) Lal (film, 2003) Maestro (film, 2002) Mədəniyyət salnaməsi. Qürbət əmi (film, 2003) Mən kitabımı başlayıram (film, 2006) Mir Teymur (film, 2003) Oyun (film, 2003) Ömür yolu.
Xaqani bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Xaqani bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xaqani parkı
Xaqani parkı (fars. بوستان خاقانی‎) — Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park. Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı. 1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park edildiyini elan etdi. Bundan sonra xalq bura "Sümüklü park" demişdir. 1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikildi. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra "Müsəddiq məktəbi" olaraq dəyişdirildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi.
Xaqani İsmayıl
Xaqani Salayev
Xaqani İsmayılov
Xaqani İsmayılov (10 noyabr 1990, Sabnova, Dağıstan MSSR) — Rusiyalı ağır atlet, ağır atletika üzrə Rusiya çempionatının ikiqat qalibi. O, 62 kq çəki dərəcəsində çıxış edib. Rusiyanın idman ustası. Milliyyətinə görə — azərbaycanlı. 2009-cu ilin avqustunda Nalçikdə keçirilən Rusiya çempionatında Anton Dudinə uduzaraq gümüş mükafatçı olur. 2014-cü ilin aprelində Volqoqradda Cənub Federal Dairəsi və Şimali Qafqaz Federal Dairəsinin birinciliyinin qalibi olmuşdur. 2014-cü ilin avqustunda Qroznıda keçirilən Rusiya çempionatında Pavel Suxanova uduzaraq gümüş mükafatçı olmuşdur. 2017-ci ilin aprel ayında Babayurdda Dağıstan çempionu adına layiq görülür. 2017-ci ilin iyununda Rostov-na-Donuda ikiqat olimpiya çempionu Vasili Alekseyevin xatirəsinə həsr olunan Cənub Federal və Şimali Qafqaz Federal Dairəsinin çempionluğunu qazanır. Ağır Atletika üzrə Rusiya Çempionatı 2009–2 (115 + 143 = 258); Ağır Atletika üzrə Rusiya Çempionatı 2014–2 (118 + 153 = 271).
Xaqani (ad)
Xaqani və ya Xəqani — kişi adı. Xaqani Xaqani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Xaqani Nəsibov — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xaqani Babazadə — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xaqani Əsgərov — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xaqani Qocayev - Xaqani Savalan - Xaqani Babazadə - Xaqani Qayıblı - Xaqani Quluzadə - Xəqani Xəqani Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Xəqani Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xəqani Cəmilli — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xəqani Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xəqani Fətiyev — Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi.
Bağanıs
Bağanis (Loru) — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Bağanis Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Cadarı
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Calğan
Aşağı Calğan
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Zağalı
Zağalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd. Oykonim Qalaça dağının ətəyində qayada sıra ilə düzülmüş 5 zağanın (süni mağaranın) olması ilə əlaqədardır. Kəndin adı "zağalı, mağaralı yer" mənasındadır. Kənd keçmişdə Zağa dərəsi adlanmışdır. Güney Zağalı və Dora Zağalı adlı iki hissədən ibarətdir. Yerli məlumata görə, kənd aran camaatının yaylaq yurdunda məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir. Rayonun ərazisində eyniadlı su anbarı da var. Əhalisinin əksəriyyətini Goranboy (Qaraqucaq, Zəyva kəndləri) və Yevlax (Tanrıqulular kəndi) rayonlarından köçüb gəlmiş ailələr təşkil edir.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi. Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58–67 sm, qanad açıqlığı isə 146–162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2–4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır. Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Komodo varanı
Komodo varanı və ya Komondo əjdahası (lat. Varanus komodoensis) — Əsl varanlar fəsiləsinə aid kərtənkələ növü. Növ ancaq İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılmışdır. Adanın yerli əhalisi onları ora və ya buaya darat("yerüstü timsah") adlandırırlar. Bu canlı dünyada hazırda yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir. Ölçülərinin böyüklüyü Ada qiqantizmi. ilə izah edilir. == Xüsusiyyətləri == === Xariçi görünüş === Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25–2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Layın dabanı
Layın dabanı (rus. подошва пласта, ing. base of bed, bottom of bed) — geologiyada layı aşağıdan məhdudlaşdıran səth (layın stratiqrafik alt sərhəddi).