Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Cablı (Nəmin)
Cablı (fars. جابلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərinin şərqində, Ərdəbil-Astara avtomobil yolunun 8 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 263 nəfər yaşayır (55 ailə).
Fransua Rable
Fransua Rable (ən tezi 1483 və ən geci 1494 – ən tezi yanvar 1553 və ən geci 14 mart 1553, Paris, Fransa krallığı) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Rober de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Robert de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Ablej
Ablej (fr. Ableiges) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 972 nəfər (2000). Bələdiyyə Paris şəhərinin 37 km şimal-qərbində, Serji belediyyənin 8 km şimal-qərbdə yerləşir.
Cache
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Camel
Camel (musiqi qrupu)
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.
CNBLUE
CNBLUE — Cənubi Koreyada 2009-cu ildə FNC Entertainment şirkəti adı altında çıxış edən 4 üzvlü bir rock qrupu. Üzvləri JUNG YOUNG HWA (lider, ana vokalist, gitarist), LEE JONG HYUN (gitarist, vokalist), KANG MIN HYUK (baterist, vokalist) və LEE JUNG SHIN (baș gitarist, vokalist)dir.
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Erble
Erble (fr. Herblay) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Arjantey, kanton — Erble. Əhalisi — 26 289 nəfər (2009). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km cənub-şərqində yerləşir.
Halle
Halle (alm. Halle‎) — Almaniyada şəhər. Maqdeburq ilə yanaşı, Saksoniya-Anhalt əyalətində əhali sayına görə ən böyük şəhərdir: 2016-cı ilin məlumatına görə bölgədə təxminən 240 min insan yaşayır.
Kabel
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Lalle
Lalle (fr. Lalley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38204. Kommunanın 2005-ci il üçün əhalisi 195 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 673 ilə 2045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } == Sözün mənası == "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. == Kodlarda == Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Triticum labile
İsaak Babel
İsaak Emmanuiloviç Babel (Bobel) 13 iyul 1894[…], Odessa, Rusiya imperiyası – 27 yanvar 1940[…](rus. Исаак Эммануилович Бабель (Бобель)— Yəhudi əsilli sovet-rus yazıçı, jurnalist və dramaturq.
Hasan Kabze
Hasan Kabze (d. 26 may 1982, Ankara) — türk keçmiş futbolçusudur. == Klub karyerası == === Qalatasaray === Çanaqqala Dardanelspor'da göstərdiyi performansla diqqət çəkən Kabze 2004–2005 mövsümünün yay transfer mövsümündə Qalatasaray'a transfer oldu və komanda üçün ilk qolunu 4 fevral 2005-ci ildə oynadığı Qaziantepspor matçında vurdu və 5–1 qalib gəldi. Superliqanın 33-cü həftəsində "Beşiktaş" a 2 qol vuraraq komandası ilə 2:1 hesablı qələbə qazanıb. === Rubin Kazan === 2007-ci il mövsümündə "Qalatasaray"a Karl-Haynts Feldkampın məşqçi kimi gəlməsi ilə komandada böyük dəyişiklik oldu. Hasan Kabze Necati Ateş, Cihan Haspolatlı, Orhan Ak, Emre Aşık kimi adlarla birlikdə komandadan ayrıldı. 9 avqust 2007-ci ildə Rossiyskaya 1,5 milyon avroya Premyer Liqa klubuna "Rubin" ə keçdi. Kazanda ilk qolunu Moskvanın "Spartak" ına vuran "Kabze", komandası ilə matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. "Rubin" tarixində ilk Rusiya Liqası çempionluğu heyətində yer alan və çempionat matçında etdiyi ötürmə ilə yadda qalan Hasan Kabze "Qalatasaray"dan sonra ölkə xaricində çempion olub. 2009-cu il mövsümündə bir daha çempionluq qazanan Həsən Kabze nəhayət Superkubok Rossii qazandı və 3 il Rusiyada oynadıqdan sonra Fransanın Montpellier komandası ilə 3 illik müqavilə imzaladı.
Mabel Matiz
Fatih Karaca (31 avqust 1985, Mersin) və ya Mabel Matiz, türk müğənnisi və söz yazıçısıdır. Onun səhnə adı "Kumral Ada Mavi Tuna" romanındakı "Tuna" obrazının "Mabel" ləqəbi ilə qədim yunanca "çox sərxoş, sevən insan" mənasını verən matiz sözünün birləşməsindən yaranıb. == Həyatı == Fatih Karaca, 31 avqust 1985-ci ildə Mərsinin Erdemli rayonunun Tömük qəsəbəsində evdar qadın Maya Karaca ilə yük maşını sürücüsü və Kipr Veteranı Ali Karacanın ilk övladı olaraq anadan olub. Uşaqlıqda güclü kəkələmə, özünü ifadə edə bilməməsi onu yazmağa həvəsləndirmiş və bu vəziyyət onu musiqiyə, ədəbiyyata, müğənniliyə apararaq yeni ifadələr axtarmağa vadar etmişdi. O, uşaqlıq illərini Erdemlidə keçirmiş, burada musiqi baxımından ona çox töhfə verdiyini bildirmişdir. Uşaqlıq və gənclik illərində əsasən 80–90-cı illərin türk pop musiqisini dinləyib. Bu dövrlərdə ən çox dinlədiyi mahnı Sezen Aksunun "Şinanay" mahnısı olub. O, orta məktəbin 2-ci kursunda oxuyarkən (2001–2002) Yunus Emrenin həyatından bəhs edən teatr tamaşasında baş rol oynayıb və bu tamaşaya hazırlıq sayəsində bir il onun kəkələməsinə nəzarət etməyi öyrənib. Universitet təhsilini 2003–2008-ci illərdə İstanbul Universiteti Diş Həkimliyi Fakültəsində almışdır. İlk musiqi təhsilini universitet illərində etdi və 2005-ci ildə tibb fakültəsindən dostu Duyğu Has ilə akustik duet sayıla biləcək cover qrupunu qurdu.
Veyd-Caylz
Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
Allophylus cobbe
Allophylus cobbe (lat. Allophylus cobbe) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çaylı
Çaylı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Bala Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) Nerkin Çaylı (Aşağı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd. Kənd ləğv edilmişdir.
T'Çalla
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
Uğurlar, Çarli!
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
VIII Çarlz
VIII Karl (fr. Charles VIII) və ya Gülərüz Karl (fr. Charles l'Affable; 30 iyun 1470 və ya 1470, Ambuaz[d] – 7 aprel 1498 və ya 1498, Ambuaz[d]) — Fransa kralı. Atası XI Lüdovikin ölümünün ardından 1483-cü ildə hələ 13 yaşında ikən taxta çıxdı. Azyaşlı olduğu üçün böyük bacısı Anna və əri Burbon hersoqu Pyotr kral naibi olaraq 8 il boyunca ölkəni idarə etdi. Onların naibliyi dövründə ölkənin güclü zadəganları mərkəzi hakimiyyətə qarşı ayaqlandı və Dəlisov müharibə olaraq adlanan çatışmada monarxiya birlikləri qalib gəldi. == Həyatı == Karl 1491-ci ildə Avropanı alt-üst edən bir addım atdı və Bretanlı Annayla gizlicə evləndi. Skandala səbəb isə Annanın Müqəddəs Roma imperatoru I Maksimilyanla 1490-cı ildə vəkalətən nikahlanmış olması idi. Ancaq o əsnada gəlinin 13 yaşı olduğu üçün imperatorun yanına göndərilməmişdi. Bu səbəblə ilk nikahı tamamlanmamış hesab olundu.
VII Çarlz
VII Karl (fr. Charles VII) və ya Müzəffər Karl (fr. Charles le Victorieux) (d. 22 fevral 1403 — ö. 22 iyul 1461) — Fransa kralı. Karl Yüzillik müharibənin ortasında Fransa üçün olduqca çətin bir dönəmdə taxta çıxdı. İngiltərə kralı və Burqundiya hersoqunun müttəfiq birlikləri paytaxt Paris və Fransa krallarının ənənəvi tacqoyma mərasimlərini keçirdiyi Reyms şəhəri də daxil olmaqla, bütün şimali Fransanı işğal etmişdi. Bundan başqa atası VI Karl 1420-ci ildə onu varislikdən çıxarmış, onun yerinə İngiltərə kralı V Henri və onun şəcərəsini Fransa taxtının varisi elan etmişdi. Digər tərəfdən ölkənin daxilində də yerli zadəganlar arasında siyasi mübarizə və silahlı çatışmalar davam edirdi. Paytaxt ələ keçirildiyi üçün kral sarayı Luara çayı sahilindəki Burj şəhərinə köçürüldü və bu səbəblə onu Burj kralı adlandırdılar.
VI Çarlz
VI Karl (fr. Charles VI) və ya Dəli Karl (fr. Charles le Fol) (d. 3 dekabr 1368 — ö. 21 oktyabr 1422) — Fransa kralı. Öz əqli zəifliyi və bəzi psixiatrik tutmaları ilə iqtidar gücü zəifləməyə başladı. Azenkur döyüşündəki ağır məğlubiyyətinin ardından İngiltərə kralı və kürəkəni olan V Henrini öz varisi elan etməyə məcbur oldu. Üstəlik onu kral naibi edərək krallığı bilavasitə ingilislərə təslim etdi. Buna baxmayaraq V Henri ondan bir neçə ay öncə vəfat etmiş, bu səbəblə ölkədəki Valualılar ingilislərə qarşı siyasi mübarizəni davam etdirdilər. == Mənbə == Potter, Philip J., Kings of the Seine: The French Rulers from Pippin III to Jacques Chirac, 2006, PublishAmerica, Baltimore, ISBN 978-1-4137-8857-0 William W. Kibler; Grover A. Zinn (1995).
V Çarlz
V Şarl (fr. Charles V Fransızca tələffüz: [ʃaʁl sɛ̃k]) və ya Müdrik Şarl (fr. Charles le Sage Fransızca tələffüz: [ʃaʁl lə saʒ]) (d. 21 yanvar 1338 — ö. 16 sentyabr 1380) — Fransa kralı. Onun səltənəti Yüzillik müharibənin əvvəllərində uğurlu bir fransız qələbəsi ilə fərqlənir. Onun hərbi əməliyyatları nəticəsində ingilislər tərəfindən ələ keçirilən bir çox bölgə geri alındı və sələflərinin bəzi hərbi itkilərini uğurla bərpa etdi. Atası II Conun 1356-cı ildə Puatye döyüşündə əsir düşməsinin ardından Şarl Fransa kral naibi təyin edildi. Krallığın düşdüyü siyasi və iqtisadi çətin vəziyyətdə Şarl ilk öncə vergiləri artırdı. Nəticədə Navarra kralı Qəddar Şarlın rəhbərlik etdiyi zadəgan qrupu, fransız burjuaziyası və kəndli üsyanlarıyla qarşılaşdı.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Yar Çallı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. == Etimologiyası == Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Yuxarı Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.