Yuxarı Çaylı

Bu məqalə Aşağı Çaylı (Ağdərə) məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

ÇaylıAzərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.[1]

Çaylı
40°20′23″ şm. e. 46°49′18″ ş. u.
Ölkə
Region Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çaylı xəritədə
Çaylı
Çaylı

Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır.[2]

ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur[3].

Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı və Nerkin Çaylı kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir[4].

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı[5].

Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı[6]. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi[7]. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[8].

Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.

Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi[9]. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir[10][11].

Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Ağdərə rayonu yaradılmış, və kənd Ağdərə rayonunun tərkibinə daxil edilmişdi.[12]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir[2].

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Çaylı kəndinə 450 metr 6 kV-luq, 2 km 0.4 kV-luq hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla da 22 il elektrik enerjisiz qalan Çaylı kəndində elektrik enerjisi bərpa olunub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 Çaylı // AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. BİRİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. 134. ISBN 978-9952-34-155-3.
  3. Административное деление АССР. Баку: Издание АзУНХУ. Ответственный редактор ЛЕВИК Л. А. Техредактор АЛЬТШУЛЕР С. Е. Корректора: КУЛИЕВ А. и ЛУКОМНИК Г. 1933. 60 в электронном документе.
  4. Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.
  5. Az SSR Ali Sovetinin Məlumatları 1982 N 6.
  6. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  7. "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  8. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 13 oktyabr 1992-ci il. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  9. top-center.org. "Ağdərə əməliyyatı (Talış-Madagiz cəbhəsi)". top-center.org (az.). 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  10. "İlham Əliyev xalqa müraciət edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  11. "İşğaldan azad edilmiş şəhər və kəndlərimiz". AZƏRTAC. 01.12.2020. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  12. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]