Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Turqut Cansever
Turqut Cansever Turqut Cansever (12 sentyabr 1921, Antalya - 22 fevral 2009, İstanbul), türk memarı, şəhər plançısı, mütəfəkkir. O, dünyada yeganə memardır ki, üç dəfə Ağa Xan Memarlıq Mükafatını alıb. "Müdrik memar" kimi də tanınır. Şəhərdə, yenidənqurma, qoruma sahələrində bir çox vəzifə almış və Bəyazıd Meydanını dizayn etdi. Türkiyədə sənət tarixi üzrə ilk doktorluq dissertasiyasının sahibidir. 1921-ci ildə Antalyada anadan olub. O, həkim Həsən Ferit bəylə həyat yoldaşı Saime xanımın beş övladının ən böyüyüdür. Atası həkim Həsən Ferit bəy Kasımpaşa Turabi Təkyəsi şeyxi və Bab-ı Əlinin ən yüksək bürokratlarından biri olan Şeyx Əli Əfəndinin oğlu idi. Bürokrat olmaqdansa tibb təhsilini seçən, müharibə illərində Sinay Cəbhəsində Səhra başhəkimi işləmiş, Türk Ocaqlarının qurucuları arasında yer alan Həsən Ferit bəy, dövlət ideologiyasına müxalifətdə qalan, Ankarada yüksək vəzifə təkliflərini rədd edərək Antalya və Adanada malyariya ilə mübarizədə iştirak etməyə üstünlük verən, Bursa, Tavşanlıda sürgün həyatı yaşamış ziyalı və həkimdir. Anası Saime xanım Plovdiv əsilli müəllim idi.
Baqəvər
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Canavar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Dinəvər
Dinəvər — Cəbəl (qədim Midiya ərazisi) vilayətindəki mühüm şəhərlədən biri. Xarabalığı Bisutin dağı yanında Caması-ab çayı sahilindədir. == Tarixi == Bu şəhərdən iki görkəmli tarixçi çıxıb. Tarixçilərdən biri — Əbu Muhəmməd Abdullah ibn Muslim ibn Quteybə Dinəvəri (vəf. hicri 276 / miladi 889) əslən xorasanlı olsa da, İraqda doğulmuşdu və Bağdadda dərs deyirdi. O, ərəb dili və ədəbiyyatını, fiqh və təfsiri mükəmməl mənimsəmişdi. Bir müddət Dinəvər şəhərində qazılıq etdiyi üçün, bu ləqəblə tanınırdı. Quran kəlimələrinin və çətin hədislərin izahı, şairlərin tərcümeyi-halı barədə kitabları vardır. Dinəvəri ərəb filologiyasında Bağdad qrammatika məktəbinin əsasını qoymuşdur. Onun "əl-Məarif" əsəri ən qədim tarix mənbələrindən sayılır.
Laləvər
Laləvər (lat. Roemeria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Adi canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Boz canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Canavar-adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Ganədər (Piranşəhr)
Ganədər (fars. گنه دار‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (23 ailə).
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Qozbel laləvər
Qırmızı canavar
Qırmızı canavar, Dağ canavarı, Himalay canavarı və Buanzu (lat. Cuon alpinus) — Yırtıcılar dəstəsinə, Köpəkkimilər fəsiləsinə daxil olan məməli heyvan növü. Cuon cinsinin yeganə nümayəndədi. Nadir nəsli kəsilmək təhlükəsi altında olan növdür. Yetkin qırmızı canavarın bədən uzunluğu 55–110 sm, quyruğu 45–50 sm, kütləsi 17–21 kq təşkil edir. Görünüşü bir canavar, tülkü və çaqqalın xüsusiyyətlərini özündə birləşdirir. Adi canavardan (Canis lupus) rəngi, sıx olan xəzi və uzun quyruğu ilə fərqlənir. Quyruğu demək olar ki, yerə çatır. Qısa, uclu bir ağız xarakterikdir. Qulaqlar iri və dikdir.
İriçiçək laləvər
Şahmatşəkilli laləvər
Əyrim laləvər
Əyrim laləvər (lat. Roemeria refracta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin laləvər cinsinə aid bitki növü.
Canavar balası
Canavar balası — 1997-ci il Azərbaycan istehsalı dram, triller, müharibə janrında film. == Məzmun == Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl (İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi (Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır… "Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir. == Film haqqında == Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi hüquq məsləhətində köməklik göstərmişdir.
Canavar (bürc)
Canavar lat. Lupus — göyün cənub yarımkürəsində bürc.
Canavar adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Cenevrə
Cenevrə (fr. Genève, alm. Genf‎) — İsveçrənin Fransa sərhədindəki Leman gölü sahilində olan şəhər. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əmək Təşkilatı (ILO) , Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı kimi bir çox beynəlxalq qurumların mərkəzi ilə tam 199 ölkənin nümayəndəliyinə ev sahibliyi edən şəhərdə çalışanların yüzdə əllisi, əcnəbilərdən ibarətdir. İsveçrənin ən yüksək əhalili ikinci şəhəridir. Eyni ada sahib Cenevrə kantonunun paytaxtıdır. Şəhər dünyada yaşaması ən bahalı 10 şəhərdən biridir. CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. == Ümumi məlumat == Cenevrə Əhalisi 192,1 min (2012; aqlomerasiyada 915 min, təqribən 44%-i əcnəbilərdir; əhalisinin sayına görə Sürixdən sonra ölkənin 2-ci şəhəri). 372 metr yüksəklikdə, Cenevrə gölü sahilində, Rona çayının göldən çıxdığı yerdə port.
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. == Məzmun == Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu == Obrazlar == Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Canavar balası (film, 1997)
Məzrayə-i Panəsər (Piranşəhr)
Məzrayə-i Panəsər (fars. مزرعه پانه سر‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Panevej qəzası
Panevej qəzası — Litvanın 10 qəzasından biri. Panevej qəzasının ərazisi 7 882 km2-dır.
Valter Çandler
Valter Çandler (5 oktyabr 1887, Cekson[d], Tennessi – 1 oktyabr 1967, Memfis, Tennessi) — Tennessi ştatından olan ABŞ siyasətçisi,Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi nümayəndələr palatasının üzvü. Baltik ölkələri, Azərbaycan və Gürcüstanın mənafelərini müdafiə etmək haqqında bu ölkələrin nümayəndələri ilə müqavilələr imzalamışdır. Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə Çandlerlə iki müqavilə imzalamışdı (1919, sentyabr). Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan nümayəndə heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan respublikasının mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Az sonra II müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi.
Vannever Buş
Vannevar Buş (11 mart 1890[…], Everett[d], Massaçusets – 28 iyun 1974[…], Belmont[d], Massaçusets) — Amerika alimi. İkinci dünya müharibəsinin başlanması ərəfəsində Avropa ölkələri kimi ABŞ da müharibəyə hazır deyildi. Bu dövrdə Amerikada bir sıra gənc alimlər yetişirdi ki, onlardan biri də Vannever Buş idi. İnternetin yaradılmasında birbaşa iştirak etmədiyinə baxmayaraq V. Buş müasir qlobal şəbəkə infrastrukturunun "xaç atası" hesab edilir. O, 1890-cı ildə ABŞ-nin Massaçusets ştatının Çelsi şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Tufts Kollecə daxil olmuş, təhsil illərindəki nailiyyətlərinə görə bakalavr dərəcəsi almaq üçün ayrılmış vaxtda texnika üzrə magistr dərəcəsi almışdır. Tufts Kollecdə oxuyarkən V. Buş ilk ixtirasını etmiş — otbiçən maşına bənzər geodeziya cihazı yaratmışdır. Magistr dərəcəsi aldıqdan sonra 1914-cü ildə V. Buş Vannever Buş "General Electric" şirkətində avadanlıqların testləşdirilməsi (1890–1974) üzrə mühəndis vəsifəsinə işə düzəlmiş, 1919-cu ildə isə Massaçusets Texnologiya İnstitutunun (MİT) elektrotexnika departamentinə keçir. 1931-ci ildə V. Buş differensial tənlikləri həll edən diferensial analizatorun işləyib hazırlanmasını başa çatdırır. Elə bu dövrdə gənc tədqiqatçının diqqətini insan düşüncələrini avtomatlaşdırmağı bacaran maşının yaradılması problemi daha çox cəlb etməyə başlayır.
Çandler (Arizona)
Çandler (ing. Chandler) - ABŞ-nın Arizona ştatında bir şəhər.
Cenevrə kantonu
Cenevrə kantonu rəsmi olaraq Respublika və Cenevrə kantonu — İsveçrə Konfederasiyasını təşkil edən 26 kantondan biri. İsveçrənin cənub-qərbində kiçik fransızdilli kantondur. İnzibati mərkəzi Cenevrə şəhəridir. == Əhalisi == Əhalisi 2012-ci ilin məlumatına görə 463 101 nəfər təşkil edir (kantonlar arasında 6-cı yer). Kanton respublika, İsveçrə Konfederasiyasının subyekti hesab olunur. Cenevrə Leman gölünün sahilində məskunlaşan alman burqundiya xalqının paytaxtı olub. Kral nəsli saxlanılarsa, o zaman Respublika və Cenevrə Kantonu rəsmi olaraq monarxiyaya çevrilir. == Tarixi == E.ə. bir neçə minilliklərdə Cenevrə ərazisində insan məskənləri mövcud idir. E.ə I-ci minilliyin ortalarından burada allobrogeslərin şəhəri var idi.
Reymond Çandler
Reymond Tornton Çandler (ing. Raymond Thornton Chandler; 23 iyul 1888[…], Çikaqo, İllinoys – 26 mart 1959[…], La-Hoyya[d], Kaliforniya) — ABŞ realist yazıçısı və tənqidçisi, detektiv romanlar, povestlər və qısa hekayələrin müəllifi. Deşil Hammet və Ceyms Keyn ilə birlikdə "bərk detektiv" janrının yaradıcılarından biridir. Nuar üslubunda bir neçə etalon filmi onun hekayələri əsasında və ya ssenarisi əsasında çəkilmişdir ("Dərin yuxu", "İkiqat təzminat"). Çandlerin bir çox romanının əsas personajı kaliforniyalı özəl detektiv Filip Marloudur. == İstinadlar == == Xarici keçidlər == Raymond Chandler’s Shamus Town A history of Los Angeles via the locations where Raymond Chandler lived and wrote about, 1912—1946 (ing.) Newsweek’s Top 100 Books — список 100 лучших романов всех времен по версии журнала Ньюсвик.
Gecə Canavar-adamı (xüsusi buraxılış)
Gecə Canavar-adamı (ing. Werewolf by Night) — Hezer Kuinn və Piter Kemeron tərəfindən yazılmış ssenari əsasında Maykl Cakkino tərəfindən Disney+ strim-servisi üçün çəkilmiş Marvel Comicsin eyni adlı personajına həsr edilmiş TV xüsusi buraxılışı.
Romul, Rem və dişi canavar
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib. Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər.
Canavar və yeddi çəpiş (cizgi filmi, 1957)
Canavar və yeddi çəpiş — 1957-ci ildə çəkilmiş sovet cizgi filmi. == Cizgi filmi haqqında == Cizgi filmi rus xalq nağılının motivləri əsasında çəkilmişdir. Cizgi filmi Soyuzmultfilm istehsalıdır. == Maraqlı faktlar == Aktyorların adı, cizgi filmini səsləndirənlər titrlərdə göstərilməyib.