Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Phou si
Phou Si — Phou Si dağı, həm də Phu Si dağı Laosun köhnə Luang Prabang şəhərinin mərkəzində 100 m (328 fut) hündürlüyündə bir təpədir. O, köhnə şəhər yarımadasının mərkəzində yerləşir və bir tərəfdən Mekonq çayı, digər tərəfdən Nam Xan çayı ilə həmsərhəddir. Təpə yerli dini yerdir və bir neçə Buddist ziyarətgahına ev sahibliyi edir. Təpənin yarısında Nam Khana baxan Buddist məbədi olan Wat Tham Phou Si yerləşir. Təpənin zirvəsində, şəhərə və ətraf kəndlərə baxan Wat Chom Si yerləşir, bu da Buddist məbədidir və Luang Prabangın turistik məkanıdır. Phou Si-yə giriş 2018-ci ilin iyul ayından etibarən 20.000 Kip təşkil edir.
Choi Soobin
Choi Soobin (kor. 최수빈; 5 Dekabr 2000, Ansan-si) — Səhnə adı ilə Soobin, Big Hit Music altında Cənubi Koreyalı müğənni-bəstəkardır. O, TOMORROW X TOGETHER oğlan qrupunun üzvü və lideridir. == Tarix == Soobin, 5 Dekabr, 2000-ci ildə Cənubi Koreyada, Ansan-si şəhərindən anadan olmuşdur. Soobin ailəsində ən kiçiyidir. Onun bir böyük bacısı və qardaşı var. === Dinləməsi === Soobin Big Hit kompaniyasına girməyə gərar verdikdən sonra kompaniyaya e-poçt dinləməsi göndərdi, lakin utancaq olduğu üçün heç kimə demədən bunu yataq otağının küncündə lentə aldı. Big Hit-in siyasəti belədir ki, 1-2 həftə ərzində cavab eşitməsəniz, keçmədiyinizi güman edə bilərsiniz. Soobin həmin vaxt aralığında cavab eşitmədiyi üçün, o, keçmədiyini düşünüb, diqqətini məktəbə yönəltməyə qərar verdi. İki ay sonra Big Hit-dən ona zəng gələrək, birinci raunddan keçməsi münasibətilə təbrik etdi.
Hou Yifan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Çyu Cou
Çyu Cou (əvvəlki adı: Çzyanin) — Çin Xalq Respublikasının Xunan əyalətində şəhər. Ərazisi 11.420 km2-dir. Synçzyan çayının sahilində, əyalət mərkəzi olan Çanşadan cənub-qərbdə yerləşir. Şəhər subtropik iqlim zonasında yerləşir və burada musson küləyi üstünlük təşkil edir. Xunan əyalətinin yeraltı mineral resurslarla zəngin bölgələrindən biridir. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 3 885 609 nəfər olmuşdur. Çyu Çou şəhəri 4 inzibati - Lusun, Tynyuan, Xetan və Şifen rayonlarına, Lilina adlı şəhər mahalına, eləcə də Çalin, Çju Cou, Yusyan və Yanlin mahallarına bölünür. Çyu Cou mühüm dəmiryolu qovşağı ilə əhatələnib. Bu qovşağ şəhəri ölkənin şimal hissəsində olan əyalətlərlə birləşdirir. Hər gün buradan 110 qatar keçir ki, bu nəqliyyat vasitəsindən gündə 30 min insan yararlanır.
Hou İfan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
CXOU J061705.3+222127
CXOU J061705.3+222127 — Nəhəng neytron ulduz. Güman olunur ki, ulduz ifrat yeni ulduzda yerləşən supernova qalığı olan Meduza Nebula olaraq da bilinən IC 443-dən meydana gəlmişdir. Ulduz sahədə təxminən 800000 km/saat sürətlə hərəkət edir.
Çjou sülaləsi
Çjou sülaləsi (çin. 周朝) — Çin xanədanı. E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını qurdu. Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100-221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122-771-ci illər) və Şərqi Çjou (Sonrakı) (E.ə. 770-256/221-ci illər) dövrlərinə bölünür. İmperiyaların adları paytaxtların yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə.
Tina Çou
Tina Çou (ing. Tina Chow; 18 aprel 1950, Leykvyu[d], Ohayo – 24 yanvar 1992, Pasifik-Paliseyds[d], Kaliforniya) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı. Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur. Onun doğum adı Bettina Luiza Lutsdur. Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur. Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur. Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır. Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur. Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır.
Çou Tao
Çou Tao (d. 30 mart 1988) — Çini təmsil edən bədii gimnast. Çou Tao, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Çou Tao, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Lü Yuanyanq, Sui Jianşuanq, Sun Dan və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Ota Çou
Ota Çou (太田 聴雨, 18 oktyabr 1896, Senday – 2 mart 1958) və ya doğum adı ilə Ota Eyriki (太田 栄吉) – ənənəvi yapon üslubunda rəsmlər çəkmiş Yaponiya rəssamı. 1896-cı ildə Yaponiyanın Senday şəhərində doğulmuşdur. 1909-cu ildə Tokioya köçmüşdür. 13 yaşında Şico rəssamlıq məktəbinin rəssamı olan Qyokuşo Kavabatanın şagirdi olmuşdur. 1927-ci ildə nihonqa rəssamı Seyson Maedadan rəssamlıq dərsləri almağa başlamışdır. Ota Çounun rəsmləri inten sərgilərində nümayiş olunmuşdur. 1930-cu ildə baş tutmuş 7-ci sərgi üçün çəkdiyi "Codohen" (浄土変) rəsmi uğur qazanmış və bu əsərə görə mükafata layiq görülmüşdür. İkinci Dünya müharibəsindən sonra isə Yaponiya İncəsənət Sərgisinin münsiflər heyətinə seçilmişdir. Yaponiya İncəsənət Akademiyasının üzvü və Tokio İncəsənət Universitetinin professoru olmuşdur. Ota Çou nihonqa janrına əsərlər yaratmışdır.
Li Çhol-Sın
Li Çul-Seunq (29 iyun 1972) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çul-Seunq Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub. Daha sonra Li Çul-Seunq Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Li Çul-Seunq Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Li Çul-Seunq Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Qərbi Çjou (sülalə)
Qərbi Çjou (çin. 东周) — Çində e.ə. 1045-ci ildən Qərbi Çjou çarlığını idarə etmiş, erkən səltənət. Bu sülalənin başlanğıcı Çjou sülaləsinin süqutuna əsadüf edir. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.
Şərqi Çjou (sülalə)
Şərqi Çjou (çin. 东周) — Çində e.ə. 770 ildən e.ə. 256-cı ilədək Çjou çarlığını idarə etmiş, paytaxtı Loi olmuş hökmdar sülaləsi. Bu sülalənin başlanğıcı Çjou sülaləsinin süqutuna təsadüf edir. Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (e.ə.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
CMOS
CMOS (ing. Complementary metal–oxide–semiconductor—metal oksid yarımkeçirici) CMOS ana plata üzərində yerləşir . Bu elektron sxemin funksiyası kompüterin konfiqrasiyasını , vaxtı və tarixi yadda saxlamaqdır . CMOS özündə(xüsusi batareyada ) elektrik enerjisi saxlayaraq kompüter sönülü olanda da fəaliyyətdə olur . Bunun nəticəsində uzun müddət kompüterdən istifadə etməsək belə , tarix , saat və ümumi konfiqrasiyayadda saxlanılır . CMOS daimi yaddaşdır , yəni enerji olmadıqda belə , orada saxlanılan informasiya itmir . Lakin kompüter sönülü olan zaman vaxtın hesablanması , kalendarın nizamlanması kimi əməliyyatlar üçün enerjiyə ehtiyac duyulur ki , CMOS-un batareyası da bunun üçün nəzərdə tutulub.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Chmod
chmod — Unix əmri olub, istifadəçinin fayl üzərində haqqlarını müəyyən edir. == İstifadəsi == Ümumiyyətlə faylın 3 istifadə haqqı olar. Faylı oxumaq, faylı yazmaq (faylda dəyişiklik etmək), faylı çağırmaq (run). chmod əmrindən iki yolla istifadə etməklə, faylın istifadə haqlarını dəyişmək olar. 1) Hərflərlə chmod aşağıdakı operatorlardan istifadə etməklə faylın icaəsini (mode-nu) müəyyən edir. Fayldan istifadə hüquqlarını müəyyən edən variantlar (modelar) aşağıdakı kimidir.
Chown
chown (change owner - sahibini dəyiş) — *nix sistemlərində faylın sahibini dəyişdirmək üçün istifadə olunan komandadır.
Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. == Həyatı == === İlk illəri === Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. == Karyera == === 2011-günümüz === 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
Cohor
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Conu
Conu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 354 nəfərdir. == Toponimiyası == Conu kəndi Peştəsər silsiləsinin ətəyindədir. Talış dilində coni "yersiz, torpaqsız" kimi izah olunur. Oykonim kəndin ərazisində əkinə yararlı torpağın olmaması ilə bağlıdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Coni kəndi Conu kəndi adlandırılmışdır.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Chone
Asırqalotu (lat. Eupatorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eupatorium album L. Eupatorium altissimum L. Eupatorium amabile Kitam. Eupatorium amambayense Cabrera Eupatorium anomalum Nash Eupatorium areniscophilum Cabrera Eupatorium benguetense C.B.Rob. Eupatorium camiguinense Merr. Kənafvari asırqalotu (Eupatorium cannabinum L.) Eupatorium capillifolium (Lam.) Small ex Porter & Britton Eupatorium chinense L. Eupatorium compositifolium Walter Eupatorium cordigerum Fernald Eupatorium doichangense H.Koyama Eupatorium formosanum Hayata Eupatorium fortunei Turcz. Eupatorium glehnii F.Schmidt ex Trautv. Eupatorium gnaphalioides Cabrera Eupatorium godfreyanum Cronquist Eupatorium guanyuanense S.S.Ying Eupatorium hagelundii Matzenb. Eupatorium heterophyllum DC. Eupatorium hualienense C.H.Ou, S.W.Chung & C.I Peng Eupatorium hyssopifolium L. Yapon asırqalotu (Eupatorium japonicum Thunb.) Eupatorium laciniatum Kitam. Eupatorium lancifolium Small Eupatorium leonardii Ferreras & E.E.Lamont Eupatorium leptophyllum DC. Eupatorium leucolepis Torr.
Çou Yun-fat
Çou Yun-fat (Honkonq , 18 may 1955) – Honkonq aktyoru. Çou Yun Fat "Honq Konq Film İncəsənət Akademiyası"nın "İlin ən yaxşı aktyoru" nominasiyasına üç dəfə (1987, 1988 və 1990) layiq görülmüşdür. Çou Yun-fat Honkonqun Lamma adasında çox yoxsul fermer ailəsində doğulmuşdur. Hobbisi fotoqrofçılıq idi. Bir çox işlərdə (poçtalyon, kuryer, dəhlizçi və s.) çalışmış və qəzetlərdəki elanların sayəsində TVB adlı çində yayımlanan kanalın studiyasına gələrək, bütün nümayişlərdən uğurla çıxır. Bu zaman aktyor təhsili yox idi. Əvvəllər televiziyada, ardınca seriallarda çəkilməyə başlayır. Çou Yu-fata ilk uğuru çin prodüseri və rejissoru Con Vunun 1986–cı ildə çəkdiyi "Yaxşı Sabah" filmində qazanır. 1990-cı illərin sonlarından başlayaraq Hollivud filmlərində rol alır. İlk Oskar mükafatını "Oturan pələng, gizlənən əjdaha" filmində qazanır.
Çou Yun Fat
Çou Yun-fat (Honkonq , 18 may 1955) – Honkonq aktyoru. Çou Yun Fat "Honq Konq Film İncəsənət Akademiyası"nın "İlin ən yaxşı aktyoru" nominasiyasına üç dəfə (1987, 1988 və 1990) layiq görülmüşdür. Çou Yun-fat Honkonqun Lamma adasında çox yoxsul fermer ailəsində doğulmuşdur. Hobbisi fotoqrofçılıq idi. Bir çox işlərdə (poçtalyon, kuryer, dəhlizçi və s.) çalışmış və qəzetlərdəki elanların sayəsində TVB adlı çində yayımlanan kanalın studiyasına gələrək, bütün nümayişlərdən uğurla çıxır. Bu zaman aktyor təhsili yox idi. Əvvəllər televiziyada, ardınca seriallarda çəkilməyə başlayır. Çou Yu-fata ilk uğuru çin prodüseri və rejissoru Con Vunun 1986–cı ildə çəkdiyi "Yaxşı Sabah" filmində qazanır. 1990-cı illərin sonlarından başlayaraq Hollivud filmlərində rol alır. İlk Oskar mükafatını "Oturan pələng, gizlənən əjdaha" filmində qazanır.
Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora? (film, 2013)
"Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora?" filmi — 2013-cü ildə çəkilmiş meytey dilli Hindistan filmi. 27 oktyabr 2013-cü ildə nümayiş olunan film ən uzun adlı hind filmidir. Film Mani ilə Nuqşitombinin arasındakı sevgi eskizlərini cızır və onların qarşılaşdıqları kiber cinayətdən bəhs edir.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Emou
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
Echo
echo (ing. echo — əks-səda) hesablamada arqument kimi ona ötürülən sətirləri çıxaran əmrdir. Bu, müxtəlif əməliyyat sistemi örtüylərdə mövcud olan və adətən status mətnini ekrana və ya kompüter faylına çıxarmaq üçün shell skriptlərində və toplu fayllarında istifadə olunan əmrdir və ya boru kəmərinin (pipeline) mənbə hissəsi kimi. == Tətbiqlər == Komanda aşağıdakı əməliyyat sistemlərində mövcuddur: Multics TSC FLEX MetaComCo TRIPOS Zilog Z80-RIO Microware OS-9 DOS Acorn Computers Panos Digital Research FlexOS IBM OS/2 Microsoft Windows ReactOS HP MPE/iX KolibriOS SymbOS Unix və Unix bənzəri əməliyyat sistemləri == Tarix == echo Multics daxilində başladı. Doug McIlroy tərəfindən C dilində "barmaq məşqi" kimi proqramlaşdırıldıqdan və faydalı olduğunu sübut etdikdən sonra Unix Versiya 2-nin bir hissəsi oldu. Versiya 7 -də, (kimi davranırdı, lakin çıxışını xətt ayırıcı ilə dayandırmadan) əvəz edilmişdir. echo-npromptecho PWB/UNIX və daha sonra Unix System III-də C-dən qaçış ardıcıllıqlarınıecho genişləndirməyə başladılar, məsələn, nəzərəçarpacaq fərqlə səkkizlik qaçış ardıcıllığı C-də olduğu kimi ifadə edildi .\n\0ooo\ooo Səkkizinci Buraxılış Unix yalnız seçimdən echokeçdikdə xilas genişlənməsini həyata keçirdi və bu davranış Bash və ya zsh və GNU-nun daxili əmri kimi bir neçə başqa tətbiq tərəfindən kopyalandı. -eechoecho MS-DOS-da əmr 2-ci və sonrakı versiyalarda mövcuddur. Hal-hazırda, echomüxtəlif əməliyyat sistemlərində (çox vaxt eyni sistemdə bir neçə) bir-birinə uyğun gəlməyən bir neçə tətbiq mövcuddur, bəziləri defolt olaraq qaçış ardıcıllığını genişləndirir, bəziləri yox, bəziləri variantları qəbul edir (siyahısı tətbiqlərə görə dəyişir), bəziləri onlardan yox. == Nümunələr == ANSI qaçış kodu (ANSI escape code) SGR ardıcıllığından istifadə edərək, uyğun terminallar rəngli mətni çap edə bilər.
Bo Rai Çou (Mortal Kombat)
Bo Rai Çou (ing. Bo' Rai Cho) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Əsli Daxili Dünyadan gəlir. Bo Rai Çou Yer dünyasının döyüşçüləri ilə bərabər Liu Kenq və Sucinkoya bir çox döyüş fənlərini öyrətmişdi.
Felis chaus
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Hayim Cohn
Pinşas Rosen (ivr. ‏חיים הרמן כהן‏‎; 11 mart 1911, Lübek – 10 aprel 2002, Qüds) — İsrailli siyasətçi və 3-cü ədliyyə naziri. == Həyatı == Haim Cohn 1911-ci ildə Almaniyanın Lübek şəhərində dindar ailədə anadan olub. Hamburqdakı Dünya Aqudat İsrail bir şöbəsinin sədri idi. 18 yaşında İngilis Fələstin mandatına Qüdsdəki Mercaz HaRava oxumaq üçün gəldi, burada ravvin İbrahim İshaq Kukun rəhbərliyi altında təhsil aldı. Meya Şearimdə bir Hazzan idi. Frankfurt Universitetində hüquq təhsili almaq üçün Almaniyaya qayıtdı. Almaniyada nasistliyin artması səbəbindən 1933-cü ildə Fələstinə köç etdi. Hüquq elmləri doktoru dərəcəsi almışdı. 1936-cı ildə vəkil kimi təsdiqləndi və növbəti il Qüdsdə bir ofis açdı.
Homu (Kəleybər)
Homu (fars. همو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 226 nəfər yaşayır (38 ailə).
Jim Crow
Jim Crow, ingilis komediya ustası Thomas Ricein 1828-ci ildə yaratdığı bir obrazdır. Raysın oynadığı xarakter, hər cür alçaldıcılığa məruz qalan zəif intellekli, primitiv, ibtidai bir zənci xarakteridir. Rays, obrazı canlandırarkən üzünü kömürlə qara rəngə boyayırdı. Jim Crow, Ağların Qara insanları alçaltmaq üçün istifadə etdikləri adlardan biri idi.
Çeju
Çeju - Cənubi Koreyada Çejudo adası vilayətinin paytaxtı və ən böyük şəhəri. Şəhərə Çeju Beynəlxalq Hava Limanı (BHNA kodu CJU) xidmət edir. Koreya yarımadasının kənarında olan bir adada yerləşən Çeju, ilin çox hissəsində yumşaq, isti hava şəraitinə malikdir. Şəhər nüfuzlu mehmanxanaları və ictimai kazino obyektləri olan tanınmış bir kurortdur. 2011-ci ildə Seul və Çeju şəhərləri arasında 9,9 milyon sərnişin uçub, bu da Qimpo-Çeju marşrutunu dünyanın ən işlək sərnişin hava marşrutu edib. Çeju hər il materik Koreya, Yaponiya və Çindən on milyondan çox qonağa ev sahibliyi edir. Şəhərin ərazisi yazılı tarixdən əvvəl Çejudoda mərkəzi rol oynamışdır. Şəhər 1970-ci illərdən bəri çox sürətlə böyüdü. Şin Çeju (신제주) və ya "Yeni Çeju", bir neçə on il əvvəl, hava limanından yuxarıdakı təpədə qurulmuşdur və burada bir çox hökumət binaları tikilmişdir. 1970-ci illərə qədər şəhərdə yayılmış olan qamış damlı binalar tədricən yoxa çıxdı.
Çoku
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər. Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur.