Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tədqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tədqiqatları Şurası) adından götürülüb. == Ümumi məlumat == CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. == Tarixi == İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Con
Con (ing. John) — ingilis kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu.
Hayim Cohn
Pinşas Rosen (ivr. ‏חיים הרמן כהן‏‎; 11 mart 1911, Lübek – 10 aprel 2002, Qüds) — İsrailli siyasətçi və 3-cü ədliyyə naziri. == Həyatı == Haim Cohn 1911-ci ildə Almaniyanın Lübek şəhərində dindar ailədə anadan olub. Hamburqdakı Dünya Aqudat İsrail bir şöbəsinin sədri idi. 18 yaşında İngilis Fələstin mandatına Qüdsdəki Mercaz HaRava oxumaq üçün gəldi, burada ravvin İbrahim İshaq Kukun rəhbərliyi altında təhsil aldı. Meya Şearimdə bir Hazzan idi. Frankfurt Universitetində hüquq təhsili almaq üçün Almaniyaya qayıtdı. Almaniyada nasistliyin artması səbəbindən 1933-cü ildə Fələstinə köç etdi. Hüquq elmləri doktoru dərəcəsi almışdı. 1936-cı ildə vəkil kimi təsdiqləndi və növbəti il Qüdsdə bir ofis açdı.
Henri Corc
Henri Corc (ing. Henry George; 2 sentyabr 1839[…], Filadelfiya, Pensilvaniya – 29 oktyabr 1897[…], Nyu-York, Nyu-York ştatı) — Burjua radikalizmi və ya sol libertarizm kimi təsnif edilən Amerikalı siyasi iqtisadçı, publisist və siyasətçi. Corcizmin banisi. == Bioqrafiyası == Henri Corc Filadelfiya şəhərində ən kasıb orta sinif ailəsində anadan olub. Ailənin 10 uşağının ikincisi idi. 14 yaşındaykən Corc üçün məktəb dayanmış və 15 yaşında, 1855-ci ilin aprelində, "Hindoo" gəmisində kabin oğlanı olaraq Melburn və Kalkuttaya üzərək dənizə getmişdi. 14 aylıq səyahətdən sonra Filadelfiyaya qayıtdı və burada şagird çilingəri kimi işə başladı. Bir müddət sonra qızıl mədənlərində pul qazanmaq fikri ilə Kaliforniyaya köçdü, lakin uğursuz oldu və çap işinə qayıtmaq məcburiyyətində qaldı. Bir çapçı kimi çalışdıqdan sonra Henri Corc tezliklə özünü jurnalistikada sınamağa qərar verdi. Günlərinin sonuna qədər bu ərazidə qaldı, redaktor və qəzet sahibi kimi ömrünü başa vurdu.
Horn adası
Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir. Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. == Coğrafiyası == Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
III Corc
III Georq (alm. Georg III‎, ing. George William Frederick, George III; 24 may (4 iyun) 1738[…] – 29 yanvar 1820[…], Vindzor sarayı, Vindzor[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1760–1820), II Georqun oğlu. III Georqun uzun hakimiyyəti (59 il — II Elizabet və Viktoriyanın hakimiyyətindən sonrakı üçüncü ən uzun müddət) dünyada inqilabi hadisələrlə əlamətdar oldu: Amerika koloniyalarının Britaniya tacından ayrılması və ABŞ-nin yaranması, Fransa İnqilabı və Napoleon müharibələri. Georq, eyni zamanda 1811-ci ildən bəri onun regentliyi zamanı ağır bir ruhi xəstəliyin qurbanı olaraq tarixə düşdü. == Titulları == 1801-ci ildə İrlandiya Krallığı ləğv edildi və vahid ölkə Böyük Britaniya Krallığının deyil, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının (İngilis Birləşmiş Krallıq) kralı kimi tanındı; eyni ildə, III Georq, Amyen sülhünün şərtlərinə əsasən, III Eduard dövründən bütün İngilis və sonra isə Britaniya kralları tərəfindən istifadə edilən formal "Fransa kralı" rəsmi adından imtina etdi. 1814-cü ildə (Georq artıq son dərəcə xəstə idi və nizamın qüvvəyə minməsi halında) Hanover statusu seçicidən krallığa qaldırıldı, müvafiq olaraq III Georq həmin il Hannoverin ilk kralı oldu. == Mənşəyi == II Georqun nəvəsi, 1751-ci ildə atası həyatda olarkən vəfat edən Uels şahzadəsi Frederik Lyuisin böyük oğludur. Bundan sonra, 12 yaşlı şahzadə Georqun özü Uels Şahzadəsi oldu və 1760-cı ildə babasının ölümündən sonra taxta çıxdı. Hannover sülaləsinin Böyük Britaniyada anadan olmuş ilk monarxı olmuşdur; Atası, babası və böyük babasından fərqli olaraq ingilis ana dili idi.
Konstaninensku Corc
Konstaninensku Corc ( bəzən Konstaninsko, rum. George (Gogu) Constantinescu; 4 oktyabr 1881, Krayova – 11 dekabr 1965) — Rumıniyalı alim, mühəndis və ixtiraçıdır. O, 130-dan çox rəsmi qeydiyyatdan keçmiş ixtira sahibidir. Davamlı mexanikanın bir hissəsi olan "Səs dalğalarının nəzəriyyəsi" (ing. theory of sonics) yaradıcısıdır və nəticədə titrəmələr vasitəsilə mexaniki enerjinin ötürülməsini təsvir edə bilmişdi. Rumıniya Akademiyasının fəxri üzvü. == Bioqrafiya == Corc Konstaninensku Krayovʼda Mihai Bravu bağına yaxın ərazidə "Həkim evi"də doğulmuşdur. Uşaqlıq dövründə atasının, həmçinin Corc (1844-cü il təvəllüdlü), riyaziyyat və texnika elmləri professoru olub və Sorbonne Universitetində riyaziyyat sahəsində ixtisaslaşmış bir şəxs olaraq, ona təsiri böyük olmuşdur. 1912-ci ildə kiçik Konstaninensku İngiltərəyə köçdü. O , 1965-ci il dekabr ayının 11-dən 12-ə keçən gecə Koniston yaxınlığında Oxen House’da öz evində dünyasını dəyişdi.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. == Karyerası == Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born — İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Melissa Corc
Melissa Süzan Corc (ing. Melissa Suzanne George; 6 avqust 1976, Pert) — Avstraliya-ABŞ aktrisası.
News Corp
«Nyus korporeyşen» («News Corpora­tion») — Amerika transmilli mediaholdinq. 2013-cü ildə «News Corporation» media təşkilatı tərəfindən yenidən təşkili və spin-off nəticəsində yarandı. Şirkətin ən böyük aktivləri Dow Jones & Company (The Wall Street Journal), News UK, New York Post və HarperCollins-ə məxsusdur. Mördok ailəsinə aiddir. == Tarixi == Media holdinq News Corporation 1979-cu ildə yaradılıb. 2012-ci ildə təsisçisi və sahibi Rupert Mördok, medianın iki müstəqil şirkətə bölünməsinə qərar verdi. 20-ci əsrin Fox film şirkətini, Fox Networks Şəbəkəsini və bir sıra digər televiziya şirkətlərini əhatə edən 21-ci əsrin Fox şirkəti əvvəlki şirkətin hüquqi varisi oldu və qəzet və nəşriyyat işi News Corp adlı yeni bir şirkətə köçürülüb. == Fəaliyyəti == News Corp şirkəti dörd əsas bölmədən ibarətdir: Xəbərlər və informasiya xidmətləri 2016-cı maliyyə ilində bu bölmədə şirkətin 8,292 milyard dollar dövriyyəsi 5.338 milyard dollar təşkil edib. Bu bölmənin tərkib hissələri aşağıdakılardır: The Wall Street Journal, Factiva, Dow Jones Risk və Uyğunluq, Dow Jones Newswires, Barron, MarketWatch, Dow Jones PEVC və DJX kimi nəşrləri olan Dow Jones & Company. Avstraliyanın ən böyük xəbər agentliklərindən biri olan News Corp Avstraliya Avstraliya qəzetlərinin ümumi tirajının 59% -ni təşkil edir.
Paul Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Pol Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Sexy Cora
Sexy Cora; doğum adı Karolin Vozniça (alm. Carolin Wosnitza‎; 2 may 1987, Berlin – 20 yanvar 2011, Hamburq) — Almaniya pornoaktrisası, fotomodeli, müğənnisi və rəqqasəsi.
Sorn Kyerkeqor
Sorn Kyerkeqor (dan. Søren Kierkegaard; 5 may 1813[…], Kopenhagen – 11 noyabr 1855[…], Kopenhagen) — ilk ekzistensialist filosof olaraq qəbul edilən danimarkalı sosial tənqidçi, dini yazıçı, şair, teoloq və filosof. == Həyatı == Kyerkeqor 1813-cü ildə Kopenhagendə varlı bir ailədə doğuldu. Varlı tüccar olan atasının dindarlığı Kyerkeqora da təsir etmişdi. O, erkən yaşlarından dini mətinləri oxumağa başlamışdı. Dini araşdırmalar onu fəlsəfəyə doğru çəkirdi. Kyerkeqor gənckən Xristian Volf, Lüdviq Holberq, Yohan Georq Hamann, Qothold Efraim Lessinq, Eduard Yunq və Platonun əsərlərini oxuyurdu. 1830-cu ildə Kopenhagen Universitetinə daxil oldu və fəlsəfə sahəsində ixtisaslaşdı. Sonrakı illərdə Regina Olsenlə olan uğursuz münasibəti Kyerkeqora təsir etdi. O münasibəti davam etdirə bilməməsinə səbəb kimi öz melanxoliyasını göstərirdi.
Uinston Corc
Vinston Corc (19 may 1987-ci ildə Qayananın Corctaun şəhərində anadan olub) — Qayanalı yüngül atlet. Corc ölkəsini 2012 Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış yarışlarında təmsil etmişdir. O, 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimində Qayananın bayraqdarı olmuşdur. Vinston Corc 2011 və 2013-cü illərdə Qayana Atletika Assosiasiyası tərəfindən Qayanada İlin kişi atleti seçilmişdir.
VI Corc
VI Corc (ing. George VI, əsl adı Albert Frederik Artur Georq, 14 dekabr 1895[…], Norfolk qraflığı – 6 fevral 1952[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — Böyük Britaniyanın və onun dominionları olan Kanada, Avstraliya və Cənubi Afrikanın 11 dekabr 1936-cı ildən vəfatına qədər kralı. Vindzorlar sülaləsindəndir. O Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olmuşdur. == Həyatı == Kral V Corcun ikinci oğlu kimi o həmişə böyük qardaşı Eduardın kölgəsində olmuş və taxt-taca sahib olmağı heç düşünməmişdir. Birinci dünya müharibəsində kral hərbi donanmasında xidmət etmiş, müharibədən sonra isə kral evinin ictimai fəaliyyətlərində iştirak etmişdir. 1923-cü ildə o Elizabet Bouz-Layonla evlənmiş, bu evlilikdən iki qızı dünyaya gəlmişdir – gələcək kraliça Elizabet və şahzadə Marqaret. 1936-cı ildə atası V Corcun vəfatından sonra böyük qardaşı Uels şahzadəsi Devid VIII Eduard adı ilə yeni varis elan edildi. Bir il keçməmiş o amerikalı və iki dəfə ərdə olmuş Uollis Simpsonla ailə həyatı qurmaq istədiyini bildirdi. Lakin, baş nazir Stenli Bolduin buna etiraz edərək, kralın Anqlikan kilsəsinin başçısı olduğu üçün boşanmış qadınla evlənə bilməyəcəyini xatırlatdı.
V Corc
V Corc (ing. George V, George Frederick Ernest Albert; Georq Frederik Ernest Albert; 3 iyun 1865[…], Marlboro-haus[d] – 20 yanvar 1936[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — 6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru. == Həyatı == Corc kraliça Viktoriyanın və şahzadə Albert Saksen-Koburq-Qotun oğludur. 1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə anası Viktoriyanın ölümündən sonra atası VII Edvard kral olur, Georq isə Uels şahzadəsi adını alır. 1910-cu ildə atasının ölümündən sonra o V Corc adı ilə kral elan edilir. Birinci dünya müharibəsindən sonra imperiyaların çoxu dağılsa da Böyük Britaniya öz ərazisini bir qədər də genişləndirə bildi. 1917-ci ildə V Corc cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunun adını Vindzorlar sülaləsi adına dəyişdi. Özü isə o sülalənin ilk monarxı oldu. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm, kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır.
Vilhelm Corc
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. == Həyatı == I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
ElCleaner
ElCleaner proqramı kompyüteri lazımsız və ziyankar fayllardan təmizləyir, Windows-dakı problemləri və nasazlıqları aradan qaldırır. Güclü və sürətli təmizləmə mexanizminə malik olan bu proqram sistem reyestrindəki lazımsız yazıları, sərt diskdəki gərəksiz temp faylları, sistem hadisələrini, autorun virusları və s. də silir, Windows xidmətlərini və prosesləri optimizə edir, bununla da kompyüterin iş sürətini artırır. Proqramın funksiyaları: Təmizləmə modulu: Lazımsız temp fayllar silinir. Müvəqqəti internet faylları brauzerlərindən (Internet Explorer, Google Chrome, Opera, Mozilla Firefox, Apple Safari) silinir. Proqram qalıqları (MS Office, Adobe Acrobat, Nero, WinRAR, Google-Earth, Adobe Flash Player, Avira Antiver, BitTorrent, Utorrent, Notepad++, Unlocker, Effective File Search, CuteFTP Pro, AVC Ultimate, AIMP3 və s.) silinir. Köhnə bərpa nöqtələri silinir. Sistem hadisələri silinir. Reyestrdəki lazımsız açarlar və yazılar silinir. Optimizasiya modulu: Sistem xidmətləri optimizasiya edilir.
Oleandr
Nerium (lat. Nerium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Vətəni qərbdə Mərakeş və Portuqaliyaya, şərqdə Cənubi Çinə qədər quru və yarı quru subtropik bölgələrdə geniş yayılıb. Vəhşi nerium tez-tez quruyan çayların (dərələr, vadilər) yataqlarında bitir. Keçmiş SSRİ ərazisində, Krımın cənub sahillərində, Qafqazın Qara dəniz sahillərində, Cənubi Qafqazda, Orta Asiyanın cənub bölgələrində yetişdirilir. == Adının mənşəyi == Nerium q.yun. νερος ( neros ) - nəm, bitkinin yaşayış yeri ilə əlaqələndirilir. == Botanik təsviri == Qəhvəyi budaqlı böyük həmişəyaşıl koldur. Yarpaqları ensiz, uzunluğu 10-15 sm-ə qədər və eni 3sm-ə qədər, qısa ləçəklər üzərində düzülmüşdür. Çiçəkləri parlaq, iri, beşüzvlüdür.
Oleander
Nerium (lat. Nerium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Vətəni qərbdə Mərakeş və Portuqaliyaya, şərqdə Cənubi Çinə qədər quru və yarı quru subtropik bölgələrdə geniş yayılıb. Vəhşi nerium tez-tez quruyan çayların (dərələr, vadilər) yataqlarında bitir. Keçmiş SSRİ ərazisində, Krımın cənub sahillərində, Qafqazın Qara dəniz sahillərində, Cənubi Qafqazda, Orta Asiyanın cənub bölgələrində yetişdirilir. == Adının mənşəyi == Nerium q.yun. νερος ( neros ) - nəm, bitkinin yaşayış yeri ilə əlaqələndirilir. == Botanik təsviri == Qəhvəyi budaqlı böyük həmişəyaşıl koldur. Yarpaqları ensiz, uzunluğu 10-15 sm-ə qədər və eni 3sm-ə qədər, qısa ləçəklər üzərində düzülmüşdür. Çiçəkləri parlaq, iri, beşüzvlüdür.
Planer
Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. == Tarixi == Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. == Şəkillər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 559.
Adi oleandr
Nerium oleander (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin nerium cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağında yayılmışdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Eleanor Porter
Eleanor Tomlinson
Eleanor May Tomlinson (19 may 1992, London) — İngiltərə aktrisası.
Nerium oleander
Nerium oleander (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin nerium cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağında yayılmışdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Oleander indica
Nerium oleander (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin nerium cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağında yayılmışdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Oleander vulgaris
Nerium oleander (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin nerium cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağında yayılmışdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Oleandr hafı
Oleandr hafı (lat. Daphnis nerii) — Pulcuqluqanadlılar dəstəsinə, haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. == Qısa təsviri == İri gecə kəpənəyidir. Qanadları açıq halda 90 –125 mm-dir. Ön qanadın uzunluğu 45 – 52 mm-dir. Ön qanadlar üzərində qradient ləkələrdən, qırmızı, çəhrayı, yasəməni, boz, ağ rənglərin qarışığından ibarət səciyyəvi "mərməri" naxış vardır. Arxa qanadlar çəhrayımtıl-boz rəngdə olub, üzərində nazik dalğavari xətt vardır, xarici kənarları bozumtul – yaşıldır. Başı, döşü, qarıncığı bozumtul – yaşıl rənglidir. Bığcıqları ağımtıldır.
Abba Lerner
Abba Ptaxiya Lerner (ing. Abba Lerner,İngiltərədən ABŞ-yə mühacirət etməzdən əvvəl — Abram (Aba) Psaxiya Lerner, ing. Abraham (Abba) Psachia Lerner; 28 oktyabr 1903[…], Novoselitsa[d], Çernivtsı vilayəti və ya Bessarabiya quberniyası[d] – 27 oktyabr 1982[…], Tallahassi[d]) — amerikalı iqtisadçı, Lerner əmsalı, Marşall-Lerner şərtləri, Lerner-Samuelson teoreminin yaradıcısı. == Bioqrafiyası == 28 oktyabr 1903-cü ildə Bessarabiya vilayətinin Novoselitsa şəhərində papaqçı Moişe (Morris) İsaak Lerner və Sofiya (Sura Abovna) Buxmanın (1867-?) ailəsində anadan olmuşdur. Üç yaşında valideynləri ilə birlikdə İngiltərəyə mühacirət etdi (1906). Londonda İst End-dəki Betnal Qrində böyüdü; Ümumilikdə ailənin 8 övladı var idi, onlardan ən böyüyü Abba idi və valideynlərinin mühacirətindən əvvəl doğulmuş yeganə uşaq idi. On altı yaşından papaq fabrikində maşinist işləmiş, gecə məktəbində, sonra ravvinlər akademiyasında oxumuş və özü də yəhudi məktəbində dərs demişdir. 1932-ci ildə London İqtisadiyyat Məktəbində bakalavr, 1943-cü ildə isə iqtisad elmləri doktoru dərəcəsi alıb. Müəllimlik fəaliyyətinə 1936–1937-ci illərdə LSE-də dosent kimi başlamışdır. 1933-cü ildə Lernerin köməyi ilə İqtisadi Tədqiqatların İcmalı jurnalı təsis edildi[en], o, 1937-ci ilə qədər redaktorlarından biri olub.
Edvard Cenner
Edward Jenner (17 may 1749 – 26 dekabr 1823) — İngilis alimi, həkim. == Fəaliyyəti == 1796-cı ildə Edvard Cenner inək çiçəyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin effektli olması haqqında məlumat verilmişdir. İlk dəfə 1779-cu ildə Edvard Cenner çiçəklə xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına yeritmişdir. Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül qızdırma və baş ağrısı müşahidə edilmişdi. Sonrakı gün oğlanın şikayətləri olmamışdır. İki həftədən sonra həmin uşağa təbii çiçək yarasından möhtəviyyat heç bir xəstəlik əlamətləri müşahidə edilmədi. Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin yaradılmışdı. Həmin ildə Londonda çiçək peyvəndi məntəqələri açıldı. Edvard Cenner Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın arvadı II Elizabet bu üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. == Həyatı == Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kendal Cenner
Kendall Nikol Jenner (ing. Kendall Nicole Jenner; 3 noyabr 1995, Los-Anceles, Kaliforniya) amerikalı model və aktrisa. E! telekanalında yayımlanan Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. Həmçinin Kim Kardaşyanın ögey bacısıdır. == Həyatı == Brüs Cenner və Kris Cennerin qızıdır. Kayli Cenner adında doğma bacıdı və ana tərəfindən Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı da vardır. Kendal məşhur amerikalı gənc televiziya şəxsiyyəti və mankendir. Həmişə şou-biznesdə danışılan və dünya dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır. Kim Kardaşyanın anasının ikinci evliliyindən olan bacılarından Kendal, ögey bacısı ilə birlikdə “Keeping Up with the Kardashians” adındakı televiziya proqramı ilə etdiyi modellik və təşəbbüskarlıq işləri ilə adını eşitdirmişdir.
Kris Cenner
Kris Cenner (5 noyabr 1955, San-Dieqo, Kaliforniya) — Amerikan iş qadınıdır. == Həyatı == Kris Cenner 1955-ci il noyabrın 5-də Kaliforniyada anadan olmuşdur.
Lerner əmsalı
Lerner əmsalı, və ya Lerner indeksi, sənaye bazarı nəzəriyyəsi sahəsində — qiymətin marjinal xərcdən nisbi artıqlığına bərabər olan firmanın bazar gücünün ölçüsü. Əmsal 1934-cü ildə iqtisadçı Abba Lerner tərəfindən təklif edilmişdir. Əmsal qeyri-kamil rəqabət şəraitində bazar gücünü qiymətləndirmək üçün istifadə edilə bilər. Məsələn, monopoliyalar. == Tərifi == Bazar gücünün göstəricisi satış qiymətinin marjinal dəyəri üstələyən məbləğin qiymətindəki payıdır. Bu dəyər ticarət əlavəsi adlanır (ing. mark-up). L = P − M C P {\displaystyle L={\frac {P-MC}{P}}} burada P {\displaystyle P} — məhsulun qiyməti; M C {\displaystyle MC} — marjinal dəyəri. Əmsal sıfırdan birə qədər olan dəyərləri qəbul edir. Nə qədər böyükdürsə, firmanın sövdələşmə gücü bir o qədər yüksəkdir.
Mişel Cenner
Mişel Cenner Husson (isp. Michelle Jenner Husson; 14 sentyabr 1986, Barselona) — İspaniya aktrisası.
Çor
Eleanor Anna Ormerod
Eleanor Anna Ormerod (ing. Eleanor Anne Ormerod; d. 11 may 1828 — ö. 19 iyul 1901) — ingilis entomoloqu. == Həyatı == Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da bir çox digər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi. Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi. Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi.
Oleandr çanaqlı yastıca
Eleanor Cek Gibson
Eleanor Cek Gibson (ing. Eleanor J. Gibson) 7 dekabr 1910, Peoriya[d], İllinoys – 30 dekabr 2002, Kolumbiya – ABŞ psixoloqu. 1931-1949-cu illərdə Smit kollecində dərs demişdir. "Perseptiv öyrənmə və inkişafın prinsipləri" (1969) əsərində göstərirdi ki, perseptiv öyrənmə faydalı informasiyalarda sensor stimulyasiyanın əvvəllər buraxılmış imkanlarının yenidən qurulma mexanizminin reallaşdırılması üsuludur. Ən mühüm əsərlərindən biri "Oxu psixologiyası"dır (1975).
Lener Dominqes
Lener Dominqes Peres (isp. Leinier Domínguez Pérez) (1983-cü ilin 23 sentyabrda Havanada anadan olub) Kubalı qrosmeyster. O, 2002, 2003, 2006, 2012-ci illərdə Kuba Şahmat Çempionatının qalibi olub. 2004-cü ildə Fide Dünya Şahmat Çempionatında 1/4 finalda Teymur Rəcəbova taybreykdə uduzub. Onun ən yaxşı nəticəsi 2006-cı ildə Barselonada olub. O, turnirdə 9 oyundan 8 xal yığıb. Həmin turnirdə 2932 reytinqli Vasili İvançuk iştirak edirdi. 2008-ci ildə CPA şahmat turnirinin və 43-cü Kapablankanın xatirə turnirinin qalibidir. Eyni ildə Biel-də keçirilən turniri Evgeny Alekseyev ilə birinci yerdə bitirdi (amma taybreykdə ona uduzmuşdu). Həmin turnirdə dünya çempionu Maqnus Karlsen də iştirak edirdi.
Caner Cindoruk
Caner Cindoruk (1 yanvar 1980, Adana), Türk teatr, kino və serial aktyorudur. == Həyatı və kariyerası == Caner Cindoruk 17 aprel 1980-ci ildə Adanada anadan olub. Anası Müşərrəf, atası isə iki dəfə Orhan Kamal Hekayə Mükafatı almış qısa hekayə yazarı Zəfər Dorukdur. Ana tərəfdən Yörük, ata tərəfdən Kürd əsillidir. Münir Can Cindoruk və Taner Cindoruk adlı iki qardaşı da aktyor olan Cindoruk ailəsinin də təsiri ilə teatra üz tutub. Əmisi Erdal Cindoruk da teatr aktyorudur. Onun demək olar ki, uşaqlıq illəri kulisdə keçib. Orta məktəb, universitet illərində oynadığı tamaşalarda həmişə özünə səhnə tapıb. O məktəbi bitirdikdən sonra təhsilinə Çukurova Universitetində davam edib və oranı bitirib. İlk peşəkar rolu "Fehim Paşa Konağı"-daki Yusuf obrazıdır.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Cəlayer
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.