Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Döyməc
Döyməc (az.-əski. دؤیمَج، دؤیماج‎) Cənubi Azərbaycanda Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır. == Lazım olan ərzaqlar == 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq == Hazırlanma qaydası == İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Döymənc
Döymənc — Azərbaycan mətbəxinə xas olan məzədir. Əsasən Azərbaycanın şimal-qərb zonasında (Qəbələ, Şəki və s.) hazırlanır. == Tərkibi == Alça (bərk yaşıl və ya qırmızı) - 1 kq Sarımsaq - 2 diş Reyhan - 1/3 dəstə Keşniş - 1/3 dəstə Duz - zövqə görə == Hazırlanma qaydası == Alçaları yuyub kubik şəklində doğrayın (əsl döyməncdə əzilməlidir). Sarımsağı, reyhanı və keşnişi çox xırda şəkildə doğrayıb alçaya əlavə edin. Sonra üzərinə duz əlavə edin və hamısını biryerdə qarışdırın.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Köməc
Köməc və ya Göməc — qədim türk mətbəxinə aid çörək və şirniyyat növüdür. Hazırda bu çörək növü əsasən İranın Həmədan şəhərində hazırlanır. == Köməcin tarixi == Qədim türklərdə küldə bişirilən çörək növlərinə köməc deyilirdi. Anadoluda hal hazırda bu çörək növlərinə gömme , gömeç və kömeç adları verilir. Anadoluda iki növ köməc mövcuddur: 1- Böyük şənlik və mərasim köməcləri 2- Küldə bişirilən kiçik çörəklər . Türkiyədə görülən Böyük şənlik köməcləri dərin və önəmli bir sosiyal məna daşıyırlar. Əksəriyyət 50 və ya daha çox kiloya yaxın olaraq hazırlanmış bir xəmir topası isti külün altına basdırılaraq bişirilir. Köməc qayka şəklində qabardıqdan sonra qabıqları ayrılır və içi yaxşıca parçalanır. Bundan sonra yağ ilə qarışdırılaraq qonaqlara dağıdılır. Anadoluda şənlikdə iştirak edənlərin hamısının qarnını doyuzdura biləcək böyük köməclərə belə rast gəlmək mümkündür.
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi. Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dolmen
Dolmen(bret. taol maen — daş masa) — meqalit kateqoriyalı qədim dəfn və kult tikilisi. == Ümumi məlumat == Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. == Azərbaycanda dolmenlər == Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır. Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədəgünəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Doğmuş
Doğmuş və ya Durmuş (ərəb. دغمش‎) — Qəzza zolağından olan Fələstin qəbiləsi. Türkəsillidir. == Fəaliyyətləri == Gilad Şalitin oğurlanmasında iştirak edən Mümtaz Doğmuş 2008-ci ilə qədər İslam Ordusuna rəhbərlik edib. HƏMAS Qəzzəni ələ keçirdikdən sonra Doğmuş qəbiləsi tez-tez HƏMAS təhlükəsizlik qüvvələri ilə şiddətli və ölümcül toqquşmalarda iştirak edirdi. HƏMAS polisinin öldürülməsindən sonra HƏMAS təhlükəsizlik qüvvələri 16 sentyabr 2008-ci ildə qəbilə ilə HƏMAS qüvvələri arasında döyüşə səbəb olan qrupların məkanlarına basqın təşkil etmişdir. Mümtazın qardaşı da daxil olmaqla, 10 qəbilə üzvü Qəzzədə 2008-ci ilin iyulundan bəri ən şiddətli zorakılıq nəticəsində öldürülmüşdür. HƏMAS-a bağlı Xalq Müqavimət Komitələrinin baş katibi Zəkəriyyə Doğmuşun körpə qızı da öldürülmüşdür. Qəbilənin üzvləri FƏTH, HƏMAS, Xalq Müqavimət Komitələri və "Əl-Qaidə" də daxil olmaqla müxtəlif Fələstin və islamçı qruplara bağlıdır. === Constonun oğurlanması === "Əl-Qaidə" ilə əlaqəli olan qəbilə üzvləri 2007-ci ilin martından iyul ayına qədər britaniyalı jurnalist Alan Constonun oğurlanmasında və saxlanılmasında iştirak etmişdilər.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "doqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir. Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.
Doqmit (Fallout)
Doqmit (ing. Dogmeat) və ya it — postapokaliptik mövzulu rol videooyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) videooyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa videooyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) videooyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də videooyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir. == Tarixi == "Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" videooyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi. Oyunçu personaj Doqmit bəsləyirsə və ya dəri gödəkçə geyinərsə, Doqmit onun dalına düşəcək və yanında döyüşəcək. Seriyanın kanonuna görə, Doqmit 30 dekabr 2161-ci il tarixində sığınacaq sakini tərəfindən öz öhlədiyinə götürülür və 20 aprel 2162-ci il tarixində onun Ustadın hərbi bazasına hücumu zamanı güc bariyeri tərəfindən öldürülür. Personaj "Fallout" üçün hazırlanan bir filmdə görünməli idi, lakin layihə sonradan ləğv edilmişdir.
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Cevdet Dögər
Doqer Sevdet (rahimahuLlah) və ya daha çox tanınan adı ilə Abdulla Kürd (20 aprel 1977, Solxan, Bingöl ili – 2 may 2011 və ya 3 may 2011, Vedeno rayonu, Çeçenistan) — Çeçenistanda döyüşən Kürd İslamçı militan. Kürd, Çeçenistandakı Ərəb Mücahidlərinin dördüncü əmiri, Səudiyyə Ərəbistanında doğulan sahə komandiri Muhannadın birinci müavini idi. 21 dekabr 2011-ci ildə Muhannadın Serzhen-Yurt kəndi yaxınlığında tutulması və sui-qəsdinin ardından, Kürd Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinə görə yeni vəzifəyə keçdi. 2011-ci il mayın 2-də Çeçenistanın Çeberloevski bölgəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.
Domen (dəqiqləşdirmə)
Domen
Domen (tarix)
Domen — feodalizm dövrünə aid anlayış. == Ümumi anlayış == Feodalın torpaqları iki hissəyə bölünürdü: domen-yəni ata mülkü, şəxsi mülkiyəti, və idarəsi altında olan ərazilər. Məsələn fransız krallarının özəl mülkləri İl de-Frans sayılırdı. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). Müsəlman aləmində bunlara xass (hökmdarın öz torpaqları) torpaqlar deyilirdi, digər torpaqlar divan (dövlətin torpağı) adlanırdı. Rusiyada buna (opriç) deyilirdi.
Domen (İzer)
Domen (fr. Domène) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38150. Kommunanın 2012-ci il üçün əhalisi 6588 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 214 ilə 520 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Domen ad
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Domen adı
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Domen nümayəndəliyi
Domen nümayəndəliyi— domen zonasının bir hissəsi üzərində nəzarətin digər məsul tərəfə verilməsidir. Texniki cəhətdən nümayəndə heyəti zonanın saxlanması və onun məzmununun müəyyən edilməsi üçün cavabdeh olan DNS serverinin (üçüncü tərəfə məxsus) ünvanını təyin edən NS qeydindən istifadə etməklə həyata keçirilir. IP ünvan diapazonları in-addr.arpa domen zonasından istifadə etməklə, IPv6 ünvan diapazonları isə ip6.arpa domen zonasından istifadə etməklə istehsal edilir. Domen qeydiyyatı müddəti başa çatdıqdan sonra domen nümayəndə heyətindən çıxarılır və bloklama dövrü başlayır, bundan sonra domen qeydiyyatdan keçmiş domenlərin reyestrindən çıxarılır.
Domen parkinqi
Domen parkinqi— domendən təyinatı üzrə istifadə etmədən (veb saytların yaradılması üçün) parkinq xidməti göstərən DNS serverlərində domen adının qeydiyyatıdır. Domen parkı istifadə olunmamış domen adını sahibinə rezerv etməyə (saxlamağa) imkan verir. == Xidmət təsviri == Domen parkinqi həm tamamilə qeyri-kommersiya xidməti kimi, həm də pul münasibətləri əsasında təqdim edilə bilər. Qeyri-kommersiya parkı siz onlardan domen aldığınız zaman bir çox domen adı qeydiyyatçıları, həmçinin adətən "domeninizi əlavə edin" adlı xidməti təqdim edən hostinq provayderləri tərəfindən təmin edilir. Bundan əlavə, qeyri-kommersiya domen parkı üçün üçüncü tərəf İnternet xidmətləri var. Belə pulsuz xidmətlərə misal olaraq park edilmiş domeni idarə etmək üçün çox geniş xidmətlər təklif edən MyDomain.com-u deyə bilərik. (2012-ci il iyulun 1-dən xidmət pullu oldu və bir domenin saxlanması üçün 1 dollar alınır). Yerli xidmətlər arasında isə ən məşhur olan "Yandex DNS Hosting"-dir. Qeyri-kommersiya domen parkının əsas məqsədləri müvəqqəti istifadə olunmayan domeni rezerv etmək və ya onu aktiv sayta yönləndirməkdir. Kommersiya əsaslı domen parkı adətən reklamla, həmçinin kiberskvottinq, domenləşdirmə və bu hadisələrə qarşı mübarizə ilə əlaqələndirilir.
Dögər (Ərdəbil)
Dögər (fars. دوگر‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Gömeç qülləsi
Gömeç qülləsi (türk. Gömeç Kalesi) ― Cənubi Türkiyədə, tarixi Kilikiyada Roma dövrünə aid gözətçi qülləsi. == Yer == Gözətçi qülləsi Mersin ilinin Ərdəmli ilçəsində, Qız qalasının təxminən üç kilometr şimalında və Ərdəmlinin 20 kilometr cənub-qərbində yerləşir. Qüllə divar qalıqları ilə birlikdə Qız qalasının arxa hissəsində, 240 metr yüksəkliyindəki təpənin üstündə dayanır. == Təsvir == Demək olar ki, tamamilə bütöv olan qüllənin hündürlüyü 11,32 metrdir. Zəminin ölçüləri 4,7 x 4,7 metr olduğu halda, üst hissədə bu ölçü 4,2 x 4,2 metrə qədər azalır. Blokların hündürlüyü 80 ilə 30 santimetr arasında dəyişir. Qapı cənub tərəfdədir və ölçüləri 1,9 x 0,96 metrdir. Qüllənin dörd mərtəbəsi var. Birinci mərtəbənin cənub tərəfində kərpiclənmiş bir pəncərə, yuxarıda, ikinci mərtəbədə bir yarıq pəncərə, üçüncüsündə isə hər tərəfi təxminən 85 santimetr olan bir kvadrat pəncərə var.
Doğma Diyar (2003)
Doğma Sahillər (1989)
== Məzmun == Film sərhədçilər, onların çətin və şərəfli əməyi haqqındadır. Sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir. Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulmuşdur. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilmişdir. == Film haqqında == Film ilk sərhədçi general Mustafa Nəsirova həsr olunub. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Əhmədağa Muğanlı Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Arif Məlikov Səs operatoru : Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Rejissor : Zəfər Murtuzov Operator : S. İsmayılov Montaj edən : Tamara Nərimanbəyova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim edən rəssam : Firuzə İsmayılova Rejissor Assistentləri : Ə. Əhmədov, Xuraman Abbasova, R. Sadıqov Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Operator Assistentləri : Ə. Məmmədov, T. Əlizadə Rəssam-fotoqraf : Fərhad Behbudov Rəssam assistenti : Elyaz Səfərov İnzibatçılar : Həsən Tağıyev, M. Səfərov, Ş. Balakişiyev İşıq ustası : Tahir Bağırov (T. Bağırov kimi) Redaktor : Aydın Dadaşov Çalır : İnstrumental Ansambl Oxuyan : Alim Qasımov Dirijor : Arif Məlikov Hərbi məsləhətçi : V. İ. Lilin (general mayor) Filmin direktorları : Akif Musayev, Aydın Hüseynov === Rollarda === Tariyel Qasımov-Polkovnik Musa Nəsibov Həmidə Ömərova-Zivər Rasim Balayev-Polkovnik Həbibi Lev Prıqunov-Podpolkovnik Nesterenko Həsən Məmmədov-Nuru Gündüz Abbasov-Bəndalı Gümrah Rəhimov-Yekəpər Ömür Nağıyev-Bağban oğlu Oleq Belov-Polkovnik Kondratyev Ənvər Həsənov-Kapitan Nəzərov Ruslan Firov-Leytenant Solovyov Eldəniz Rəsulov-Kapitan Rəsulov Nüsrət Kəsəmənli-İranlı general Zemfira Əliyeva-Nina Təvəkkül İsmayılov-Təvəkkül Muxtar Maniyev-Kərim Algimantas Masyulis-Yaşlı əcnəbi Radivadis Muzikyaviçus-Cavan əcnəbi Ənvər Əbluc Mayak Kərimov-İranlı polis işçisi N. Abramenko Fərhad İsrafilov-Sürücü Fikrət Məmmədov-Gənc oğlan M. Musayev Ötkəm İsgəndərov-əsgər Vaqif Səmədov Arzu Ocaqverdiyev Səməd Heydərov Zilli Namazov-Serjant Kərimov Xəyyam Aslan(Xəyyam Aslanov kimi)-əsgər Vidadi Əliyev-Ovçu Bədəl Sadıq Hüseynov-Qoca kişi Əhməd Əhmədov-İranlı Nəcibə Hüseynova-Xidmətçi İlham Əsgərov-Zabit H. Mahmudova Nəbi Qədirov-Milis işçisi Tofiq Mirzəyev-Nəsibovun tanışı İntiqam Soltan-Kamaz sürücüsü(titrlərdə yoxdur) Əli Məmmədov(titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Əliabbas Qədirov-Polkovnik Nəsibov (Tariyel Qasımov) (titrlərdə yoxdur) Ramiz Məlikov-Kapitan Nəzərov (Ənvər Həsənov) (titrlərdə yoxdur) Fəxrəddin Manafov-Podpolkovnik Nesterenko (Lev Prıqunov) (titrlərdə yoxdur) Həsənağa Turabov-Yaşlı əcnəbi (Algimantas Masyulis) (titrlərdə yoxdur) Pərviz Bağırov-Cavan əcnəbi (Radivadis Muzikyaviçus) (titrlərdə yoxdur) Həsən Əbluc-Polkovnik Kondratyev (A. Belov) (titrlərdə yoxdur) Hamlet Xanızadə-General (Nüsrət Kəsəmənli) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Nina (Zemfira Əliyeva) (titrlərdə yoxdur) == Çəkilişə köməklik edən qurum == Zaqafqaziya Sərhəd Qoşunları Dairəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.