Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Aşağı Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === Gözəlov Xalid Həsən oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mahmudov Cavid Hilal oğlu (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı.
Derəli (Salmas)
Deyr Əli (fars. ديرعلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (85 ailə).
Yuxarı Cürəli
Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir. == Əhalisi == === Tanınmış şəxsləri === Əlikram Bayramov — müğənni. === Şəhidləri === Nəcəfli Sadiq Nüsrət oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Aşağı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nurəli Xəlifə
Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 1515-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur. Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, Amasya və Çorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, onun sayəsində Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyl edirdilər. == Həyatı == Nurəli Xəlifə Rumlunun adı dövrün mənbələrində bəzən Nur Əli bəzən münəccimbaşı Nurəddin kimi qarşımıza çıxır. Bir digər tarixçilər isə onun adının Mir Əli olduğu fikrini irəli sürmüşdür. Azərbaycanlı tarixçi Namiq Musalı bildirir ki, əgər Mir Əli adı onun əsl adıdırsa ehtimal ki, o ələvilər arasında olan seyid mənşəli ailələrdən birində anadan olmuşdur. Çünki Səfəvi mühitində seyidlər ərəbcə əmir kəliməsinin qısaldılmış forması olan Mir ünvanı daşıyırdı.
Nurəli Yusifbəyli
Nurəli Adil oğlu Yusifbəyli — Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi və əməkdar elm xadimi. == Həyatı == 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycanlıdır. 1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir. 1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Baş Məsləhətçisi, Nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyi Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Tofiq Nurəli
Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu; 4 iyul 1953, Yerfi, Quba rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988) == Həyatı == Tofiq Nurəli 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972–1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət"- indiki "Tibb qəzeti"ni yaratmış və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir. == Fəaliyyəti == Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı idi. "Şehli kəpənəklər" (1983), "Yağışdan sonra" (1989), "Tənha bir qüssə" (1998), "Tənha payız yarpağı" (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Bürcəli
Bürcəli — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır. Bürcəli ibtidai məktəbi ikisinifli məktəb olmaqla, əsası 1897-ci ildə qoyulmuşdur. Bu dövrdə oğlanlar və qızlar bir yerdə oxumuşlar. 1914-cü ildə qızlar üçün ayrıca sinif təşkil edilmişdir. 1927-1928-ci tədris ilində Lənkərandakı məktəblər üç dairə üzrə fəaliyyət göstərirdi. Bürcəli məktəbi bu dövrdə Şürük dairəsində olmuşdur.
Cüməli
Cüməli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Cüməli (Zəncan) — İranın Zəncan ostanında kənd.
Dürtüli
Dürtüli — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Düyərli
Düyərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Düyərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Düzəliş
Düzəliş – nəyinsə qismən dəyişilməsinə, ona əlavələr edilməsinə yönələn hərəkət. Məsələn, "qanuna qüzəlişlər", "fikirdə düzəlişlər", " layihəyə düzəlişlər" və s.
Dədəli
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Kürdəli
Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Kürdəli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Əlaəddin Turəli bəy
Əlaəddin Turəli bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqı başçısı. Ağqoyunlu dövlətinin yaranmasında böyük pay sahibi olan Bayandurların başçısı. == Həyatı == Turəli bəy Bayandur haqqında mənbələrdə məlumat olduqca azdır. Onun və oğlu Fəxrəddin Qutlu bəyin haqqında ilk məlumata Trabzon-Rum tarixçilərindən Panaretosda rast gəlinir. Əlaəddin Turəli bəy Pəhləvan bəy Bayandurun oğludur. Bayburtda doğulmuşdur. Ağqoyunlu ulusundan ilk sikkə zərb etdirən başçıdır. Turəli bəy rəhbərliyindəki ağqoyunlular zamanla şimala doğru hərəkət etmiş, Bayburt və Ərzincan ətrafına yerləşmişdilər. Bayburt yaxınlarındakə Sinür kəndində inşa edilən Ağqoyunlu memarlıq abidələri o cümlədən Turəli bəy və Fəxrəddin Qutlu bəyin məzarlarının burada olması bu köçün sübutudur. Turəli bəy haqqında məlumat verən bir digər mənbə Əbubəkr Tehrani tərəfindən yazılmış Kitabi-Diyarbəkriyyə əsəridir.
Nurəli Xəlifə üsyanı
Nurəli Xəlifə üsyanı — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi Nurəli Xəlifə tərəfindən Şah İsmayılın əmri ilə Anadoluda başladılan üsyan. Nurəli Xəlifə rəhbərliyində üsyançılar Malatya yaxınlığında Faiq bəy qoşununu, Qoyluhisarda isə Sinan paşa ordusunu məğlub etsə də, üsyan Nurəli Xəlifə tərəfindən dayandırıldı. Səfəvi tarixçiləri bu üsyanı Səfəvilərin Anadoludakı fəaliyyətlərinin zirvə nöqtəsi adlandırır. == Arxaplan == Anonim müəllif tərəfindən qələmə alınan "Tarixi Qızılbaşan" əsərində üsyanın rəhbəri Nurəli Xəlifənin kimliyi haqqında Rumlu başlığı altında danışılır. Müəllif yazır: "Nurəli Xəlifə I Şah İsmayıl vaxtında Ərzincan hakimi idi. Rumlularla (osmanlılarla) mühüm döyüşlər etmiş, Tokat şəhərini yandırmışdı. 922-ci ildə (5. II.1516 – 23. I.1517) Çimişkəzəkdə "Bığlı Çavuş" adı ilə məşhur olan Mustafa paşa ilə vuruşda həlak oldu." Anonim müəllif tərəfindən yazılan "Aləmara-yi Şah İsmayıl" və "Aləmara-yi Səfəvi" əsərlərində qeyd olunur ki, Şah İsmayıl Ərdəbil Təkkəsinə bağlı "pak etiqadlı sufilərdən" olan Nurəlini Ərzincana hakim seçmişdi. Nurəlinin üsyanının başlanması üçün də əslində, Anadoluda bir ictimaisiyasi zəmin mövcud idi.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Pirəli
Pirəli (Urmiya)
Sürməli
Sürməli mahalı — indiki Türkiyədə mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli qəzası — Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza.
Yarəli
Yarəli (d. ? – ö. ?) — Quba üsyanının (1837) başçılarından biri. Yarəlinin başçılığı ilə üsyançılar bir neçə dəfə kazak dəstələrini məğlub etmiş və onların bir sıra hissəsini əsir almışdı. 1837-ci il sentyabrın 4-dən 5-nə keçən gecə Qubaya hücum zamanı Yarəlinin başçılığı ilə 600 nəfər şəhərə daxil olmuş, lakin top atəşi ilə qarşılanaraq qızğın döyüşdən sonra geri çəkilmişdi. Üsyan amansızcasına yatırıldı, Yarəli bir dəstə üsyançı ilə dağlara çəkildi. == Həmçinin bax == Quba üsyanı (1837) == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Şorəli
Şorəli — İrəvan xanlığının Göycə mahalında kənd adı. == Toponimiyası == XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Aurelia
Aurelia (lat. Aurelia) — ulmaridae fəsiləsinə aid heyvan cinsi.
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Duşeti
Duşeti (gürc. დუშეთი) — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir. == Tarixi == Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir. Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib. Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Qurieli
Qurieli ( gürc. გურიელი) və ya Qurielovlar (rus. Гуриеловы) — Quriya knyazlığının suveren knyazlarının (mtavarlarının) soyadı. 1871-ci ildən sonra Qurieli ailəsinin knyazlarının gücü sona çatmışdır. Son hökmdarın əmisioğlu David Qurieli (1802–1856) Qurieli (Qurielovlar) knyazlıq ailəsinin əsasını qoymuşdur. Onun nəsli 1850-ci il fərmanı ilə Rusiya imperiyasının knyazlıq ləyaqətində təsdiqlənmişdir. Rusiya imperiyasında Qurieli ailəsinin knyazları Tiflis quberniyasının şəcərə kitabının beşinci hissəsinə daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Долгоруков П. В. Российская родословная книга. — СПб.: Тип. Э. Веймара, 1856.