Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014). Cəlal Ağayev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəlal Mahmudov — texnika elmləri doktoru, professor. Cəlal İslamov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Cəlal Ağayev
Cəlal Bayar
Cəlal Bayar (türk. Celâl Bayar; 16 may 1883, Umurbəy[d], Bursa vilayəti – 22 avqust 1986[…], İstanbul) — Türkiyə Respublikasının 3-cü prezidenti (1950–1960), 4-cü baş naziri (1937–1939), Demokrat Partiyasının qurucularından biri, Türkiyəli iqtisadçı və siyasətçi. Çağdaş Türkiyənin siyasi həyatının müxtəlif dövrlərində mühüm rol oynayan Bayar, cümhuriyyət dövründə TBMM üzvü, iqtisad elmləri üzrə millət vəkili olub. Mustafa Kamal Atatürkün 1950–1960-cı illər arasında sonuncu baş naziri və Türkiyənin üçüncü və ilk hərb kökəni olamayan prezidenti kimi fəaliyyət göstərib. == Həyatı == === Gəncliyi === Cəlal Bayar 1883-cü ildə Bursanın Gəmlik mahalının Umurbəy kəndində anadan olub. İlmiyə sinfinə mənsub fiqh alimi olan atası Abdullah Fehmi Əfəndi 93-cü il müharibəsindən sonra bu gün Bolqarıstan sərhədləri daxilindəki Pleven şəhərindən Gəmlik yaxınlığındakı Umurbəy kəndinə köçmüşdür. Bu kənddəki orta məktəbdə direktor, bir müddət Gəmlikdə müfti vəzifəsində çalışıb. Bayar Abdullah Fehmi Əfəndinin (böyük qardaşları Behzat və Asım) üçüncü oğludur. İbtidai və orta təhsilini atasının yanında alan Bayarın uşaqlığı və gəncliyi ailəsinin məskunlaşdığı Bursada keçir. Gəmlik Məhkəmə İdarəsi və Alay İdarəsində kursant vəzifəsində çalışıb.
Cəlal Bayramov
Cəlal Bərgüşad
Cavadov Cəlal Novruz oğlu (Cəlal Bərgüşad) — nasir, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943–1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951). 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur.
Cəlal Harutyunyan
Cəlal Harutyunyan (erm. Ջալալ Հարությունյան; 11 noyabr 1974, Badara, DQMV) — qeyri-qanuni olaraq "general-leytenant" rütbəsi verilmiş, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandiri Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Müdafiə Naziri. == Həyatı == Cəlal Harutyunyan 1974-cü ilin noyabrında Badarada anadan olub. 1991-1995-ci illərdə Artsax Universitetində biologiya təhsili almışdır. 1999-cu ildə Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Mixaylovskaya Topçu Hərbi Akademiyasına daxil olmuşdur == Karyerası == Harutyunyan 5 noyabr 1992-ci ildən bəri Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət etmişdir. Müdafiə Ordusunda müxtəlif vəzifələrdə, ilk növbədə Aartilleriya Kəşfiyyat Rəhbərinin köməkçisi, Artilleriya Diviziyası Heyətinin Başçısı, Alay komandirinin müavini və Alay komandiri kimi artilleriya bölmələrində xidmət etmişdir. O, həmçinin Artilleriya Bölmə Rəisi, Müdafiə Bölgəsi Komandiri, Diviziya Komandirinin müavini - Baş qərargah rəisi və Diviziya Komandiri vəzifələrində xidmət etmişdir. 2018-2020-ci illərdə komandirin birinci müavini rütbəsində xidmət etmiş və 8 iyul 2019-cu ildə general-mayor rütbəsi almışdır. 24 fevral 2020-ci ildə Bako Saakyan tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri vəzifəsinə təyin edildi. 8 iyun tarixində həmin vəzifəyə Arayik Harutyunyan tərəfindən yenidən təyin edildi.
Cəlal Hemmati
Cəlal Himməti (fars. جلال همتی‎; 6 may 1936, Kirmanşah – 23 sentyabr 2006, Los-Anceles, Kaliforniya) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.
Cəlal Himməti
Cəlal Himməti (fars. جلال همتی‎; 6 may 1936, Kirmanşah – 23 sentyabr 2006, Los-Anceles, Kaliforniya) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.
Cəlal Hüseynov
Cəlal Hüseynov (2 yanvar 2003, Azərbaycan) — Azərbaycan Premyer Liqasında çıxış edən Zirə Futbol Klubunun futbolçusu. == Karyerası == === Zirə === Zirənin heyətində ilk matçı 4 dekabr 2019-cu ildə keçirilən Zirə–Qaradağ Lökbatan matçıdır. Matça 72-ci dəqiqədə daxil olub. Matç Zirənin 4–0 hesablı qələbəsi ilə başa çatıb. Zirədə ilk qolunu 16 oktyabr 2021-ci ildə keçirilən Qəbələ-Zirə matçının 18-ci dəqiqəsində vurub. Matç 1–1 hesabı ilə başa çatıb.
Cəlal Mahmudov
Mahmudov Cəlal Müseyib oğlu (1933, Qızılhacılı, Goranboy rayonu) — texnika elmləri doktoru, professor. == Həyatı == Mahmudov Cəlal Müseyib oğlu 1933-cü ildə Azərbaycan SSR Qasım-İsmayılov rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1958-ci ilə qədər "Neft Daşları" NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. 1958–1972-ci illərdə AzETNÇİ-da böyük mühəndis, laboratoriya rəhbəri kimi vəzifələrdə işləmişdir. 1960–1962-ci illərdə AzNKİ-nun aspirantı idi. 1962-ci ildə "Maili quyuların lüləsinin trayektoriyasının nəzəri və təcrübi tədqiqatları" mövzusunda namizədlik, 1967-ci ildə isə "Dərin maili quyuların qazılması nəzəriyyəsinin ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1988-ci illərdə AzXTİ-da işləyib və burada "İstehsalat texnologiyası" kafedrasını yaratmışdır. 1988–1990-cı illərdə Leninqrad maliyyə-iqtisad institutunun Baki filialının "İstehsalat sahələrinin texnologiyası" kafedrasına rəhbərlik etmişdir. 1990–2000-ci illərdə AzDİU-nin "İstehsalat texnologiyası" kafedrasında professor işləmiş, 2001-ci ildən bu günə qədər isə ADEU-də "İstehsalat sistemləri və ətraf mühitin mühafizəsi" kafedrasına rəhbərlik edir. == Elmi fəaliyyəti == Mahmudov C. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Fəridə Cəlal
Fəridə Cəlal(hind. फरीदा ज़लाल, ing. Farida Jalal, 18 may 1949, Yeni Dehli) — Hindistanın kino və televiziya aktrisası. == Həyatı == 14 mart 1949-cu ildə Yeni Dehlidə anadan olmuşdur. Filmə çəkilməyə 1961-ci ildən başlayıb. "Bobbi" filmində xəstə qız rolunu oynayıb. Son filmə 2013-cü ildə çəkilib. Ailəlidir, bir oğlu var.
Həsən-Cəlal
Həsən Cəlaləddövlə (bilinmir – 1260, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. == Haqqında == Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.indiki Rəhimli(köhnə adı.AşağıXaç)kəndində Anadan Olub. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Gəncəsər məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Gəncəsər məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. == Həyatı == 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir.
Həsən Cəlal
Həsən Cəlaləddövlə (bilinmir – 1260, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. == Haqqında == Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.indiki Rəhimli(köhnə adı.AşağıXaç)kəndində Anadan Olub. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Gəncəsər məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Gəncəsər məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. == Həyatı == 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir.
Mir Cəlal
Mir Cəlal (26 aprel 1908, Əndəbil, Cənubi Azərbaycan, Qacar dövləti – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir. Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır.
Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو‎; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur. Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi. Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Ayşə Cəlal
Ayşə Cəlal (1956, Lahor, Qərbi Pakistan; urdu عائشہ جلال‎) — Pakistan əsilli amerikalı tarixçi. O, Tafts Universitetində Meri Riçardson adına tarix professorudur və 1998-ci ildə Makartur Vəqfi Təqaüdünə layiq görülmüşdür. == Mükafatlar == Ayeşə Cəlal Pakistanın, eləcə də Cənubi Asiyanın aparıcı tarixçisi hesab olunur və çoxsaylı mükafatlar və təşəkkürlər alıb: Triniti Kolleci (Kembric) Təqaüdü(1980–1984) Makartur Təqaüd Proqramı Təqaüdü (1998–2003) Pakistan Prezidenti tərəfindən Sitarə-i İmtiaz (Fərqlənmə Ulduzu) (2009) == Tərənnüm == Hindistanda məşhur "The Hindu" qəzeti onu "…Pakistanın ən məşhur tarixçilərindən biri…" kimi adlandırır və Pakistanın "Ekspres Tribune" qəzeti "…Cəlal bütün dünyada ciddi metodlara malik bir tarixçi kimi hörmətlə qarşılanır" kimi qeyd edib. 16 aprel 2016-cı ildə Pakistanın BMT-dəki səfiri Maleeha Lodhi "Pakistanın yetişdirdiyi ən böyük tarixçi" olduğunu söylədi.
Cəlal Adan
Cəlal Adan (10 sentyabr 1951, Tutağ, Ağrı ili) — meşə mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Cəlal Adan 1951-cı ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Universiteti Meşə təsərrüfatı Bölməsindən məzun olub. Uzun illərdir MHP üzvüdür. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl MHP-də müfəttiş və təlilçi olub. Daha sonra 1999-2002-ci illərdə DYP, 2007-2011-ci illərdə isə DP üzvü olub. 2011-ci ildə MHP-yə qayıdıb. MHP sədrinin baş müşaviri olub. 4 noyabr 2012-ci ildə MHP sədrinin siyasi məsələlərdən və TBMM-dən məsul müavini vəzifəsinə seçilib. 12 iyul 2018-ci ildə TBMM sədr müavini seçildiyinə görə vəzifəsindən istefa verib.
Cəlal Fırat
Cəlal Fırat (1975, Malatya ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cəlal Fırat 1975-ci ildə Malatya ilində anadan olub. İbtidai və orta təhsili Malatyada, lisey təhsilini isə İstanbulda alıb. Uzun illər ticarətlə məşğul olub. Ələvilər Dərnəyi Federasiyasının sədri, Avropa Ələvilər Dərnəyi Konfederasiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2012-ci ildən Qərib Dədələr cəm evinin prezidentidir. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evlidir və 2 uşaq atasıdır.
Təlal qətliamı
Təlal qətliamı — 1517-ci ildə, Osmanlı–Məmlük müharibəsinin sonunda Osmanlı imperiyasının Suriyanı tamamilə ələ keçirməsi ilə Hələb şəhərində ələvilərə qarşı həyata keçirilmiş qətliam. Qətliam Osmanlı sultanı I Səlimin bəzi sünni dini liderlərini çağırıb onlardan "kafir" ələvilərlə mübarizə üçün fətva alması ilə başlamışdır. Qətliamın nəticəsində Hələbdə toplaşan 9,400 şiə kişi kütləvi formada öldürülmüşdür.
Cəlal Mirzəyev
Cəlal Mirzəyev (tam adı: Cəlal Sabir oğlu Mirzəyev; 17 oktyabr 1977, Masallı) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 1999-cu ildə Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsində referent vəzifəsində işə başlamışdır. 2001–2003-cü illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib vəzifələrində, 2003–2005-ci illərdə ölkəmizin Brüsseldə NATO yanında Nümayəndəliyində ikinci katib, 2005–2007-ci illərdə Xarici İşlər Nazirliyinin birinci Qərb Ərazi İdarəsində birinci katib vəzifəsində çalışıb. 2007–2009-cu ildə Azərbaycanın Malayziyadakı Səfirliyində birinci katib, 2009–2011-ci illərdə AR XİN Avropa İdarəsində (Böyük Britaniya və Skandinaviya ölkələri) şöbə müdiri, 2011–2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015–2017-ci illərdə AR XİN-də Amerika İdarəsinin rəis müavini, 2017–2019-cu il sentyabrın 27-nə qədər Azərbaycanın Niderlandda, habelə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında müvəqqəti işlər vəkili vəzifələrində çalışıb. 27 sentyabr 2019-cu ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Xarici dil bilikləri ingilis, fransız və rus dilləridir. == Qalereya == == Həmçinin bax == Azərbaycan–İndoneziya münasibətləri Azərbaycanın xarici siyasəti == İstinadlar == == Xarici keçidlər == Səfir Cəlal Mirzəyevin rəsmi twitter profili Səfir Cəlal Mirzəyevin rəsmi linkedin profili "İlham Əliyev İndoneziyaya yeni səfir təyin etdi" (az.). teleqraf.com. 2019-09-27. "Prezident İlham Əliyev 3 ölkəyə yeni səfir təyin edib" (az.).
Cəlal Məmmədov
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Qaryağdı
Cəlal Məhərrəm oğlu Qaryağdı (2 iyun 1914, Şuşa – 1 yanvar 2001, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1960). == Həyatı == Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir.
Cəlal Qasımov
Cəlal Qasımov (filoloq)
Cəlal Qurbanov
Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021). 2001–2023 DGK Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Gömrük Xidməti Polkovniki. == Həyatı == Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. Sərbəst Güləş üzrə idman ustalığına namizəddir.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi". Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Celal Adan
Cəlal Adan (10 sentyabr 1951, Tutağ, Ağrı ili) — meşə mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Cəlal Adan 1951-cı ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Universiteti Meşə təsərrüfatı Bölməsindən məzun olub. Uzun illərdir MHP üzvüdür. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl MHP-də müfəttiş və təlilçi olub. Daha sonra 1999-2002-ci illərdə DYP, 2007-2011-ci illərdə isə DP üzvü olub. 2011-ci ildə MHP-yə qayıdıb. MHP sədrinin baş müşaviri olub. 4 noyabr 2012-ci ildə MHP sədrinin siyasi məsələlərdən və TBMM-dən məsul müavini vəzifəsinə seçilib. 12 iyul 2018-ci ildə TBMM sədr müavini seçildiyinə görə vəzifəsindən istefa verib.