Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Quymaq
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Azərbaycan valiliyi
Azərbaycan vilayəti — Səfəvilər və Qacarlar dövlətlərinin vəli-əhdlərinin qərargahı Azərbaycan vilayətinin paytaxtı Təbrizdə yerləşirdi. Bu praktika dövlətin paytaxıtının Təbrizdən köçürülməsi ilə bağlı idi. Paytaxt Təbrizdən əvvəlcə Qəzvinə, sonra İsfahana, sonra isə Tehrana köçürülsə də, Təbrizin dövlətin ən böyük ticarət şəhəri olduğu və hərbi-strateji mövqeyi nəzərə alınaraq, vəli-əhd elan olunan adam Səfəvilər və Qacarlar dövlətinin Azərbaycan vilayətinin valisi, eyni zamanda bütün dövlətin silahlı qüvvələrinin baş komandanı vəzifələrini özündə birləşdirirdi. Qacar dövlətinin ən məşhur vəli-əhdlərindən biri , ruslarla müharibədə baş komandan, Abbas mirzə olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan həm də Səfəvilərin, Qacarların domeni idi.
Cəraberd məlikliyi
Çiləbörd mahalı (Ceraberd məlikliyi, Çalaberd, Çiləbürt) — XIII əsr-1840 inzibati nahiyə, Qarabağ xanlığının bölgələrindən biri. İndiki Kəlbəcər, Ağdərə rayonların ərazisi. == Qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi— Kasapet kəndi Sərhədləri — == Mahalın tarixi == Mahalın sərhəd-sınırları haqqında yazılır: "Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir". (Bах: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.) Mənbələrdə qeyd olunur ki, 1687-ci ildə Maqavuz nahiyəsində başçını öldürüb, qan qaçağı olan Isa (Yesay) Çiləbördə gəldi. Burda məskunlaşdı. Qarabağ bəylərbəyinə hədiyyə verib, məlik ünvanı aldı. Çiləbörd mahalının mərkəzi Kasapet şenliyi idi. Gülyataq, Möhrətaq kəndləri mahal məliklərinin sığnaqları olmuşdu.
Dizaq məlikliyi
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Gülüstan məlikliyi
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında “Qara Yüzbaşı”, xristian türklər, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Mətn dilçiliyi
Mətn dilçiliyi — möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir. == Mətn dilçiliyi haqqında == Müasir dövrümüzdə aktual dilçilik sahələrindən olan mətn dilçiliyi XX əsrin 20-ci illərindən yaranmış, 50-80 ci illərdə formalaşmağa başlamışdır. Adından da göründüyü kimi, mətn dilçiliyinin əsas tədqiqat obyekti elə mətnin özüdür. "Mətn" sözünü ümumi şəkildə nəzərdən keçirsək, mətn sözü iki müxtəlif mənadan çıxış edə bilər. Yəni bu söz həm geniş mənada - makromətn, həm də onun əksi olan dar mənada - mikromətn kimi nəzərdə tutula bilər. Dar mənada göstərdiyimiz mikromətnlər birləşərək geniş mənalı makromətnlər əmələ gətirirlər. Bu halda "mürəkkəb sintaktik bütöv" anlayışı ilə "mikromətn" anlayışı üst-üstə düşür. Deməli, makromətnlər mürəkkəb sintaktik bütövlər yığınıdır. Tək bir cümlə bitmiş bir fikri ifadə etdiyi halda, mürəkkəb sintaktik bütöv mürəkkəb bir fikri, hər hansı bir müəyyən informasiyanı ifadə edir. Mürəkkəb sintaktik bütöv – iki və ya daha artıq cümlənin sintaktik və formal əlaqələrlə birləşdiyi sintaktik bir vahiddir.
Talış məlikliyi
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında “Qara Yüzbaşı”, xristian türklər, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Vərəndə məlikliyi
Xaçın məlikliyi
Xaçın knyazlığı və ya Xaçın məlikliyi — orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud olmuş feodal dövlət. Azərbaycan Sovet Ensiklopediyasına görə, əhalisi əsasən ermənilərdən ibarət idi, lakin müasir Azərbaycan Respublikası ədəbiyyatlarında onların xristian-qıpçaq olduqları iddia edilir. == Həmçinin bax == Artsax çarlığı Sünik knyazlığı Qafqaz Albaniyası Azərbaycan tarixi Ermənistan tarixi == İstinadlar == == Mənbə == Azərbaycan tarixi, 3-cü cild, səh.
Çiləbörd məlikliyi
Çiləbörd mahalı (Ceraberd məlikliyi, Çalaberd, Çiləbürt) — XIII əsr-1840 inzibati nahiyə, Qarabağ xanlığının bölgələrindən biri. İndiki Kəlbəcər, Ağdərə rayonların ərazisi. == Qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi— Kasapet kəndi Sərhədləri — == Mahalın tarixi == Mahalın sərhəd-sınırları haqqında yazılır: "Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir". (Bах: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.) Mənbələrdə qeyd olunur ki, 1687-ci ildə Maqavuz nahiyəsində başçını öldürüb, qan qaçağı olan Isa (Yesay) Çiləbördə gəldi. Burda məskunlaşdı. Qarabağ bəylərbəyinə hədiyyə verib, məlik ünvanı aldı. Çiləbörd mahalının mərkəzi Kasapet şenliyi idi. Gülyataq, Möhrətaq kəndləri mahal məliklərinin sığnaqları olmuşdu.
Şəki məlikliyi
Şəki dövləti; Şəki məlikliyi; Şəki şahlığı; Şəki çarlığı daha sonra Şəki hakimliyi və sonra Şəki xanlığı— indiki Azərbaycan Respublikası ərazisinin şimal-qərbində, Gürcüstan Respublikası ərazisinin şərqində və Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinin cənubunda ən geci VII əsrin ortalarından 1117-ci ilə qədər mövcud olmuş dövlət. Mənbələrdə ilk olaraq ərəblərin VII əsrin ortalarında Cənubi Qafqaza etdikləri yürüşlərindən bəhs edilərkən adı çəkilir. Gürcü mənbələrinə əsasən Şəkidə VIII əsrin ortalarında knyazlıq formalaşmış, IX əsrin əvvəlləri üçün bu çarlığa çevrilmişdir. “Albaniya tarixi”ndə isə Şəki hökmdarlığının mövcud olması ilk dəfə yalnız IХ əsrin ortaları üçün xatırlanır. IХ əvvəllərində Şəki hökmdarı Qriqor Hammamın oğlu Atrnerseh, həmin əsrin ortalarında Atrnersehin oğlu İşxan Əbu Əbdülmalik olmuşdur. XI əsrin onuncu illərinin əvvəlləri üçün isə mənbələrdə çariça Dinarın adı çəkilir. Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi, XI əsrin onuncu illərində onun 90-dan çox yaşı olmalı idi. XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. Bu gürcü mənbələrində “Hereti-Kaxeti”, yaxud “Kaxeti”, digər mənbələrdə isə əvvəlki kimi yenə də “Şəki” yaxud, “Albaniya”, adlanmış, hökmdarları isə artıq “ranların və kaxların çarı” titulunu daşımışdır. Birləşməyə qədər isə Şəki hökmdarlarının titulu “ranların çarı”, yəni “albanların çarı” olmuşdur.
Kompüter dilçiliyi
Komüter dilçiliyi (həmçinin: riyazi və hesablama dilçiliyi, ing. computational linguistics) – riyazi modellərdən istifadə edərək təbii dillərin təsviri ilə məşğul olan kompüter texnologiyalarından istifadəyə yönəlmiş tətbiqi dilçilik istiqamətidir. Kompüter dilçiliyi təbii dillərin emalı ilə üst-üstə düşən bir sahədir. Burada diqqət mücərrəd modellərə deyil, kompüter sistemləri üçün dilin təsviri və işlənməsinin tətbiqi üsullarına yönəldilir. Kompüter dilçilərinin fəaliyyət sahəsi linqvistik məlumatların emalı üçün alqoritmlərin və tətbiqi proqramların işlənib hazırlanmasıdır. == Mənbəyi == Riyazi dilçilik süni intellekt elminin bir qoludur. Kompüter dilçiliyi yeni bir elm sahəsi kimi XX əsrin 60-cı illərində formalaşmağa başlamışdır. Rus dilində işlənən "Компьютерная лингвистика" ingilis dilindəki "computational linguistcs" termininin kalka olunmuş variantıdır. Əslində, "computational" termini rus dilində "вычислительный" termini kimi tərcümə olunur. Ona görə də, bəzən "hesablama dilçiliyi" termini kimi də işlənir.
Korpus dilçiliyi
Korpus dilçiliyi — mətn korpusunun inkişafı, yaradılması və istifadəsi ilə məşğul olan dilçiliyin bir sahəsidir. Termin 1960-cı illərdə korpusların yaradılması təcrübəsinin aparılması ilə meydana çıxmışdır və 1980-ci illərdə kompüter texnologiyasının inkişafı ilə əlaqədar istifadəyə başlanmışdır. Mətnlərin linqvistik və ya dil korpusu xüsusi linqvistik problemləri həll etmək üçün nəzərdə tutulmuş böyük, maşınla oxuna bilən, vahid, strukturlaşdırılmış, etiketlənmiş, filoloji cəhətdən səlahiyyətli dil məlumatlarının məcmusudur. Müasir korpusun əsas xüsusiyyətləri maşınla oxuna bilən format, reprezentativlik və metalinqvistik məlumatın mövcudluğudur. Reprezentativlik xüsusi mətn seçimi prosedurundan istifadə etməklə əldə edilir. Linqvistik korpus müəyyən prinsiplərə uyğun toplanmış, müəyyən standarta uyğun olaraq işarələnmiş və ixtisaslaşmış axtarış sistemi ilə təmin edilmiş mətnlər toplusudur. Bəzən korpus ("birinci dərəcəli korpus") sadəcə olaraq hansısa ümumi xüsusiyyət (dil, janr, müəllif, mətnlərin yaranma dövrü) ilə birləşdirilən hər hansı mətnlər toplusu adlanır. Mətn korpusunun yaradılmasının mümkünlüyü aşağıdakılarla izah olunur: linqvistik məlumatların real kontekstdə təqdim edilməsi; kifayət qədər böyük məlumatların təqdim olunması (böyük həcmli korpusda); müxtəlif linqvistik problemlərin həlli üçün bir dəfə yaradılmış korpusdan təkrar istifadənin mümkünlüyü, məsələn, qrafematik və leksiko-qrammatik mətn təhlilinin həyata keçirilməsi və s. == Tarixi == İlk böyük kompüter korpusu 1960-cı illərdə Braun Universitetində yaradılmış və hər biri 2 min sözdən ibarət 500 mətn fraqmentindən ibarət olan və 1961-ci ildə ABŞ-də ingilis dilində istifadəyə verilən Braun korpusu (BK ing. Brown Corpus, BC) hesab olunur.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi. Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Hüququn aliliyi
Hüququn aliliyi — hüququn cəmiyyətdə ali mövqedə olması, xüsusilə də fərdi və institusional davranışa təsir etməsi, eləcə də hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması. "Hüququn aliliyi" ifadəsi hər hansı xüsusi hüquq norması ilə bağlı deyil və siyasi situasiyalarla əlaqədar işlədilir. Bu ifadənin istifadəsi XVI əsr Britaniyasına qədər gedib çıxır. XVII əsrdə isə şotland ilahiyyatçısı Samuel Rezerford bu ifadədən kralların ilahidən gələn hüquqlarını tənqid edərkən istifadə etmişdir. Con Lokk yazırdı ki, cəmiyyətdəki azadlıq hər kəsə tətbiq olunan və qanunverici orqan tərəfindən yaradılan qanunlara hər kəsin tabe olması deməkdir; bu zaman şəxs onun azadlığı üzərində istər dövlət, istərsə də şəxsi məhdudiyyətlərdən qurtulmuş olur. "Hüququn aliliyi" daha sonra XIX əsrdə Britaniyalı hüquqşünas Albert Venn Daysi tərəfindən geniş istifadə olunmağa başladı. Halbuki, ifadə özü olmasa da, prinsip etibarilə qədim mütəfəkkirlər tərəfindən elmə gətirilmişdir. Məsələn, Aristotel yazırdı ki, "Hər hansı vətəndaş tərəfindən idarə edilməkdənsə, qanuna tabe olmaq daha məqsədəuyğundur". Hüququn aliliyi konsepsiyasına görə, hüquq normalarını yaradanlar, hüquq-mühafizə orqanları və hakimlər də daxil olmaqla hər kəs qanunun tələblərinə tabe olmalıdır. Bu mənada o, idarəçilərinin hüquqdan üstün olduğu monarxiya və oliqarxiya ilə ziddiyyət təşkil edir.
Deliriya
Deliriya (lat. delirium — ağılsızlıq; lat. deliro — sayıqlama) — Tibbdə huşun müvəqqəti olaraq zəifləməsi, düşüncə qabiliyyəti, problem həll etmə, diqqətin yönəldilməsi, beyininin koordinasiya bacarıqlarının zəifləməsi ilə xarakterizə olunan psixi pozğunluq halı. Əsasən hallüsinasiya və illüziyalarla (qarabasmalarla) müşayiət olunur. Deliriya tibbdə bir xəstəlik hesab olunmur, sadəcə kliniki sindrom olaraq qəbul edilir. == Əsas xüsusiyyətləri == Deliriyanın əsas xüsusiyyətləri aşağıdakılardır: Şüurun pozulması Düşüncələrin dəyişməsi Hiperaktiv və ya az aktiv davranışlar Narahat yuxu Bioloji beyin saatının pozulması (gündüz və ya gecənin olduğunu dərk edə bilməmək) === Yuxu pozğunluqları və psixoloji pozğunluqlar === Beyində yuxu və oyanıqlığı sabitləyən bölümlərin zədə alması nəticəsində, deliriyadan əziyyət çəkən insanların əksəriyyətində yuxu problemləri yaşanır. Bəzən deliriyadan əziyyət çəkən insanları normal yuxu problemi yaşayan insanlardan fərqləndirmək çətin olur. Ancaq deliriyadan əziyyət çəkən insanlarda yuxu döngüsünün tamamilə alt üst olması (yuxu ritminin pozulması ilə anlaşılmayan saatlarda oyanma, narahatlıq) müşahidə edilir. Deliriya zamanı halüsinasiyalar, anlamsız şübhələnmə, narahatlıq, qorxu kimi hissi simptomlar müşahidə olunur. Psixoloji problemlər, deliriyadan əziyyət çəkən insanların 50%-dən artığında görülür.
Delilia
Delilia (lat. Delilia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.