Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fil
Fil — xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana) Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin (L. africana) və Afrika meşə filinin (L. cyclotis) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çəkisi isə 7000kq-a çatır. Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır.
Ağ fil
Ağ fil (ing. white elephant) — çox pul xərclənərək saxlanılan, lakin faydası ilə heç öz xərclərini qarşılamayan əşyaları, tikililəri bildirən ifadə. İfadənin Siam krallığında saxlanılan albinos fillər səbəbilə yarandığı güman edilir. Siam kralları bu filləri tanrının hədiyyəsi hesab edib, onların güc, ədalət və sülh gətirdiyini güman edirdilər. Bu səbəbdən onlardan heç bir xeyir görmədən xüsusi qayğı göstərir, onların heç bir əziyyət çəkməməsini təmin edirdilər. == Tarix == Cənub-Şərqi Asiya hökmdarları (Burma, Tayland, Laos və Kamboca) ədalət, hökmdarlıq və səltənətin sülh və rifahı simvolu kimi ağ fili öz saraylarında saxlayırdılar. Bu heyvan həmdə zənginlik simvolu idi. Qərbdə, bahalı bir yüklə əlaqəli "ağ fil" 1600-cü illərdə istifadə edilmiş və 1800-cü illərdə istifadəsi yayılmışdır. XIX əsrin ortalarında "ağ fil" və "ağ filin hədiyyə" edilməsi ifadələri adi hal almışdı. XX əsrin əvvəllərində bahalı satışlar ilə əlaqədar "ağ fil svopları" və "ağ fil satışları" ifadəsi əlavə edildi.
Fil (şahmat)
Fil — Şahmat fiquru. Fil ancaq diaqonal xanalarla hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə).
Fil Adası
Fil adası (ing. Elephant Island), Antarktida sahillərində, Cənubi Şetland adalarınındə yerləşən buzlarla örtülü bir adadır. == Yerləşmə == Koordinatları 61°08'C, 55°07'Q-dir. Cənubi Georgiyanın 1290 km cənub-qərbində, Folklend adalarının 940 km cənubunda və Horn Burnunun 890 km cənub-şərqində yerləşir. Şərqdən qərbə doğru uzanan adanın ən yüksək nöqtəsi, "Pardo Beli" adlanan 852 metr hündürlükdə olan təpədir.. == Flora və Fauna == Adada əhəmiyyətli bir flora və ya özünə məxsus bir faunası yoxdur. Fil Adasında pinqvinlər və dəniz ayıları tapmaq olar. Balina ovu və meteorologiya fəaliyyəti üçün uyğun bir nöqtədə yerləşməsinə baxmayaraq, etibarlı bir limanının olmamasından ötrü qalıcı olaraq insan məskunlaşması mümkün olmamışdır. == Coğrafiyası == Adanın havası əsasən dumanlı və qarlı olur. Küləyin sürəti saatda 180 km-ə qədər çata bilir.
Fil Cons
Fil Cons (futbolçu) —
Fil Foden
Filip Volter Foden (28 may 2000, Stokport[d]) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və İngiltərə U-17 millisində yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Foden 2017-ci ildə FİFA U-17 Dünya Çempionatı Qızıl Top mükafatının qalibi olmuşdur. Foden öz bacarıqlarını media qarşısında nümayiş etdirmişdir.
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).
Fil Kollins
Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir. 1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur. Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.
Fil Kollinz
Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir. 1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur. Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.
Fil LaMarr
Filip "Fil" LaMarr (ing. Philip "Phil" LaMarr; 24 yanvar 1967, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Fil Surəsi
Fil surəsi (ərəb. سورة الفيل‎ (oxunuşu: surətul-fil)) - Quranın 105-ci surəsi. Məkkədə nazil olmuşdur, 5 ayədir. Surədə Kəbəni dağıtmaq istəyən Əbrəhənin filləri və onların əbabil quşları tərəfindən məhv edilməsi haqqında söhbət açılır. Surənin adı da məhz buna görə fil surəsi adlandırılmışdır.
Fil Tippett
Fil Tippett (ing. Phil Tippett; 27 sentyabr 1951, Berkli, Kaliforniya) — ABŞ kinorejissoru, vizual effektlər üzrə supervayzeri və prodüseri. O, Oskar və Emmi mükafatlarını qazanmış və məxluq dizaynı, kukla animasiyası və kompüter tərəfindən yaradılan personaj animasiyası üzrə ixtisaslaşmışdır. Bütün karyerası boyunca o, "Industrial Light & Magic" və "DreamWorks" şirkətlərində işləmiş, 1984-cü ildə özünün "Tippett Studio" şirkətini təsis etmişdir. Onun işləri orijinal "Ulduz müharibələri" trilogiyası, "Yura dövrü parkı" və "Robokop" kimi filmlərdə istifadə edilmişdir.
Fil adam
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik.. Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir.
Fil koqnisiyası
Fil koqnisiyası — fillərin idrakını araşdıran elm. Müasir dövr etoloqları filləri dünyanın ən ağıllı heyvanlarından biri hesab edir. 11 funtdan (5 kiloqram) biraz artıq çəkisi olan bir filin beyninin kütləsi istənilən quru heyvanının beynindən daha çoxdur. Ən böyük balinaların bədəninin çəkisi adi bir filin bədən çəkisindən 20 dəfə çox olsa da, balinanın beyni filinkindən sadəcə iki dəfə böyükdür. Bundan əlavə, fillərdə 300 milyard neyron var. Bəzi xüsusi quruluş fərqlərini çıxmaq şərti ilə, fillərin beyni ümumi bağlantılar və funksional sahələr baxımından insanların və bir çox digər məməlinin beyninə oxşardır. Filin beyin qabığında insandakı qədər neyron var, bu da konvergent təkamülün əlaməti hesab olunur. Fillərdə kədər, öyrənmə, mimika, oyun, altruizm, alətlərdən istifadə, mərhəmət, əməkdaşlıq, özünüdərk, yaddaş və ünsiyyət kimi bir çox müxtəlif davranışlara rast gəlinir. Bundan əlavə, dəlillər fillərin işarə etmək, yəni bir barmağını və ya digər ekvivalenti uzadaraq qeyri-verbal ünsiyyət qurma bacarığı olduğunu göstərir. Bu baxımdan onların məməli dəniz heyvanlarına və primatlara bərabər olduqları düşünülür.
Fil xortumçiçək
Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-50 (70) sm, gövdəsi düz, adətən budaqlanan, vəzili-tükcüklü və ya çılpaq olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, demək olar ki, oturaqdır, qaidə hissəsində dəyirmi və yaxud uzunsov-ürəkşəkillidir, kütdür, kənarları dairəvi-dişlidir. Çiçəkləri təkdir, yarpaqların küncündə, yarpaqlardan qısa olan çiçək saplağı üzərindədir. Tac sarı rənglidir, üst dodağı xətvari, ortasından aşağıda uzunluğu 10 mm olan, düz dar buruncuğa birdən daralmışdır, alt dodaq iri, dəyirmidir, küt üç-bölümlüdür, üst dodağa bərabər və ya ondan azacıq uzundur. Qutucuq 4 mm uzunluqdadır, enliovaldır, kənarlardan sıxılmışdır. Toxumları 1 mm uzunluqda olub, tilli-şaraoxşardır, az çökükqabarıqdır. Aprel-avqust aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verir. == Ekologiyası == Meşələrdə, kolluqlarda, çəmənlərdə, bağlarda, çınqıllı çaylarda, dənizkənarı qumluqlarda, zibilli yerlərdə, əkin sahələrində bəzən alaq kimi rast gəlinir.
Fil xortumçiçәyi
Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-50 (70) sm, gövdəsi düz, adətən budaqlanan, vəzili-tükcüklü və ya çılpaq olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, demək olar ki, oturaqdır, qaidə hissəsində dəyirmi və yaxud uzunsov-ürəkşəkillidir, kütdür, kənarları dairəvi-dişlidir. Çiçəkləri təkdir, yarpaqların küncündə, yarpaqlardan qısa olan çiçək saplağı üzərindədir. Tac sarı rənglidir, üst dodağı xətvari, ortasından aşağıda uzunluğu 10 mm olan, düz dar buruncuğa birdən daralmışdır, alt dodaq iri, dəyirmidir, küt üç-bölümlüdür, üst dodağa bərabər və ya ondan azacıq uzundur. Qutucuq 4 mm uzunluqdadır, enliovaldır, kənarlardan sıxılmışdır. Toxumları 1 mm uzunluqda olub, tilli-şaraoxşardır, az çökükqabarıqdır. Aprel-avqust aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verir. == Ekologiyası == Meşələrdə, kolluqlarda, çəmənlərdə, bağlarda, çınqıllı çaylarda, dənizkənarı qumluqlarda, zibilli yerlərdə, əkin sahələrində bəzən alaq kimi rast gəlinir.
Fil xəstəliyi
Fil xəstəliyi və ya elefantiaz – İnsan bədəninin hər hansı bir hissəsinin hədsiz böyüməsi. Fil xəstəliyi filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilən parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, onu törədən qurdlar maralların orqanizmində yaşayır, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar. Tibdə elefantiyazis adlanan xəstəliyin açması "kobudcasına genişlənən üzvlər"dir. Bu xəstəlik kobudca genişlənmiş, ya da şişmiş ayaqlar və qollara sahib dramatik insan fotoşəkillərindən bilinir. İnfeksiyalı dişi ağcaqanad bir insanı dişlədiyində mikrofilarya deyilən qurd sürfələrini qana sala bilər. Mikrofilarya təkrar-təkrar törəyir və uzun illər boyu yaşaya biləcəyi qan dövranı yoluna yayılır. Sıx görülən xəstəlik əlamətləri infeksiya sonrası illər boyu görünmür. Parazitlər qan damarlarına yerləşdiyi kimi qan dövranını məhdudlaşdıra bilər və ətrafındakı toxumalarda qanın yığılmasına səbəb ola bilər.
Fil İli
Fil İli (Ərəbcə: عام الفيل, Amm'ul- Fil) — İslam tarixində, təxminən miladi 570-ci ildə yaşandığı, hadisə ilə bağlı verilən addır. Məhəmməd peyğəmbər 571-ci ildə bu hadisədən çox qısa müddət sonra doğulmuşdu. 570-ci ildə bu ad Həbəşistandakı Aksum krallığına bağlı Əbrəhə adlı bir Xristiyan əmirin, Kəbəni yıxmaq məqsədi ilə qurduğu ordusundakı əsas başçı olan döyüşçü filin az qala çökərək hərəkət etməməsi və digər fillərin də ayağı üstünə çökməsi, eləcədə Əbabil quşlarının ordunu məhv etməsi ilə əlaqədar olaraq qoyulmuşdu. Baş verən bu hadisəyə "Fil hadisəsi" adı verilmişdir. Fil hadisəsi haqqında Quranda Fil surəsi yer almaqdadır. Fil hadisəsi ilə əlaqədar tarixi mənbələrdə bilinən məlumat verilməyib. Yazaçı Turan Dursun bu hadisənin bir büdpərəst əfsanəsi olduğunu iddia etmişdir. Yaşar Nuri Öztürk,"Qurandakı İslam" adlı kitabında , Əbrəhə ordusunu həlak edən siccin daşlarının, Əbabil quşları tərəfindən bu orduya bulaşdırılan vəba mikrobları olduğunun iddia etmişdir. Yəni Əbabil quşlarının Əbrəhə ordusunun üstünə buraxdığı siccin daşları, onların bədənlərinə hər hansı fiziki yara açmadığı sadəcə olaraq orduda vəba epidemiyasının yayılması və bu səbəbdən tələf olduğunu iddiasını irəli sürmüşdü. Əbrəhə ordusundakı çiçək xəstəliyinin epidemiyası ortaya çıxdığını və bu səbəbdən Kəbəyə çatmadan ordunun geri dönmək məcburiyyətində olduğunu iddia edən tarixçilər də var.
"Fil" ordeni
"Fil" ordeni (dan. Elefantordenen) — Danimarkanın ən yüksək mükafatı.
Fil Cons (futbolçu)
Filip Entoni Cons (21 fevral 1992, Preston) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli komandasının heyətində müdafiəçi mövqeyində çıxış edən ingilis futbolçu. Mançester Yunaytedə transfer olmazdan əvvəl Blekbörn Rovers klubunun həm aşağı yaş qruplarında, həm də əsas heyətində çıxış etmişdir. Əsas mövqeyinin mərkəz müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi və ya dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edə bilir. Milli komandanın heyətində debüt oyununa 7 oktyabr 2011-ci il tarixində çıxmışdır.
Fil Dişi Sahili
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. == Ölkə adı == Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Fil debütü (şahmat)
Fil debütü — şahmat termini. İlk dəfə olaraq XV-XVI əsr ispan şahmatçısı Lusenin traktatında və Gettin əlyazmalarında təsadüf edilir .
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fil adam (film, 1980)
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik.. Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir.
Lovğa Fil Balası (1987)
== Məzmun == Fil balası özündən balacaları incidir, nəhəngliyi ilə öyünüb heç kəslə hesablaşmaq istəmir. Lakin ondan çox-çox kiçik olan arıların hücumuna məruz qaldıqdan sonra öz əməlindən peşimançılıq çəkir. Başa düşür ki, başqalarını incitmək olmaz. Bu, pis və eybəcər hərəkətdir. == Film haqqında == Bu şən və ibrətamiz cizgi filmi uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Əli Səmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Arifə Hatəmi, Firəngiz Quliyeva, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov, Azər Qaryağdı Mahnıların mətni: Ramiz Rövşən === Filmi səsləndirənlər === Nuriyyə Əhmədova R.Sabitova Q.Lunev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Böyük il
Böyük il — il ərzində ən çox sayda quşları müşahidə edənlər üçün keçirilən yarışma.
Böyük ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Böyük (film, 1988)
Böyük — 1988-ci ilin ABŞ filmidir. Rejissorluğunu Penni Marşallın etdiyi filmin baş rollarında Tom Henks, Elizabet Perkins, Robert Loccia və Con Hord yer alır. == Məzmun == 12 yaşlı Con Baskin lunaparkdakı istək makinəsinə böyük olmaq istədiyini söyləyər və arzusu həqiqət olar. Sonrakı gün yuxudan oyananda yetkin olduğunu görər... == İstinadlar == == Xarici keçidlər == Böyük — Internet Movie Database saytında.
Böyük dayaq (film)
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər. == Məzmun == Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. == Film haqqında == Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnisi Xalq artisti Flora Kərimova-ya məxsusdur.
Böyük gözlər (film)
Böyük gözlər (ing. Big Eyes) — 2014-cü il ABŞ istehsalı bioqrafik-dram filmi. Film Tim Börtonun rejissorluğu ilə çəkilib. Ssenari müəllifi Skott Aleksandr və Larri Karaşevskidir. Baş rollarda Emi Adams və Kristof Valts çıxış edir. 1950–1960-cı illərdə keçən film, rəssam Marqaret Kin və onun partneri Volter Kinin münasibətlərindən bəhs edir. == İstinadlar == == Xarici keçidlər == Big Eyes — Internet Movie Database saytında.
Böyük dil modeli
Böyük dil modeli (ing. Large language model; LLM) — ümumi məqsədli dil anlayışına və nəslinə nail olmaq qabiliyyəti ilə diqqət çəkən dil modeli. LLM-lər bu bacarıqları hesablama yolu ilə intensiv öz-özünə və yarı nəzarətli təlim prosesi zamanı mətn sənədlərindən statistik əlaqələri öyrənməklə əldə edirlər. LLM-lər transformator arxitekturasını izləyən süni neyron şəbəkələrdir. Onlar daxil edilmiş mətni götürərək və növbəti işarəni və ya sözü təkrar-təkrar proqnozlaşdırmaqla mətn yaratmaq üçün istifadə edilə bilər. 2020-ci ilə qədər dəqiq tənzimləmə modelin konkret tapşırıqları yerinə yetirmək üçün uyğunlaşdırılmasının yeganə yolu idi. Bununla belə, GPT-3 kimi daha böyük ölçülü modellər oxşar nəticələr əldə etmək üçün tez bir zamanda dizayn edilə bilər. Onların insan dilinin korporasiyasına xas olan sintaksis, semantika və "ontologiya" haqqında, eyni zamanda korpusda mövcud olan qeyri-dəqiqliklər və qərəzlər haqqında biliklər əldə etdikləri güman edilir. Populyar nümunələrə OpenAI-nin GPT modelləri (məsələn, ChatGPT-də istifadə edilən GPT-3.5 və GPT-4), Google-un PaLM (Bardda istifadə olunur) və Meta-nın LLaMA, həmçinin BLOOM, Ernie 3.0 Titan və Anthropic-in Claude 2-ni göstərmək olar. == Ehtimallı tokenləşdirmə == Bayt-cüt kodlaşdırmanın modifikasiyasından istifadə edərək, ilk addımda bütün unikal simvollar (boşluqlar və durğu işarələri daxil olmaqla) n-qramların ilkin dəsti (yəni, uni-qramların ilkin dəsti) kimi qəbul edilir.
Böyük döyüş (film, 1972)
Böyük döyüş (ing. The Big Fight) və ya Günəşdəki qan (ing. Blood on the Sun) — 1972-ci ildə Yuan Şinq San və Sunq Tin Mey tərəfindən çəkilən Honkonq döyüş filmi. == Süjet == İkinci Dünya müharibəsində, Çinin şimalında yerləşən bir qəsəbədə işğalçı Yaponiya qüvvələri bacarıqlı döyüşçülərin yerli mübarizəyə qoşulmaqlarından qorxurdu. Buna görə də, onlar çinli döyüşçüləri öldürmək üçün böyük bir turnir həyata keçirirlər. == İstinadlar == == Xarici keçidlər == The Big Fight — Internet Movie Database saytında.
Böyük Lebovski (film, 1998)
Böyük Lebovski (ing. The Big Lebowski) — Coel və İtan Koen tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmidir. Əsas rollarda Ceff Brices, Con Qudman, Culianna Mur, Stiv Buşemi, Tara Reyd, Filip Seymur Hoffman və Devid Haddlstonun oynadığı bu qara komediya filminin kinematoqrafiyası Rocer Dikinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Koen qardaşları ilə işləyən Karter Börvell bəstələyib. == Məzmun == Hər şey Los-Ancelesdə yaşayan işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowskinin (Ceff Brices) başqa bir milyonçu ilə səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur. 15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna rəğmən tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı.
Böyük Moğol (film, 1960)
«Böyük Moğol» (hind. मुग़ल-ए आज़म, Mughal-e-Azam, urdu مغلِ اعظم, ing. The Greatest of the Mughals) — 1960-cı ildə rejissor K. Asif tərəfindən çəkilən hind filmi. == Süjet == Böyük Moğollar imperiyasının hökmdarı Əkbərin və Codxa xanımın çoxdan gözləninilən vəliəhdi Səlim doğulur. Ərsəyə çatan şahzadə Anarkali adlı rəqqasəyə vurulur. Hətta evlənmək istəyir. Həngamə başlayır. Atası böyük Əmir Teymurun nəvəsi, Hindistanın dayağı bu izdivaca qarşı çıxır. Rəqqasəni zindan küncünə atdırır. Şahzadə atasına qarşı üsyan qaldırır.
Böyük Qetsbi (film 2013)
Böyük Qetsbi (ing. The Great Gatsby) Frensis Skott Fisceraldın 1925-ci ildə yazdığı eyniadlı roman əsasında 2013-cü ildə çəkilmiş 3D formatlı 142 dəqiqəlik ekran əsəri. Filmin rejisoru Baz Lurman əsas rollara Leonardo Di Kaprio, Keri Mulliqan və Tobi Maquayr, Amitabh Baççan kimi görkəmli hollivud və bollivud ulduzlarını dəvət etmişdir. Filimin ilk primyerası 10 may 2013 ildə olmuşdur. == Süjeti == Roman Nik Karraueyin dilindən söylənilir. Roman Nik Karraueyin atasının ona vermiş olduğu nəsiyyəti: onun malik olduğu üstünlüyə malik olmayan insanları mühakimə etməməyəyi xatırlaması və buna Qetsbi hadisəsindən başqa bütün hallarda əməl etdiyini söyləməsi ilə başlanır. Nik doğma Orta Qərbə dönmək üçün Nyu-Yorku tərk edir. Beləliklə sonrakı hekayə retrospektiv olaraq əsərdə ərz olunur. == Filmin musiqisi == Filmin musiqi albomu 8 may 2013-cü ildə adi: ing. The Great Gatsby (OST) və xüsusi: ing.
Böyük Tatomba (film, 2005)
"Böyük Tatomba" filmi — Kişorekumarın meytey dilində, 2005-ci ildə çəkdiyi Hindistan filmidir.
Böyük boss (film, 1971)
Böyük Boss (ing. The Big Boss, mandarincə: 唐山大兄 — Tang shan da xiong) — 1971-ci ildə Brüs Linin iştirakı ilə çəkilən Honkonq filmidir. == Məzmun == Çenq (Brüs Li) kasıb, işsiz bir gəncdir. Dayısı ilə birlikdə Çində yerləşən Quandun vilayətindən Tailanda gəlir. Dostu çalışdığı buz fabrikində ona iş tapır. Fabrikdəki baş usta və onun adamları digər bütün çalışanlara pis davranmaqdadır. Bir gün çalışanlardan iki şəxs yoxa çıxır. Onları axtarıb tapmaq üçün fabrikada işləyənlərdən Hsu Çien və Ah Pei fabrikin sahibi olan "Böyük Boss" ləqəbli Hsiao Minin evinə gedirlər. Hsiao Mi bu hadisədən xəbəri olmadığını bildirsə də, onlar şübhə ilə yanaşırlar. Bu zaman Hsiao Minin heyəti ilə döyüşərək, öldürülürlər.
Böyük bostan (film, 1965)
Böyük bostan qısametrajlı sənədli televiziya filmii rejissor Mirzə Mustafayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film SSRİ-nin ən iri şəhərlərini bostan, tərəvəz məhsulları ilə təmin edən Azərbaycanın bölgələrindən, bu bölgələrdə çalışan zəhmət adamlarından bəhs edir. == Məzmun == Elmi-kütləvi filmdir. Kinolent SSRİ-nin ən iri şəhərlərini bostan, tərəvəz məhsulları ilə təmin edən Azərbaycanın bölgələrindən, bu bölgələrdə çalışan zəhmət adamlarından bəhs edir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Böyük dayaq (film, 1962)
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər. == Məzmun == Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. == Film haqqında == Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnisi Xalq artisti Flora Kərimova-ya məxsusdur.
Böyük diktator (film, 1940)
Böyük diktator (ing. The Great Dictator) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür. İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir. Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir.
Böyük gəzinti (film, 1966)
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Böyük gəzinti (film, 1971)
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Böyük insan (film, 1908)
"Böyük insan" (rusca:Большой человек) — Rusiya kino tarixində çəkilən ilk filmdir. 1908-ci ildə çəkilib. == Film haqqında == Film Rusiya kino tarixində çəkilən ilk filmdir. Dram filmidir. Çox köhnəldiyi üçün saxlanılmayıb. Rejissoru və ssenari müəllifi Aleksandr Drankovdur. Bundan başqa, bu film Drankovun eyniadlı pyesi əsasında çəkilib. Pyes Sankt-Peterburq Xalq Evinin teatr işçiləri tərəfindən tamaşaya qoyulub. Drankov, bundan başqa, həmin il Lev Tolstoyun göründüyü bir səssiz video da çəkmişdir. Həmin video saxlanılır.
Böyük sərkərdə (film, 1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Böyük tamaşa (film, 1974)
Böyük tamaşa qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan Dram Teatrının 100 illiyinə həsr edilmişdir. == Məzmun == Film Azərbaycan Dram Teatrının 100 illiyinə həsr edilmişdir. Burada teatrın keçdiyi şərəfli yaradıcılıq yolu və görkəmli səhnə ustaları barədə söhbət gedir. Filmdə inqilabdan sonrakı ilk illərdə Azərbaycan teatrının təşəkkül tapması dövrünə xüsusi yer ayrılmışdır. == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Böyük manevrlər (film, 1955)
"Böyük manevrlər" (fr. Les Grandes Manoeuvres) — rejissor Rene Klerin filmi. == Məzmun == 1914-cü il müharibəsinin başlanğıcı. Yaraşıqlı zabit Arman de la Vern öz dostları ilə mərcə girir. Öz öhdəsinə götürdüyü iş isə bundan ibarət olur ki, o, böyük manevrlər başlayana qədər əlçatmaz qadın – Mari Luiza Rivyeri yoldan çıxarmalıdır. Lakin leytenant Arman de la Vern həmin qadına həqiqətən aşiq olacağını hələ bilmir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Rene Kler, Cerom Ceronimi, Jan Marsan Rejissor : Rene Kler Operator : Robert le Fivi Bəstəkar : Corc van Parüs Prodüser : Rene Kler, Andre Daven === Rollarda === == Xarici keçidlər == "Böyük manevrlər" — Internet Movie Database saytında.
Böyük savaş (film, 1980)
Böyük savaş (ing. The Big Brawl, çin. 殺手壕) — 1980-ci il tarixli döyüş sənətləri filmidir. Ceki Çanın Amerika film bazarına girmək üçün ilk cəhdi. Bir Honq Konq və Amerika istehsalı olan Robert Klouzun rejissoru olduğu və Əjdahanın çıxışı komandasının əksəriyyətinin yer aldığı film. Film ilk növbədə 1930-cu illərdə İllinoys ştatının Çikaqo şəhərində çəkilir (baxmayaraq ki, Texasda çəkilmişdi) və Mafiyanı təkbaşına boynuna götürdüyü Çinli Amerika döyüş sənətçisi Çanın obrazını izləyir. Filmdə məşhur Xaç atası Luka Brazini canlandıran Lenni Montananın bir görünüşü var. Şimali Amerika və Honq Konqda mülayim bir müvəffəqiyyət olsa da, Böyük savaş, digər Asiya və Avropa bazarlarında daha çox müvəffəqiyyətə davam etsə də, bu bazarlarda gözləntilərin altında performans göstərdiyinə görə məyus oldu. Bununla birlikdə filmin Şimali Amerikadakı məyusedici performansı, Çana Top nüvəsi qaçışında Yapon yarış avtomobili sürücüsü kimi köməkçi rolları sınamağı tövsiyə etdi. Çan daha sonra 1985-ci ildə bu filmlə eyni aqibəti yaşayan Himayədar ilə Amerika bazarına girməyə başqa bir cəhd etdi.
Böyük yol (film, 1949)
Böyük yol qısametrajlı sənədli filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film sənət məktəbinin keçmiş məzunları-Ə.H.Qarayev adına Neftayırma Zavodunun gənc fəhlələri haqqında söhbət açır. == Məzmun == Kinooçerk sənət məktəbinin keçmiş məzunları-Ə.H.Qarayev adına Neftayırma Zavodunun gənc fəhlələri haqqında söhbət açır.
Böyük ümidlər (film, 1998)
"Böyük ümidlər" (ing. Great Expectations) — meksikalı rejissor Alfonso Kuaronun amerikan melodram janrında film. 1998-ci ildə ekranizasiya olmuşdur. == Süjet == 10 yaşında olarkən Finnegan Bell, Nora Dinmor adlı qoca ərə getməmiş bir qadının yanında qalır. Hələ cavanlıqda, onun sevgilisi toy mərasimində onu ataraq qaçmışdı. Bunun üçün Nora həyatının əsas məqsədi — qohumu olan Estellaya kişiləri nifrət etməyi aşılamaqdır. Doğrusu Estella elə gözəldir ki, Finn ona aşiq olur və beləliklə də o da Noranın hiyləsinə keçir. O vaxtdan bəri, Finn hər həftə ms Dinsmorun evinə gəlir və nəhayət bir gün Estella onunla gəzməyə çıxmağa razı olur. Lazımi yerdə görüşdükdən sonra, Estella ona xahiş edir ki, o öz evini ona göstərsin. O razı olur.
Böyük ürəkli (film, 2015)
Böyük ürəkli (hind: दिलवाले, Rom: Dilwale) — 18 dekabr 2015-ci ildə ekranlara çıxan Rohit Shetty tərəfindən çəkilmiş hind filmidir. Baş rollarda Şah Rukh Khan, Kajol, Varun Dhavan və Kriti Sanon iştirak edirlər. Vinod Xannanın sağlığında iştirak etdiyi son filmidir. == Süjet xətti == Rac mafiya üzvüdür. Bir gün düşmən dəstəsindən biri onu izləyərkən onların dəstəsindən Meera adlı bir qızla tanış olur. Onlar bir-birlərinə aşiq olurlar. Rac Meeranın rəqib dəstənin liderinin qızı olduğunu biləndə işlər daha da pisləşir. Bir-birini çox sevən iki cütlüyün sevgisi indi rəqib dəstələrdə olduqları üçün çox çətin vəziyyətdədir. Hər şeyə rəğmən onlar bir-birlərinə olan sevgilərini mühafizə edə biləcəklərmi?
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Dəvləkən
Davlekonovo — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Dəvələr
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Dəvdək
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.
Meşədən evə (film, 1964)
Denden-qu
Denden məbədi (電電宮, Denden-qu) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur. == Tarixi == Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır. 1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir. == Xüsusiyyətlər == Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir.
Denden məbədi
Denden məbədi (電電宮, Denden-qu) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur. == Tarixi == Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır. 1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir. == Xüsusiyyətlər == Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir.
Denden stadionu
Denden stadionu (ing. Denden Stadium) — Eritreyanın Əsməra şəhərində stadion. Tamaşaçı tutumu 10,000 nəfərdir. 1968-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
Aqil Əliyev. Böyük alim, böyük insan qısametrajlı sənədli televiziya filmi 2007-ci ildə Lider Televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Aqil Əliyev haqqındadır. == Məzmun == Film Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü Aqil Əlirza oğlu Əliyevə həsr olunmuşdur.