Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kassandra Damğası
Rupertin damlası
Şahzadə Rupert damlası (Bataviyanın şərəfinə — Hollandiyanın köhnə adı), həmçinin Bolonya şüşələri, Batavi göz yaşları (ing. Prince Rupert's drops) — son dərəcə yüksək daxili mexaniki gərginliyə malik temperli şüşənin dondurulmuş damcıları Temperatur aşağı düşdükdə, ərimiş şüşə kristallaşmır, əksinə şüşəli bir vəziyyətə çevrilir, yəni sərtləşən şüşənin atomları kristalda olduğu kimi "düzgün" yerlərini tutmağa vaxt tapmırlar, lakin bir quruluş meydana gətirirlər. mayenin quruluşuna bənzəyir. Qeyd etmək vacibdir ki, bu vəziyyətdə şüşənin xüsusiyyətləri, xüsusən də həcm ərimənin soyuma sürətindən əhəmiyyətli dərəcədə asılıdır. 400-600 °C temperaturda ərimiş şüşə damcısı suya düşəndə ​​onun xarici təbəqəsi o qədər tez soyuyur ki, şüşənin strukturunun özünü yenidən təşkil etməyə vaxtı olmur və həcmdə müvafiq dəyişiklik (azalma) az olur. . Digər tərəfdən, damlanın nüvəsi yavaş-yavaş soyuyur və buna görə də özək şüşəsinin strukturu xarici təbəqədəki şüşə ilə müqayisədə çox daha böyük dərəcədə dəyişir. Bununla belə, nüvənin həcmi struktur dəyişikliyinə görə dəyişə bilməz, çünki həcmdə belə bir dəyişikliyin qarşısını xarici təbəqə alır. Nəticədə, nüvə uzanır və xarici təbəqə sıxılır. Başqa sözlə desək, soyudulmuş damcının daxili hissəsində mexaniki dartılma gərginlikləri, xarici hissədə isə sıxıcı gərginliklər təsir göstərir. Sıxılmış qabıq çox güclüdür (məsələn, aerozol qutularının və ya beton metro tunellərinin dibləri eyni şəkildə qurulur), lakin qabıq məhv edilərsə, bütün gərginlik çıxarılır və damcı partlayır.
Şahzadə Rupert damlası

Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Dadaşlı
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Damğalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Damğalı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. Kənd dağətəyi ərazidə yerləşir.
Daşbaşı
Daşbaşı (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Zəngəzur) — Qərbi Azərbaycannın Qafan rayonununda kənd. Daşbaşı (Kvemo-Kartli) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd.
Başdaşı
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. Kurqan Küp qəbir Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Damdama (Çaypara)
Damdama (fars. دامداما‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 396 nəfər yaşayır (68 ailə).
Damğalı xalçaları
Damğalı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xovlu Azərbaycan xalçaları Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə "Damğalı"adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ – tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik. "Damğalı" tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı "S" hərfini xatırladn elementdir. Deyilənə görə, bu element əjdahanı təmsil edir. Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın "qoç","qoyun"mənaları verdiyini bildirmişdir. Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında "Oğuznamə"də söz açılan üçoxları təmsil edir. "Oğuznamə"də deyilir". Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı.
Daşbaşı (Ağdam)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Qafan)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. Yusif Aslanov - alim.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbaşı (Xocavənd)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Xudafərin)
Daşbaşı (fars. داش باشي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Daşbaşı (Zəngəzur)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. Yusif Aslanov - alim.
Daşbaşı dağı
Daşbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1708,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 3,5 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər, cənub yamacı sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Daşbaşı asimmetrik antiklinalın tağ hissəsində yerləşir. Zirvəsindən antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Bəşəriyyətin Yaddaşı
Bəşəriyyətin Yaddaşı (ing. Memory of Mankind) – Martin Kunze tərəfindən 2012-ci ildə maliyələşdirilmiş qoruma layihəsi. Əsas məqsəd bəşəriyyət haqda bu zamana qədər əldə edilən məlumatları insanların unutma və kollektiv şəkildə yaddan çıxarma problemlərindən mühafizə etməkdir. İnformasiya keramika üzərinə çap edilir, daha sonra Avstriyanın Hallstatt şəhərində daş duz mədənləri içərisinə yerləşdirilir. Adi bir arxiv layihəsindən fərqli olaraq, bu "bizim eramızın zaman kapsulu" olmağı hədəfləyir və insanlara ora istədikləri mətin və şəkilləri əlavə etməyə icazə verir. Milli arxivlərin əksinə MOM-un məlumat bazası burada iştirak etmək istəyən hər kəs tərəfindən qurulur.
Orxan Dadaşlı
Qumdaşı universitetləri
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Daşbaşı faciəsi
Daşbaşı qətliamı — Birinci Qarabağ müharibəsi zamanı 1993-cü il avqustun 14-dən 15-də ötən gecə, saat 04:00-05:00 radələrində Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələri tərəfindən Cəbrayıl rayonunun mühafizəsi üçün strateji əhəmiyyətə sahib olan Daşbaşı postuna olan hücumdur. Hücum zamanı mövqelərdə olan 28 hərbçidən 18-i öldürülmüşdür. Postun ermənilər tərəfindən nəzarətə alınmasından bir həftə sonra Cəbrayıl şəhəri işğal edilmişdir. == Döyüşlər == Cəbrayıl rayonunun eksklavı, Xocavənd rayonunun isə anklavı olan Daşbaşı rayon üçün strateji əhəmiyyətə sahib idi. Kəndin mühafizəsi üçün post qurulmuşdu. Məhz bu səbəbə görə də uzun müddət hərbi xidmətdə olmuş və döyüş təcrübəsi olan əsgərlər o posta göndərilmişdir. Daşbaşı mövqeyi irəlidə döyüşən Azərbaycan əsgərlərinə artilleriya dəstəyinin verilməsi və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərin hava rabitəsi ilə verdiyi məlumatlar əsasında açdıqları yaylım atəşlərlə erməni mövqelərinə zərbələrin endirilməsi idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol cinahında ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ cinahında isə Daşbaşı məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda zenitçilər durmuşdular. Avqustun 14-də, səhər saatlarında Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələrinin posta birinci hücumu olmuşdur.
Rus daması üzrə SSRİ çempionatı 1968
Kişilər arasında rus daması üzrə 28-ci SSRİ çempionatı 1968-cu ildə Bakı şəhərində dairəvi sistem üzrə keçirilmişdir. Ölkə birinciliyini Nikolay Abasiyev, ikici yeri Vitali Qabrilyan, üçüncü yeri isə Aleksey Ustinov tutmmuşdur (1 — qələbə, = — heç-heçə, 0 — məğlubiyyət) Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Rus daması üzrə SSRİ çempionatı 1979
Kişilər arasında rus daması üzrə 39-cu SSRİ çempionatı 1979-cu ildə Bakı şəhərində dairəvi sistem üzrə keçirilmişdir. Ölkə birinciliyini Viktor Litvinoviç, ikici yeri Mixayil Raxunov, üçüncü yeri isə Aleksey Ustinov tutmmuşdur (1 — qələbə, = — heç-heçə, 0 — məğlubiyyət) Архив журналов "Шашки" 1980 №3 Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Aydaşı (cemston)
Aydaşı – Na-K-lu alümosilikat mineralıdır. Kimyəvi formulu (Na, K)AlSi3O8-dir. Ortoklazın şəffaf, rəngsiz növüdür. Mineral həmçinin adulyar (İsveçrədə Adula dağ yatağın adına görə) kimi də tanınır. Aydaşının yataqları əsasən Qərbi Azərbyacanda Göyçə gölü ətrafında, Avstraliya, Avstriya Alpları, Meksika, Madaqaskar, Norveç, Polşa, Hindistan, Şri-Lanka və ABŞ-dadır. Andezit-bazalt tərkibli vulkanitlərin metasomatoz nəticəsində dəyişilərək başqa minerallarla yanaşı adulyarın əmələgəlmə prosesi. Adulyarlaşma adətən müasir vulkanların solfatar fəaliyyəti sayəsində baş verir. Adulyarlaşma propillit və törəmə kvarsit formasiyaları üçün səciyyəvidir. Qızıl, gümüş, civə, sürmə və b. metal filizlərinin çökməsini müşayiət edən kvars-adulyar-serisit tərkibli metasomatitləri əmələ gətirir.
Damalı suilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Ağdaşi
Ağdaşi — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Ağdaşi Mənsəbi Ağdaşi - XVIII əsr şairi Qul Əhməd Ağdaşi - (XVI) Gül Əhməd Şirvani əl-Ağdaşi əl-Cardami - XVI. Əsrin məşhur məntiq alimlərindən biri Qunut şərhi risaləsi var. Sədrəddin Şirvani əl-Ağdaşinin Ayətəl Kürsi Təfsiri risaləsi. Şeyx Əməd Əl Ağdaşi Abdullah Əfəndi el-Ağdâşî Məhəmməd Nəbi Ağdaşi Şeyx-i Kamil Şeyx Molla Məhəmməd əl-Ağdaşi əş-Şirvani ibn Rüqeyyə Xatun'un Abdulaziz Nəqşibəndi əl-Ağdaşinin Tuhfətul İxvan risaləsi və müridlərindən Trabzonlu Ali Nəfi əfəndinin mədhiyyəsi Abdunnafi Ağdaşi- namaz təlimi kitabı.
Kişilər arasında rus daması üzrə SSRİ çempionatı 1988
Kişilər arasında rus daması üzrə 48-ci SSRİ çempionatı 1988-ci ilin oktyabrında, Bakı şəhərinin mərkəzi sayılan Beş Mərtəbə adlanan yerin yaxınlığında, yenicə açılan respublika şahmat mərkəzində keçirilmişdir. Yarışma iki mərhələdə aparılırdı. Birinci mərhələ 10–20 oktyabr aralığında 32 damaçının iştirakı ilə keçirilmişdir. İsveçrə sistemi üzrə 9- yur keşirilmişdir. İkinci mərhələ 21–30 oktyabr aralığında dairəvi sistem üzrə keçirilmişdir. Bu mərhələdə 10 qrosmeyster və 2 master iştirak edirdi. Birinci və ikinci yerləri moskvalı Nikolay Abasıyev və kiyevli Mixayil Raxunov, bürünc medalı isə mariyampoleli Arunas Norvayşas tutmuşdur. Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Damiani Damiano
Damiano Damiani (23.7.1922, Pasiano – 7.3.2013, Roma) – italyan kinorejissoru. Milan Zərif Sənətlər Akademiyasında boyakarlıq sinfi üzrə təhsil almışdır. 1946-cı il dən kinoda (quruluşçu rəssam, rejissor köməkçisi) işləmişdir. Sonrakı 10 il ərzində Ç. Dzavattininin rəhbərliyi altında ona şöhrət gətirən bir neçə qısa metrajlı sənədli film (“Afforinin bandası”, “İncəsənət və reallıq”, “Diskobol”, “Formula 2”, “Hərəkət edən rəsmin yaranması” və s.) çəkmişdir. “Zavallı sevgililər haqqında povest” filminin (1953, rejissor. K. Lidzani) ssenari müəlliflərindən biridir. 1960-cı ildən bədii kino sahəsində çalışmışdır (“Dodaq boyası”). Damianinin rejissorluq fəaliyyətində kəskin süjetli, dinamik (“Muzdlu qatil”, 1961; “Kim bilir?”, 1966) kinematoqrafiya meyilli sosial-psixoloji problematikaya (“Arturo adası” və “Həmyerlilərin görüşü”, hər ikisi 1963; “Sıxıntı”, 1964; “Olduqca çətin qız”, 1969) maraqla birləşir. 1960-cı illərin sonu – 1970-ci illərdə Damiani korrupsiya və mafiya mövzularına xüsusi diqqət yetirmiş, siyasi kinematoqrafın liderlərindən biri olmuşdur: “Bayquş gündüz gəlir”(1967), “Ən gözəl arvad” (1970), “Polis komissarının respublika prokuroruna etirafı” (1971, Moskva Beynəlxalq kinofestivalının mükafatı), “İstintaq bitmişdir: unudun” (1972), “Hakimləri niyə öldürürlər” (1975), “Mən qorxuram” (1977), “Diz çökmüş insan” (1979), “Xəbərdarlıq” (1980). Neorealizm ənənələrini inkişaf etdirmiş Damiani ideal qəhrəmana inamı, romantik kolliziya və teatrallığa meyilliyi saxlamışdır.
Damiano Damiani

Devi lampası
Devi lampası— tor arakəsmənin içində qapalı alov fitili lampadan ibarət alışqan atmosferə malik yerlərdə istifadə olunan təhlükəsiz lampalardır. 1815-ci ildə Hemfri Devi tərəfindən kəşf olunub. Əvvəllər onun yanmasında bitki yağından istifadə edilib. Bu daş kömür mədənlərində metan və digər alışan qazların olmasına görə partlayış təhlükələrini azaltmaq üçün yaradıldı. Devi lampası barədə xəbərlər noyabrın 3-də 1815-ci ildə Nyukaslda Kral Cəmiyyətinin görüşdə açıqlanıb və lampanı əks etdirən sənəd formal olaraq Noyabrın 9-də təqdim olunub. Bu kəşf üçün, Devi Cəmiyyətin Rumford Medalına layiq görülmüşdür. Bu lampadan sınaq üçün ilk dəfə 9 yanvar 1816-cı ildə Hebburnda istifadə edilib.
Dəniz dalğası
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Elektrik lampası
Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı. XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.