Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Date (Hokkaydo)
Date (yap. 伊達市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İburi sabprefekturada yerləşən şəhər.
Date A Live
Date A Live (デート・ア・ライブ, Dēto A Raibu, azərb. Həyatla görüş‎) — Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən Fujimi Shobo nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunur. İndiyə qədər ranobenin 17 cildi çapdan çıxmışdır. Ranobe əsasında istehsal olunmuş "Date AST Like" adlı manqa adaptasiyası "Monthly Dragon Age" jurnalında 2012-ci ilin martından 2013-cü ilin dekabrına kimi nəşr olunmuş və 4 cildi buraxılmışdır. Compile Heart və Sting şirkətləri ranobe əsasında 3 videooyun hazırlamışdır. AIC studiyası tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı adaptasiyası 2013-cü ilin 6 aprelindən 22 iyununa kimi Yaponiyada yayımlanmışdır. Production IMS tərəfindən istehsal olunmuş davam mövsümü — "Date A Live II" Yaponiyada 2014-cü ilin 12 aprelindən 14 iyununa kimi nümayiş etdirilmişdir. Anime filmi adaptasiyasının premyerası isə 22 avqust 2015-ci ildə baş tutmuşdur. 2019-cu ilin yanvarından martına kimi üçüncü mövsümü yayımlanmışdır.
Play Date (mahnı)
"Play Date" — amerikalı müğənni-bəstəkar Melani Martinesin Cry Baby (2015) adlı debüt albomunun delüks buraxılışında yer alan mahnı. 2020-ci ilin aprel ayında TikTok tətbiqində populyarlıq əldə etdi. 1 may 2020-ci ildə mahnı Amerika Birləşmiş Ştatlarında 500.000-dən çox satışa görə Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən Qızıl sertifikat aldı. Daha sonra 9 dekabr 2020-ci ildə Platinum sertifikatına layiq görüldü. "Play Date" Nyu-Yorkda qeydə alınıb və Martinesin sözlərinə görə, "çox tez" yazılmışdır. 2015-ci ildə buraxılmasına baxmayaraq, mahnı 2020-ci ilin aprel ayında TikTok tətbiqində geniş istifadə olunduğu üçün hit oldu və populyarlıq qazandı. Mayın 8-də mahnı Spotify-da 80 milyondan çox oxuma və YouTube-da 40 milyon baxış qazandı. Mahnı bir çox görkəmli Spotify pleylistilərində, məsələn, Today's Top Hits, Pop Rising və Teen Beats-də səslənmişdir. Martines həm Pop Rising, həm də Teen Beats-ın üz qabığında yer alıb. 28 aprel 2020-ci ildə Martines Instagram-da mahnının uğurunu "indiyə qədərki ən yaxşı ad günü hədiyyəsi" kimi qeyd etdi.
Daməd Nəbiyev
Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi ö.24 noyabr 2021) - Böyük Vətən müharibəsi veteranı, mayor. == Həyatı == Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir. 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir. 1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər. 1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.
Damad
Mir Damad (1561, Qorqan – 1631) — İran filosofu, ilahiyyatçısı, avitsinenin neoplatonik İslam peripatetik fəlsəfəsinin nümayəndəsi. O, həmçinin İslam elmləri sahəsində alim və baş xadimi olmuşdur. Metavemik yaranma nəzəriyyəsinin müəllifidir. O, İsfahan məktəbinin əsas qurucularından biri idi. == Həyatı == Onun İslam fəlsəfəsinə əsas töhfəsi zamanın dərəcələrinə və zamanın ayrı-ayrı kateqoriyalarının ilahi təcəssüm kimi emanasiyasına dair yeni ifadəsidir. O, Avicenna və Suhravardi kateqoriyalarına əsaslanan bir izahat kimi xudus-e-dahri ("əbədi gələn") anlayışını təklif edərək, vaxt ərzində dünyanın yaradılması və ya yaradılmamasına dair mübahisəni həll etdi, Bir sözlə, o, yer və bütün göy cisimləri də daxil olmaqla, Allah istisna olmaqla, hər şeyin əbədi və müvəqqəti mənşəli olduğunu iddia etdi.
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (Talışca "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Datis
Datis və ya Datus – I Daranın hakimiyyəti dövründə Fars Əhəməni ordusunda xidmət etmiş Midiyalı sərkərdə. O, daha çox, Yunan-İran müharibələrinin birinci kompaniyasında Artaferlə birgə Fars ordusuna rəhbərlik etməsi ilə yadda qalmışdır. Datis Naksos adasının mühasirəsinə cavabdeh olan ilk Əhəməni sərkərdəsi olmaqla yanaşı, e.ə. 490-cı ildə rəzil fars ordusuna rəhbərlik edərək Eretrianı fəth etmişdir. Həmin il yunanlara qarşı baş vermiş Marafon döyüşündə isə o, Əhəməni ordusunun hücumçu qüvvələrinə rəhbərlik etmişdir. Ktesi bildirir ki, Datis Marafon döyüşündə çətin hala düşərək afinalıların əlinə keçmişdir. Ancaq Herodot onun bu döyüşdən sağ çıxdığını qeyd etmişdir. Əslində Datisin vəzifəsi Artaferlə birgə yunan ordusunun yürüşünün qarşısını almaq idi. Çünki, I Dara Trakiyaya hərbi səfər zamanı çox əziyyət çəkmiş Mardoniusun hərbi yükünü müvəqqəti olaraq bir az azaltmaq qərarına gəlmişdi.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Diatez
Diatez (yun. diáthesis) — insan orqanizmində, daha çox uşaqlıq vaxtında irsi olaraq əmələ gəlmiş pataloji reaksiya və ya xəstəlik. Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir. Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də. == Səbəbi == Diatez niyə əmələ gəlir? Uşağın həyatının ilk aylarında allergenlər üçün ən əsas "görünməz gizli qapı" — mədəbağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara xeyli dərəcədə yüksək olur.
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. == Coğrafiyası və iqlimi == Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. == Din == Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
Eşted (teleqüllə)
«Eşted» (çex. Ještěd) — Liberets yaxınlığındakı Eşted dağında (dəniz səviyyəsindən 1012 metr yüksəklikdə) 1966-1973-cü illərdə hiperboloid quruluşu şəklində inşa edilmiş bir bina. Eşted Architekt jurnalına görə Çexiyanın XX əsrdə inşa edilən ən məşhur binasıdır. Şəhərin memarlıq dominantıdır, bütün Liberest bölgəsi kimi şəhərdə olan universitet və bir futbol klubunun simvoludur. 1998-ci ildən televiziya qülləsi Çexiyanın mədəniyyət abidəsi statusuna sahibdir. 2006-cı ildə Milli Mədəniyyət abidəsi elan olunmuşdur. Müəllifin fikrinin əsası təpənin şəklini qüllənin silueti ilə təkrarlamaq, vurğuları tamamlamaq olur. Tikilinin hündürlüyü demək olar ki, 100 metrdir. Əsası 33 metr diametrli bir dairədə yerləşir. Layihənin müəllifi və memarı Karel Qubaçekdir, statik hesablamalarda Zdenek Patrman və interyerin həllində Otakar Binar iştirak etmişdir.
Fateh-110
Fateh-110 İranın Aviasiya Sənayesi Təşkilatı tərəfindən istehsal edilən "yer-yer" tipi qısa mənzilli ballistik raketdir. İran bu raketin yekun sınaq uçuşunu 2002-ci ilin sentyabr ayında həyata keçirmişdir. Bu sınaqdan bir neçə həftə sonra, sentyabr ayının ortalarında İran Aviasiya Sənayesi Təşkilatı Fateh-110 ballistik raketlərinin seriyalı istehsalını təşkil etmək məqsədilə yeni zavodun açılışını etmişdir. İlkin məlumatlarda raketin atəş məsafəsi 200 km olaraq göstərilsə də, 2004-cü ilin sentyabr ayında raketin hazırkı atəş mənzilinin 250 km olduğu və gələcəkdə ehtiyac yaranacağı təqdirdə bu məsafənin daha da artırılmasının mümkün olduğu qeyd edilib. 2012-ci ildə iranlı rəsmilər dördüncü nəsil Fateh-110 ballistik raketinin 300 km məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etmək gücündə olduğunu açıqlamışdır. == Tarixi == İran-İraq müharibəsi başa çatdıqdan sonra İran hökuməti qısa mənzilli və yüksək dəqiqliyə malik ballistik raketə ehtiyacın olduğunu nəzərə alaraq, bu məsələnin üzərində işləməyə başlamışdır. Beləliklə, 1989-cu ildə Çindən Sovet istehsalı S-75 raketlərinin oxşarı olan 200 ədəd CSS-8 qısa mənzilli raketləri satın alınmışdır. Lakin, bu raketlər də qısa atəş məsafəsinə, döyüş başlığının yüngül olmasına və çətin struktura sahib olmasına görə iranlıları qane etmədi. Son nəticədə, idarəolunan qısa mənzilli raketin istehsal olunması məsələsi "Shahid Bagheri Industries" şirkətinə həvalə olundu. 1995-ci ildə başladılan bu proqram üçün Zilzal-2 raketi əsas götürülmüşdür.
Fateh Fətullayev
Fateh Mirzə Möhsün oğlu Fətullayev (1 sentyabr 1909, Lənkəran, Lənkəran qəzası – 4 may 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Fateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885–1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynamış və onlara quruluş vermiş, çox filmlərdə rol almışdır. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Fateh Fətullayevin üç qardaşı olub. Ümumiyyətlə bu ailədə böyüyən dörd oğul və onların ardıcılları Azərbaycanın tanınmış sənətkarlarına çevrilmişlər.
IV David
IV David və ya Qurucu David (gürc. დავით აღმაშენებელი, Davit Ağmaşenebeli; 1073, Kutaisi – 8 fevral 1125, Tiflis) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s.
Kamel Daoud
Kamel Daoud (17 iyun 1970[…], Mostaqanem, Mostaqanem vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub. Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir. Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı. Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir. Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.
Katex bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Katex kilsəsi
Katex kilsəsi - Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsr alban kilsəsi. Kilsəyə getmək olduqca çətindir. Bir neçə kilometr mövcud dağ yolu ilə getdikdən sonra çətin dağ cığırlarından (heyvanların açdığı - ora insan nadir hallarda gedə bilər) keçmək, üç dəfə gur dağ çaylarından adlamaq lazımdır. Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.
Katex qüllələri
Katex qüllələri — Balakən rayonunun Katex kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış qüllələr. == Memarlıq xüsusiyyətləri == Qüllələrin inşasında ərzidən keçən çayda bol olan yerli daşlardan istifadə edilmişdir. Qüllələrin aşağı hissələri böyük ölçülü kobud daşlardan, yuxarı hissələri isə səliqə ilə kəsilmiş kiçik ölçülü qaya daşlarından inşa edilmişdir. İnşaat zamanı keyfiyyətli əhəng məhlulundan istifadə olunurdu. Məhlulun möhkəmliyi o qədər yüksəkdir ki, qüllələrdən qopub düşmüş hissələr parçalanmadan iri bloklar şəkildə qalmışdır. Qüllələrin divarlarının qalınlığı aşağıda 0.9 metrdən başlayır və yuxarı qalxdıqca 0.5-0.6 metrə qədər azalır. Qüllələrin xarici divarları zəif maililiyə malikdir. Maşikulların kronşteynləri bir neçə sıra iri daşlardan formalaşdırılmışdır. Onlar divar səthindən irəli çıxaraq, bir-birini üstündə asılır. Kronşteynlərin sayı bəzi qüllələrdə hər divarda altıya qədər çatır.
Kurmancan Datka
Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası. == Həyatı == Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi. Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi. Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi.
Katod
Katod (yunanca χάθοδος - aşağıya hərəkət) — məbənin mənfi qütbü (qalvanik elementin, elektrik batareyası və s.) və ya cərəyanın mənfi qütbünə qoşulmuş hər hansı bir qurğunun elektrodudur. Elektroliz prosesi zamanı (məhluldan elementlərin alınması və onların sabit elektrik cərəyanı altında əriməsi) katod mənfi qütbdür, onun üzərində metalın bərpası baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir. == Mənbə == Qarayev, Z. Qeyri-üzvi kimya. Bakı: Maarif, 1983, 436s.