DAVRAN
DAYANDAR
OBASTAN VİKİ
Rahilə Davud
Rahilə Davud (uyğ. راھىلە داۋۇت, çin. ənən. 热依拉·达吾提, pinyin: Rèyīlā Dáwútí; 20 may 1966, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin dilşünası. Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən Sincan Universitetində professor işləmiş olan Davud beynəlxalq səviyyədə uyğur folkloru və ənənələri üzrə mütəxəssis kimi tanınırdı. O, vaxtilə Çin Mədəniyyət Nazirliyindən mükafat və qrantlar almış, folklor institutunun qurucusudur. Davud 2017-ci ildə Çin hökuməti tərəfindən qaçırılmış və o vaxtdan bəri itkin düşmüşdür. Onun dövlət orqanları tərəfindən açıqlanmayan bir yerdə saxlanıldığı güman edilir. Rahilə Davud 1966-cı ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. O, 30 ildən çoxdur ki, Çin Kommunist Partiyasının üzvü olmuşdur.
Sidi-Davud
Sidi-Davud (ərəb. سيدي داود‎ , fr. Sidi Daoud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 49 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 91 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 47 kilometr şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 16 900 nəfər idi.
Davud Şirinov
Davud Abbas oğlu Şirinov (1910, Sarov, Yelizavetpol qəzası – iyun 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1956–1957), Azərbaycan SSR toxuculuq sənayesi naziri. == Həyatı == Davud Abbas oğlu Şirinov 1910-cu ildə kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə toxuculuq texnikumunu bitirdikdən sonra Orconikidze adına Gəncə toxuculuq kombinatında usta köməkçisi, sonra Lenin adına Bakı toxuculuq kombinatında növbə ustası işləmişdir. 1940-cı ildə Moskva Toxuculuq İnstitutunu bitirmiş və Bakıdakı Lenin adına toxuculuq kombinatının əyiricilik fabrikində sex rəisi, texniki rəhbər vəzifələrində işləmiş, kombinatın baş mühəndisi, sonra isə direktoru olmuşdur. 1943–1948-ci illərdə Davud Şirinov Orconikidze adına Gəncə toxuculuq kombinatına rəhbərlik etmişdir. 1948-ci ildə Azərbaycan SSR toxuculuq sənayesi nazirinin birinci müavini, 1955-ci ildə isə toxuculuq sənayesi naziri vəzifəsinə təyin edilmişdir. 1956–1957-ci illərdə Azərbaycan SSR yüngül sənaye naziri olmuş, 1957–1971-ci illərdə Yüngül Sənaye İdarəsinin rəisi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin müavini, Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini vəzifələrində çalışmışdır. Davud Şirinov 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXI qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Dəfələrlə Bakı və Kirovabad şəhər partiya komitələrinin tərkibinə seçilmiş, şəhər sovetlərinin deputatı olmuşdur.
Davud Qülləsi
Davud Qülləsi (İvrit: מגדל דוד, romanlaşdırılmış: Migdál Davíd), Qala (ərəb. القلعة, romanlaşdırılmış: əl-Qala'a) kimi də tanınır — Qüdsün Köhnə Şəhərinin Yaffa Qapısının girişinin yaxınlığında yerləşən qədim qaladır. Bu günə qədər dayanan qala Məmlük və Osmanlı dövrünə aiddir. O, müsəlman düşmənləri tərəfindən səlibçilərin Müqəddəs Torpaqda mövcudluğunun son onilliklərində dəfələrlə dağıdıldıqdan sonra Hasmoniya, Herodiya, Bizans və Erkən Müsəlman dövrlərinə aid bir sıra əvvəlki qədim istehkamların yerində inşa edilmişdir. Burada 2500 ildən çox keçmişə aid mühüm arxeoloji tapıntılar var, o cümlədən Birinci Məbəd dövrünə aid karxana, sənətkarlıq şouları, konsertlər, səs və işıq tamaşaları üçün bir məkandır. İsrailli arxeoloq Dan Bahat yazır ki, şəhərin bu ərazisində yerləşən ilk üç Hasmon qülləsi Hirod tərəfindən dəyişdirilib və "Şimal-şərq qülləsi "David Qülləsi" adlandırılan daha böyük, daha nəhəng bir qüllə ilə əvəz edilib. 5-ci əsrdən başlayaraq" "Davud Qülləsi" adı 19-cu əsrdə qalanın şimal-şərqindəki Herod qalasından qalanın qarşı tərəfindəki 17-ci əsrə aid minarəyə və 1967-ci ildən sonra köçmüşdür. ​ == Haqqında == "Davud Qülləsi" adı ilk dəfə eramızın 5-ci əsrində Hirodiya qülləsi üçün bu yerin Kral Davudun sarayı olduğuna inanan Bizans xristianları tərəfindən istifadə edilmişdir. 2010-cu ildə İsrail Qədim Əşyalar İdarəsi adından Yehudah Rapuano tərəfindən saytın sorğusu aparıldı.
Əbu Davud
Əbu Davud və ya tam adı ilə əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني‎, 817, Sistan – 888, Bəsrə, İraq, Abbasilər xilafəti) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi. Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Azd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur. Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi.
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Davud Məhəmmədov
Davud Məhəmmədov (8 noyabr 1970, Mahaçqala – 7 iyun 2005, Mahaçqala) — 1991–1993-cü illərdə Rusiyanı, 1994–2003-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Davud Məmmədov 1991-ci lin iyununda SSRİ Çempionatının bürünc medalına sahib oldu. SSRİ-nin dağılmasından sonra isə Davud Məmmədov 1992-ci ildə Rusiya çempionu, 1993-cü ildə isə turnirin finalçısı oldu. Rusiya yığmasının əsas heyət üzvü olmadığına görə Davud Məhəmmədov 1994-cü ildə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Davud Məhəmmədov 1994-cü ilin avqustunda İstanbul şəhərində baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu. 1996-cı ildə isə Davud Məhəmmədov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Davud Məhəmmədov olimpiadanın birinci görüşündə İran nümayəndəsi Abbas Cədidi ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:4 hesabı ilə məğlub olan Davud Məhəmmədov mübarizəsini təsəlliverici qrupda davam elədi. Qrupun birinci görüşündə Davud Məhəmmədov Albaniya nümayəndəsi Şelqin Troplini üzərində 10:0 hesabı ilə inamlı qələbə qazansa da, növbəti görüşdə Dünya və Avropa çempionu Almaniya nümayədəsi Aravat Sabeyeva 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı 11-ci pillədə başa vurdu. 1997-ci ilin iyununda Polşada Avropa Çempionatını 6-cı pillənin sahibi olan Davud Məhəmmədov həmin ilin avqustunda Rusiyada Dünya Çempionatını 18-ci pillədə başa vurdu.
Davud Məmmədbəyov
Davud Məmmədbəyov (tam adı: Davud İsa oğlu Məmmədbəyov; d. 15 yanvar 1933, Şağan, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqişünası, pedaqoqu, tarzəni və tədqiqatçısı, Moskva Dövlət Konservatoriyasının baş müəllimi və dosenti, Əməkdar incəsənət xadimi (1991). == Həyatı == Davud İsa oğlu Məmmədbəyov 15 yanvar 1933-cü ildə Bakı şəhərinin Şağan kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Davud 7 yaşında ikən – 1940-ci ildə musiqi məktəbinə məhz tar ixtisası sinfi üzrə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün 1948-ci ildə Asəf Zeynallı adına Bakı Dövlət Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olmuşdur. Davud tar üzrə ixtisas dərsini tarzən-pedaqoq Adil Gəraydan, muğam fənnini pedaqoq Əhməd Bakıxanovdan almışdır. Bu illərdə Davud Məmmədbəyov təkcə tar sənətini öyrənməklə yanaşı, eyni zamanda musiqi tarixi və nəzəriyyəsini dərindən mənimsəmiş və bu sahədə ixtisasçı olmaq üçün müəllimlərinin təkidi ilə 1952-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq daxil olmuşdur. Bir il sonra o, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının II kursuna köçürülmüşdür. Məmmədbəyov konservatoriyanın V kursunu bitirəndə – 1957-ci ildə "Qara Qarayevin "Yeddi gözəl" baleti" mövzusunda diplom işini müvəffəqiyyətlə müdafiə edir və aspiranturada təhsili davam etdirməyə göndərilir. Aspiranturada onun elmi rəhbəri musiqişünas-alim, professor, Rusiya Respublikasının əməkdar incəsənət xadimi Vladimir Protopopov olmuşdur.
Davud Məmmədov
Davud Cəbrayıl oğlu Məmmədov (21 fevral 1910, Yelizavetpol – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1958–1963). == Həyatı == Davud Məmmədov 1910-cu ildə hazırkı Gəncə şəhərində xırda qulluqçu ailəsində anadan olmuşdur. 1928-ci ildə orta məktəbi bitirərək Tiflis Politexnik İnstitutuna daxil olmuş, sonra isə Bakıdakı Azərbaycan Neft İnstitutuna keçərək həmin institutu 1933-cü ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Davud Məmmədov təhsil aldığı illərdə S. M. Kirov adına mexaniki zavodda mühəndis vəzifəsində çalışmış, təhsilini tamamladıqdan sonra da burada qalaraq əvvəlcə mühəndis-texnoloq, sonra növbə rəisi və mexaniki sexin rəis müəvini işləmişdir. 1935-ci ildə Davud Məmmədov Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmış, tərxis olunduqdan sonra yenidən işlədiyi zavoda qayıtmışdır. Burada texnoloji proseslər üzrə qrupun rəhbəri, 1939-cu ilin avqustunda isə zavodun baş mühəndisi olmuşdur. Bundan sonra o, rəhbər işə irəli çəkilərək "Azərneftmaş" trestinə müdir təyin edilmişdir. Davud Məmmədov Sovet İttifaqının sifariş etdiyi qazıma avadanlığını texniki cəhətdən yoxlayıb qəbul etmək üçün 1946-cı ildə mütəxəssis qismində Amerika Birləşmiş Ştatlarına göndərilmiş, ezamiyyətdən qayıtdıqdan sonra bir müddət Leytenant Şmidt adına maşınqayırma zavoduna başçılıq etmiş, sonra isə yenidən "Azərneftmaş" trestinin müdiri olmuşdur. 1957–1958-ci illərdə Davud Məmmədov Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədr müavini, sonra isə Azərbaycan SSR yerli sənaye naziri olmuşdur. Davud Məmmədov "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.
Davud Məmmədsoy
Davud Məmmədsoy (d. 4 noyabr 1995) — Azərbaycanlı cüdoçu. == Həyatı == Davud Məmmədsoy 4 noyabr 1995-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. 2018-2019-cu illərdə hərbi xidmətdə olmuşdur. == Karyerası == === Erkən illəri === Davud Məmmədsoy karyerasına 6 yaşında taekvondo idman növü ilə başlamışdır. 2 il taekvondo ilə məşğul olduqdan sonra cüdo ilə məşğul olmağa başlamışdır. === Peşəkar fəaliyyəti === Professional karyerasına 2011-ci ildə yeni yetmələrin respublika çempionluğu ilə başlayıb. 2013-cü ildə 55 kg-da gənclər arası respublika yarışında 3-cü yer tutmuşdur. Polşada keçirilən Avropa Kubokunda 3-cü, Kiyevdə keçirilən Avropa Kubokunda 2-ci yer tutmuşdur.
Davud Nəsib
Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax – 26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). == Həyatı == Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963). Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur. 1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972).
Davud Paşa
Davud paşa (Qarabağ)
Davud Paşayev
Davud Hüseyn oğlu Paşayev (rus. Дави́д Гусе́йнович Паша́ев; 19.7.1940, Ostaşovo, Moskva vilayəti — 6.4.2010, Moskva) — Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru (1993–2004) və prezidenti (2004–2010), "Sevmaş" maşınqayırma zavodunun direktoru (1988–2004), Rusiya qəhrəmanı (1995), Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006). == Həyat və fəaliyyəti == Davud Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu. 1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında "Şimal maşınqayırma müəssisəsi" istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur.
Davud Qurbanov
Davud Qədiməliyev
Davud Əli oğlu Qədiməliyev - N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti biotexnologiya kafedrasının professoru, biologiya elmləri doktoru. == Fəaliyyəti == 7 noyabr 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. Mordoviya Dövlət Universitetinin fizika fakültəsini bitirib (1975). Bioloji elmlər namizədi (1985), bioloji elmlər doktoru (2003). Dosent (1994). MDU biotexnologiya kafedrasının professoru (2003 - 2013 ). Professor (2013-ci ildən hal-hazıradək). Mordoviya Dövlət Universiteti yanında «biotexnologiya», «ekologiya», «aqrokimya», «ümimi torpaqşünaslıq» ixtisasları üzrə iki doktorluq dissertasia şurasının, fakültə elmi şurasının, fakültə attestasiya komissiyasının üzvü, bioloji elmlər üzrə ekspertlər şurasının sədridir. Rusiya biotexnoloqlar cəmiyyətinin, Rusiya biofizikləri cəmiyyətinin, Moskva təbiət sınaqçıları cəmiyyəti Mordoviya şöbələrinin üzvüdür. Elmi maraq sahələri – kompozisiya materialları biotexnologiyası, biokatalizatorlar, sənaye ekologiyası.
Davud Səfiyarov
Davud Səfiyarov - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi. == Haqqında == Davud Səfiyarov 1875-ci ildə Bakı şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atasını erkən itirən Davud anasının himayəsi altında böyümüşdür. Bakıda ağır ehtiyac içərisində yaşayan ailə 1884-cü ildə Şamaxıya köçdü. Burada mədrəsədə oxuyan Davud bir neçə il ərzində türk və fars dillərini mükəmməl öyrəndi. Davud Səfiyarov xanəndə kimi ilk dəfə Şamaxıda Mahmud ağanın məclislərində çıxış etmişdir. 1896-cı ildə Mahmud ağa vəfat etdikdən sonra Davud Bakıya köçdü. Burada Cabbar Qaryağdı oğlu ilə yaxından tanış oldu. 1905-1915-ci illər ərzində Bakıda verilən teatr tamaşalarının fasilələrində və "Şərq konsertləri"ndə Azərbaycan xanəndələri ilə birlikdə Davud Səfiyarov da çıxış etmişdi. 1912-ci ildə Davud Səfiyarov məşhur Azərbaycan müğənniləri - Keçəçi Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev ilə birlikdə səsini vala yazdırmaq üçün "Sport-Rekord" şirkəti tərəfindən Varşava şəhərinə dəvət edilir.
Davud Xəlvəti
Davud Xəlvəti — (داود خلوثى }) — xəlvəti şeyxi == Həyatı və təhsili == Türkiyənin Bolu şəhərində anadan olmuşdur. Bağdadda təhsil aldıqdan sonra Amasyaya getmiş, Seyid Yəhya Bakuvinin davamçılarında Həbib Qaramanininin (ö.1497) ardıcılı olmuşdur. === Vəfatı === 1507-ci ildə Mudurnu vəfat etmişdir. == Faəliyyət == === Xəlvətiyyə fəaliyyəti === Bir müddət sonra xəlvətiliyi yaymaq üçün öz şeyxi tərəfindən Mudurnuya göndərilmişdir. Davud Xəlvəti "Gülşəni-Tövhid" adlı məzmun əsərin müəllifidir. Əsərin dövrddə birini "ətvari-səbə"( (nəfsin mərtəbələri) mövzusu təşkil edir. Digər hissəsində Əli ibn Əbu Talibin və Əbu Seyid Əbülxeyr, Sührəvərdi.ş İbn Ərəbi, Cəlaləddin Rumi, Bakuvi, Həbib Qaramani kimi sufilərin kəlamları tərcümə və şərh edilir. Məsnəvi şəklində, yazılmış əsərdə qəzəl, qəsidə və rübailər, eləcə də təsəvvüfi-əxlaqi mövzular toplanmışdır.
Davud Zöhrabov
Davud Ramazan oğlu Zöhrabov — Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Mədəni Maarif ixtisasından sonra 1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun "kinoistehsalat təşkilatçılığı" kursunu bitirib. Kursu bitirəndən sonra orada "Möhkəm qoz" ("Krepkiy Oreşok") filmində direktor kimi təcrübə keçib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Davud Zöhrabov 11 sentyabr 2005-ci ildə vəfat edib. == Filmoqrafiya == Bəxtəvər (film, 1990) Dəli Kür (film, 1969) Əlavə iz (film, 1981) Gözlə məni (film, 1980) Güzgü (film, 1990)(II) İstintaq (film, 1979) Qanlı zəmi (film, 1985) Ölsəm... bağışla (film, 1989) Park (film, 1983) Son tamaşa (film, 1989) Yeddi oğul istərəm...
Davud peyğəmbər
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Davud ulduzu
"Davud ulduzu" (ivr. מָגֵן דָּוִד‏, "David qalxanı", Magen David (idiş dilində Magendo`vid kimi tələffüz olunur)) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur. Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Hz. Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edilməsi ehtimal edilir. masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub. Ancaq masonların bununla bağlı fərqli fikirləri vardır.
Davud İbrahim
Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu; dünyanın ən güclü mafiya liderlərindən biri. Onun əsl adı Şeyx Davud İbrahim Kaskardır. 1955-ci ildə anadan olmuşdur. D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir. D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır. D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir. ABŞ Konqresi D.İbrahimi "əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir.
Çar Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Davud sapandı
Davud sapandı ((ivr. ‏קלע דוד‏‎, Rom: Kela David) eyni zamanda əvvəllər Sehrli Çubuq (ivr. ‏שרביט קסמים‏‎, Rom: Sharvit Ksamim) kimi də tanınıb) və ya Stanner (ing. Stunner, ingiliscə stun sözündəndir — gicəlləndirmək; çaşdırmaq, yayındırmaq deməkdir) — İsrailin müdafiə sənayesi məhsullarının istehsalı ilə məşğul olan şirkəti Rafael inkişaf etmiş müdafiə sistemləri və Amerikanın müdafiə sənayesi istehsalçısı olan Raytheon şirkətinin müştərək istehsalı olan və İsrail Müdafiə Qüvvələrinin istifadəsində olan hava hücumundan müdafiə sistemidir Hava hücumundan müdafiə sistemi düşmən təyyarələrini, pilotsuz uçuş aparatlarını, taktiki ballistik raketləri, orta və uzun mənzilli raketlər və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş və 40 km (24,85 mil) ilə 300 km (186,41 mil) arasında mənzilə malikdir. Davud sapandının İsrail ordusunun arsenalında olan MIM-23 Hawk və MIM-104 Patriotu əvəz etməsi gözlənilir. Davud sapandı İsrailin raket hücumundan müdafiə sisteminin ikinci mərhələsini dəstəkləmək üçündür. Davud sapandının adı Müqəddəs Kitabdakı Davud və Calut haqqında olan hekayədən götürülmüşdür. Arrow 2, Arrow 3, Dəmir Qübbə, Barak 8 və Dəmir şüadan ibarət olan İsrailin inkişaf etdirməkdə olduğu və gələcəkdə istifadə etməyi planlaşdırdığı çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsini təşkil etməlidir.
Kamil Davud
Kamel Daoud (17 iyun 1970[…], Mostaqanem, Mostaqanem vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub. Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir. Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı. Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir. Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.
Davud Rəsulzadə
Davud Rəsulzadə (tam adı: Mirzə Davud Məsim oğlu Rəsulzadə; 1900, Yelizavetpol – 1943, Omçak[d], Olski rayonu[d], Xabarovsk diyarı, SSRİ, RSFSR[d]) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR-nin Gürcüstan SSR-də konsulu, "Yeni fikir" qəzetinin baş redaktoru, ADPİ-nin direktoru, repressiya qurbanı. == Həyatı == Atası Molla Məsim Rəsulzadə Gəncədə tanınmış din xadimi idi. Məkkədə ruhani seminariyasında oxumuşdu, ərəb və fars dillərini mükəməl bilirdi. 1900-cı ilin dekabrında tərəqqipərvər əməlinə və maarifçilik fəaliyyətinə görə təqib olunan Axund Molla Məhəmməd Pişnamazzadənin evində polis tərəfindən axtarış aparılır. Bəhanə olaraq səbəb gətirilir ki, guya Türkiyə və İran hökumətləri ilə əlaqə saxlayan axund Qafqazda Rusiyaya qarşı ixtilaf hazırlayır və hökumətə qarşı əks-təbliğat aparır. Bu yersiz günahlar əsasında Axund Məhəmməd Pişnamazzadə və onunla birlikdə 37 nəfər azərbaycanlı ziyalı "qiyama hazırlıq" bəhanəsilə həbs edilir. Həbs edilənlər arasında Molla Məsim Rəsulzadə də var idi. Davud Rəsulzadə 1908–1914-cü illərdə Gəncə 6 sinifli şəhər məktəbində, 1914–1918-ci illərdə isə Tiflisdəki orta ixtisas texniki məktəbdə təhsil alıb. Orta ixtisas texniki məktəbinin kənd təsərrüfatı bölməsində təhsil alan Davud Rəsulzadə hidrotexnika mühəndisliyi ixtisasına yiyələnib. 1918-ci ildə yenidən Tiflisə qayıdaraq Politexnik İnstitutunun hidromexanika fakültəsinə daxil olur.
Firudin Davudov
Firudin Eynulla oğlu Davudov (21 mart 1926, Astara, Lənkəran qəzası – 8 avqust 1983, Bakı) — Görkəmli alim, kriminalist, hüquq elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) banisi və fasiləsiz rəhbəri. == Həyatı == Firudin Davudov 1926-cı il mart ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1944-cü ildə orta məktəbi bitirdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və II kursdan təhsilini Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq Dövlət Universiteti) davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir. Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1955-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakı Elmi-Tədqiqat Kriminalistika Laboratoriyasının yaradıcısı olan F.E. Davudovun gərgin əməyi sayəsində bu laboratoriya sonralar İnstituta, mükəmməl bir elm ocağına çevrilmişdir. O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktoru olmuş, Azərbaycan üçün böyük mütəxəssis qrupu yaratmış, kriminalistika elminin inkişafına dəyərli töhfələr vermişdir. F.E. Davudov 1983-cü ildə 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir. == Əsas elmi əsərləri == Актуальные задачи судебной экспертизы в деле совершенствования борьбы с преступностью. Баку, 1972 Процессуальные и организационно методические формы использования возможностей науки и техники в целях расследования и профилактики преступлений.
Hacı Davud Müşkürlü
Imam Hacı Davud (ləzg. Имам Хьажи Дауд; 1680, Dədəli - 1735, Rodos) — Osmanlı hakimiyyəti dövründə Şirvan Xanı, De-fakto Quba hakimi (1718-1726), Ləzgi hərbi kommandir, Qafqazın ilk imamı, Fəqih, Müdərris, Şair, Fətva müəllifi, Carın hökmdarı və 18-ci əsrdə ləzgilərin və digər Dağıstan xalqlarının dini və milli hərəkatına başçılıq etmiş dini xadim. == Həyatı == Hacı Davud 1680-ci ildə Dədəli kəndində doğulub. Bəzi mənbələr isə onun Dağıstanın Jaba kəndində doğulduğunu deyir. Uşaqlığından o ağlı və cəsarəti ilə seçilirdi. Artıq 1710-1720-ci illərin mənbələrində o, “bək və ləzgi sahib” kimi qeyd olunur. Hacı Davud Dədəli kəndində geniş torpaqlara sahib idi və təsərrüfatda əkinçilik və təsərrüfat heyvanları yetişdirməklə məşğul idi. Ləzgilər arasında bu torpaqlar indi də Davud torpağı adlanır. O, doğma dili ləzgi dilindən əlavə ləzgilər arasında böyük hörmətə malik olan ərəb dilini, bunlardan əlavə olaraq fars və türk dillərinidə bilirdi. Məkkəyə həcc ziyarətindən sonra Hacı rütbəsi almış, daha sonra Ləzgistan və Şirvan kimi bölgələrdə imamlıq etmişdir.
Katolikos III Davud
Katolikos III Davud - Albaniyanın XXV katolikosu. Katolikos II Davuddan sonra kürsüyə qalxıb və doqquz il kürsüdə oturub. Katolikos III Davud Böyük Kolmank kilsə dairəsindən seçilmişdir.
Katolikos II Davud
Katolikos II Davud — Albaniyanın XXIV katolikosu. Sələfi Katolikos Yusif kimi o da, Amaras yepiskopluğundan seçilmişdir. Katolikos II Davud dörd il kürsüdə oturub. Moisey Kalankatlı onun haqqında yazır: "O, kilsənin torpaqlarını və var-dövlətini dağıtdı və canilərin ona verdiyi zəhəri içib öldü." Lakin burada konkret nədən bəhs edildiyi aydınlaşdırılmamış olaraq qalır.
Katolikos IV Davud
Katolikos IV Davud — Albaniyanın XXXIV katolikosu. == Katolikosluğu == Katolikos III Moiseydən sonra kürsüyə çıxmış və iyirmi səkkiz il kürsüdə oturmuşdur. Katolikos IV Davud Qəbələ yepiskopluğundan seçilmişdir. Aluen kilsə məclisinin kanonlarından biri olan yaxın qohumla evlənməyə etiraz etməmişdi. Moisey Kalankatlı bu hadisə haqqında yazır: O, Şəki hakiminin qanunsuz nikahına xeyir-dua vermişdi. Hakimin qardaşı ondan soruşmuşdu: "Ağam, haradan gəlirsən?" O, cavab vermişdi: "Qardaşının evindən". Onda knyaz Katolikos Davuda belə demişdi: "Qoy sənin xeyir-dua verən dilin qurusun və heç vaxt dillənməsin! Qoy sənin sağ əlin qurusun!" Bunu deyən kimi, diliylə əli qurudu və o, ölənə kimi sağalmadı.
Katolikos IX Davud
Katolikos IX Davud - Albanların LXXVIII katolikosu. == Katolikosluğu == Katolikos IV Qriqorisin qardaşı Bağdasarın oğlu. I Təhmasibin əmri ilə asılaraq edam edilmişdi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos I Davud
Katolikos I Davud — Alban katolikoslarından biri.Mxitar Qoşun katolikoslar siyahısında adı 10-cu yerdə çəkilir.
Katolikos VIII Davud
Katolikos VIII Davud - Albanların LXI katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos VII Davud
Katolikos VII Davud — Albanların XXXXIII katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Moisey Kalankatlı qeyd edir ki, onun katolikosluğa namizədliyini erməni katolikosu I Ananiya təqdim etişdir.
Katolikos VI Davud
Katolikos VI Davud — Albanların XXXXII katolikosu. == Katolikosluğu == Katolikos Qagikdən sonra kürsüyə çıxıb və yeddi il kürsüdə oturub. Katolikos VI Davud Qəbələ yepiskopluğundan seçilmişdi.
Katolikos V Davud
Katolikos V David — Albanların XXXIX katolikosu. == Katolikosluğu == Katolikos II Simeondan sonra taxta çıxmış və altı il kürsüdə oturmuşdur. Moisey Kalankatlı qeyd edir ki O, Parisos vənginin keşişi idi.
Mirzə Davud Hüseynov
Mirzə Davud Hüseynov (10 mart 1894, Bakı – 21 mart 1938, Bakı) — Azərbaycan İnqilabi komitəsi sədrinin müavini, Azərbaycan SSR Xalq xarici işlər komissarı (05.1921 – 12.1921), Azərbaycan SSR Xalq Maliyyə naziri, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə Komissarı, Tacikistan KP MK-nin birinci katibi (1930–1933). Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur. 1906-cı ildə ödənişsiz şəhər məktəbini bitirmiş və Bakı realnı məktəbinə daxil olmuşdur. Bu dövrdə baş vermiş Rusiya inqilabı onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Şəhərdə baş verən nümayiş və çıxışlarda Mirzə Hüseynovun yaxından iştirak etmişdir. O, məktəbdə gizli müsəlman şagird dərnəyi təşkil etmişdir. Sonra şəhərdəki müsəlman (azərbaycanlı) şagird dərnəklərini birləşdirmişdir. Bu dərnəklərin əsas məqsədi müsəlmanları çar hökuməti zülmündən azad etmək idi. Dərnəklərdə siyasi mühazirələr oxunur, siyasi tarix öyrənilirdi. 1913-cü ildə oranı bitirərək Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Mirzə Davud Rəsulzadə
Mirzə Davud Rəsulzadə (1900, Rusiya imperiyası – 1938, Bakı) — İnstitut direktoru. 1900-cü ildə Mirzə Davud Rəsulzadə ziyalı ailəsində dünyaya göz açmışdı. Rus gimnaziyasını bitirdikdən sonra ölkədə baş verən hərc-mərcliklə barışmayan Davud Gürcüstana gedib hidromexanika sahəsində ali təhsil almışdır. Burada demokratların təşkilatına üzv olduqdan sonra o hər şeydə yenilik, novatorluq, fərqli yanaşma axtarmağa başlamışdı. Onun fərqli düşüncələri Tbilisidə “Gürcüstan” qəzetinin təsisçi və redaktoru olmasına gətirib çıxarmışdı. Bu irəliləyiş onun Azərbaycanın Gürcüstandakı nümayəndəliyində məsul vəzifəyə yüksəlməsinə təkan vermişdir. Fəaliyyət göstərdiyi illərdə Beriyanın hədəfinə tuş gələn ziyalımız Azərbaycana göndərildikdən sonra təqiblərə məruz qalmışdı. Xanımının xatirələrində o yüksək intellektli, mədəni, qeyri-adi, erudisiyalı, prinsipial, hündürboy, yaraşıqlı, gür saçları, mehriban baxışlara malik qəhvəyi gözləri olan insan kimi qaldı. Yenilikçi, tələbkar, yaradıcı insan kimi yaşayan ziyalımız həmin vaxt yalnız cismən öldürüldü. Mənən isə onun ideyaları, yanaşma tərzi, alimlərimizin qəlbinə əkdiyi milli oyanış rüşeymləri 17.06.1938-ci ilədək yaşadı.
Mərziyyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Qara Davud Paşa
Qara Davud paşa (1570, Bosniya əyaləti – 18 yanvar 1623, Konstantinopol) — gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarışıq dövrdə ümumilikdə 23 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Əslən bosniyalı olan Davud Paşa Əndərun təhsili aldıqdan sonra sırayla çuxadar, qapıçılar kəndxudası və qapıçıbaşılığa qədər yüksəldi (1600). 1604-cü ilin sentyabrında vəzirliklə yanaşı, Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa növbəti il Kastamonuya, ardından Anadoludakı Cəlali üsyançılarının üzərinə göndərildi. Ancaq məğlub olaraq geri çəkilən Nasuh Paşanın paytaxta gələrək padşahı səfərə təhrik etməsi nəticəsində Davud Paşa sərdarlıqdan alındı və I Əhməd səfərə özü rəhbərlik etməyi qərarlaşdırdı. Padşahın Bursaya gəldiyini öyrənən bəzi üsyançı sipahilərin sədarət naibi Sofu Sinan Paşa vasitəsilə günahları bağışlandı və Davud Paşanın rəhbərliyi ilə Bursa və Bolu qalalarının qorunması ilə vəzifələndirildi. Bu əsnada III Mehmedin qızı Dilrüba Sultanla evlənən Davud Paşa 1606-cı ilin avqustunda yenidən vəzirliyə gətirildi və Rumeli bəylərbəyi seçildi. Həmin il İzmit qalasının mühafizəsi ilə vəzifələndirilən Davud Paşa ikinci vəzirliyədək yüksəldi. 1616-cı ilin əvvəllərində yenidən Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa bu vəzifədə ikən Sədrəzəm Öküz Mehmed Paşanın İrəvan səfərinə qatıldı. I Mustafanın ilk səltənətində xanımının da istəyilə, 1617-ci ilin noyabrında kaptan-ı dərya oldu. Ancaq II Osmanın taxta çıxmasıyla həm kaptan-ı dəryalıqdan, həm də vəzirlikdən alınaraq əvvəlcə Rumeli bəylərbəyliyinə, ardından Silistrə bəylərbəyliyinə gətirildi.
Qoca Davud Paşa
Qoca Davud Paşa (XV əsr, Albaniya – 20 oktyabr 1498, Dimetoka) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. Qəti olaraq Alban əsillidir. Macarıstan və Venesiya torpaqlarında aparılan hücumların uğurlarına görə Ankara Sancaqbəyliyinə, ardından da Anadolu Bəylərbəyliyinə gətirildi (1473). Otluqbeli Döyüşündə qabaqcıl qüvvələrə nəzarət etdi. 1477'də aparılan Dunay Boyu səfərinə qatıldı və top gülləsiylə yaralandı. Eyni il Rumeli Bəylərbəyliyinə təyin edildi. 1478'də İşkodra səfərində Jebyak'ı ələ keçirdi. Yenə eyni il Bosniya sancaqbəyliyinə təyin edildi. II. Bəyazidin taxta çıxışından sonra təkrar Rumeli Bəylərbəyliyinə təyin edildi. 1483'də təkrar Anadolu hakimi təyin edildi və əvvəl vəzir, sonra İshaq Paşanın yerinə sədrəzəm oldu və macarlara qarşı Rumeli'ni müdafiə etməklə vəzifələndirildi.
Mirzə Davud xan Məmmədbəyov
Mirzə Davud xan Mirzə Məhəmməd xan oğlu Məmmədbəyov (d. 1868; Təbriz, Qacarlar dövləti - ö. 1920-ci ildən sonra) — əslən Qarabağ xanları ailəsinə məxsus əsilzadə, Mirzə Yusif xan Məmmədbəyovun qardaşı, Mirzə Məhəmməd xan Məmmədbəyovun oğlu. Davud xan Mirzə Məhəmməd xan oğlu 1868-cı ildə Təbriz şəhərində anadan olmuşdu. O, İbrahimxəlil xanın oğlu Əbülfət xan Cavanşirin xətti ilə Qarabağ xanları nəslindən gəlməkdə idi. O, təhsilini mədrəsədə almış, buna görə də Mirzə təxəllüsü daşımaqda idi. Daha sonrakı təhsilini Cənubi Qafqazda davam etdirmiş, Tiflis gimnaziyasından məzun olmuş, rus dilini öyrənmişdir. O, rus dilindən əlavə bir çox şərq dillərini bilməkdə idi. Davud xan 1893-cü ildən Qacar İranının xarici işlər orqanlarında diplomat kimi çalışmışdır. O, əvvəlcə Qacarların Peterburqdakı səfirliyində attaşe olaraq çalışmış, 1904-cü ildə Ərzurumdakı konsulluğa, elə həmin ildə Tiflisə baş konsul olaraq təyin edilmişdir.
Davud Paşa (Məmlük)
Davud Paşa (Ərəbcə. داود باشا, Osmanlıca. داود پاشا, Gürcücə. დაუდ ფაშა; 1767–1851, Mədinə) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1816–1831). == Həyatı == İraq bu dövrdə rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsiydi, lakin əməldə muxtar bir dövlət kimiydi. Məmlüklər əvvəlcə İslamı qəbul etmiş və Osmanlı İmperiyasında hərbi və inzibati vəzifələrə təyin edilmiş azad qullarıydı. Məmlük hökmdarları 1704-cü ildən 1831-ci ilə qədər Sultandan əldə edən muxtariyyətlə İraq və çevrə ərazini idarə etdilər. Müasir İraq sərhədlərinin tarixi 1749-cu ildən izləmək olar. Osmanlı İmperiyası Sultanı Bəsrə valiliyini Bağdad vilayətinə əlavə edilməsi və 1831-ci ilə qədər Məmlük hökmranlığı dövrü başlamağıyla izlənəbilir. 1816–17-ci illərdə Davud Paşa nəzarəti ələ keçirdikdən sonra Avropa təlimatçıları köməyiylə kanalların təmizlənməsi, sənayenin qurulması və ordunun islahatı kimi modernizələşməyə başlamışdır.
Davud paşa (Qarabağ)
Davud paşa Osmanlı dönəmində Gəncə bəylərbəyi, Şirvan bəylərbəyi Davud Paşa Yeniçəri silahdar ağası olup Zilhiccə 998'de (Oktyabr 1590) Gəncə bəylərbəyi və Şaban 1002'də (Aprel-May 1594) Van, Zilqədə 1003' də (Temmuz 1595) Şirvan, 1004 də (1596) Şehrizor valisi olub sonra vəfat etti.

Значение слова в других словарях