Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Telefe
Telefe (Televisión Federal üçün qısaltma) Buenos-Ayres, Argentina-da yerləşən bir televiziya stansiyasıdır. Stansiya Televisión Federal S. A. vasitəsi ilə Paramount Global-ə məxsusdur və idarə olunur. Telefe eyni zamanda Argentinanın altı milli televiziya şəbəkəsindən biridir. Studiyaları Buenos-Ayresdəki Martínezdə, şirkətin mərkəzi qərargahına bitişikdir; vericisi Alas Binasında yerləşir. Telefe stansiyasının havada alına bilmədiyi ərazilərdə, peyk və seçilmiş kabel sistemlərində mövcuddur. Telefe ayrıca Amerika, Avropa, Asiya və Okeaniyada mövcud olan beynəlxalq bir şəbəkəyə (Telefe Internacional) malikdir.
Esege
Boris Delone
Boris Delone (3 (15) mart 1890, Sankt-Peterburq – 17 iyul 1980, Moskva) — Rusiyanın ilk alpinistlərindən biri, Sovet riyaziyyatçısı və Nikolay Borisoviç Delonenin atası. Delone sözü kril qrafikasından birbaşa tərcümədir və o, bunu tez-tez nəşrlərdə istifadə edirdi. Delaunay ləqəbini isə o, erkən fransız və alman nəşrlərində istifadə edirdi. == Həyatı == Boris Delone öz soyadını 1812-ci ildə Napoleonun Rusiyaya hücumu zamanı əsir götürülən fransız hərbi qüvvələrinin zabiti olan əcdadı De Launaydan götürmüşdür. De Launay Bastiliya qubernatorunun qardaşı oğlu olub. O, Tuxaçevskidən olan nəcib bir ailədən qadınla ailə həyatı qurur və Rusiyada qalır. Boris gənc yaşlarında olanda ailəsi yay aylarını Alp dağlarında keçirirdi və beləcə, o, alpinistliyi öyrənmişdir. 1913-cü ildə o, Rusiyanın ilk üç dağ alpinistlərindən biri olmuşdur. Rusiya inqilabından sonra, Qafqazda və Altayda dağları fəth edirdi. Beluxa yaxınlığında dağlardan biri (4300 m) onun şərəfinə adlandırılmışdır.
Elegeş abidələri
Elegeş abidələri və ya Elegeş abidəsi – 650-ci illərdə yaradılmış və Elegeşt çayı vadisində yerləşən Göytürk abidəsidir. Orxon abidələrindən təxminən 100-150 il əvvəl yazılmışdırlar. == Abidə == İlk yayımlarda "Elegeş abidəsi " olaraq anılan bu abidə 1888-ci ildə Elegeşt çayı vadisində, çayın sol sahilində tapılmışdır. Abidə 1891-ci ildə Klements tərəfindən incələnmiş və kopyalanmışdır. 1892-ci ildə də Oşurkov abidənin eştampajını çıxarıb Vasili Radlova vermişdir. Elegeşt abidəsi 1915-ci ildə Adriyanov tərəfindən Minusinsk muzeyinə gətirilmiş və 19 nömrə ilə qeydiyyata alınmışdır. == Abidənin ölçüləri == Abidə qatı boz rəngdə, 320 x 66 x 20 sm ölçüsündə, üst qismi dar, aşağıya doğru genişləyən qum daşından ibarətdir. Daşın üzərində yuxarıdan aşağıya doğru yarıqlar və çatlar vardır. Abidədə uzunlamasına yazılmış 12 sətir vardır. Abidənin alt qismində ilk yayımlarda müəyyən olmayan damğa vardır.
Bələdə
Bələdə — İranın Mazandaran ostanının Nur şəhristanının Bələdə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,134 nəfər və 339 ailədən ibarət idi.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dələlər
Dələlər (lat. Mustelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta böyüklükdə olur. Xəzi sıx, tüklü və ya hamar olub, rəngi müxtəlifdir. Quyruğu uzun və tüklüdür. Suda yaşayan dələkimilərin barmaqları arasında dəri büküşlər (pərdə) var. Xüsusi anal vəziləri kəskin qoxulu sekret ifraz edir. Dələkimilərdən dələlər, gəlincik, safsar, əsasən, məməlilər və quşlarla qidalanan yırtıcılardır. Avstraliya və Antarktikadan başqa bütün materiklərdə yaşayır. 28 yaxud 30 cinsi birləşdirən 5 yarımfəsiləsi var.
Dələnd
Dələnd-İranın Gülüstan ostanının Ramiyan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,732 nəfər və 1,981 ailədən ibarət idi.
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. == Həmçinin bax == Saat Saniyə == Ədəbiyyat == Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Fələqqə
Fələqqə (fars. فلک‎, türk. falaka) — Orta əsrlər Şərqində cəza vasitəsi. Günahkarlar fələqqəyə salınır qamçılanırdı. Cəza XX əsrin əvvəllərinə kimi İranda və Türkiyədə, həmçinin, bir çox Orta Asiya və ərəb ölkələrində tətbiq edilirdi. Bu cəza növü həmin dövrdə Azərbaycanın dini məktəblərində də geniş istifadə olunurdu. Cəza zamanı insanın ayaqları taxtaya bağlanaraq qamçı və ya çubuqla döyülərdi. Fələqqə sözü ərəb sözü olan falak, filak — "yandırmaq", "kiçik hissələrə ayırmaq" sözlərindən yaranmışdır. Fələqqə müasir dövrdə də bir sıra ölkələrdə tətbiq edilməkdədir. Məsələn, İraqda Səddam Hüseynin oğlu Udey Hüseyn fələqqə ilə cəza verməyi xoşlayırdı və özü şəxsən cəza verirdi..
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Pələngə
Pələngə (fars. پلنگه‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 213 nəfər yaşayır (67 ailə).
Sədəqə
Sədəqə (din)
Tələbə
Tələbə — ali və orta ixtisas məktəblərində təhsil alan şəxs. Qədim Romada və orta əsrlərdə öyrənməyə maraq göstərən hər bir kəs tələbə adlanırdı. Tələbələr tədris müəsəsisəsində tədris prosesində mühazirələri dinləyir, seminarlarda iştirak edərək öz bilik səviyyələrini nümayiş etdirirlər. Bakalavriat və magistrant səviyyəsində tədris mövcud olan müəssisələrində tələbə adı bakalaviatura tələbəsi, magistratura tələbəsi kimi də işlənir. Bununla yanaşı bakalaviriant və magistrant adı da işlənir.
Vətəgə
Vətəgə — Azərbaycan Respublikasının İmişli rayon Sarıxanlı kənd inzibati ərazi vahidində qəsəbə.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur. İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. == Qələbə jesti == Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Dehəq
Dehəq — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,828 nəfər və 2,174 ailədən ibarət idi.
Dəməq
Dəməq — İranın Həmədan ostanının Rəzən şəhristanının Sərdrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,847 nəfər və 757 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Vəlgə
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Dele Alli
Dele Alli (11 aprel 1996[…], Milton-Kins, Cənub-Şərqi İngiltərə[d]) — yarımmüdafiəçi kimi çıxış edən Nigeriya əsilli ingilis futbolçu. Superliqa komandalarından olan "Beşiktaş"da icarə əsasında çıxış edir.
"Qələbə" ordeni
Qələbə ordeni (rus. Орден «Победа») — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni. SSRİ-də ən ali hərbi orden.
Biogeosenotik təbəqə
Biogeosenotik təbəqə — həyat təbəqəsi, biogeosenozların əlaqəli yerləşməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Coğrafi təbəqə
Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlılardan və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafı üç əsas mərhələyə bölünür: biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır) və müasir (antropogen; bu mərhələdə insan öz fəaliyyəti ilə coğrafi təbəqəyə güclü təsir edir, coğrafi mühit yaranır). Coğrafi təbəqənin inkişafındakı fasiləsizliyi günəş enerjisi və qismən Yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsi coğrafi mühit adlanır. Coğrafi təbəqənin inkişaf qanunauyğunluqları: 1. Bütövlük - coğrafi təbəqəni təşkil edən bütün komponentlər bir-biri ilə sıx qarşılıqlı əlaqəyə malikdir, onlardan birinin dəyişməsi digərlərinin də dəyişməsinə səbəb olur. 2. Ritmiklik - hadisə və proseslərin müəyyən vaxtdan bir təkrarlanması (Yerin öz oxu ətrafında fırlanması - sutkalıq, Günəş ətrafında fırlanması - illik, həmçinin çoxillik və geoloji dövrlər ərzində baş verən ritmiklik mövcuddur).
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Deləzi (Salmas)
Deləzi (fars. دلزي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.020 nəfər yaşayır (310 ailə).
Nulla poena sine lege
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. == Tələblər == Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.