Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Deyneka
Aleksandr Aleksandroviç Deyneka (20.5.1899, Kursk – 12.6.1969, Moskva) — rus rəssamı, qrafik, heykəltaraş. SSRİ xalq rəssamı (1963), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947; 1962–66-cı illərdə vitse-prezident). == Həyatı == Lenin mükafatı laureatı (1964). Sosialist əməyi qəhrəmanı (1969) kimi mükafatları vardır. Xarkov rəssamlıq məktəbində təhsil almış (1915–17), Moskvada Ali Bədii-Texniki Emalatxanalarda(1920–25) V.A. Favorskinin tələbəsi olmuşdur. 1920-ci illərdə jurnal qrafikası (“Projektor” və s. jurnallar üçün), kitab illüstrasiyası (İ.A. Krılovun təmsillərinə,1922; A. Barbüsün “Od içində” kitabına,1927 və 1935), plakat, dəzgah qrafikası (“Sevastopol” seriyası, akvarel, quaş, 1932–1934, Dövlət Tretyakov Qalereyası və Dövlət Rus Muzeyi) sahəsində fəal işləmişdir. == Yaradıcılığı == Deyneka boyakarlıq əsərlərində erkən qrafik rəsmlərinin stilistika və tematikasını saxlamışdır. Onun rəsm və pannoları dövrün əlamətləri və ruhunu (kollektivləşdirmə, sənayeləşdirmə, hərbi tematika, ateist pafosu, yeni məişət), konstruktivizm və “yeni əşyaviliyə” yaxın üslubda əks etdirir (“Yeni sexlərin tikintisində”, 1926, Dövlət Tretyakov Qalereyası; “Toxucu qadınlar”, 1927, Dövlət Rus Muzeyi; “Petroqradın müdafiəsi”, 1928, RF Silahlı Qüvvələri Mərkəzi Muzeyi, Moskva). Deyneka aviasiya (“Havada”, 1932, Şəkil qalereyası, Kursk; “Gələcək təyyarəçilər”, 1938, Dövlət Tretyakov Qalereyası) və idman (“Top oyunu”, 1932; “Futbolçu”, 1934, hər ikisi Dövlət Tretyakov Qalereyasında) mövzusuna da böyük diqqət yetirmişdir.
Deynozux
Deynozux — 80–73 milyon il əvvəl, Gec Təbaşir dövründə yaşayan Alligatoroideaa timsahların nəsli kəsilmiş cinsi. İlk Deinosuchus fosilləri 1850-ci illərin əvvəllərində Şimali Karolinada aşkar edilmişdir, lakin 1909-cu ildə təsvir edilmiş və adlandırılmışdır. Əlavə fraqmentlər 1940-cı illərin sonlarında tapılır. Sonradan Amerika Təbiət Tarixi Muzeyi tərəfindən qeyri-dəqiq də olsa, kəllə rekonstruksiyası baş tutur. Deinosuchus haqqında məlumatların bu günə qədər natamam qalmasına baxmayaraq son illərdə tapılan ən yaxşı kəllə materialı bu nəhəng yırtıcı haqqında elmi məlumatları genişləndirmişdir. Deinosuchus hər hansı bir müasir timsah və ya alliqatordan daha böyük olmasına baxmayaraq — qərb növlərinin ən böyük nümayəndələri 12 metr uzunluğa və 8,5 ton ağırlığa malik olmuşdur, lakin örünüşü ilə kiçik qohumlarına bənzəməsi ilə seçilirdi. Böyük yırtıcıları tutub öldürmək və qatı yeməyi əzmək üçün iri, güclü dişləri vardı və kürəyi yarımkürə osteodermlərinin qalın bir təbəqəsi ilə örtülmüşdü. Bir araşdırma Deinosuchusun 50 ildən çox yaşadığını, müasir timsahlarla eyni nisbətdə böyüdüyünü, ancaq daha uzun müddət böyümək qabiliyyətini qoruduğunu göstərir. Deinosuchus fosili ABŞ-nin on əyalətində (Texas, Montana və digər bölgələr, ABŞ-nin Şərq Sahili boyunca) və Meksikanın şimalında tapılır. Deinosuchus ehtimal ki, böyük dinozavrları öldürmək və yemək, nəhəng dəniz tısbağalarını çənələri ilə əzmək, çox böyük balıqları tutmaq, digər su və quru yırtıcı heyvanları ilə qidalandırmaq qabiliyyətinə sahib idi.
Kler Deyns
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Pyotr Deynekin
Pyotr Stepanoviç Deynekin (14 dekabr 1937, Morozovsk, Rostov vilayəti – 19 avqust 2017, Moskva) rus hərbi generalı olub. O, Rusiyanın Morozovsk şəhərində anadan olub. 1997-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.1969-cu ildə SSRİ Hərbi Hava Qüvvələri Akademiyasını bitirib. 1991-1992-ci illərdə SSRİ Hərbi Hava Qüvvələrinin və Müdafiə Nazirliyinin baş komandanının müavini vəzifələrində işləmişdir. O, 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsində işləmişdir. 1992-ci ildən ölümünə qədər Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsində işləmişdir. 2002-ci ildə təqaüdə çıxıb. Keçmiş rus hərbi generalı Pyotr Deynekin 19 avqust 2017-ci ildə 79 yaşında Moskvada vəfat edib.
Deynonix
Deynonix (lat. Deinonychus) — heyvanlar aləminin xordalılar tipinin dromeozavridlər fəsiləsinə aid heyvan cinsi.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Reyn
Reyn (alm. Rhein‎, fr. Rhin, nid. Rijn) — Avropanın əsas çaylarından biri. Çay mənbəyini İsveçrənin cənub-şərqindəki Alp dağlarının Qraubünden kantonundan götürür. İsveçrə-Lixtenşteyn, İsveçrə-Avstriya və İsveçrə-Almaniya sərhədlərinin bir hissəsini təşkil edir. Bundan sonra Reyn Fransa-Almaniya sərhədinin çox hissəsini təşkil edir, bundan sonra Almaniyanın Reyn bölgəsindən əsasən şimala doğru axır. Almaniyada Reyn əsasən qərb istiqamətinə çevrilir və Hollandiyaya axır və orada isə Şimal dənizinə tökülür. Çayın adını daşıyan iki alman torpağı mövcuddur: Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz. Reyn Hövzəsinin Hidrologiyası üzrə Beynəlxalq Komissiya və EUWID, iqlim böhranı nəticəsində çayın növbəti 30-80 il ərzində həcmində kütləvi azalma və ya hətta tamamilə quruya biləcəyini iddia edir.
Xeyn
𐕀 (səslənməsi: /x/; transkripsiyası: X, x) — Alban əlifbasının 17-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Խէ՛ն (Xḗn) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur və fonetik olaraq novlu dildibi-boğaz samiti olan X səsini ifadə edir. Rəqəm dəyəri 80-dir.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Alfi Deys
Alfi Deys (ing. Alfie Deyes; İngiltərə, London) — britaniyalı vloqçu.
Aşağı Reyn
Aşağı Reyn (fr. Haut-Rhin) — Şimal-Şərqi Fransada departament, Qrand-Est rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-67. İnzibati mərkəzi - Strasburq (inzibati bölgə). Əhali sayı - 1 115 226 nəfər (2010-cu il məlumatına görə). == Coğrafi mövqeyi == Şöbənin sahəsi 4755 km².Şöbənin ərazisində Reyn çayı axır. == Tarixi == Aşağı Reyn yaradılışından sonra iki dəfə, Almaniyanın tərkib hissəsi olub: İlk dəfə (1871-ci ildən 1918-ci ilə qədər) Fransa-Prussiya müharibəsində məğlubiyyət nəticəsində, ikincisi (1940-1945) - İkinci Dünya müharibəsi dövründə. == İnzibati-ərazi bölgüsü == Aşağı Reyn şöbəsində İnzibati islahatdan əvvəl 7 rayon var idi. Aqno-Visambur — 144 icma; Molsem— 77 icma; Savern— 172 icma; Selesta-Ersten — 101 icma; Strasbur — 33 icma.
Billi Zeyn
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966, Çikaqo) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor. == Həyatı == Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı.
Brüs Ueyn
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Finqerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Finqerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynanın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Bəndər Deyr
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Ceyn Addams
Ceyn Addams (6 sentyabr, 1860 Cedarville, İllinoys, ABŞ- 21 may, 1935 Çikaqo, İllinoys, ABŞ) — Rəngli İnsanların İnkişafı Milli Assosiasiyasının, Amerika Vətəndaş Azadlıqları Birliyinin qurucu üzvü, Nobel Sülh Mükafatını alan ilk Amerikalı qadın. == Həyatı == Ceyn Addams 1860-cı ildə ABŞ-nin İllinoys ştatının Cedarville şəhərində bölgənin zəngin ailələrindən biri olan Adamsların ailəsində dünyaya gəlib. 1935-ci il mayın 21-də əziyyət çəkdiyi xəstəlikdən vəfat etdi və ABŞ-nin Sedervilldəki qəbiristanlığında dəfn edildi. == Təhsili == Ceyn Addams 1877-ci ildə Rokford qızlar üçün missioner məktəbinə daxil olur və 1881-ci ildə məktəbi əla qiymətlərlə bitirir. Bir il sonra isə bakalavr dərəcəsi alır. == İctimai-siyasi və sosial fəaliyyət == 1910-cu ildə Addams Milli Sosial İş Konfransının ilk qadın prezidenti olub; 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti olub; 1915-ci ildə Dünya Qadınlar Partiyasının sədri olub; 1919-cu ildə sülh və azadlıq uğrunda təsis edilmiş Beynəlxalq Qadın Liqasının ilk prezidenti olub; 1931-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb; "Settlement House Movement"-in təsisçisi olub Amerika sosial reformizminin ilk xadimlərindən biri olub. == "Hull House"nin yaradıcısı == 1883-cü ildə Ceyn Addams dostu Elen Qeyts Starrla birgə Avropaya gedir. İngiltərədə olan zaman sosial sahədəki problemlər onun diqqətini daha çox çəkir. Beləliklə, o, müşahidə etdiyi hadisələri qələmə almağa başlayır. Ceyn Adams rəfiqəsi Ellen Qeyts Starrla Londonun East-End məhəlləsində Oksford universitetinin bir qrup tələbələrinin xidmət göstərdiyi "Toynbi-holl" sığınacağına baş çəkirlər.
Ceyn Birkin
Ceyn Birkin(ing. Jane Mallory Birkin; 14 dekabr 1946[…], London, Birləşmiş Krallıq – 16 iyul 2023[…], Parisin 6-cı rayonu[d], Paris, Fransa[…]) —ingilis-fransız əsilli aktrisa. == Həyatı == Ceyn Birkin 14 dekabr 1946-cı ildə London şəhərində anadan olub. Atası hərbçi Devid Birkin, anası aktrisa Cudi Kempell idi. Onun Endri Birkin adlı bir qardaşı da vardı. Sonradan o da həyatını kinoya bağladı. Bir neçə tanınmış filmin rejissorudur. Ceyn Birkin 17 yaşından anasının yolu ilə getmək fikrinə düşdü. Məşqlərə yazıldı və rol aldı. == Filmoqrafiya == 1968 — Hovuz / La Piscine — Penelopa, Harrinin qızı 1978 — Nildə ölüm—Luiza Burje 2010 — Telma, Luiza və Şantal / Thelma, Louise et Chantal == Diskoqrafiya == Studiya albomları 1969 — Je t’aime… moi non plus with Serge Gainsbourg 1971 — Serge Gainsbourg — Histoire de Melody Nelson 1973 — Di doo dah 1975 — Lolita go home 1978 — Ex fan des sixties 1983 — Baby alone in Babylone 1987 — Lost song 1990 — Amours des feintes 1996 — Versions Jane 1998 — Best Of 1999 — À La Légère 2004 — Rendez-Vous 2006 — Fictions 2008 — Enfants d’HiverKonsert albomları 1987 — Jane Birkin au Bataclan 1992 — Integral au Casino de Paris 1996 — Integral a l’Olympia 2002 — Arabesque 2009 — au palace (live) == Xarici keçidlər == Vikianbarda Ceyn Birkin ilə əlaqəli mediafayllar var.
Ceyn Eyr
Ceyn Eyr – Şarlotta Brontenin çapdan çıxmış ilk romanı. Ceyn Eyr – ədəbi qəhrəman. Ceyn Eyr – 1934-cü ildə çəkilmiş film. Ceyn Eyr – 1943-cü ildə çəkilmiş film. Rəhmsiz – 1952-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1970-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1973-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1983-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1996-cı ildə çəkilmiş film. Ceyn Eyr – 1997-ci ildə çəkilmiş film.
Ceyn Kempion
Ceyn Kempion (30 aprel 1954 Wellington, Yeni Zelandiya) Oscar mükafatı sahibi film rejissoru və senaristi.The Piano filmi ilə Ən Yaxşı Xüsusi Ssenari Akademiya Mükafatını almış və Ən Yaxşı Rejissor Akademiya Mükafatına namizəd göstərilmişdir. Lina Wertmuller, Sofia Coppola və Kathryn Bigelow ilə birlikdə bu mükafata namizəd göstərilən dörd qadından biridir. The Piano ilə Cannes Film Festivalında ən yaxşı filmə verilən Qızıl Palmiye'yi almışdır. 2007 Venesiya Film Festivalı münsif üzvlərindən biridir. == Filmoqrafiya == Sweetie (1989) An Angel at My Table (1990) The Piano (1993) The Portrait of a Lady (1996) Holy Smoke!
Ceyn Ostin
Ceyn Ostin(ing. Jane Austen; 16 dekabr 1775[…], Stiventon[d], Hempşir qraflığı[d][…] – 18 iyul 1817[…], Uinçester) — ingilis yazıçısı. == Həyatı == İngilis yazıçısı Ceyn 1783-cü ildə təhsilinə Oksfordda başlamış, Sauzamptonda davam etmiş, ən sonunda isə qızlar məktəbində oxumuşdur. Kənd keşişinin yeddinci uşağı olan Ceyn öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər sırasında yer almağı bacarmışdır. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı qardaşının yanına köçür. Həmin ev günümüzdə ev muzeyi kimi fəaliyyət göstərək, turistlərin sıx ziyarət etdiyi məkanlardan sayılır.1789-cu ildən roman yazmağa başlayan Ceynin romanlarının baş qəhrəmanları qadınlardır, əsərlər hər zaman xoşbəxt evliliklə başa çatır. İlk olaraq "Eşq və yaşam" adlı kitabı nəşr edildi, daha sonra isə bu siyahını "Qürur və qərəz", "Mansfild parkı", "Emma" davam etdirdi. 1816-cı ilin əvvəlindən özünü pis hiss etməyə başlayan Ceyn, əvvəlcə öz xəstəliyini danır, çalışmağa, ənənəvi ailə fəaliyyətlərində iştirak etməyə davam edir. Lakin xəstəliyi get-gedə irəliləyir, xəstəliyinə çarə tapmayan ailəsi 1817-ci il iyulun 18-də Ceyni itirir. == Həyatı == Ceyn Ostinin həyatı haqqında sağ qalan məktublardan və ailə üzvlərinin yazdığı kiçik bioqrafik notlardan əlavə məlumat yoxdur.
Ceyn Pirs
Ceyn Pirs (ing. Jane Means Appleton Pierce; 12 mart 1806[…] – 2 dekabr 1863[…]) - ABŞ Prezidenti Franklin Pirsin həyat yoldaşıdır. == Həyatı == New Hampshire da anadan olmuş Ceyn, atasının ölümündən sonra on üç yaşından sonra nənə və babası ilə böyüdü. 19 noyabr 1834-cü ildə iyirmi səkkiz yaşında evləndiyi bir gənc vəkil Franklin Pirs ilə tanış oldu. Cütlüyün üç uşağı var idi, lakin üçü də gənc yaşda öldü: Franklin Pirs, Kiçik (1836-cı ildə anadan olub vəfat etdi), Frank Robert Pirs (1839–1843) və Benjamin Pirs (1841–1853). Pirs Nümayəndələr Palatasının üzvü idi və 1837-ci ildə senator oldu. Vaşinqtonda həyatdan nifrət edən Jane, Pirsin senator vəzifəsindən istefa etməsini və 1842-ci ildə baş verən Nyu Hampşirə qayıtmasına məcbur etdi. 1852-ci ildə Demokratik Partiya Pirs'i prezidentliyə namizəd seçəndə həyat yoldaşı xəbəri yaxşı qəbul etmədi. Oğlu Benjamin'in ölümü eyni vaxtda baş vermişdi. Kədərdən dağıdılmış Jane Pierce, birinci xanım fəaliyyətlərindən uzaq oldu.
Ceyn Qrey
Lady Jane Dadley (evləndikdən sonra) və "Doqquz günün kraliçası" olaraq da bilinən Lady Jane Grey (c. 1537 - 12 fevral 1554), 10 İyuldan etibarən İngilis zadəgan və de-fakto İngiltərə və İrlandiya Kraliçası idi. 19 iyul 1553. Jane, kiçik qızı Məryəm vasitəsi ilə Henry VII'nin nəvəsi idi və bir dəfə Edward VI'dan çıxarılan ilk əmiuşağı idi. Mükəmməl bir humanist təhsili və öz dövrünün ən çox öyrənilən gənc qadınlarından biri kimi bir nüfuza sahib idi. 1553-cü ilin mayında o, Edvardın baş naziri Con Dadlinin kiçik oğlu, Northumberland əyalətindən olan Lord Lord Gildford Dadli ilə evləndi. 1553-cü ilin iyununda Edward VI, Ceyn və onun kişi varislərini Tacın varisi kimi irəli sürərək öz iradəsini yazdı, qismən onun bacısı Məryəm Roma Katolik olduğu üçün, Jane sadiq Protestant olduğu üçün və İngiltərənin İslah edilmiş Kilsəsini dəstəkləyəcək. təməlinin qoyulduğunu iddia etdi. Bu, onun yarı bacıları Məryəm və Elizabethi, üçüncü varislik qanununa görə iddialarını dəyişdirərək qanunsuzluqlarına görə varislik xəttindən kənarlaşdıracaq. Edvardın ölümündən sonra Ceyn 10 iyul 1553-cü ildə kraliça elan edildi və London qalasında tac gözlədi.
Ceyn Qudoll
Dama Valeri Ceyn Morris Qudoll (ing. Dame Valerie Jane Morris Goodall; 3 aprel 1934[…], Hampsted, Böyük London və ya London) — BMT-nin sülhməramlı səfiri, Böyük Britaniyadan olan məşhur primatoloq, etoloq və antropoloq. Böyük Britaniyanın Komandor ordeninin sahibidir. O, 45 ildən çox Tanzaniyada yerləşən Qombe - Strim Milli parkında yaşayan şimpanzelərin sosial həyatını öyrənməsi və beynəlxalq Ceyn Qudoll İnstitutunun yaradıcısı kimi məşhurlaşmışdır. == Bioqrafiya == Ceyn Qudoll 1934-cü ildə Londonda anadan olmuşdur. O, hələ uşaq olarkən, atası ona şimpanze oyuncağı hədiyyə vermişdir. Oyuncaq onda şimpanzelərə maraq yaratmış və indiyə qədər də o, bu oyuncaqdan ayrılmamışdır.Valideynlərinin boşanmasından sonra 12 yaşlı Ceyn anası ilə birlikdə Bornmuta gəlir. Məktəbi bitirdikdən sonra, o, ofisiant kimi çalışmış, amma 1957-ci ildə keçmiş sinif yoldaşının dəvəti ilə özünün çoxdankı arzusu olan Afrikaya səyahət etmək qərarına gəlir. O, Keniyaya işləməyə yollanır. Keniya Milli muzeyində o, muzey direktoru olan məşhur antropoloq Luis Likinin assistenti və katibəsi kimi işləməyə başlayır.
Ceyn Rassel
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Ceyn Rassell
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Ceyn Seymur
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Con Peyn
Con Peyn (d. 19 aprel 1870 - ö. 1 avqust 1951) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb. == Həyatı == Con Peyn 1870-ci ilin 19 aprel günündə anadan olub. 1951-cü ilin 1 avqust tarixində isə ömrünün 81-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Con Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 552 xal topladı və doğma qardaşı Samner Peyni arxada qoyaraq I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Con Ueyn
Con Ueyn (ing. John Wayne; 26 may 1907[…], Vinterset[d], Ayova – 11 iyun 1979[…], Uestvud[d], Kaliforniya) — Amerika kinoaktyoru.
Dayna Ceyn
Dayana Ceyn Milika İlaysaane Hansen (ing. Dinah Jane Milika Ilaisaane Hansen; 22 iyun 1997, Santa Ana[d], Kaliforniya) — ABŞ müğənnisi.
Dean Martin
Din Martin (ing. Dean Martin; əsl adı Dino Pol Kroçetti, ing. Dino Paul Crocetti; 7 iyun 1917[…], Styubenvill[d], Ohayo – 25 dekabr 1995[…], Beverli-Hillz, Kaliforniya) — italyan əsilli Amerika müğənnisi, aktyor, prodüser, teleulduz və komik. "Kul-cazın kralı" ləqəbini daşıyan Din Martin bir sıra mahnıların əsas ifaçısı kimi məşhurluq qazanmışdır. Onların arasında "Memories Are Made of This," "That's Amore," "Everybody Loves Somebody," "You're Nobody till Somebody Loves You," "Sway," "Volare," və "Ain't That a Kick in the Head?" mahnıları xüsusi yer tutur. Martin 40-dan artıq filmdə rol almışdır.
Dəfn
Dəfn (ing. Funeral) — Vəfat etmiş şəxsin torpağa basdırılma prosesi. Dəfn adətləri, xalqlara, mədəniyyətlərə və dövrlərə əsasən müxtəlif olmuşdur. Hər bir dövrün, xalqın özünə məxsus müxtəlif dəfn adətləri vardır.
Dəyə
Dəyə — qarğıdan və digər materiallardan düzəldilmiş komacıq, alaçıq və ya qazma. Üstüörtlü, yanları açıq olan tikililər müasir dövrdə Azərbaycanın baramaçılıqla məşğul olan əhalisinin kənd yerlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikililərinidə (kümxanaları) dəyə adlandırırlar.