Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tük kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Abaza dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Tük tökən kremlər
Tük tökən kremlər və ya kimyəvi depilyasiya, arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmaq üçün tətbiq edilən kosmetik məhsullardır. Bir qrup depilyasiya üsuludur. Tüklərin zülallar quruluşunu dağıdaraq tökülməsini təmin edir.
Abdal dili
Abdal dili — oyunçu peşəsi sahibləri arasında, bir-birini başa düşmək, söhbəti başqalarından gizli saxlamaq üçün işlədilən şərti söz və ifadələrə verilən ümumi ad, Avropada geniş istifadə olunan "Ezop dili" anlayışının Azərbaycan folklorundakı qarşılığı. Bu danışıq tərzində məcazi məna, sətiraltı yük, fikrin eyhamlarla, işarələrlə bildirilməsi üstünlük təşkil edir. Abdal dili xalq arasında öz hazırcavablığı, tizfəhmliyi ilə tanınan baməzə və müdrik adamların — abdalların adı ilə bağlıdır. Belə xalq gülüşü qəhrəmanlarından biri olan Abdal Qasım haqqında el arasında çoxlu lətifələr mövcuddur. Xalq abdal dilini "qayışdili", "oyunçu ağzı", "qurd dili" kimi anlayışlarla da ifadə etmişdir. Abdal dilinin əsas tələbi yuxarında qeyd olunduğu kimi, sətiraltı məna ilə pərdəli danışmağı bacarmaqdır ki, burada da xüsusi nitq məharəti və ustalığı zəruridir. Əsasən Orta Asiya xalq musiqi sənətindən gələn bu özünəməxsus dildən Qarabağ, Gəncə, Gədəbəy və Tovuz aşıqları bəzi fikirləri öz aralarında bölüşmək üçün istifadə ediblər. Azərbaycan xalq sənətinin bu qolu indiyə qədər lazımi şəkildə öyrənilməmişdir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Abuzeydabad dili
Abuzeydabad dili və ya Bizovoy dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Abuzeydabadda danışılır.
Abxaz dili
Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Gətirmə konusu
Türk dili
Türk dili və ya Türkcə (türk. Türkçe, Türk dili, Türkiye Türkçesi, Anadolu Türkçesi) — Türkiyə Respublikasının, Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi dili. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı işlədilir. Azərbaycan türkcəsi türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi türk dilinin oğuz qrupuna aiddir. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.[mənbə göstərin] Türk dili İraq, Suriya, Almaniya, Bolqarıstan və Yunanıstanda azlıqların dili qəbul edilir. Bolqarıstan və Yunanıstanda isə türkcə televiziya kanalları fəaliyyət göstərir. Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür. Türk dilində ingilis, alman, fransız, ərəb və s.
Ada dili
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Adıge dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıq dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Afar dili
Afar dili-Efiopiya, Eritreya və Cibutidə danışılan bir Düzənlik Şərq Kuşit dilidir. Ən yaxın qohumu Saho dilidir.
Afrikanc dili
Afrikaans və ya Bur dili — German dillərindən biridir. CAR-ın rəsmi dövlət dillərindən biridir. Əsasən Transvaal əyalətində yayılmışdır. Afrikaans dili XVII əsrdə Niderland dilinin dialektlərinin, qohum dillərin (alman və ingilis) qarışması və inteqrasiyası nəticəsində yaranmışdır. Fonetik sistemi Niderland dilinin fonetik sisteminə yaxındır. Saitlərin müəyyən fonetik mövqedə burunlaşması və söz əvvəlində cingiltili novlu samitlərin karlaşması səciyyəvi xüsusiyyətlərindəndir.
Ainu dili
Aynu dili(Ainu: aynu. アイヌ・イタㇰ, Aynu itak; Yaponca: yap. アイヌ語 Ainu-go)-Aynu dilləri​​ndən biridirki Aynu etnik qrupu üzvləri tərəfindən şimalı Yapon adası Hokkaydoda danışılır. == Şifahi ədəbiyyat == Aynu malik zəngin bir yukar adlı qəhrəman-sagas şifahi ənənəyə malikdir ki bir sıra qrammatik və leksik arxaizmləri qoruyur.
Akan dili
Akan dili – akanların dillərindən biridir. Mərkəzi və Cənubi Qanada yayılmışdır. Bu dildə 7 milyondan artıq adam danışır. Akan Dili kva dillərinin tano qolunun mərkəzi qrupuna aiddir və qohum abron dili ilə birlikdə akan yarımqrupunu təşkil edir. Daha geniş mənada "Akan" termini elmi ədəbiyyatda tano qolunun ümumi adı kimi işlədilmişdir və bu, hazırda akan xalqlarının adında saxlanılmaqdadır. Bu termindən çvi birliyinin adı kimi də istifadə olunmuşdur. Akan Dilindəki sait səslərə yüksəkliyinə görə çarpazlaşmış tipli ahəngdarlıq xasdır. Arxa damaq samitinin olmaması və ön palatal samitlərin (ky, gy, hy) dodaqlanan cütlüklərlə (tw, dw, hw) mövcud- luğu bu dil üçün səciyyəvidir. Akan Dilində qrammatik və leksik əhəmiyyətli 2 yumşaq ahəng var. Adlar tək və cəm kateqoriyalara ayrılır.
Akkad dili
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Alban dili
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Aleut dili
Aleut dili və ya Unangan dili (öz dilində olan adı: Unangam Tunuu) – Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarında və Rusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin iki qolundan birini təşkil edən dil. == Dialektləri == Dialekt və etnosları: Uzak Qərb Aleutçası Sasignan Aleutçası (öz adı Sasignan; Doğu lehçesinde Sasxinan; Batı lehçesinde Sasxinas; İngilis dilində Attuan): Attu, Agattu, Semichi adalarında danışılır. Rus Aleutçası (öz adı Kasakam Unangangis 'Rus Aleutları'; İngilis dilində Copper Island Aleut; Rus dilində медновский язык): Rus dili bazlı Sasignan kreolü olup Rusiya Federasyonuna bağlı Komandor adalarında (Остров Беринга и Медный Остров) danışılır. Orta Qərb Aleutçası (öz adı Aliguutax̂; İngilis dilində Atkan, Western Aleut) Naahmiĝus: Delarof (Amatignak, Tanaga) adalarında yaşayırlar. Niiĝuĝis: Andreanof (Kanaga, Adak, Atka, Amlia, Seguam) adalarında yaşayırlar. Şərq Aleutçası (İngilis dilində Eastern Unangan, Eastern Aleut) Akuuĝun ya da Uniiĝun: Four Mountains (Amukta, Kagamil) adalarında yaşayırlar. Qawalangin: Fox (Umnak, Samalga, Unalaska'nın batısı) adalarında yaşayırlar. Qigiiĝun: Krenitzen (Unyalaskanın doğusu, Akutan, Akun, Tigalda) adalarında yaşayırlar. Qagaan Tayaĝungin: Sanak (Unimak, Sanak) adalarında yaşayırlar. Taxtamam Tunuu: Belkofskide danışılır.
Algol dili
ALGOL (The ALGOritmick Language) – 1958-ci ildə Avropada bir konsorsium tərəfindən inkişaf etdirilmişdir. IBM Firması FORTRAN dilini öz təchizatlarında istifadə ediləcək ortaq proqramlaşdırma dili olaraq mənimsədiyindən, avropalılar da alternativ bir dil inkişaf etdirmək istəmişlər. ALQOL dilində inkişaf etdirilən bir çox prinsip müasir proqramlaşdırma dillərinin hamısında istifadə edilməkdədir. 1958-1960-cı illərdə riyazi düsturları proqram əmrlərinə rahat çevirməyə imkan verən ALGOL (ALGOrithmic Language) dili Algol-58, Algol-60 yaradılmış və 1964- 1968-ci illərdə Algol 68 təkmilləşdirilmişdir. İlk proqramlaşdırma dillərindən olan bu dil həm proqramların, həm də alqoritmlərin yazılma vasitəsi kimi yaradılmışdır. == Digər proqramlaşdırma dilləri == KOBOL Assembler Basic C C++ C# Fortran JAL Java LISP Object C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Alman dili
Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Altay dili
Altay dili və ya dəqiq olaraq Cənubi Altay dili — iki Dağlıq Altay dillərindən biri, altaylıların əsas dili. Rusiya Federasiyasındakı Altay Respublikasının rəsmi dili. 1948-ci ilədək oyrot dili adlanırdı. == Şərh == Cənubi və şimali altay dilləri ənənəvi olaraq bir altay dili hesab edilirdi. Ancaq türk dillərinin müasir təsnifatına görə onlar iki müxtəlif dil hesab edilir. Eyni zamanda Rusiyada dialektlərin ayrılmaları da azsaylı xalqların müstəqil dili hesab edilirlər (kumandin, teleut, çelkan və tubalar dilləri). 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər altay dilin ana dili hesab ediblər. == Müqayisə == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı Şimali Altay dilləri == Mənbə == Школьный алтайско-русский словарик Кафедра алтайского языка и литературы Arxivləşdirilib 2007-01-08 at the Wayback Machine Горно-Алтайского государственного университета Алтайский язык в проекте ETHEO Arxivləşdirilib 2013-02-27 at the Wayback Machine (коротко о грамматике и фонетике, этнические группы) Страница Ethnologue для южного алтайского Информация о телеутах на сайте Совета Федерации Телеутский язык Arxivləşdirilib 2009-09-14 at the Wayback Machine == Ədəbiyyat == Баскаков Н. А. Алтайский язык. — М., 1958. Грамматика алтайского языка, составленная членами Алтайской духовной миссии.
Alyutik dili
Alyutik dili (alyutik, Sakit okean yupiki və ya suk və ya suxststun və ya suxpiak) - Alyaska yarımadasında, Kadyak adasında, Syuard yarımadasında və Prins Uilyam körfəzi sahilində yayılıb. Danışanların sayı təqribən 450 nəfər ( yaşlı nəsil). Alyutik dili alyaska yupikcəsi ilə başa düşülür. Alyutik dili uzun müddət rus dili ilə kontaktda olub (XVIII əsr—XX əsr) və ondan dilə bir sıra sözlər keçib. == Dialektləri == Alyutik dilinin iki dialekti var: koniaq alyutiki və çuqaç alyutiki. == Mənbə == Православные тексты на кадьякском (алютик) языке. Вахтин Н. Б. Юпикские языки Аляски. == Ədəbiyyat == Reed I., Miyaoka O., Jacobson St., Pascal A., Krauss M. Yupik Eskimo Grammar. Fairbanks, 1978. Jacobson St.
Alütor dili
Alütor dili - Çukot-kamçatka dillərindən biridir. Əsasən Koryak muxtar vilayətində yayılmışdır. 200-dən bir qədər artıq daşıyıcısı vardır. Alütoran, palan və karaqin dialektlərinə bölünür.
Tik-Tok
Bu terminin başqa mənası da var, bax: Tik-Tok Tik-Tok (ing. Tik-Tok) — Laymen Frenk Baumun "Oz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan personajı.. Ədəbiyyatşünaslar onu "robotun prototipləri" siyahısına aid edirlər və ədəbiyyatda robotun ilk nümunələrindən (Edvard Ellisin 1868-ci ildə yazdığı "Preriyalarda buxar adamı" əsərinin personajı "buxar insanla" birlikdə) hesab edilir. Lakin robot termini ilk dəfə ancaq 1920-ci ildə Karl Çapekin "Rossum universal robotları" pyesində işlənmişdir. == F.Baumun personajı == Tik-Tok – dairəvə formada olan, tuncdan hazırlanan mexaniki insandır. O, zavod yaylarının (prujinlərinin) fəaliyyəti sayəsində hərəkət eləyir. Həmin prujinləri mexaniki saat və ya mexaniki oyuncaq kimi mütəmadi olaraq qurmaq lazımdır. Onun dizləri və ovucu cəngavər zirehini xatırladır. Tik-Tokun düşünmək, nitq və hərəkətləri üçün ayrıca mexanizmlər vardır. Lakin o bunlardan hər hansı birini sərbəst işlədə bilmək qabiliyyətində deyildir.
Ortaq türk dili
Ortaq Türkcə — Şaz türkçəsi və ya Şərq türkçəsi XIX yüzilliyin rus qaynaqlarında Çağatay türkcəsi Kazan tatarlarının, noqayların, qırğızların, Krım tatarlarının, Kiçik Asiyanın və Türkiyə türklərinin danışdığı ortaq dil kimi təsvir edilirdi. Ortaq türkcə, yaxud ümumtürk ədəbi dili, türk xalqları üçün vahid dil ideyası XIX yüzilin sonlarından başlayaraq XX yüzilin 20-30-cu illərinə qədər mürəkkəb, ziddiyyətli bir inkişaf yolu keçmişdir. Bu cərəyan türk millətinin milli özünüdərk, milli oyanış prosesinin təbii nəticəsi olaraq meydana gəlmişdi. Türk soyları arasında vahid ortaq әdәbi dilin zәruriliyi ideyasi ilk dәfә XIX yüzilin 80-ci illәrindә İsmayıl Qaspıralı tәrәfindәn irәli sürülmüşdü.
Qədim türk dili
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. == Xüsusiyyətlər == Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi.
Sonkor-türk dili
Sonkor dili və ya türkcəsi — danışıq dili səviyyəsində ana dili kimi işlənilir, cəmi 35 min adam tərəfindən İranın Sonkor şəhərində və Fərhadxan yaşayış yerində danışılır. Sözügedən dil də ədəbi dil səviyyəsinə malik olmadığından ümumtürk dilinin və ya oğuzcanın bir dialekti kimi qiymətləndirilə bilər.
Türk Dili Cəmiyyəti
Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat. == Ümumi məlumat == Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər. Qurumun ilk sədri Samih Yalnızgil oldu. Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu. Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır. Baş ofisi Ankarada yerləşir.
Türk dili islahatı
Türk dili islahatı — (türkcə Dil Devrimi, dil inqilabı və ya dil islahatı), türk dilinin ərəb və fars mənşəli sözləri unudulmuş qədim Türk dillərdən alınmış və ya Türk köklərdən istifadə edilərək tamamilə yenidən düzəldilmiş sözləri ilə əvəz etməyə yönəltmiş bir dövlət kampaniyası idi. Kampaniya 12 İyul 1932 tarixində Atatürk tərəfindən başladılmiş və 1970-ci illərədək davam etmişdir. Türkсədəki qeyri-türk ünsürlərə qarşı mübarizəsinin ən qızğın mərhələsi 1932-1938-ci illər arasında aparılmışdır. Dil islahatından qabaq türk dilinin leksik fondunun əksər hissəsi ərəb və fars sözləri təşkil etmişdirsə, kampaniyasının başa çatmasından sonra ərəb sözlərin payı cəmi 6%-ə, fars sözlərinki isə 1 %-ə enmişdir. == Tarixi == === Osmanlı dönəmi === Türklər ərəb və fars dilli xalqlarla təmasa girəndə öz dillərində olmayan sözləri aldılar. Ancaq tapılmayan sözlərə əlavə olaraq, türk sözləri zaman keçdikcə öz funksiyalarını itirdi və ərəb və fars sözləri ilə əvəz olundu. Türk dilində od sözü fars atəşi ilə əvəz edilmişdir. Yalnız sözlər deyil, hər iki dildə ifadələr və konstruksiyalar, həmçinin qrammatika qaydaları da alındı. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər.
Türk dili qrupu
Türk dilləri — dünyada böyük sayda əhalinin danışdığı qohum dillər qrupu. Türk dilləri ailəsi 41 dil, ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tıva, Çuvaşıstan, Yakutiya (Saxa), Dağlıq Altay və Xakasiya yerli əhalisinin, eləcə də İran, İraq, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş Yuqoslaviya və Albaniyanın bir sıra xalqlarının genoloji (mənşəcə) və tipolji cəhətdən qohum dilləri. Keçmiş SSRİ-də türk xalqları slavyan xalqlarından sonra II yeri tuturdu və SSRİ-də bu dil ailəsinə mənsub 23 dil olmuşdur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noğaylar), Kabarda-Balkariya, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noğaylar, Truxmenlər), Moldovada (Qaqauzlar), Litvada (Kəraimlər, Tatarlar), Ukraynada (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. Türk dillərinin hansı dillər ailəsinə daxil olması indiyədək müəyyənləşdirilməmişdir. Alimlərin bir qismi onları Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Türk dilləri qrupunu müstəqil dil ailəsi hesab edənlər də var. Türkiyədə isə ümumən türk dilləri əvəzinə türk ləhcələri təbiri qəbul edilməkdədir və buna görə Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, özbək türkcəsi, və s.
Vahid türk dili
Ortaq Türkcə — Şaz türkçəsi və ya Şərq türkçəsi XIX yüzilliyin rus qaynaqlarında Çağatay türkcəsi Kazan tatarlarının, noqayların, qırğızların, Krım tatarlarının, Kiçik Asiyanın və Türkiyə türklərinin danışdığı ortaq dil kimi təsvir edilirdi. Ortaq türkcə, yaxud ümumtürk ədəbi dili, türk xalqları üçün vahid dil ideyası XIX yüzilin sonlarından başlayaraq XX yüzilin 20-30-cu illərinə qədər mürəkkəb, ziddiyyətli bir inkişaf yolu keçmişdir. Bu cərəyan türk millətinin milli özünüdərk, milli oyanış prosesinin təbii nəticəsi olaraq meydana gəlmişdi. Türk soyları arasında vahid ortaq әdәbi dilin zәruriliyi ideyasi ilk dәfә XIX yüzilin 80-ci illәrindә İsmayıl Qaspıralı tәrәfindәn irәli sürülmüşdü.
Xorasan-türk dili
Xorasan-türk dili — Xorasan türkcəsi, türk dillərdən biridi ki Xorasan türkləri bu dildə danişirlar, bu dil daha çox quzey Xorasan da sohbet olur, amma Rəzəvi Xorasan və Gülüstan iyalətlər də'də danişmaci vardir.tüm kimlər ki Xorasan türkcəsinnən danışırlar fars dilini də yaxşı danışa bilirlər. Xorasan türkləri umumən bocnurd, şirvan, bam və səfi abad quzey xorasan iyalətindən və bəzi də quçan, dərgəz, cəğtay, cuvin, səbzivar, neyşabur rəzəvi xorasan dan və ayrica ramiyan, minadəşt şəhərlərdə və azadşəhr (gulistan iyalətində bir şəhər) sohbət olur. Xorasan türkcəsi bölgəsəli 3 ləhcədə bölum olur 1-Batı ləhcəsi: bocnurd və bağli kəndlər, cuvin, cəğtay, neqab 2-Doğu ləhcəsi: şirvan, faruc, quçan, dərgəz, kəlat və bağli kəndlər 3-Güney ləhcəsi: nişapur, sərvelayət və bağli kəndlər Xorasan türkcəsi oğuz dillərin ailəsini aid'dir, ayrica Azərbaycan türkcəsi, İstanbul turkcəsi, qaqauz, türkməncə və salar dilləri də oluşur Xorasan türkcəsi, Azərbaycan türkcəsini ən yaxin dilidir Xorasan türkcəsi bağımsız bir ləhcə oğuz dili qrupun şubəsin'də olaraq qəbul olmuşdur. Mevlana şeirlərin dilidə Xorasan türkcəsidir Azərbaycanin classic ədəbiyyatin ilkinci şairləri pur həsən isfirayinidi. == İstinadlar == == Xarici keçidlər == Alles über Chorasan – in arabischer und lateinischer Schrift Homepage der Chorasan-Türken Arxivləşdirilib 2007-05-18 at the Wayback Machine xorasan türkü dili tanişliği, yazan:calal Qolizade mezerci Arxivləşdirilib 2015-05-13 at the Wayback Machine Cevat, Heyet (1988).
Xarəzm türk dili
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. == Tarix == Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
Türk Dil Qurumu
Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat. == Ümumi məlumat == Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər. Qurumun ilk sədri Samih Yalnızgil oldu. Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu. Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır. Baş ofisi Ankarada yerləşir.
Beynəlxalq Dil İli
Beynelxaq dil ili — Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının tövsiyəsi ilə 2008-ci ili Beynəlxalq dil ili elan etdi və Birləşmiş Millətlər Təşkilatının fərmanı ilə, BMT rəsmi saytında altı rəsmi dil arasında tam bərabərliyin olmasına diqqət çəkildi. Qətnamə, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının veb saytlarında altı rəsmi dil arasında tam paritetə ​​ehtiyac olduğunu bir daha təsdiqlədi. == Tarixi == Beynəlxalq Dillər İlinin məqsədi dil müxtəlifliyinə, bütün dillərə və çoxdillilikə diqqət çəkmək idi. Bu məqsədlə fərmanda Birləşmiş Millətlər Təşkilatı daxilində dil problemi də ifadə edildi. Beynəlxalq dil ilinin qeyd olunmasına cavabdeh olan YUNESKO 21 fevral Beynəlxalq Ana Dili Günündə rəsmi olaraq işinə başladı. == Qeydolunması == YUNESKO-nun təşkil etdiyi rəsmi qeyd etmələrdən başqa, müxtəlif milli və qeyri-hökumət təşkilatları və akademik qurumlar Beynəlxalq Dil ilini qeyd etmək üçün bəzi tədbirlər və saytlar vasitəsi ilə təntənədə iştirak etdilər.
İngilis dili xarici dil qismində
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. == TOEFL və IELTS == TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
Türk-slavyan dil əlaqələri
== Türk-slavyan dil əlaqələrinin tədqiqi == Türk-slavyan dil əlaqələri haqqında ilk dəfə çex alimi Y. Paysker yazmışdır. Y. Paysker slavyan, türk və alman dil əlaqələrinə həsr olunmuş əsərində Qərbi Ukrayna ərazisində yaşayan bulqar-skiflərin slavyanlarla iqtisadi və mədəni əlaqələrinin olduğunu qeyd edirdi. Y. Paysker türkdilli skiflərin qərbi slavyanlarla olan əlaqələrinin real tarixli faktlara söykəndiyini sübut etməyə çalışırdı. Y. Payskerin əsərini L. Hiderli tənqid edərək yazırdı ki, "heç bir qədim slavyan-Turan yaxınlaşmasından söhbət gedə bilməz". Türk mənşəli sözlər cənubi və şərqi slavyan dillərində saysız-hesabsızdır. Lakin qərbi slavyan dillərində rast gəlinən türkizmlərin çoxu ehtimal ki, qədim slavyan dilinə keçən sözlərdir. Polyak dilində rast gəlinən "çakan" (kıtman) sözü bu dilə Ukrayna və ya slovak dillərindən keçmişdir. Bu sözün türkizm olduğunu cığatay dilindəki "çakan" – balta sözü sübut edir. Çex dilində "salas" sözünə rus dilində "шалаш" formasında rast gəlinir. Maxekin "Etymologicky slovnik yazıka českeho a slovenskeho" – Çex və slovak dillərinin etimoloji lüğətində verilmiş türkizmlərin tarixi daha qədimdir.
Soyot-tuka dili
Soyot-tuka dili (özləri Soyot-Tuğka, Soyıt-Dukha, Soyıt-Tuha da adlandırırlar) — türk dillərindən biri, tuva, tofalar və kök-monçak dillərinə yaxındır. İki dialektə bğlünür: Buryatiyadakı soyot (soyıt) (demək olar ki, yox olub soyotlar) və Monqolustanın Darxat diyarında olan tsatanlar (тyъha). Digər versiyaya görə Monqolustanda iki dialekt var — tsatan və uyğur-uryaxay dialektləri. Soyot əlifbası (soyot-buryat-rus lüğətinə görə, 2003-cü il.): == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Рассадин В. И. Словарь сойотско-русский. — СПб.: Дрофа, 2006. — 208 с. Рассадин В. И. Сойотско-бурятско-русский словарь. — Улан-Удэ, 2003. Рассадин В. И. О сойотах и их языке// Мир Центральной Азии: Языки. Фольклор.
İman gətirən
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
Cek dili
Cek dili (yerli dildə: Cekcə məz) — ceklilərin danışdığı dil. Şahdağ xalqlarına məxsus yeddi Şahdağ dilindən biridir. Coğrafi mövqe baxımından daha yaxın digər Şahdağ dilləri ilə birlikdə Şahdağ yarımqrupunda birləşir. Əlifbası yoxdur. Şahdağ xalqlarına məxsus yeddi Şahdağ dilindən biri olan cek dili barədə bizə məlum olan ilk məlumat R.Fon Erkertin 1895-ci ildə Vyanada alman dilində nəşr olunmuş "Qafqaz köklü dillər" əsərində verilmişdir. İki hissəli həmin əsərin I hissəsində 545 almanca sözün Qafqaz dillərində səslənməsi əks olunmuşdur. Müəllif Qafqazda yaşayan 30 xalqın dilindən, o cümlədən buduq, xınalıq, cek dillərindən (qrız, haput, əlik və yergüc dilləri göstərilməmişdir) istifadə edərək maraqlı lüğət tərtib etmişdir. Belə ki, hər hansı söz başlıqda alman, ingilis və fransız dillərində göstərilir və sonra Qafqazdakı 30 dildə onun qarşılığı verilir. Cek dili hər yerdə 18-ci qrafada (buduq 17-də, xınalıq 19-da) əks olunur. Şahdağın ətəklərində yayılmış dilləri bildirən "Şahdağ dilləri" termini elə həmin müəllifə məxsusdur.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.