Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dinamik IP
Telefon ilə internetə girən userlərin IP adresləri çox vaxt dinamik-tir, yəni servis provayder — de həmin anda boş olan bir IP adresini internetə girən kompüterlərə verər. Buna görə də hər internetə girəndə IP adreslərinin bir bölümü dəyişər. Dinamik IP adresleri, zaman içində dəyişir: Bağlantı qopartılıp yenidən bağlandığında dəyişər, Periyodik olarak (misal her axşam saat 00:00'da) dəyişəbilər, Yük altında vəya yüksüz durumda dəyişəbilər vs. Dinamik IP adresi olduğu halda kompüterini server kimi işlətmək isteyenler NO-IP kimi pulsuz olan servisleri istifadə edəbilərlər. Bu cür xidmətlər normal DNS'e görə daha yavaş olsa da (dinamik DNS'te önbellekleme edilməz) az ziyaret ediləcək saytlar üçün uyğundur.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. == Dinamik manqaların növləri == Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. === Bir tərtibli aperiodik manqa === Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T — manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt, t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63,2%-ni alır.
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. == Terminologiya == Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) == Həqiqi bir iş dövrünün modelləşdirilməsi (RBC) == Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır. "Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər.
Dinamika
Dinamika — fizikada hərəkəti, onu doğuran səbəbi nəzərə almaqla öyrənən bölmədir. Mexanikanın səbəbiyyət prinsipi — cismin başlanğıc vəziyyəti və sürəti onun sonrakı mexaniki hərəkətini və vəziyyətini müəyyənləşdirir müddəasından ibarətdir. Ətalət — cismə qüvvə təsir etmədikdə öz sükunət və ya bərabərsürətli hərəkət halını saxlama xassəsidir. Kütlə — cismin ətalət ölçüsüdür. Deməli, cismin sükunət və düzxətli bərabərsürətli hərəkət halı, Əbülhəsən Bəhmənyarın XII əsrdə dediyi kimi, xarici təsirə məruz qalmayan bütün cisimlərin təbii halıdır. Qalileyin ətalət prinsipi — cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, ya da sabit sürətli hərəkətini davam etdirər. Dinamikanın üç qanunu klassik və ya Nyuton mexanikasının əsasını təşkil edir: Cismə başqa cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırdıqda o sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, kütləsi ilə tərs mütənasib olub, əvəzləyici qüvvənin təsiri istiqamətində yönəlir: a=F/m və ya F=ma. İki cismin qarşılıqlı təsir qüvvəsi qiymətcə bərabər olub istiqamətcə əksdir, F1=-F2 . Bu qanunlar Nyuton qanunları da adlanır.
Dinamit
Dinamit — Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır. == İstifadə sahələri == Dinamitin əsas istifadə sahələri inşaat, mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur . Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur. Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur. == Tərkibi == Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur.
Səviyyə
Səviyyə (ing. grade, rus. уровень) — rabitə sistemlərində: bir kanalla ötürülə bilən tezliklər diapazonu. Məsələn, danışıq səviyyəli telefon rabitəsi 300–3400 Hs aralığındakı tezlikləri əhatə edir. == Gsm kodlama == 1. 1Bakı 2013 İnformasiyanın kodlanması məsələləri2. Mobil rabitə sistemlərində maneədavamlıkodlamanın reallaşdırılması GSM standartında kodlama prinsipləri Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmliişlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminingenişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsizamanı aşağıdakı proseslər nəzərdə tutulur.- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması- Kanal kodlaması- Modulyasiya Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur vədaha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır; Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitqsiqnallarının rəqəmli verilişində tezlik zolağı 300–3400 Hs arasında məhdudlaşır; Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 msolur; Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmlisiqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır; Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalınmənbəyinin kodlanması (source coding); GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.5MMobil rabitə sistemlərində maneədavamlı kodlamanınobil rabitə sistemlərində maneədavamlı kodlamanınreallaşdırılmasıreallaşdırılması İlkinemaletməQısa müddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiQısa müddətlixəbərverməsüzgəcanalizatoruUzunmüddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiUzunmüddətlixəbərverməsüzgəcanalizatoruHəyəcanlanma siqnalınınparametrlərininqiymətləndirilməsiSüzgəcpostuQısa müddətlixəbərverməsüzgəc sintezatoruUzunmüddətlixəbərverməsüzgəc sintezatoruHəyəcanlanma siqnalınınformalaşmasıKoderDekoder Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürənmodulyatordan əvvəl olur; Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidənqəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədədüzəldilməsi üçündür; Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasınınəlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding)adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama.
Zəviyə
Zaviyə
Molekulyar dinamika
Napoleon Dinamit
Napoleon Dinamit (ing. Napoleon Dynamite) — 2004-cü ildə ekranlara çıxan müstəqil ABŞ filmi. == Süjet == ABŞ-nin Orta Qərb bölgəsindəki ekssentrik orta məktəb şagirdi Napoleon Dinamit, sinfinə yeni gələn özü kimi bir şagird ilə dostluq edir.
Səviyyə (informatika)
Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir. Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zəviyə (Həştrud)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (18 ailə).
Zəviyə (Kəleybər)
Zəviyə (fars. زاويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (11 ailə).
Zəviyə (Miyanə)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (56 ailə).
Zəviyə (Xoy)
Zəviyə (fars. زاويه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.417 nəfər yaşayır (293 ailə).
Zəviyə (Əcəbşir)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (68 ailə).
Səfiyə Əli
Səfiyə Əli (türk. Safiye Ali; 2 fevral 1891, İstanbul, Osmanlı imperiyası – 5 iyul 1952, Dortmund, Şimali Reyn-Vestfaliya) — Türk həkimi. O, Türkiyə Respublikasının ilk qadın həkimi və tibb təhsili almış ilk qadınıdır. Ana və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən Səfiyə Əli Süd Damlası Evləri ilə tanınır. O, həkim fəaliyyəti ilə yanaşı, İstanbulda başlayan feminist hərəkatına da qatılaraq türk qadınlarının seçilmək hüququ uğrunda mübarizə aparıb. == Həyatı == Səfiyə Əli 1894-cü ildə İstanbulda anadan olub. Onun atası Sultan Əbdüləziz və II Əbdülhəmidin köməkçilərindən Əli Kırat Paşa, anası isə Şeyxülhərəm Hacı Emin Paşanın qızı Əminə Hasenə xanımdır. Səfiyə Əli ailədə dörd bacının ən kiçiyi olub. Ailəsi Osmanlı imperiyası dövründə müxtəlif xidmətləri ilə tanınırdı. Onun babası Hacı Emin Paşa 17 il Məkkə Şeyxülislamı olmuş və hələ də fəaliyyət göstərən beş vəqf təsis etmişdir.
Səniyə xanım Sultan
Səniyə xanım Sultan (4 oktyabr 1843, İstanbul – 1913) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Səniyə xanım Sultan 4 oktyabr 1843-cü ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 7 yaşında ikən anası vəfat etdi və bacısı Fəridə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. 1860-cı ildə Səniyə xanım Mustafa Nuri Paşanın oğlu Hüseyn Hüsnü Paşayla nigahlandı və yeni ailəsiylə birlikdə Fəriyə sarayında yaşamağa davam etdi. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Səniyə xanım bacısını da yanına alaraq ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il bacısı Fəridə xanım Sultan Mahmud Nədim Paşayla evləndirildi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1899-cu ildə ərinin vəfatıyla dul qalan Səniyə xanımın bu nigahdan övladı olmadı və bir daha evlənmədi.
Səniyə İnşirah Qadınəfəndi
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. == Həyatı == İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
Səniyə İnşirah xanım
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. == Həyatı == İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
Yuxarı Zəviyə (Çaldıran)
Yuxarı Zəviyə (fars. زاويه عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (33 ailə).
Zəviyə-i Cəfərabad
Zəviyə-i Cəfərabad (fars. زاويه جعفراباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (45 ailə).
Zəviyə-i Kivi
Zəviyə-i Kivi (fars. زاويه كيوي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (20 ailə).
Zəviyə-i Kürd
Zəviyə-i Kürd (fars. زاويه كرد‎) və ya Zeyvə — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 379 nəfər yaşayır (81 ailə).
Zəviyə-i Zərcabad
Zəviyə-i Zərcabad (fars. زاويه زرج اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (46 ailə).
Şəvilə (Sulduz)
Şərifəddin (fars. شاوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (129 ailə).
Dinamizm
Dinamizm (alm. Dynamismus‎; fr. Dynamisme; ing. Dynamism) — Materiyanın güc ya da qüvvətin bir təzahür forması olduğunu önə sürən fəlsəfə təlimi. Şeylərin mahiyyətinin qeyri-maddi qüvvələrdən ibarət, materiyanı isə şeylərin hərəkətinin təzahürü olan həmin qüvvələrdən törəmə hesab edən fəlsəfi təlimlər.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Səfaiyə
Səfaiyə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının Firdovs bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,961 nəfər və 499 ailədən ibarət idi.
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Səhiyyə
Səhiyyə — dövlət fəaliyyətinin bir istiqaməti. Məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir. Siyasət, iqtisadiyyat, sosial, hüquq, elm, tibb, gigiyena, epidemiologiya və mədəni sahədə görülən işlərin cəmi sayəsində mümkün olur. Hər bir insanın fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmlənməsinə, onun uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım gəstərilməsinə xidmət edir. Bunub üçün xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır.
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad talış dilində sə (sı) "qırmızı" və livə "yarpaq" sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur).
Səqifə
Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili. Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi. == Arxa plan == Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi: Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.
Madam de Sevinye
Madam de Sevinye (fr. Marie de Rabutin-Chantal, marquise de Sévigné; 5 fevral 1626[…], Paris – 17 aprel 1696[…] və ya 17 aprel 1695) — fransız yazıçısı, Fransa ədəbiyyatı tarixində ən məşhur epistolyar əsər olan "Məktublar"ın müəllifi. Veneradakı Sevinye krateri onun adını daşıyır. == Həyatı == Madame de Sevinyenin atası Sels-Benin de Rabutin-Chantal döyüşdə həlak olmuşdur (1627). O, babası, daha sonra isə qardaşı tərəfindən böyüdülmüşdür. Müəllimləri Jean Chaplin və Gilles Menage sayəsində o, italyan, bir qədər də latın və ispan dillərini mükəmməl bilirdi. 1644-cü ildə Marquis Henri de Sevigne (1623-1651) ilə evləndi. Lakin, evliliyi xoşbəxt olmadı. Əri xanımına biganə qalıb, onu aldadıb. 1652-ci ildə məşuqəsi Madam de Qondran üzərində dueldə öldürüldü və iki uşaq, bir oğlu və bir qızı olan gənc bir dul qaldı.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. == Coğrafiya == Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.