Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Divdad ibn Məhəmməd
Divdad ibn Məhəmməd — Sacilərin II afşini. Atasının ölümündən sonra cəmi 7 ay taxtda qalmış, əmisi tərəfindən devrilmişdir. Bağdada getmiş Divdad haqda əlavə məlumat yoxdur.
Əbu Sac Divdad
Əbu Sac Divdad — Sacilər sülaləsinin banisi, sərkərdə. == Həyatı == Əbu Sac Divdad Soqdiananın Usruşana vilayətində doğulmuşdu. Atasının adı Divdaştdır. Əbu Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, Afşinin iqamətgahına gətirilməsi münasibətilə çəkilmişdir. 839-cu il də Afşin Heydər ibn Kavus xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu Sacı Azərbaycanın Xilafətə qarşı çıxmış hakimi Minkicəvr əl-Fərqaniyə qarşı yolladı. Elə həmin il Əbu Sac Xilafətə qarşı üsyan qaldırmış başqa bir yerli hakimin, Təbəristan hakimi Məzyarın cəzalandırılması üçün də göndərilmişdi. Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi kimi yüksək vəzifəyə təyin etdi . 865-ci il ədək Əbu Sac bu vəzifədə qaldı. 865-ci il də Əbu Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzə qarşı Mesopotamiyadakı əl-Mədain şəhərlərinin idarəsi tapşırılmışdı. 866-cı il də Əbu-s-Sac Kufə şəhəri və onun ətrafının canişini təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur.
Yusif ibn Əbu Sac Divdad
Yusif ibn Əbu Sac Divdad (İran – 928, Kufə) — bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid müstəqil dövlət çərçivəsində birləşdirən ilk hökmdar. == Həyatı == Əbu Sac Divdadın oğlu idi. Hakimiyyətə 901-ci ildə qardaşı oğlu Divdad ibn Məhəmmədi devirərək gəlmişdir. Marağanın divarlarını sökdürərək paytaxtı Ərdəbilə köçürən Yusif, I Smbatın xilafətin birbaşa vassalı olma təklifini eşitdi və onu hüzuruna çağırdı, lakin Smbat bundan imtina etdi. Bir neçə döyüşdən sonra 903-cü ildə Smbat onun vassalı olmağı qəbul etdi. == Ermənilərlə münasibətlər == 908-ci ildə xilafətlə arası pozulan Yusif xəlifənin Smbatla aranı yaxşılaşdırmasına qəzəblənərək, digər erməni hakimi Vaspurakan hakimi I Gagiklə birlikdə Naxçıvan və Süniki ələ keçirdi. 910-cu ildə Smbatın oğulları gələcək hökmdar II Aşot və qardaşı Muşel Baqratuninin komandanlıq etdiyi orduları ağır məğlubiyyətə uğradaraq hər iki oğlunu əsir aldı. Muşel zəhər içirilərək edam olundu. 913-cü ildə Yusif Smbatı qalalardan birində tələyə salaraq təslim olmağa məcbur etdi və 1 il həbsdə saxladı. Bu arada Smbatın oğlu Aşot Əlincə qalasını ələ keçirmiş və orda müdafiə olunmağa başlamışdı.
Divan
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Dizac
Dizac (Üskü)
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dilşad Elbrus
Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor. == Həyatı == Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur. Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir. == Fəaliyyəti == Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir.
Dilşad Fatxulin
Dilşad Zinnatoviç Fatxulin (6 aprel 1940, Daşkənd – 18 yanvar 2020, Moskva) — rejissor, operator. == Həyatı == Dilşad Fatxulin 6 aprel 1940-cı ildə anadan olub. ÜDKİ-də təhsil alıb (1963). 1966-cı ildən "Özbəkfilm" kinostudiyasında, 1974-cü ildən Mosfilmdə quruluşçu operator kimi çalışıb. SSRİ Dövlət Mükafatı laureatı (1977), Rusiyanın əməkdar incəsənət xadimidir.
Dilşad xatun
Dilşad xatun (XIII əsr – 1352, Cəlairilər sülaləsi) — Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı. == Həyatı == Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı. Dilşad xatun 1352-ci ildə vəfat etdi. Nəcəfül-Əşrəfdə dəfn edildi. == Mənbə == Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.
Divlaq (Ərdəbil)
Divlaq (fars. ديولق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,137 nəfər yaşayır (244 ailə).
Divzənd (Qürvə)
Divzənd (fars. ديوزند‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,041 nəfər yaşayır (241 ailə). Əhalisini kürdlər və azərbaycan türkləri təşkil edir.
Məmməd Şirzad
Şirzadov Məmməd Firudin oğlu— (d.23 may 1946, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi) - rəssam-boyakar. == Fəaliyyəti == 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür. 1968-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1990-cı ildə Saratov Dövlət Unversitetini bitirmişdir. 1995-ci ildən Türkiyədə yaşayır, Afyon Universitetinin incəsənət fakültəsində çalışır. == Sərgiləri == Naxçıvanda, Bakıda, Tiflisdə, Moskvada, Almaniyada, Finlandiyada, Türkiyənin İstanbul, Ankara, İzmir, Trabzon şəhərlərində fərdi yaradıcılıq sərgiləri açılmışdır. Məmməd Şirzadın yaradıcılığında portret, peyzaj janrları xüsusi yer tutur. Rəssamın qədim Naxçıvan torpağı ilə bağlı silsilə tabloları var. Türkiyə etüdləri də xüsusi diqqət çəkir.
Nəvzad xanım
Nəvzad xanım (d. 2 mart 1902 — ö. 23 iyun 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi. == Həyatı == Nəvzad xanım Beşiktaş rayonunda Hüseyn bəy köşkündə 2 mart 1902-ci ildə dünyaya gəlmişdir. Atası köşkün bağbanı Şaban Barqu, anası isə Xədicə xanım idi. Əsl adı Nemət idi. Özündən başqa Əminə və Fatma adlı 2 bacısı, Saleh adlı qardaşı vardı. Yaşadıqları köşkün xanımı Əda xanım, atası Şaban bəyin bibisi idi. 1913-cü ildə Əda xanımın istəyilə, Nemət və bacısı Əminə V Mehmedin hərəminə alındı. Saraya alındıqdan sonra özünə Nəvzad, bacısına isə Nəsrin adı verildi.
Zoya Pirzad
Zoya Pirzad-İran ermənilərindən olan farsca yazan yazıçı və romançı.Zoya Pizadın anası erməni və atası isə rus idi. Zoya Pirzad, hal-hazırda Almaniyada sakindir.
Şirzad Abdullayev
Şirzad Abdullayev (16 oktyabr 1970, Ağdaş rayonu) — Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini (2018–2020), Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru (2008–2018). == Həyatı == Şirzad Əyyub oğlu Abdullayev 1970-ci il oktyabr 16-da Azərbaycanın Ağdaş rayonunda anadan olub. Orta təhsilini də burada aldıqdan sonra Hava Hücumundan Müdafiə Qoşunlarında hərbi xidmət keçib. Ailəlidir. == Təhsili == 1987–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. 2005-ci ildə Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda, 2007-ci ildə Varton Daşınmaz Əmlak Mərkəzində, 2008-ci ildə MTF Luksemburq institutunda əlavə təhsil alıb. == Elmi fəaliyyəti == Şirzad Abdullayev 1999-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetində "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasının kommersiya banklarında kredit resurslarının yaranması və istifadəsi problemləri" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri namizədi elmi adı alıb. 2003-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetinin ixtisaslaşmış şurasında "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasında bank resurslarının idarə olunması" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri doktoru elmi adını alıb. 2012-ci ildə "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə professor adını alıb. 3 monoqrafiya, 4 dərs vəsaiti, 2 proqram və 1 metodiki göstəriş, o cümlədən 50-ə yaxın elmi məqalənin müəllifidir.
Şirzad Abutalıbov
Şirzad Abutalıbov (d.8.7.1959, Naxçıvan şəhəri) — aktyor, rejissor. Azərbaycan Respublikasinin xalq artisti, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru. == Həyatı == Şirzad Abutalıbov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub.1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir. eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudu. == Yaradıcılığı == Teatrda işlədiyi müddətdə H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif, Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli, C.Cabbarlı “Aydın”da Ləzgi Qurban, N.Nərimanov “Nadir şah”da Rza xan, N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud, N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi, Anar “Sizi deyib gəlmişəm”də Mozalan, N.Həsənzadə “Atabəylər”də Əbuşər, İ.Əfəndiyev “Hökmdar və qızın”da Kəlbəli xan C.Məmmədquluzadə “Dəli yığıncağı”nda Cinni Mustafa, Mir Cəlal “Dirilən adam ”da Bekar Ağabala, A.Məmmədov “Həmyerlilər”də Gümüşov, Y.Əzimzadə "Anacan"da Qulu, Mirzəğa Atəş "Cırtdan"da Arıq, Əliağa Kürçaylı "Boşanaq evlənərik"də İkram, Sota Rokova "Yaşıl papaq"da Vaso Axaladze, İsmayıl Şıxlı "Kosaoğlunun səhvin"de İmran, C.Məmmədquluzadə "Anamın kitabın"da Hüseyn Şahid, M.F.Axundov "Hacı Qara"da Kərəməli, M.S Ordubadi "Beş manatlıq gəlin"də Nadir, S.Qurbanov "Özümüz bilərik"də İbişov,Ü.Hacıbəyov "Ər və arvad" Qulu,G.Xuqayev "Arvadın əri özüməm" Kazbek,N.Xəzri "Atıllaın atlıları" Kral,A.Babayev "Koroğlunun Çənlibelə qayıdışı" Nankoryan v sairə rollarda oynayıb. == Fəxri adları, mükafatlar, nailiyyətlər == 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan Respublikasinin xalq artisti (2008) 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şirzad Eyyubov
Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993). == Həyatı == Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib. 1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Şirzad Fətəliyev
Şirzad Fətəliyev — Azərbaycan musiqiçisi, balaban ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == 1972-ci ildə Şamaxı rayonunu Muğanlı kəndində musiqiçi ailəsində anadan olmuşdur. İlk musiqi dərslərini atası ustad Nizam Fətəliyevden alıb, sonralar digər ustad sənətkarlı dinləmiş bəhrələnmişdir.
Şirzad Hüseynov
Şirzad Abasəli ağa oğlu Berqman Hüseynov (14. 05. 1906, Bakı – 10.05.1971, Bakı) — opera müğənnisi, Azərbaycanın əməkdar artisti (1943). Üzeyir Hacıbəyovun operalarında Zeyd, İbn Səlam ("Leyli və Məcnun"), Koroğlu, Eyvaz ("Koroğlu"), Kərəm ("Əsli və Kərəm") və s. yaddaqalan obrazlar yaratmışdır. 1941–1945-ci illərdə cəbhə bölgələrində, Uzaq Şərq və İranda Hacıbəyovun əsərlərindən ibarət repertuarla konsertlər vermişdir. == Həyatı == Şirzad Berqman 1906-cı ildə Bakı şəhərində, Abasəli ağa Berqmanın ailəsində anadan olmuşdur. Abasəli Berqman öz ailəsi ilə birlikdə Bakı dağlı məhəlləsinə Xızı-Bermek dağlı mahalından köç etmişdir. Onun ailəsində ilk oğulun dünyaya gəlməsi həm onu, həm də bütün Berqman nəslinin böyük sevincinə səbəb olmuşdur. Berqmanlar artıq 50 ildən çox idi ki, çar Rusiyasına hərbçilər kimi xidmət edirdilər, lakin Şirzad Berqman hamının ondan gözlədiyi yolu yox, məhz öz istədiyi arzusunun davamçısı olmuşdur.
Şirzad Mirzəyev
Şirzad Mirzə oğlu Mirzəyev (1 avqust 1996; Göygöl, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirzad Mirzəyev 1996-cı il avqustun 1-də Göygöl şəhərinin anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şirzad Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şirzad Mirzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şirzad Qəznəvi
Şirzad Qəznəvi - Qəznəvilərin on ikinci sultanı. III Məsud Qəznəvinin ölümündən sonra oğulları arasında başlayan vətəndaş müharibəsini dövründə hakimiyyətə gətirilmiş və bir il keçmədən qardaşı Arslanşah tərəfindən qovulmuşdur.
Şirzad Əyyubov
Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993). == Həyatı == Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib. 1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Diva
Diva — opera, teatr, kino və pop musiqidə üstün qabiliyyətlərə sahib tanınmış qadın sənətçidir.
Bayramkənd (Dizak)
Bayramkənd - Yuxari Qarabagın Dizak nahiyəsində kənd adı. == Həmçinin bax == Qarabağ == Ədəbiyyat == Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. “Azərbaycan onomastikası problemlərinə dair”. Bakı, 1986.
Divya Bharti
Divya Bharti (hindi: दिव्या भारती, tulu dili: దివ్య భారతి, 25 fevral 1974 Maharaştra, Mumbay - 5 aprel 1993 eyni yerdə) — tanınmış hind aktrisasıdır. Divyanın bir çox rolları onu 'öz nəslinin ən maraqlı gənc aktrisası'na çevirir. Filmlər təkcə hind dilində yox həmçinin tamil və teluqu dillərində də çəkilmişdir. Bharti aktrisa kimi karyerasına 1990-cı ildə teluqu dilində çəkilmiş Bobbili Raja filmi ilə başlamışdır. Erkən yaşında filmlərə çəkilməsinə baxmayaraq, Divya "Saat Samundar Paar" (Vishwatma filmində) musiqisindəki performansı ilə diqqəti öz üzərinə cəlb etməyi bacardı. Bharti 1992-93 illər arasında 14-dən çox filmdə iştirak etmişdir. O həyatının sonlarına yaxın bir çox problemlər yaşamışdır. Divya Bhartinin karyerası 5 aprel 1993-cü il tarixində müəmmalı ölümü başa çatıb. Divyanın ölüm səbəbi onun beş mərtəbəli mənzilində pəncərədən qəflətən düşməsi olaraq göstərilir. == Həyatı == Divya Bharti 25 fevral 1974-cü ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur.