Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dopinq
XX əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yuksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olıınmağa başlamışdır. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar - dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır: - ürək-damar; - daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir; - qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur; - immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur; - sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq); - borulu sümüklerin böyüməsinin dayanması (inkışafda olan orqanizmlər üçün daha təhlükəlidir) və s; Dopinqlərin qəbulundan sonra pozğunluq dərhal baş vermir. Pozğunluq 10-20 il ötdükdən sonra, bəzən də oyunçunun nəslində özünü büruzə verə bilər. Ona görə də 1967-ci ildə BOK xüsusi tibbi komissiya yaradaraq, idmanda qəbul oluna biləcək zərərli preparatların adlarını tərtib etmiş, dopinq əleyhinə yoxlamaların aparılmasını təşkil edir və bütün beynəlxalq yarışlarda həyata keçirir. Hər bir idmançı, məşqçi, həkim qəbulu qadağan olunmuş preparatları bilməlidir. == Dopinqlərin təsnifatı == İdmanda işgörmə qabiliyyətinin yüksəldilməsi üçün istifadə olunan vasitələrə aiddir: dopinqlər, dopinq metodları, psixoloji metodlar, mexaniki amillər, istifadə olunması məhdudlaşdırılan farmakoloji vasitələr, qida əlavələri və maddələr.
Dempinq
Dempinq — (ingilis dumping-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır. Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir. Hökumətlər və ya şirkətlər tərəfindən isə gələcəkdə dempinq hesabına bazarda möhkəm mövqeyə nail olunduğu halda cari xərclərin ödənilməsi üçün istifadə edilir. Dünya iqtisadiyyatı təcrübəsində bir çox ölkələrdə antidempinq qanunlarının qəbul edilməsi, xüsusi dempinqə əks rüsumların müəyyən edilməsi yolu ilə dempinqə qarşıdurma qəbul edilir.
Doksinq
Doksinq (ing. Doxing) — sənədlərin izlənilməsi, bir şəxs haqqında İnternet vasitəsilə özəl məlumatların araşdırılması və dərc edilməsi təcrübəsini əks etdirən qısaltma.
Domino
Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır. == Tarixi == Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur. Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.
Poppinq
Popping rəqsi — 1970-ci illərdə Kaliforniyada ortaya çıxan Funk rəqsinin bir növüdür. Rəqsçinin əzələlərini ani bir şəkildə sıxıb boşaltması vücudunda yaratdığı qəribə bir formalarla ritmə uyğun şəkildə edilən bir küçə rəqsi növüdür.
Dofine
Dofine (fr. Dauphiné Fransızca tələffüz: [dofine]) — Fransanın cənub-şərqində yerləşən tarixi bölgə. Fransa dofeni titulu Dofine bölgəsindən meydana gəlmişdir. İlk dəfə 1349-cu ildə bölgənin şahzadəsi V Şarla verilmişdir. Şarl hökmdar olduqdan sonra həmin regionu və titulu ən böyük oğluna ötürmüşdür. Beləliklə, bu titul "taxta ən yaxın prens və ya prenses" mənasında, yəni "vəliəhd" mənasında işlənmişdir.
Boinq
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. == İstinadlar == == Xarici keçidlər == Dorin — Vukipediya saytında.
Anno Domini
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Anti-Dürinq
"Anti-Dürinq" (1876 -1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 -1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Deminq (Vaşinqton)
Deminq (ing. Deming) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 353 nəfər olmuşdur. Yaşayış məntəqəsində Nuksak qəbiləsinin hökumət mərkəzidir. == Tarixi == Adı ilk poçt müdiri Corc Deminqin adından götürülmüşdür. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 353 nəfər əhali, 143 şəxsi təsərrüfat və 97 ailə vardı. Əhalinin sıxlığı 30.0 nəfər/km²-di. Burada 162 ev var və evlərin sıxlığı 11.9/km²-di. Əhalinin etnik tərkibini 93.2%-i Ağ amerikalılar, 0.8%-i Afroamerikalılar, 2.0%-i Hindilər, 1.1%-i digər irqdən olanlar və 2.0%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 143 şəxsi təsərrüfatın 31.5%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 51.7%-ində evli ailə, 8.4%-ində əri olmayan qadın, 7.7%-ində arvadı olmayan kişi, 32.2%-ində isə ailəsi olmayanlar vardı.
Domino effekti
Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. == Tarixi == "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi.
Hokinq radiasiyası
Hokinq radiasiya və ya Hokinq işıqlanması, ingilis fizik Stiven Hokinqin 1975-ci ildə nəşr etdiyi məqaləsində qara dəliklər tərəfindən yayıldığını təklif etdiyi nəzəri bir radiasiyadır. Məqalədə qara dəliklərin hissəciklər yaydığını və beləliklə də kütlə itirdiyini bildirmişdir. Kvant sahə nəzəriyyəsinin ümumi nisbilik ilə birlikdə tətbiqi nəticəsində təklif edilmişdir. Ümumi nisbilik nəzəriyyəsinə görə, qara dəliklər daralmayacaqlar, yəni hadisə üfüqünün sahəsi azala bilməz. Hokinqin tapdığı nəticə buna görə çox təəccüblü olmuşdur. Məsələn, M kütləsi olan Schwarzschild qara dəliyindən yayılan Hokinq radiasiyasının temperaturu aşağıdakı kimi hesablanır: T = 1 8 π M ( ℏ c 3 G k ) . {\displaystyle T={\frac {1}{8\pi M}}\left({\frac {\hbar c^{3}}{Gk}}\right).} Bu ifadənin maraqlı bir nəticəsi, enerji (kütlə) qazanan Schwarzschild qara dəliyinin temperaturunun azalmasıdır. Buna görə də, belə qara dəliklərin istilik tutumu mənfi olur.
Klint Hokinq
Klint Hokinq (ing. Clint Hocking) — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir. Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir.
Kristofer Doulinq
Kristofer Doulinq (15 iyun 1944, Malta – 21 dekabr 2022) — Maltalı keçmiş üzgüçü. Kristofer Doulinq Maltanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kristofer Doulinq birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:08.9 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. == Tərcümeyi-hal == Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Laynus Polinq
Laynus Karl Polinq (ing. Linus Carl Pauling d. 28 fevral 1901, Portlend, Oreqon, ABŞ – ö. 19 avqust 1994, Kaliforniya, ABŞ) — Amerikalı kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır.XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır.
Mordellistena dolini
Mordellistena dolini — Sərtqanadlılar dəstəsinə, Mordellistena cinsinə aid böcək növü. Azərbaycanın endemik canlısıdır. Odnosum tərəfindən 2005-ci ildə qeydə alınmışdır.
Plaçido Dominqo
Plaçido Dominqo (21 yanvar 1941[…], Madrid) – Dünya şöhrətli ispan tenoru, opera müğənnisi.
Riçard Dokinz
Klinton Riçard Doukinz (ing. Clinton Richard Dawkins; 26 mart 1941[…], Nayrobi, Britaniya Keniyası[d][…]) — britaniyalı etoloq, təkamül bioloqu və yazıçı. Nyu-Kollecin əməkdar üzvü. == Fəaliyyəti == 1995-2008-ci illər ərzində Oksford Universitetində professor kimi çalışmışdır. Doukinz 1976-ci ildə işıq üzü görmüş "Eqoist gen" əsəri ilə məşhurlaşmışdır. Əsərdə o, təkamül prosesini genetik baxımdan izah etmiş , ilk dəfə "mem" terminini istifadə etmiş və yeni elmi istiqamət olan "memetika" təklif edilmişdir. 1982-ci ildə yazılmış "Genişlənmiş fenotip" əsəri ilə təkamül nəzəriyyəsinin aydınlaşdırılmasına mühüm töhfə vermişdir. Doukinz ateistdir və Britaniya humanitar Assosasiyasının vitse-prezidenti və "Brayts" (ing. Brights) hərəkatının üzvüdür. Kresionizmin və rasional yaradılışın tənqidçisi kimi tanınır.
Santo-Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. == Əhalisi, dil və din == Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Santo Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. == Əhalisi, dil və din == Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Stiven Hokinq
Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942[…], Oksford – 14 mart 2018[…], Kembric) — müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir. == Həyatı == Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir. Həmin dövrdən ölümünə qədər fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlamışdır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı vasitəsi ilə verir.
Vorinq platosu
Vorinq platosu — Orta-Okean silsiləsinin tərkib hissəsini təşkil edir. Şimal Buzlu okean ərazisində yerləşir. Plato başlanğıcını Skandinaviya yarımadasından götürür və qərbə istiqamətlənir.
Boeing
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Döblinq
Döblinq (alm. Döbling‎) — Avstriyanın paytaxtı Vyana şəhərinin 19-cu rayonu. O, mərkəzi rayonların şimal ucunda, Alzerqrund və Verinq rayonlarının şimalında yerləşir. Çoxlu yaşayış binalarının yerləşdiyi Döblinq rayonunda sıx məskunlaşmış şəhər əraziləri var, həmçinin rayon Vyana meşələri ilə həmsərhəddir. Qrintsin, Siverinq, Noyştift-am-Valde və Kasqraben kimi bahalı yaşayış məntəqələri və həm də bir çox Hoyriger restoranları burada yerləşir Bundan başqa burada bir neçə Gemayndebau yaşayış evlərinə rast gəlmək olar, onlar içərisində ən məşhuru Karl-Marks-Hof sayılır. Əlavə olaraq, Vyana Amerika Beynəlxalq Məktəbi, Lauder Biznes Məktəbi və Q19 alış-veriş mərkəzi burada yerləşir.
Boeing 767
Boeing 767 — iki mühərrikli enli füzelyajlı sərnişin təyyarəsi. Atlantik okean üzərindən müntəzəm olaraq sərnişin reysləri həyata keçirmək hüququ əldə edən ilk iki mühərrikli təyyarədir. 1981-ci ildən "Boeing" şirkəti tərəfindən istehsal olunur. == Tarixi == İki mühərrikli ekonom reaktiv təyyarələrin layihələndirilməsi hələ 1978-ci ildən başlayıb. United Airlines aviaşirkəti bu cür təyyarələrə maraq göstərirdi və 30 ədəd təyyarənin alınması üçün sifariş edib. İlk Boeing 767 14 avqust 1981-ci ildə istehsal olunub (zavod Everettdə, Vaşinqton ştatı, yerləşir) və 26 sentyabrda ilk uçuşunu etdi. Boeing 767-300 modelinin istehsalı sentyabr ayı 1983-cü ildə başlayıb. Bu modelin füzelyajı Boeing 767-200 modelindən 6,5 m uzun oldu. Bu da, öz növbəsində sərnişin yerlərinin 22% artırılmasına gətirdi (təhminən 40 sərnişin yeri). Həmçinin daşına bilən yükün həcmi 31% artdı.
Boeing 787
Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir. Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır.Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur. == Xüsusiyyətləri == == Bənzər təyyarələr == Boeing 767 Airbus A330 Airbus A350 == Xarici keçidlər == 787 Dreamliner - İnglis dilində.
Herman Görinq
Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[…], Rozenxaym, Bavariya – 15 oktyabr 1946[…]) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri. Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur. == Həyatı == Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub. Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib.