Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var. 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın arıcılı olmuş, bir sıra əsərləri mütəmmadi olaraq Britaniya və Beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.
Eldar Xəlilov
Eldar Xəlil oğlu Xəlilov (19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi. Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur. 1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki-peşə məktəbini bitirmişdir. Subay idi. 29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.
Eldar Zeynalov
Eldar Zeynalov (kimyaçı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Eldar Zeynalov (heykəltaraş) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Eldar Zülfüqarov
Zülfüqarov Eldar İslam oğlu — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000-2011-ci illər). Zülfüqarov Eldar İslam oğlu 1954-cü il mayın 1-də Şəmkir rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1977-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Radiasiya problemləri" İnstitunda işləmiş, 1986-cı ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AKU-da "Beynalxalq əlaqələr üzrə prorektor" vəzifəsində işləyir. 2000-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 9 dekabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Eldar Çiviç
Eldar Çivik (bosn. Eldar Ćivić; d. 28 may, 1996, Tuzla, Bosniya və Herseqovina) — Çexiya Birinci Liqasının Sparta Praqa futbol klubu və Bosniya və Herseqovina milli futbol komandasında sol cinah müdafiəçisi mövqeyində mübarizə aparan bosniyalı peşəkar futbolçu.
Eldar İbrahimov
Eldar Rza oğlu İbrahimov (12 mart 1945, Naxçıvan rayonu) — Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Şuranın üzvü, Azərbaycan Respublikası I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, iqtisadi elmləri doktoru, professor. Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan MSSR Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirmişdir. 1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Eldar İsgəndərov
Eldar Hüseyn oğlu İsgəndərov (30 avqust 1950, Bakı) — Azərbaycan violonçelçalanı, İstanbul Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2005). Eldar Hüseyn oğlu İsgəndərov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Hüseyn İsgəndərov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Azərbaycan SSR avtomobil nəqliyyatı naziri işləmiş, anası Suğra Qayıbova isə ilk azərbaycanlı neftçi-mühəndis qadınlardan olmuş, "Lenin" ordeni ilə təltif edilmişdir. Eldar İsgəndərov 1957–1968-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində əvvəlcə Vladimir Anşeleviçin, iki il sonra isə İsaak Turiçin sinfində violonçel ixtisası üzrə təhsil almışdır. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında Sabir Əliyevin sinfində təhsilini davam etdirmişdir. Burada ikinci kursda oxuyarkən, 1969-cu ildə musiqi ifaçılarının üçüncü Zaqafqaziya müsabiqəsinin diplomantı və laureatı adına layiq görülmüş, violonçel ifaçılarının üçüncü ümumittifaq müsabiqəsində fəxri fərmanla təltif edilmişdir. Eldar İsgəndərov 1973-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində işləmişdir. 1975–1977-ci illərdə Moskva Dövlət Konservatoriyasında assistent-stajorluq üzrə professor Tatyana Primenkonun violonçel sinfində təhsil almışdır. Tam ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına pedaqoq kimi çalışmağa dəvət olunmuşdur. 1981-ci ildə Eldar İsgəndərov ali təhsil tələbələrinin ümumittifaq yaradıcılıq festivalının fəxri fərmanına layiq görülmüşdür.
Eldar İsgəndərzadə
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü. Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Qarabağ İqtisadi Rayonunda Tikinti,Bərpa və Tikinti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Evlidir, 3 övladı var.
Eldar İskəndərzadə
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü. Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Qarabağ İqtisadi Rayonunda Tikinti,Bərpa və Tikinti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Evlidir, 3 övladı var.
Eldar İsmayıl
İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Krasnoselsk rayonu – 20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010) Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub. "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir. Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir. "Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.
Eldar İsmayılov
Eldar İsmayılov (tarixçi) — tarixçi alim. Eldar İsmayılov (siyasətçi) — siyasətçi. Eldar İsmayılov (jurnalist) — jurnalist.
Eldar Şahbazov
Eldar Qəşəm oğlu Şahbazov (29 yanvar 1948) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Laboratoriya rəhbəri. Şahbazov Eldar Həşəm oğlu, 29 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının Zəngəbasar anadan olmuşdur. Namizədlik (PhD) dissertasiyasının mövzusu: - 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Режимы технического обслуживания и ремонта подъемных установок для текущего и капитального ремонта нефтяных и газовых скважин". Doktorluq dissertasiyasının mövzusu: 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Səyyar neft-mədən qurğularının etibarlığın artırılmasının elmi əsasları və təcrübi metodların işlənməsi". Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 145 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 10 Respublikada çıxmış elmi əsərlərinin sayı: 82 Konfrans məruzələri və tezislər sayı: 14 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 15 Küylə qarışıq siqnalların robast korrelyasiya və spektral analizi nəzəriyyəsi və texnologiyaları. Stasionarlıq, normal paylanma qanunu və başqa klassik şərtlər ödənməyən stoxastik proseslər üçün identifikasiyanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən informasiya texnologiyaları. AZƏRTAC xəbər verir ki, yeni əsrin başlanğıcında elmin son nailiyyəti kimi nanoelmin inkişafı və nanotexnologiyaların yaradılması, bununla təbiətə, məişətə və istehsalata tətbiqi sahəsindəki xidmətlərə görə bir qrup rus alimi, Azərbaycan Dövlət Neft Şirkətinin layihə müəllifləri və MDB ölkələrində təhsil sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Fond YUNESKO-nun yüksək mükafatına - medala və diploma layiq görülmüşlər. Noyabrın 18-də YUNESKO-nun əsas mənzil iqamətgahında mükafat və diplomların təqdimatı ilə bağlı mərasim keçirilmişdir. Mərasimi YUNESKO-nun İcraiyyə Şurasının sədri, Rusiya Federasiyasının qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Mitrofanova açaraq nanoelmin inkişafını dünya elminin son nailiyyətlərindən biri kimi dəyərləndirmiş, bu sahədəki alimlərin xidmətlərini yüksək qiymətləndirmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova nanoelmin inkişafındakı xidmətlərinə görə Rusiyanın 7 aliminə, Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) qurumun yüksək mükafatını və diplomlarını təqdim etmişdir.
Eldar Şengelaya
Eldar Nikolayeviç Şengelaya (26 yanvar 1933, Tiflis) — rejissor. Eldar Şengelaya 26 yanvar 1933-cü ildə Tbilisidə anadan olub. Atası rejissor Nikolay Şengelaya, anası aktrisa Nata Vaçnadze, qardaşı rejissor Georgi Şengelayadır. ÜDKİ-də təhsil alıb. Mosfilmdə (1958–1960), Gürcüstanfilmdə (1960-dan) çalışıb. Ş. Rustaveli adına Tbilisi Teatr İnstitutunda dərs deyir. Gürcüstanın və SSRİ-nin xalq artistidir (1988). Müxtəlif festivalların mükafatını alıb.
Eldar Şirinov
Eldar Şirinov (12 iyul 2001, Göyçay rayonu – 6 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Eldar Bağır oğlu Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Eldar Şəfiyev
Eldar Ağadadaş oğlu Şəfiyev (28 sentyabr 1953, Bakı – 15 iyun 2023, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Şəfiyev Eldar Ağadadaş oğlu 1953-cü il sentyabr ayının 28-də Bakının Əmircan kəndində anadan olmuşdur. 84 və 226 №-li məktəblərdə səkkizillik təhsilini başa vurduqdan sonra 1969-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdur. 1972-1974-cü illərdə odu sıralarında xidmət etdikdən sonra 1975-ci ildə bu məktəbi bitirmişdir. Hələ məktəb illərindən Səttar Bəhlulzadə ilə, tələbəlik illərindən isə Mircavadla dostluq münasibətləri olmuşdur. 1978-ci ilə qədər Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yaşamış və yaradıcılıqla məşğul olmuşdur. 1980-1990-cı illərdə Rəssamlar İttifaqının Bədii Fondunda rəssam işləmişdir. Rəssamlar İttifaqının üzvü olmuşdur. Eldar Şəfiyev 1990-cı ildə ABŞ-yə köçmüş, 15 il Nyu-Yorkda yaşayıb yaratmışdır. Həmçinin Türkiyədə və Dubayda böyük həcmli işlərin müəllifi olmuşdur.
Eldar şamı
Eldar şamı (lat. Pinus eldarica Medw.) — Şamkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – N. Azərbaycanın relikt, endemik növüdür, arid dağların rəmzidir. Təbii halda hündürlüyü 21 m-ədək оlan ağacdır. İynəyarpaqları qında ikibir və ya üçbir yerləşir. Qının uzunluğu 1sm, iynələrinki isə 8–10 sm оlur. İynəyarpaqları yaşıl rəngli, sərt uclu və kənarları хırda dişlidir. Iynəyarpaqların uzunluğu 12–15 sm-ədək оlub, göy rəngdədir, kənarları narın dişlidir, ucları azca sivriləşmişdir. Yarpaq qınlarının uzunluğu 1 sm-ə qədərdir, əvvəl pas, sоnradan qоnurumtul-bоz rəngə çevrilir, təpə hissəsi arхaya qatlanmışdır, yanlarında uzun ağ saçları vardır. Tumurcuqları qətranlı deyildir.
Eldar Əfəndiyev
Eldar Faiq oğlu Əfəndiyev (29 iyun 1954, Tallin) — Estoniyada Azərbaycan diasporunun nümayəndəsi. Əslən Azərbaycanın Şəki şəhərindən olan Eldar Faiq oğlu Əfəndiyev 1954-cü il mayın 29- da Estoniya Respublikasının Narva şəhərində anadan olmuşdur. 1971–1972-ci illərdə Narvanın "Baltikalı" zavodunda tornaçı işləmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olan Eldar Əfəndiyev burada iki il oxuduqdan sonra öz təhsilini A.İ.Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda davam etdirmişdir. Ali təhsilini başa vurduqdan sonra Estoniyaya qayıdan Eldar Əfəndiyev Narva Dövlət Muzeyində elmi əməkdaş, sonralar isə 20 ildən artıq muddət ərzində (1979–1999 və 2001–2002-ci illərdə) direktor vəzifəsində çalışmışdır. 1990-cı illərdə E.Əfəndiyev Narva Muzeyinin YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Təşkilatı, 1992-ci ildə isə həmin muzeyin Baltik dənizi ölkələrinin beynəlxalq qala-muzey təşkilatına daxil edilməsinin təşkilatçısı olmuşdur. 1997-ci ildə Estoniyada aparıcı partiyalardan olan Mərkəzcilər Partiyasına daxil olmuşdur. Həmin illərdə o, eyni zamanda İda-Virumaa qəzasının yerli özünüidarəetmə ittifaqının sədr müavini vəzifəsində işləmişdir. 1999–2000-ci illərdə Narva şəhərinin meri olmuşdur. 2002-ci ildə E.Əfəndiyev Estoniya Respublikasının milli münasibətlər və məskunlaşma naziri təyin edilir.
Eldar Əhmədov
Əhmədov Eldar İsa oğlu 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 99 №-li məktəbi bitirib, indiki Bakı Dövlət Universitetinə qəbul olunmşdur. 1973-cü ildə Universitet bitirərək M.V.Lomonosov adına MDU-nun kimya fakültəsində məqsədli aspiranturaya qəbul olunmuşdur. 1977-ci ildən BDU-nun kimya fakültəsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, assistent, dosent vəzifələrində işləmişdir. 2005-ci ildən “Fiziki və kolloid kimya” kafedrasının professoru və kafedra müdiridir. 1973, Bakı Dövlət Universiteti. 1977,k.e.n., “Flüorlu alüminium oksid iştirakında parafin karbohidrogenlərinin çevrilməsi” . 2004,k.e.d, “Metalseolit katalizatorlarının alınması və onların doymuş karbohidrogenlərin aşağı temperaturlu çevrilmələrində katalitik təsirinin qanunauyğunluqları”. Heterogen kataliz. Seolitlər iştirakında kataliz.
Eldar Əhədov
Əhədov Eldar Əlixas oğlu (rus. Ахадов Эльдар Алихас оглы; 19 iyul 1960, Bakı) — Rusiya yazıçısı. Rusiya Yazıçıları İttifaqı və "XXI əsrin yazıçıları" İttifaqının üzvü. Eldar Əhədov 1960-cı il iyulun 19-da Bakıda anadan olub. 1983-cü ildə Leninqrad dağ-mədən institutunu bitirib. 1986-cı ildən Krasnoyarskda yaşayır. E.Əhədov yaradıcılıq fəaliyyəti ilə yanaşı ixtisası üzrə də işləyir. Qütbarxası sahələrdən tutmuş monqol çöllərinə qədər, Yamaldan Tıvayadək tayqanın və tundranın bütün əlçatmaz yerlərində olub. 10 il ərzində (2000-2010) Krasnoyarsk Diyar Xalq Yaradıcılığı Dövlət Mərkəzi Ədəbiyyat Birliyinin və korlar və zəif görənlər üçün “Bılina” ədəbiyyat studiyasına rəhbərlik edib. Sibir Yazıçılarının IV Qurultayının (2002) nümayəndəsi olub.
Eldar Əliyev
Eldar Əliyev (aktyor) — aktyor. Eldar Əliyev (balet ustası) — balet ustası. Eldar Əliyev (opera müğənnisi) — opera müğənnisi. Eldar Əliyev (şəhid) — şəhid.
Eldar Əzimzadə
Eldar Əzimzadə (25 may 1934, Şuşa, Dağlıq Qarabağ – 20 yanvar 2003, Bakı) — Azərbaycanlı futbol hakimi, FİFA referisi (1979). 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş, 9 dəfə ən yaxşı 7 hakimi sırasına daxil olmuşdur. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur. Eldar Əzimzadə 1934-cü il mayın 25-də Şuşada anadan olub. Yeniyetmə yaşlarında İçərişəhərin məhəllələrində yaşıdları ilə top qovan Eldar komandada hücumçu kimi oynayırdı. Texnikası və qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirdi. Günlərin birində oyundan sonra istirahət edərkən idman ustası, "Neftçi" (Bakı) klubunun əsas müdafiəçilərindən biri olmuş Naum Naumtsev ona yaxınlaşaraq Andreyev adına zavodun futbol komandasının məşqçisi olduğunu və Eldarı öz komandasında görmək istədiyini bildirir. Gənc Eldarın futbolçu karyerası belə başlayır. 1952-ci ildə 18 yaşlı Eldar Azərbaycanın gənclərdən ibarət milli komandasının tərkibində Daşkənddə keçirilən SSRİ birinciliyində iştirak edir. 1957-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda təhsilini bitirdikdən sonra Əzimzadə ali məktəbdə qalaraq, futbol üzrə müəllim işləyir.
Eldar Əzizov
Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı illərin ortasında Eldar Əzizov Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.
Elcan
Elcan — kişi adı.