Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elburs
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.
Elburs anaptixiyası
Elburs anaptixiyası (Elmi adı - Anaptychia elbursiana) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu yarpaqvaridir, rozet formalı, 3-4(5) sm-qədər diametrdə soredilidir. Lövhəciklər yastı və yaxud qabarıqdır, yarılmış, eni 0,8-1(2) mm, bir-birilə sıxlaşmışdır. Lövhəciklərin üst hissəsi boz, bozumtul, nadi hallarda bozumtul –qəhvəyi rənglidir. Soredilər tünddür. Özəyi ağdır, alt hissəsi ağımtıldır. Bəzən mərkəzə doğru sarımtıl –qəhvəyiyə qədər bir qədər tündləşir. Soredilər qara rənglidir, lövhəciklərin qırağında yerləşirlər, Apotesilər məlum deyil. Piknidilər tünd qəhvəyi, talloma batırıblar.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Alabars
Alapars — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır. Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Alvars
Alvars (fars. الوارس‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,007 nəfər yaşayır (199 ailə).
Elbrus
Elbrus — kişi adı Bu adı olan tanınmış şəxslərElbrus İsayev — tarix üzrə fəlsəfə doktoru. Elbrus Ərud — Azərbaycan Yazıçılar Birliyinin üzvü Elbrus Niftaliyev — Elbrus Əliyev —DigərElbrus dağı — Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən dağ və dağ zirvəsi.
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Elbis
Elbis Xan - türk və altay mifologiyasında döyüş ilahəsi. İlvis (ilbis, Elvis, Yilbis) Xan şəklində də tanınır. Elbis Kuha (İlbis Kığha) olaraq da xatırlanır. Mərhəmətsizdir və insanlara mərhəmətsizliyi təlqin edər. Döyüşcü bir xarakteri vardır. Şeytanı xüsusiyyətlərə malikdir. İslamın təsiriylə bu söz "İblis" halını almışdır. Lakin əslində türkcədə bir çox mənfi mənası saxlayan (Yal/Yel/Hal/Al/El) kökündən törəmişdir. Döyüşlərdən əvvəl çağırılır və adına mərasimlər edilər. Onun sayəsində düşmənin atdığı oxlar geri özünə dönər.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar ƏliyevEldar Əliyev — . Eldar Əliyev — balet ustası.Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı. Elmar Məmmədov — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Deymon Albarn
Deymon Albarn (ing. Damon Albarn; 23 mart 1968, London) — İngilis-İsland musiqiçi, müğənni-bəstəkar. Blur və Gorillaz qruplarının yaradıcıdır. Stenvey məktəbində təhsil alan Albarn orada gitaraçı Qrem Kokson ilə tanış oldu, ikisi sonradan Blur qrupunu yaratdılar. Onların ilk albomu Leisure 1991-ci ildə buraxıldı. Albarn 1960-cı illərin Britaniya qruplarından ilham aldı. O, Modern Life Is Rubbish (1993), Parklife (1994) və The Great Escape (1995) albomlarını buraxdı. Hər üçü tənqidi bəyənmə qazandı və Blur Britaniyanın ən böyük qruplarından birinə çevrildi. Blur (1997), 13 (1999) və Think Tank (2003) kimi sonrakı albomlarında lou-fay, art rok, elektronika musiqi üslubundan istifadə etdi. Aradan keçən 12 il fasilədən sonra Blur-un studiya albomu olan The Magic Whip 2015-ci ildə işıq üzü gördü.
Dilşad Elbrus
Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor. == Həyatı == Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur. Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir. == Fəaliyyəti == Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir.
Edqars Riters
Edqars Riters (6 iyun 1887 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Edqars Riters Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edqars Riters birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Elbrus Minkailov
Elbrus Minkailov (13 may 1955, Maqcan Cumabayev rayonu[d], Şimalı Qazaxıstan vilayəti – 11 may 2023, Qroznı) — Çeçen jurnalist, yazıçı, tərcüməçi, ədəbiyyatşünas, ədəbi tənqidçi, "Orqa" ədəbi-bədii jurnalının baş redaktoru, Rusiya Yazıçılar Birliyi və Rusiya Jurnalistlər Birliyinin üzvü, Çeçenistan Yazıçılar Birliyinin və Çeçenistan Jurnalistlər Birliyinin, Qafqaz Yazıçılar Klubunun üzvü, Çeçenistan Respublikasının əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == 13 may 1955-ci ildə Qazaxıstan SSR-in Şimali Qazaxıstan vilayətinin Bulaevski rayonundakı Çistovski taxılçılıq sovxozunda anadan olmuşdur. 1957-ci ilin may ayında ailəsi doğma Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Qrozni rayonu, Ken-Yurt kəndinə qayıdır. 1972-ci ildə orta məktəbi bitirir. 1979-cu ildə ÇİDU-nİn filologiya fakültəsinin Rus-Vaynax filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirir. Universitetdən sonra doğma məktəbinə qayıdır və 1979–1980-ci illərdə burada müəllim işləyir. 1980-ci ilin noyabrından universitetdə dərs demişdir. 1981–1983-cü illərdə Sovet Ordusunda xidmət edir. 1983-cü ildə universitetə müəllimlik fəaliyyətinə qayıdır və burada 2010-cu ilə qədər müxtəlif vəzifələrdə çalışır. 1980-ci illərdən etibarən jurnalistika və ədəbi araşdırma ilə məşğul olmağa başlayır.
Elbrus Paşayev
Elbrus Paşayev (tam adı:Elbrus Paşa oğlu Paşayev, d.1957,Gəncə) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (VII) direktoru. == Həyatı == Elbrus Paşa oğlu Paşayev 4 fevral 1957-ci ildə Gəncə şəhərində, dövrünün tanınmış ziyalılarından biri, Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsində böyük əməyi olan Paşa Sirac oğlu Paşayevin ailəsində anaban olmuşdur. Bakı şəhərindəki 20 saylı orta məktəbi 1974-cü ildə bitirmişdir. 1974-1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Hidromeliorasiya fakültəsində hidrotexniki tikintilər ixtisası üzrə ali təhsil almışdır. 1979-cu ildə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində gənc mütəxəssis kimi mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Paşayev E.P. 19.11.1979-30.04.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olandan sonra 30.04.1981-30.01.1983-cü illərdə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. E.P. Paşayev 31.12.1982-31.12.1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Qruntlar mexanikası, bünövrələr və özüllər” kafedrasının əyani şöbəsinin aspirantı olmuşdur. Aspiranturada təhsilini başa çatdırdıqdan sonra göndəriş əsasında AzMİU-nun “Hidrotexniki qurğular və hidravlika” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. 1986-1991-ci illərdə assistent, 1991-1995-ci illərdə baş müəllim, 1995-ci ildən dosent vəzifəsində çalışır.
Elbrus Təhməzov
Elbrus Təhməzov (23 avqust 1946, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin üzvü (2000–2005), Laçın rayonu İcra hakimiyyətinin başçısı (2005–2007). == Həyatı == Elbrus Halay oğlu Təhməzov 1946-cı il avqustun 23-də Laçın şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Ehtiyatda olan zabitdir. 1970-ci ildə Laçın rayon Əhaliyə məişət xidməti kombinatında əvvəlcə istehsalat sahə rəhbəri, sonradan mühəndis vəzifəsində çalışmışdır. 1974–1994 illərdə Rayon İcrayyə Komitəsində Tikinti-memarlıq şöbəsinə, rayonun Təssərüfatlar arası tikinti materialları istehsalat birliyinə, Laçın şəhər İcrayyə Komitəsinə, Rayon Partiya Komitəsində müvafiq şöbəyə, Aqronəqiliyyat müəsisəsinə, Yeraltı sənaye kombinatına rəhbərlik etmişdir. 1994–2000 illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır. Elbrus Təhməzov 1994-cü ilin may ayından siyasi fəaliyyətini yüksəltməyə başlamış, qısa müddətdə rayonda Yeni Azərbaycan Partiyasının yerli təşkilatını yaradaraq həmin vaxtdan 2005-ci ilin sonunadək Rayon təşkilatına sədrlik etmiş, Partiyanın bütün qurultaylarında onun seçkili orqanlarında təmsil olunmuş, hal-hazırda da Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür. Elbrus Təhməzov 2000-ci il noyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinə deputata seçilmişdir. Milli Məclisinin Aqrar siyasət komissiyasının daimi üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə yanaşı, bu səlahiyyətlərdən istifadə edərək rayonun məcburi köçkünlərinin sosial həyat şəraitlərinin daha da yaxşılaşması, onlara hökumət tərəfindən olunan güzəştlərin daha da artırılması istiqamətində lazım gələn bütün fəaliyyəti göstərmişdir.
Elbrus Vahidov
Elbrus Vahidov (5 iyun 1951, Ağdaş) — qrim rəssamı, qrim ustası, aktyor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Elbrus Əbdülvahid oğlu Vahidov 5 iyun 1951-ci ildə Ağdaşda anadan olub. Gənc yaşlarından "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Qrim üzrə rəssam kimi ilk müstəqil işi "Tütək səsi" filmindən başlayıb. 40-a qədər filmdə qrim üzrə rəssam olub. Əməkdar incəsənət xadimidir. Aktrisa Svetlana Vahidovanın qardaşıdır. == Filmoqrafiya == Yeddi oğul istərəm... (film, 1970) Mücrü (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) Firəngiz (film, 1975) Xoşbəxtlik qayğıları (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-qrim rəssamı Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İstintaq (film, 1979) Bizi bağışlayın (film, 1979) Onun bəlalı sevgisi (film, 1980) Bağlı qapı (film, 1981) Üzeyir ömrü (film, 1981) Park (film, 1983) Tənha narın nağılı (film, 1984) Bəyin oğurlanması (film, 1985) Qanlı zəmi (film, 1985) Şəhərli biçinçilər (film, 1986) Aşkarsızlıq şəraitində... (film, 1986) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Araqarışdıran (film, 1987) Yaramaz (film, 1988) Ölsəm...
Elbrus dağı
Elbrus dağı (qaraç.-balk. Минги тау [miŋŋi taw]) — Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhədində yerləşən dağ və dağ zirvəsi. Böyük Qafqaz sıra dağlarının şimalında yerləşir və Rusiyanın ən yüksək dağ zirvəsidir (5.642 Metr). Bəzən onu Avropanın da ən yüksək dağ zirvəsi də adlandırırlar. == Ədəbiyyat == Бероев Б. М. Приэльбрусье: Очерк природы. Летопись покорения Эльбруса. Туристские маршруты. М., Профизда.,1984, 208 səh., 97 500.
Elbrus kərtənkələsi
Elbrus kərtənkələsi (lat. Darevskia defilippii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Görünüşü == Orta ölçülü kərtənkəlıdir. Uzunluğu 59 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Biğaz nahiyəsində 22-31 arası pulcuq olur. Bədəninin mərkəz hissəsində isə 43-60 pulcuğa rast gəlinir. Bədəninin yuxarı hissəsi qəhvəyi rəngə çalır. Bel nahiyəsində tund nöqtələr vardır.
Elbrus rayonu
Elbrus rayonu (kab.-çərk. Эльбрус куей, qaraç.-balk. Эльбрус район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Tırnıauz şəhəridir. == Coğrafiyası == Elbrus rayonu Kabarda-Balkariya Respublikasının cənub-qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Zolski rayonu, şimalda Baksan rayonu, şərqdə Çeqem rayonu, cənubda Gürcüstan. Rayonun sahəsi 1850,40 km²-dir. Rayonun relyefi dağlıqdır. Rayon torpaqları yüksək dağlıq zonada, insanların yaşaması üçün əlverişsiz ərazidə yerləşir. Rayon ərazisindən müxtəlif silsilələr və dağ massivləri bir-birinə paralel olaraq keçir.
Elbrus İsayev
Elbrus Saleh oğlu İsayev (7 oktyabr 1979, Naxçıvan) — Naxçıvan Dövlət Universitetinin rektoru, "Beynəlxalq münasibətlər" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == •1998–2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. •2001–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. •2000–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir. •2000–2005-ci illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. == Həyatı == Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.
Elbrus Əhmədov
Elbrus Səmrəddin oğlu Əhmədov (9 may 1988, Naxçıvan Muxtar Respublikası – 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin iştirakçısı. == Həyatı == Elbrus Səmrəddin oğlu Əhmədov 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 8-ci sinifdə oxuyarkən Heydər Əliyev adına Hərbi Liseyə gedib, Elbrus hərbi liseyi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasının aviasiya fakültəsini bitirərək leytenant rütbəsi alır və DSX-nın sıralarında xidmət edir. == Ölümü == 30 noyabr 2021-ci il saat 10:40-da Xızı rayonu Qaraheybət paliqonundan təlim üçün havaya qalxan Mil Mi-17 döyüş helikopteri qəzaya uğrayır və nəticədə 16 zabit heyətindən 14-ü ölür, 2-si isə yaralanır.
Kelbaş
Kelbaş Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Kelbaş- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. Ərəbcə kela - "məbəd" və azərbaycanca baş "zirvə" sözlərindən ibarətdir. Azərbaycanda Kələki (Ordubad rayonu), Kellahi (Quba rayonunun Zıxır kəndində qala adı, "Əxilər kelyəsi" deməkdir) və Şamaxı rayonunda Gələşıxi ("Şeyxlərin kelyəsi" mənasında), Şamaxı rayonunda Kelaxana və b. toponimlərlə eynidir.
Əlburz
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
Dizə (Əlburz)
Dizə (Əlburz) (fars. دیزج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 234 nəfər yaşayır (82 ailə).