Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağqala
Ağqala (Göyçə)
Elmalı
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Elqiva
Elqiva (və ya Elfqita, Elgiva, Ælfgifu, Aelgifu, Algyva, Aelgytha) — İngiltərənin kraliçası daha sonra isə rahibə. İngiltərə kralı Edmundun birinci həyat yoldaşı Edviq və Edqarın anası. Öz xronoloqiyasında Uvilyam Malmsberiyalı Elqivanın Müdrüklüyündən yazırdı. Elqiva həyat yoldaşı Edmundun ölümündən sonra Şaftsberi kilsəsinə köçüb.
Suqala
Suqala — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 12 iyul, 1949-cu ilədək rəsmən Mahmudlu adlanırdı, həmin tarixdən etibarən adı dəyişdirilərək rəsmi olaraq Kariani adlanır.
Səqala
Səqala — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Səqala bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,036 nəfər və 1,225 ailədən ibarət idi.
Yelqava
Yelqava (latış. Jelgava‎) — Latviyanın Zemqale diyarında yerləşən şəhər. 1578—1795-ci illər arasında Kurzeme və Zemqale Hersoqluğun paytaxtı idi.
Zilqala
Zilqala ― Çamlıhemşin Rizə ilçəsinin 12 km cənubunda, Fırtına vadisindəki bir keçiddə hündür bir təpə üzərində (dərə yatağından 100 metr, dənizdən 750 metr hündürlükdə) yerləşir. 8 bürc və bir müşahidə qülləsindən ibarət müdafiə xəndəyi vəziyyətindəki Zil dərəsinə nərdivanla düşülən bir qaladır və dəqiq tikilmə tarixi məlum deyil. == Tarixi == Taxta olan daxili konstruksiya çürüyüb yox olmuşdur. Bryera görə şimal divarına bitişik dördbucaq quruluşlu otaq bir girişlidir. Zil qala, Varoş qala, Bazar qalası ilk baxışda eyni memar tərəfindən tikilmiş və eyni məqsədlə istifadə olunmuş təəssüratı verir. Bryer, Trabzon İmperatorluğu dövründə ya şəxsən Komnenoslar, ya da İmperiyaya bağlı yerli Lordlar (məsələn: Zil qala üçün Həmşin Lordu Arhakel) tərəfindən tikildiyini güman etməkdədir. Bıjışkyan (1871) "Qayalığın üzərində yerləşən və Zilqala deyilən qədim bir qalanın içində insana heyrət verən kəmərli binalar və böyük bir qüllə var. Qalanın alt ucu, təpələrin üzərində başqa qalalara və qədim bir kilsə qalıqları olan Fırtına dərəsinə qədər uzanır" deyərək müşahidələrini danışarkən, təəssüf ki, qala tarixi haqqında məlumat verməmişdir. Osmanlının bölgəni fəth etdikdən sonra da qalanı bu adla hərbi məqsədlərlə istifadə etmişdir.
Ellada
Yunanıstan, rəsmi adı ilə Ellin Respublikası — Cənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali Makedoniya və Bolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dənizi və Aralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətdir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca Saloniki və Patras şəhərləri gəlir. Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrın və Olimpiya oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dənizi və Qara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular.
Ağqala (Göyçə)
Ağqala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Ağqala (Nəmin)
Ağqala - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 33 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 2 kilometrliyindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağqala (Səreyn)
Ağqala (fars. اق قلعه‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (65 ailə).
Ağqala (Təkab)
Ağqala (fars. اق قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (46 ailə).
Ağqala (Ərdəbil)
Ağqala (fars. ‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin İrədmusa kəndistanında, Ərdəbil şəhərindən şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (22 ailə).
Ağqala şəhristanı
Ağqala şəhristanı — İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ağqala şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 109,440 nəfər və 22,804 ailədən ibarət idi.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Liya Eliava
Liya Eliava (28 may 1934, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 oktyabr 1998, Tbilisi) - aktrisa. == Həyatı == Liya Eliava 28 may 1934-cü ildə Tbilisidə anadan olub. 1955-ci ildə Rusiya Teatr İncəsənət Akademiyasını bitirib. Daha sonra Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında işləməyə başlayıb. Oradan da Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrına keçmişdir. == Filmoqrafiya == Dəli Kür (film, 1969) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) == Aldığı adlar və mükafatlar == Gürcüstan SSR-in Xalq Artisti == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Peyqala (Üşnəviyyə)
Peyqala (fars. ي قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (28 ailə).
Yaqala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Şalva Eliava
Şalva Eliava (gürc. შალვა ელიავა; rus. Шалва Зурабович Элиава; 30 sentyabr 1883 – 3 dekabr 1937, Tbilisi) — Sovet partiya və dövlət xadimi. == Siyasi karyerası == Şalva Eliava, 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv oldu. Çar rejiminə qarşı aktiv fəaliyyətinə görə bir neçə dəfə sürgün edilmiş və həbsə məruz qalmışdır. 1917-ci ilin mart-dekabr aylarında Voloqda quberniyası İşçi və Əsgər deputatları Sovetliyinin birinci sədri, 1918-ci ilin yanvar-aprel aylarında isə Voloqda quberniyası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi. 1920-ci ildən etibarən 1 il müddətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Daha sonra Gürcüstan Sovet Sosialist Respublikasının Hərbi Dəniz məsələləri üzrə Xalq Komissarı təyin edilir. 1923-cü ildən etibarən Gürcüstan SSR Xalq Komissarları Sovetinin, 1927-ci ildən isə Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri təyin edilir. Daha sonralar 1931–1937-ci illər arasında SSRİ-nin Xarici Ticarət məsələləri üzrə xalq komissarının müavini və Yüngül Sənaye məsələləri üzrə xalq komissarının müavini vəzifələrini üstələyir.
Ella
Ella — rus qadın adı. Bu adı olan tanınmışlar Ella Leya — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. Ella Yaqubova — Azərbaycanın teatr və kino aktrisası, Ella Fitscerald — amerika cazmeni Digər Tilsimlənmiş Ella (film, 2004) — Amerika, İngiltərə və İrlandiya istehsalı olan fentezi, ailə və komediya janrlı film.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Acacia elata
Acacia elata (lat. Acacia elata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Ambrosia elata
Yovşanyarpaq ambroziya (lat. Ambrosia artemisiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ambroziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, gövdəsi düz, sadə və ya budaqlanan, 25-80 sm hündürlükdə bitkidir. Yarpaqları qarşı-qarşıya və ya növbəli düzülmüş, saplaqlı, aşağı yarpaqlar ikiqat, yuxarı yarpaqlar dərin lələkvari bölünmüş, bölümləri uzunsov-lansetvari, iti, tam və ya dişli, hər təfərdən qısa və sıx tükcüklü, aşağıda bozumtuldur. Səbətləri uzun və nazik sünbülvari çiçəkqrupunda toplanıb. Erkəkcik çiçəkləri sarı, səbətləri yarımşarvari, 3-5 mm enindədir. Sarğı yarpaqcıqları yaşıl rənglidir. Toxumcaları 3 mm uzunluqda, yumurtavari-uzunsov, incə burunludur. Tozcuqları allergiya xüsusiyyətlidir. == Yayılması == Böyük Qafqazın qərbi, Abşeronun rayonlarında aran və dağətəyi ərazilərdə yayılmışdır.
Aralia elata
Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır.
Elgölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. == Etimalogiyası == Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
Ləqata
Ləqata (ərəb. لقاطة‎, fr. Leghata) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 42 metr yüksəklikdə, 49,7 km2 ərazidə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 69 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 23 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13,692 nəfər idi.
Olgaea
Olgaea (lat. Olgaea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Vəlqara
Vəlqara (az-əbcəd. ولقار، ولقارا‎, fars. ولیدر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 794 nəfər yaşayır (228 ailə).
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əsqalan
Aşkelon(ivr. ‏אַשְׁקְלוֹן‏‎) və ya Əsqəlan (ərəb. عسقلان‎) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. == Tarixi == Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225).
Əlqul
Əlqul — Persey bürcünün β ulduzudur. Əlqul ulduzu ilk və ən yaxşı bilinən tutulan qoşa ulduzdur. β Persey üç ulduzlu sistemdir, Aa1, Aa2 və Ab ibarət olan böyük və əsas parlaq β Persey Aa1 ulduzu nizamlı olaraq zəif parlaqlı β Persey Aa2 ulduzu tərəfindən tutulur. Onun parlaqlığı periodik olaraq artıb azalır. Beləliklə, Əlqul ulduzunun ulduz ölçüsü adətən 2,1 ətrafında sabit qalır, ancaq təxminən 10 saat davam edən qismən tutulmalar zamanı hər 2,86 gündə (2 gun, 20 saat 49 dəqiqə) 3,4 qiymətinə enir. Əlqul ulduzu tutulan dəyişən ulduz sinfinə aid edilir və Əlqul dəyişənləri kimi tanınır. == Müşahidə tarixi. == Əlqulun dəyişkənliyi İtalyan astronomu Geminiano Montanari tərəfindən 1667 ci ildə qeyd edildi, ancaq parlaqlıqdakı dəyişmələrin periodik təbiəti, bir əsrdən sonra, İngilis amatör astronom John Goodricke tərəfindən ulduzun dəyişənliyi qeydə alındı. 1783-cü ilin may ayında o, tapıntılarını Kral Cəmiyyətinə təqdim etdi və dövrü dəyişkənliyə ulduzun qarşısında keçən bir qaranlıq cisimin (və ya ulduzun dövrü olaraq Yer üzünə doğru döndüyü daha qaranlıq bir bölgəyə sahib olması) səbəb olduğu fikri irəli sürürdü. Bu məlumata görə Copley Medalına layiq görüldü.
Aristolochia tagala
Aristolochia tagala (lat. Aristolochia tagala) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.