Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emitent
Emitent (ing. Issuer) — qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən qurum (müvafiq dövlət orqanı, bələdiyyə və ya özəl şirkət).
Aconitum eminens
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonim == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Aloe eminens
Aloe eminens (lat. Aloe eminens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Emitent seçimi
Emitent seçimi — sahibinin belə bir opsionu emitentin payına çevirmək üçün ödənilmiş hüququnu təmin edən emissiya qiymətli kağızı . Emitent opsionu səhmləri müəyyən edilmiş vaxtda və/yaxud hallar baş verdikdə əvvəlcədən müəyyən edilmiş qiymətə almaq hüququ verir. Emitent opsionunu müəyyən qiymətə səhm almaq hüququ verən varrantla qarışdırmaq olmaz (varrant səhmi almaq hüququnu verir, opsion isə konvertasiya verir). Rusiya qanunvericiliyinə uyğun olaraq, emitent opsionu səhmi satın almaq və onu konvertasiya etmək hüququ verir (qanunvericiliyə görə: emitent opsionu, sahibinin müəyyən edilmiş müddətdə satın almaq hüququnu təmin edən emissiya qiymətlidir. və/və ya orada göstərilən müəyyən hallar baş verdikdə belə opsionun emitentinin səhmlərinin emitentin opsionunda göstərilən qiymətə sayı). Bu baxımdan, Rusiya qanunvericiliyində emitentin opsionu ilə varrant arasında təsvir edilən fərq düzgün deyil. == Yerləşdirmə == Emitentin opsionlarının yerləşdirilməsi və onların yerləşdirilməsi qərarı federal qanunlarla müəyyən edilmiş səhmlərə çevrilən qiymətli kağızların yerləşdirilməsi qaydalarına uyğun olaraq qəbul edilir. Eyni zamanda, emitentin opsionlarına dair tələblərin yerinə yetirilməsi ilə bağlı səhmlərin yerləşdirmə qiyməti belə opsionda göstərilən qiymətə uyğun olaraq müəyyən edilir. Emitentin nizamnamə səhmlərinin sayı ilə tədavüldə olan səhmlərinin sayı arasındakı fərq alış hüququ bu cür opsionlarla təmsil olunan səhmlərin sayından az olarsa, emitent emitentin opsionunu yerləşdirmək hüququna malik deyildir. Emitentin opsionunun yerləşdirilməsi yalnız səhmdar cəmiyyətin nizamnamə kapitalı tam ödənildikdən sonra mümkündür.
Senecio eminens
Senecio eminens (lat. Senecio eminens) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Sorbus eminens
Sorbus eminens (lat. Sorbus eminens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Eminönü
Eminönü — Türkiyənin İstanbul ilinin keçmiş ilçəsi. Ərazi hal-hazırda İstanbulun və İstanbul ilinin paytaxtı olan Fateh ilçəsinin səmtidir. Eminönü təxminən qədim Bizantion şəhərinin qurulduğu ərazini əhatə edir. Qalata körpüsü, Haliçdən keçərək şimalda Karaköyü (tarixi Qalata ) cənubda Eminönü ilə birləşdirir. Eminönü Haliçin Mərmərə dənizinin yaxınlığında Bosfor boğazının cənub girişi ilə birləşdiyi nöqtədə yerləşir. Səmt 1928-ci ilə qədər Fateh ilçəsinin bir hissəsi idi və Roma şəhər divarları daxilindəki bütün yarımadanı əhatə edirdi. Eminönü daha sonra ilçə statusu alsa da, əhalisi aşağı olduğundan 2009-cu ildə yenidən Fateh ilçəsinə qatılmışdır. == Tarix == Haliç Eminönü/Sirkeci sahilində yerləşən təbii liman idi. Bizantion şəhəri buradan başalayaraq böyümüşdür. Bu dövrdə mövcud olmuş ən qədim məhəllələr Haliç boyunca yerləşən liman bölgələri idi.
Eminem
Marshall Bruce Meters (17 oktyabr 1972, Sent-Cozef, Missuri, ABŞ) – Oskar və Qremmi mükafatlı məşhur ABŞ reperi, müğənni, musiqi prodüseri, aktyor və bəstəkarı. == Həyatı == Eminem uşaq ikən anası ilə birlikdə Detroyta (Miçiqan) köçmüş və hazırda da bu şəhərdə yaşayır. Dr. Dre-nin köməyi ilə rep səhnəsinə gələn Eminemin albomları indiyədək bütün dünyada 70 milyon nüsxədən artıq satılmışdır. Eminem The Slim Shady LP albomu ilə şöhrət qazanmış, lakin onun The Marshall Mathers LP albomu çıxdıqdan sonra müxtəlif tənqidçilər reperin lirikasını zorakılığı təbliğ etdiyinə görə tənqidə məruz qoymuşlar. 2002-ci ildə Eminemin ən çox tərifə layiq görülmüş və onun dünyada şöhrətini artırmış The Eminem Show albomu işıq üzü görmüşdür. Onun 2004-cü ildə buraxdığı Encore albomu isə əvvəlki albomlarının uğurlarını təkrarlaya bilməsə də, pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 2008-ci ildə Vibe jurnalı tərəfindən "yaşayan ən yaxşı reper" səsverməsini qazanan Eminemin növbəti albomu 2009-cu il, may ayının 19-da işıq üzü gördü və əvvəlki albomlar kimi yüksək tirajla alınmasa da ilin ən çox satılan hip-hop albomuna çevrildi. Bu albom çıxdıqdan bir qədər sonra Eminem ilin axırına kimi Relapse 2 albomunu yazacağı haqda elan versə də sonradan fikrini dəyişdi. Yeni albom 2010-cu ilin iyun ayında Recovery adı altında çıxdı.
Emine Önasya
Emine Önasya (türk. Emine Semiye Önasya 28 mart 1866, Konstantinopol – 1944, İstanbul) — Türk əsilli yazıçı və ilk feministlərdən biri. == Bioqrafiya == 28 mart 1866-cı ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın ikinci qızı və yazıçı Aliye Fatmanın bacısı idi. Emine Seminin anası Advie Rəbiyə xanım idi. Emine Semiye yeddi il Fransa və İsveçrədə psixologiya və sosiologiyanı öyrənir. Osmanlı İmperiyasının Avropada təhsil almış ilk müsəlman qadınlarından biri olur. 1882-ci ildən etibarən Emine Semiye İstanbulda, digər şəhərlərdə türk dili və ədəbiyyatından dərs deyir. Qızlar üçün bir məktəbdə müfəttiş və Şişli Eftal xəstəxanasında tibb bacısı işləmişdir. "Mütalaa" və "Hanımlara Mahsus Gazete" qəzetlərində dərc olunan təhsil və siyasətlə bağlı məqalələr yazır.
The Eminem Show
The Eminem Show Eminemin dördüncü stüdya albomudur. Albom 2002-ci ilin ən çox satan albomu oldu. 2003 Qremmi mükafatlarında İlin Albomu mükafatı üçün namizəd oldu və "Ən yaxşı rep albomu" mükafatını üst-üstə qazanan üçüncü albomu oldu. ABŞda 9.7 milyon nüsxə sataraq RIAA tərəfindən Almaz olaraq sertifikatlşdırılan albom, 20 milyondan çox nüsxə satıb. 2003-də Rolling Stone jurnalının Tarixin ən böyük 500 albomu siyahısında 317-ci sırada yer almışdır.
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Əmanət Abbasova
Əmanət Əsabəli qızı Abbasova — istehsal qabaqcılı, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Azərbaycan SSR Dövlət mükafatı lauretı (1976). == Həyatı == 1953-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. 1971-ci ildən Sov.İKP üzvü olmuşdur, orta təhsili var. 1967-ci ildən V. İ. Lenin adına Şəki İpək Müəssisələr Birliyinin toxuçusu olmuşdur. Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvü olmuşdur. Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şəki ikinci şəhər seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Əmanət sertifikatı
Əmanət sertifikatı (ing. savings certificate) — fiziki şəxs tərəfindən banka qoyulmuş əmanətin məbləğini və əmanətçinin (sertifikat sahibinin) sertifikatı vermiş bankda və ya hər hansı filialda əmanət məbləğini və sertifikatda nəzərdə tutulmuş müəyyən edilmiş müddət bitdikdən sonra bank faizləri almaq hüququnu təsdiq edən qiymətli kağız. Əmanət sertifikatının başqa adı — əmanət sertifikatı - bankın orada saxlanılan əmanəti və faizləri ödəmək öhdəliyini ifadə edir. Əmanət sertifikatı hesablaşma və ya ödəniş sənədi kimi xidmət edə bilməz.
Əminə Ağazadə
Əminə Həmid qızı Ağazadə (26 mart 1980, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2006), Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının fərdi üzvüdür (2007). == Həyatı == Əminə Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır.1986-cı ildə Bakı şəhər 20 №li orta məktəbinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirib, ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışdır. Ailəlidir, bir övladı var. == Fəaliyyəti == 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişdir. Test və söhbət mərhəlsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşdur. 2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin avqust ayından Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsinə ezam olunmuşdur. 2006-cı ilin fevral ayında ona Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbə prokuroru vəzifəsinin icrası həvalə edilmiş, 28.03.2007-ci il tarixində yenidən təşkil edilmiş Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur.
Əminə Babayeva
Babayeva Əminə Ağahüseyn qızı —Azərbaycanın tanınmış teatr və kino aktrisası.Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası,Azərbaycan Respublikasının Əməkdar Artisti (2019) == Həyatı == Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb.İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb.Teatrda ilk rolu X.Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub.Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib.Ə.Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi.Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır. 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır. 2002-ci ildə televizya rejissoru Rövnəq Həsənli Əminə Babayevanın həyat və yaradıcılığından bəhs edən "Bu nağılın sonu yoxdu" adlı film çəkmişdir. 16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T.Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaratmışdır və o gündən teatrda fasiləsiz çalışır. == Mükafatları == 1976-cı ildə qadın rollarının ifasına görə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" elan edilmişdir. 10 Mart 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 10 Mart 2015-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Əminə Bağırova
Əminə Rəhim qızı Bağırova — Azərbaycanda neft sahəsi üzrə mühəndis, Sosialist Əməyi Qəhrəmanı (1960). == Həyatı == Əminə Rəhim qızı Bağırova 1912-ci ildə Gəncə şəhərində anadan olmuşdur. == Təhsil == 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Ə. H. Qarayev adına Bakı neftayırma zavodunda işləməyə başlamışdır. == Əmək fəaliyyəti == Əminə Bağırova zavodda ilk vaxtlar işə başladığı haqqında yazır: "Məni əvvəlcə operator vəzifəsinə götürdülər. Çətin vaxtlar idi. Cəbhə benzin və başqa neft məhsulları tələb edirdi. Təzə qəbul olunmuş fəhlələrin əksəriyyəti isə işi yaxşı bilmirdi. Qurğuların texnoloji rejimini öyrənmək üçün onlar xeyli vaxt sərf etməyə məcbur olurdular, bu isə xeyli məhsul itkisi demək idi. Mühəndislər, briqadalar, operatorlar gecə-gündüz növbədə durur, qocaman neftayıranların köməyi ilə işi qaydaya salır, yorula-yorula, istirahət saatlarından kəsə-kəsə prosesə bələd olurdular. Belələrindən biri də mən idim".
Əminə Buğra
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir. == Həyatı == Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi. O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur. 1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.
Əminə Cəfərova
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir. 1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir. 1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir. 1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.
Əminə Dilbazi
Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959). == Həyatı == Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir.
Əminə Fiqarova
Əminə Fiqarova (2 dekabr 1964, Bakı) indi Manhettendə olan azərbaycanlı caz pianist və bəstəkardır. Klassik pianist olaraq Bakıda təhsil almış, yerli xalq musiqisinin həvəskarı olmuş, sonra isə cazzda ixtisaslaşmışdır. 1980-ci illərin əvvəllərinə qədər, həyat yoldaşı fleytaçı Bart Platteau ilə birlikdə dünyanın bir çox yerində keçirilən cazz festivallarında çıxış etmişdir. == Həyatı == 2 dekabr 1964-cü ildə Bakıda doğulmuş Əminə Fiqarova kiçik uşaqikən pianino çalmağı örənmiş və altı yaşında musiqi bəstələmişdir. Klassik pianist olmaq üçün Bakı Musiqi Akademiyasında təhsil almışdır. 1988-ci ildə Moskva Caz Festivalında olarkən, Cazz musiqisinə marağının əsasının yarandığı Rotterdam Konservatoriyasında təhsil almaq üçün qəbul almışdır. O, təhsilini Bostonda yerləşən Berklee Musiqi Kollejində tamamlamışdır. == Fəaliyyəti == Birləşmiş Ştatlarda olduğu müddətdə Kolorado, Aspendə Thelonious Monk Jazz Kaloniyasında iştrak etmişdir. Sonradan ailə həyatı qurduğu fleytaçı Bart Platteau ilə birlikdə dünyanın fərqli yerlərində caz konsertlərində çıxış etməyə başlayır. Onun albomları olan "September Suite" və daha yaxınlarda buraxılan "Blue Whisper"i o Nyu Yorkda Blue Note Jazz Club-da ifa edərkən 11 sentyabr 2001-ci ildəki hadisələrdən ilhamlanmışdır.
Əminə Sultanova
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
Əminə Sırtlanova
Əminə (Əminə xanım) Mahmudovna Sırtlanova (frans. Amina Hanum Syrtlanoff, doğulanda Şeyxəliyeva və ya Şeyx Əli soyadını daşıyırdı; 25 iyul 1884, Ufa, Ufa quberniyası, Rusiya imperiyası – ən tezi 1940, Fransa) — ictimai xadim, mərhəmət bacısı, teosof, Le Droit Humain Ordenin 840 nömrəli "Avrora" adlı Paris mason lojasının möhtərəm ustadı. == Bioqrafiya == 1884-cü ildə general-mayor Mahmud Maqomedoviç Şeyx Əlinin (Şıxəliyev) və mülkədar Magiparvaz Şeyxəliyevanın (qız soyadı Alkina) ailəsində anadan olub. Fəxri ümdə özdəni, podpolkovnik, Stavropol quberniyası müsəlman xalqlarının baş məhkəmə məmuru Dövlət-Mirzə Şıxəliyevin (Şeyx Əli) qardaşıqızıdı, eləcə də tanınmış ictimai xadimləri İbniamin Alkinin və Seid Girey Alkinin bacısıqızıdı. III Rusiya Dövlət Dumasının deputatı Galiaskar Syrtlanovın həyat yoldaşı idi. Onun 1912-ci ildə faciəli ölümündən sonra ictimai həyatda fəal iştirak etməyə başlamışdı. "Petroqradsk müsəlman maarifçilik cəmiyyətinin" sədri olub və "Petroqrad və Ufadan olan savadlı müsəlmanlar arasında geniş nüfuza" malik idi.Birinci Dünya Müharibəsi başlayandan sonra, cəbhəyə kömək üçün müsəlman xeyriyyə cəmiyyətinin birləşdirməyə çalışan Rusiya müsəlman ictimai təşkilatlarının Mərkəzi komitəsinin üzvlərindən biri olub. 1916-cı ilin yayında qabaqcıl mövqeyə göndərilən Rusiya müsəlmanlarının sanitar dəstəsinə başçılıq edib.Rus İnqilabından sonra Sırtlanova Finlandiyaya mühacirət etdi. Orada yerli tatar icmasının yaradılmasında iştirak etmişdir. Bu müddət ərzində o, Fin teosofları ilə əlaqə saxlayır və Fin mətbuatında musiqi müəllimi kimi xidmətlərini reklam edir.
Əminə Xatun
Əminə Xatun (1398, Əlbistan – 1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı olan Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəyin qızıdır. İldırım Bəyazidin oğlu Çələbi I Mehmed ilə 1403-cü ildə evlənmişdir. II Muradın anası və beləliklə, Fateh Sultan Mehmedin nənəsidir. Oğlunun səltənəti dövrünü görmüş və Validə sultan olmuş olsa da, o dövr üçün validə sultanların saray daxilində çox da gücləri yox idi. Bu səbəbdən güclü saray qadını olmamışdır. 1449 tarixində, oğlundan iki il əvvəl vəfat etmiş, cənazəsi Muradiyə Məscidindəki Xatuniyə türbəsinə dəfn edilmişdir.
Əminə Yusifqızı
Əminə Yusifqızı (əslində Yusifqardaş qızı) (24 sentyabr 1936, Bakı) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s.
Əminə burnu
Əminə burnu (bolq. Емине) — Qara dənizin Bolqarıstan sahillərində yerləşən burun. Burun Stara Planina silsiləsinin sonucunu təşkil edir. Üstəlik Dvoynisa və Haciyska çaylarının su ayrıcısı yolunu oynayır. Burun Bolqarıstanın Qara dəniz sahillərini iki yerə bölür:Şimai və Cənubi Qara dəniz sahili. == Təsviri == Əminə burnu 60 metrlik bir qaya parçasıdır. Üstəlik dəniz daxilinə su altı və üztü qayalarla 250 m məsafədə daxil olur. Bu səbəbndən ərazi gəmilər üçün olduqca təhlükəlidir. Burada mayak fəaliyyət göstərir. == Yerləşməsi == Əminə burnu Varnadan 79 km cənubda, Burqasdan isə 54 km şimalda, Obzordan 14 km cənubda yerləşir.
Əminə Ərdoğan
Əminə Gülbaran Ərdoğan (21 fevral 1955, Üsküdar, İstanbul ili) — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı. == Həyatı == Əminə Ərdoğan 16 fevral 1955-ci ildə ərəb əsilli ailədə İstanbulun Fateh ilçəsində anadan olub. Siirtdən İstanbula gələn beş uşaqlı bir ailənin sonuncu övladı. Mithat Paşa Axşam İncəsənət Məktəbindən dərs qeydləri yaxşı olmasına baxmayaraq öz arzusu ilə ayrılıb və "İdealist Qadınlar İttifaqına" qoşulub. Buradakı bir konfrans çalışması əsnasında Rəcəb Tayyib Ərdoğan ilə tanış olub və 4 iyul 1978-ci ildə evləndilər. Cütlüyün Əhməd Burak, Nəcməddin Bilal, Esra və Süməyya adlarında dörd uşağı var.