Əminə Həmid qızı Ağazadə (26 mart 1980, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü;MDB Parlament Assambleyasının Hüquq Komissiyasının sədr müavini, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü.
Əminə Ağazadə | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 mart 1980 (44 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hüquqşünas |
|
|
Təltifləri |
Əminə Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır.[1]
1986-cı ildə Bakı şəhər 20 №li orta məktəbinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir.
1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirib, ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır.
2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışdır. Ailəlidir, bir övladı var.
2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişdir. Test və söhbət mərhəlsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşdur.
2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur.
2005-ci ilin avqust ayından Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsinə ezam olunmuşdur.
2006-cı ilin fevral ayında ona Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbə prokuroru vəzifəsinin icrası həvalə edilmiş, 28.03.2007-ci il tarixində yenidən təşkil edilmiş Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur.
23 iyun 2011-ci il tarixindən həmin idarənin böyük prokuror-metodisti vəzifəsində çalışmışdır.
2017-ci ilin aprel ayından ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Səmərəli işə, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun normativ-hüquqi bazasının yaradılmasında, Baş Prokurorluğun təşkil etdiyi beynəlxalq tədbirlərin keçirilməsində fəallığa görə Respublika Prokurorluğunun rəhbərliyi tərəfindən dəfələrlə xidməti qaydada həvəsləndirilmişdir.
İnsan hüquqlarının qorunması mövzusunda prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşları üçün seminar və tədris kurslarını təşkil etdiyinə görə Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən fərqləndirilmişdir. Bir sıra beynəlxalq forum, konfrans və seminarlarda fəal iştirak etmişdir.
2006-cı ildən Beynəlxalq Prokurorlar Assosiasiyasının, 2007-ci ildən isə Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının fərdi üzvüdür.
57 saylı Kürdəmir seçki dairəsindən VI çağırış Milli Məclisin deputatıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan — Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, bir sıra digər ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in və MDB-nin Parlament Assambleyalarında nümayəndə heyətinin üzvüdür. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın üzvüdür. MDB PA Hüquq Komissiyasının sədr müavinidir. Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]
Azərbaycan, rus və ingilis dillərini bilir.
Bitərəfdir, siyasi partiyaların üzvü olmamışdır.
Azərbaycan Respublikası Baş prokurorunun 28 sentyabr 2018-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.