Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sara Errani
Sara Errani (d. 1987, İtaliya) — tenisçi. Sara Errani 2012-ci ilin oktyabr ayında dünya reytinqində 6-cı yerə çıxması karyerasında zirvədir və yeni mövsümə də həmin nəticə ilə yollandı. Digər tərəfdən, təkcə fərdi deyil, qoşa yarışlarda da nailiyyətlər əldə etdi. Cütlərin “Böyük dəbilqə” turnirinin Fransa və ABŞ mərhələlərində qalib gəlməklə dünya sıralamasında birinci yerə çıxdı. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Ətəallah Ərrani
Ətəallah Ərrani — XV əsr Azərbaycan filosofu və şairi olmuşdur. Rus tədqiqatçısı tərəfindən XX əsrdə Şamaxıda onun "Qırmızı qızılgül ləçəkləri" əsəri tapılmışdır.
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Qarant
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Serjant
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Varrant
Arran
Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə. Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir. Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi. 7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir. Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı. == Etimologiyası == Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisi Arranın adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Ameliya Erhart
Ameliya Erhart (ing. Amelia Mary Earhart; 24 iyul 1897[…], Atçison, Kanzas – 5 yanvar 1939, Haulend adası, ABŞ-a bağlı kiçik adacıqlar) — ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1938-ci ildən etibarən "İtkin düşmüşlər" siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir. == Həyatı == Ameliya Erhart 1897-ci ildə ABŞ-nin Kanzas ştatında doğulmuşdur. Anası Emi Otis Erhart, atası isə Edvin Stenton Erhart idi. Erhart Birinci dünya müharibəsində tibb bacısı vəzifəsində çalışır. Müharibədən sonra hava nəqliyyatı ilə maraqlanmağa başlayır. 1928-ci ildə Atlantik okeanını sərnişin kimi keçən ilk qadın olur.
Andrey Urqant
Andrey Urqant (rus. Андрей Ургант; 28 noyabr 1956, Leninqrad) — sovet və rus aktyoru, teleaparıcı, şoumen. == Həyatı == Andrey Urqant 1956-cı ildə aktyorlar Lev Milinder və Nina Urqantın ailəsində anadan olub. Teleaparıcı və aktyor İvan Urqantın atasıdır. Aktyor haqqında "Moskovskiy komsomoleç" qəzetində yazılan məqalədə Urqant soyadının eston mənşəli olduğu bildirilir, eyni məlumatı "Arqumentı i faktı" qəzeti də dərc edib. 1977-ci ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. 1977-1979-cu illərdə V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləyib. 1979-1981-ci illərdə orduda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Lenin komsomolu adına Leninqrad teatrına qəbul olunur və burada yeddi il işləyir. Andrey Urqant 1982-ci ildən filmlərdə çəkilir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Ernani Pereyra
== Karekanın oynadığı klubun formasını geyinib == Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın cənub-şərqindəki Belu-Orizonti (Minas-Jerays ştatı) şəhərində anadan olub. Vətənində o, əsasən, ortabab klublarda oynayıb. Məsələn, Ernani "Quarani"nin (Kampinas) şərəfini qoruyub. Bu komanda yalnız 1978-ci ildə Braziliya çempionu olması ilə öyünə bilər. Hazırda Braziliya çempionatının B seriyasında yarışan "Quarani"ni azərbaycanlı futbolsevərlərə daha yaxından tanıtmaq üçün vaxtilə bu klubda Kareka, Calminya, Sonni Andersson, Aylton, Elano və s. futbolçuların oynadığını qeyd etmək olar. == Superliqanın debütantına keçdi == Ernani 2003-cü ilin yayında Avropaya – Türkiyəyə üz tutdu. Onda "Konyaspor" Superliqaya yeni vəsiqə qazanmışdı. Heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirən Konya təmsilçisinin transferləri arasında Ernani də vardı. 2003/04 mövsümündə braziliyalı müdafiəçi cəmi 10 oyunda komandanın formasını geyinsə də, "Konyaspor" Superliqada yerini qorudu (11-ci yer).
Ervand Abrahamian
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == [http://books.google.com/books?id=qh_QotrY7RkC&dq Iran Between Two Revolutions] (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Ervand Abrahamyan
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == [http://books.google.com/books?id=qh_QotrY7RkC&dq Iran Between Two Revolutions] (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Ervand Marqaryan
Yervand Qrantoviç Marqaryan (erm. Երվանդ Մարգարյան; 19 noyabr 1961, Daşkənd) — Ermənistan tarixşünası, tarix üzrə fəlsəfə doktoru, professoru, Ermənistan-Rusiya Universitetinin Dünya Tarixi və Xarici Regional Elmlər fakültəsinin rəhbəri, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun tədqiqatçısı. == Həyatı == Yervand Marqaryan 19 noyabr 1961-ci il tarixində, SSRİ respublikalarından olan Tacikistan SSR-nin paytaxtı Daşkənd şəhərində, bir erməni ailəsində anadan olmuşdur. O, 1966-cı ildə ailəsi ilə birlikdə Ermənistan SSR-ə köçmüşdür. Marqaryan 1983-cü ildə İrəvan Dövlət Dil və Sosiologiya Universitetinin İngilis Dili və Tarixi fakültəsindən məzun olmuşdur. O, 1987-ci ildə Ermənistan SSR Elmlər Akademiyasına qoşulmuş, orada çalışmağa başlamışdır. Marqaryan 1992-ci ildə "Kommagen və Ermənistanın ellinistik ziyarətgahları" mövzusunda öz tezisini qorumuşdur. O, 1994-cü ildən Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, 1996-cı ildən İrəvan Dövlət Universitetində dünya tarixi üzrə professordur. Marqaryan 2005-ci ildə köməkçi professor olmuşdur. O, 2015-ci ildən Ermənistan Tarixçilər Birliyinin sədridir.
Ervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926, Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. == Həyatı == 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.
Ervand Sevortyan
Ervand Sevortyan (22 oktyabr 1901, Yalta, Rusiya imperiyası – 23 mart 1978, Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən iri həcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir. == Həyatı == 1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978-2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II-IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir. Türk Dil Qurumunun müxbir üzvü olub (1957). == Əsərləri == Türk dilinin qrammatikası («Грамматика турецкого языка», 1947); Türk ədəbi dilinin fonetikası («Фоне­тика турецкого литературного языка», 1955); Azərbaycan ədəbi dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском литературном языке», 1957); Azərbaycan dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском языке», 1962); Azərbaycan dilində affiksal ismi sözdüzətmə («Аффиксы именного словообразования в азербайджанском языке», 1966); Azərbaycan dilinin qrammatikası («Грамматика азербайджанского языка», 1971, M. Şirəliyevlə birgə).
Garant Holding
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Julien Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Jülyen Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Klermon-Ferran
Klermon-Feran (fr. Clermont-Ferrand) - Fransanın mərkəzi hissəsinin cənubunda şəhər və kommunadır, Overn bölgənin paytaxtıdır. Şəhər təxminən 410 metr dəniz səviyyəsindən yuxarı hündürlükdə yerləşir. Ətraflarda çox dağlar var, həmçinin sönmüş vulkanlar.
Merçant Siti
Merçant Siti (ing. Merchant City) — Qlazqo şəhərinin rayonu.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Serjant Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. == Mükafatları və xatirəsi == Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Qarant Sığorta