Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!
Ey ata, ey ana, biz günahkarıq
Ey ata, ey ana, biz günahkarıq! — Əli Şəriətinin dini-fəlsəfi mövzuda yazdığı əsər. == Məzmun == Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqla-yaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ey ata, ey ana, biz günahkarıq — Dr.
Ey Gözəl Krım
Ey Gözəl Krım (krımtat. «Ey, güzel Qırım») ― məşhur krım tatar xalq mahnısı. Melodiyası krım tatarları arasında dünya səviyyəsində tanınır və krım tatar konsertlərində tez-tez səslənir. Mahnının kədərli mətni sürgün həyatla bağlı təəssüfünü bildirir və sevimli vətənlərinin itkisinə yas tutur. Mahnının mənşəyi məlum deyil, lakin krım tatarlarının deportasiyasından bir müddət sonra anonim olaraq yazıldığı düşünülür. Bununla birlikdə, Əndicana sürgün edilmiş krım tatarları Fatma Xəlilova və Şurki Osmanov 1968-ci ildə Aluştaya səfəri zamanı mahnını yazdıqları barədə təsdiqlənməmiş iddialar var. 2016 Avroviziya Mahnı Müsabiqəsində birinci yer tutan Ukrayna təmsilçisi Camalanın "1944" mahnısının bir hissəsində bu xalq mahnısından istifadə olunmuşdur.
Ey Pak Bakirə
Aqni Parten ( yun . Ἁγνὴ Παρθένε ), azərbaycan dilinə "Ey Pak Bakirə" kimi tərcümə edilmiş, 19-cu əsrin sonlarında Müqəddəs Eginalı Nektarios tərəfindən bəstələnmiş və ilk dəfə Theotokarion (Theotokarion) kitabında çap olunmuş Bakirə Məryəm haqqında bir yunan ilahisidir. Pravoslav kilsələrində bu ilahi, paraliturgik himn sayılır və buna görə də yalnız liturgik mərasimlərdən kənarda istifadə olunur. Bununla belə, o, tez-tez bəzi xorlar tərəfindən xaça ehtiram və antidoron qəbulu zamanı İlahi Liturgiya bitdikdən sonra tənəzzül kimi ifa olunur. == Azərbaycan dilində tərcüməsi == Ey pak və bakirə Xanım Ləkəsiz Allahdoğuran Sevin ey bǝysiz Gəlin! Mələkə, Bakirə Ana Ey şehlə örtülü saf yun Sevin ev bǝysiz Gəlin! Göylər yanında alçaqdır Ən parlaq çıraq zil qara Sevin ey bǝysiz Gəlin! Bakirə xoruna fərəhsən Məlaikədən şəstlisən Sevin ey bǝysiz Gəlin! Səmadan daha nuranisǝn Gün işığından cılxasan Sevin ey bəysiz Gəlin! Ey bütün səmavi ordulardan Qüdsilikdə öndə olan Sevin ey baysiz Gəlin!
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Valqa
Valqa (est. Valga, alm. Walk‎, 1920-ci ilə gədər Valk -rus. Валк, keçmiş adı rus. Vleh) — Estoniyanın cənubundakı Vаlqаmаа bölgəsinin inzibati mərkəzi. Pedeli çayının sahilində yerləşir. Şəhərin sahəsi 16,5 km² təşkil edir. Tartuya qədər məsafə 89 km, Pyarnuya gədər 144 km, Tallinə gədər 245 km, 175 km Riqaya və Pskova 170 km-ə bərabərdir. Valqa dəmir və avtomobil yollarının kəsişməsində yerləşir. Estoniyanın və Latviyanın Şengen birliyinə daxil olması ilə Valqa və Valka şəhərləri arasında ümumi ictimai avtobus nəqliyyatının işə düşdüyü elan olunmuşdur.
Valli
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Cakoma Balla
Cakoma Balla (18 iyul 1871[…], Turin – 1 mart 1958[…], Roma) — italyan rəssam, heykəltaraş, şair. Futurzim janrının yaradıcılarından və öncüllərindən biridir. Rəsm əsərlərində işıq, hərəkət və sürət anlayışlarının görüntüsünü təsvir etməyə çalışmışdır.
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. == Mənbə == Birinci xanımlar fotolarda – Lalla Salma.
Luçio Dalla
Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[…], Boloniya – 1 mart 2012[…], Montrö[d], Vo kantonu) — italyan bəstəkar və müğənni. == Həyatı == Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb. Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir. == "Karuzonun xatirəsinə" == Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.
Otto Vallax
Otto Vallax (alm. Otto Wallach‎; 27 mart 1847, Köniqsberq — 26 fevral 1931, Göttingen) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1910). Köniqsberqdə (indiki Kalininqrad, Rusiya) (1847-1931) anadan olmuş, alman üzvi kimyaçısı Vallax Otto 1869-cu ildə Gettingen Universitetini bitirmişdir. 1870- ci ildə Boan Universitetində işləmişdir. 1876- cı ildə professor elmi adı almışdır. Kimyanın və kimya texnologiyasının inkişafı sahəsindəki nailiyyətlərinə, eyni zamanda alitsiklik birləşmələrin sintezi və tədqiqi üzrə həyata keçirdiyi kompleks işlərinə görə 1910- cu ildə alimə Nobel mükafatı verilmişdir. Otto Vallax 26 fevral 1931-ci ildə vəfat edib.
T'Çalla
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
Valua sülaləsi
Valua — 1328–1589-ci illərdə Fransada kral sülaləsi.
Villa Alemana
Villa Alemana - Çili şəhəri. Əhalisi 122.806 nəfərdir (2002).
Villa Bazilika
Villa Bazilika (it. Villa Basilica) — İtaliyanın Toskana regionunda şəhər.
Villa Ford
Villa Ford (ing. Willa Ford); doğum adı Amanda Li Mondano (ing. Amanda Lee Modano); 22 yanvar 1981) — ABŞ aktrisa, prodüser, müğənni, mahnı müəllifi, teleaparıcı və rəqqasəsi. Karyerasına müğənni kimi 1999-cu ildə "Mandah" adı ilə başlayıb. Ancaq bir müddət sonra adını Uilla Forda dəyişdirib. Əsl adı Amanda Li olan Uilla 1981-ci il yanvarın 22-si Raksin şəhərində anadan olub. 8 yaşında ikən uşaq xorunda oxumaqa, 11 yaşından isə incəsənət şirkəti olan "Tampa Bay Children's Choir"də çıxış eləməyə başlayıb. 2007-ci ildən xokkeist Mayk Modano ilə ailə həyatı qurmuş, 2012-ci ilin avqustunda boşanmışdır. 1999–2000-ci illərdə "MCA", 2000–2004-cü illərdə isə "Lava" və "Atlantic" leyblları ilə işləmişdir. İki sola albomu var: "Willa Was Here" (2001) və "Sexysexobsessive" (2004).
Villa Park
Villa Park — "Aston Villa" komandasının ev oyunlarını oynadığı futbol stadionudur. Stadion İngiltərənin Birminhem şəhərində yerləşir. 1897-ci ildə açılmışdır. "Villa Park" 42.573 nəfərlik bir tutuma malikdir.
Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir. 19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.
Villa Tugendhat
Villa Tugendhat, Çex Respublikasının Brno şəhərindəki Černá Pole regionunda yerləşən tarixi bir binadır. Avropadakı müasir memarlığın ilk prototiplərindən biridir və Alman memarı Ludwig Mies van der Rohe tərəfindən dizayn edilmişdir. 1928–1930-cu illər arasında Fritz Tugendhat və xanımı Greta üçün dəmir-beton konstruksiya formasında inşa edilmiş və modernizmin simvoluna çevrilmişdir.
Yalla (qrup)
Yalla (özb. Ялла, Yalla) — 1970-ci ildə Daşkənd şəhərində Fərrux Zakirov tərəfindən yaradılmış vokal–instrumental ansamblı. Fərrux Zakirov tərəfindən yaradılan Yalla qrupu 1970-ci illərin ən məşhur qruplarından biridir. Yalla qrupunun üzvləri Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunu və Əşrəfi Dövlət Konservatoriyasını bitiriblər. Onların ən uğurlu hesab edilən “Uçkuduk” "(Üç quyu)", “Çayxana” mahnıları dillər əzbəri olub. Bunlardan başqa “Bu sevgidir”, “Nəsrəddinin mahnısı”, “Yalla”, “Sevdiyim gözlər olmadan”, “Şəhrisabz”, “Parılda Daşkənd”, “Cinnuni” və s. mahnıları ilə sovet dövrünün ən populyar qruplarından biri hesab edilirdi. XX əsrin 70-ci illərində yaranan qrup “Qız bola” və “Yallama yerim” mahnıları ilə məşhurlaşdı. Qrupun adı özbək musiqisinin bir üslubu ilə eyni olsa da qrup öz adını “Qız bola” mahnısının nəqarətindən götürüb. Qrupun ilk uğuru bu mahnının aranjemanından başladı.
Yalla qrupu
Yalla (özb. Ялла, Yalla) — 1970-ci ildə Daşkənd şəhərində Fərrux Zakirov tərəfindən yaradılmış vokal–instrumental ansamblı. Fərrux Zakirov tərəfindən yaradılan Yalla qrupu 1970-ci illərin ən məşhur qruplarından biridir. Yalla qrupunun üzvləri Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunu və Əşrəfi Dövlət Konservatoriyasını bitiriblər. Onların ən uğurlu hesab edilən “Uçkuduk” "(Üç quyu)", “Çayxana” mahnıları dillər əzbəri olub. Bunlardan başqa “Bu sevgidir”, “Nəsrəddinin mahnısı”, “Yalla”, “Sevdiyim gözlər olmadan”, “Şəhrisabz”, “Parılda Daşkənd”, “Cinnuni” və s. mahnıları ilə sovet dövrünün ən populyar qruplarından biri hesab edilirdi. XX əsrin 70-ci illərində yaranan qrup “Qız bola” və “Yallama yerim” mahnıları ilə məşhurlaşdı. Qrupun adı özbək musiqisinin bir üslubu ilə eyni olsa da qrup öz adını “Qız bola” mahnısının nəqarətindən götürüb. Qrupun ilk uğuru bu mahnının aranjemanından başladı.
Yusuf Kalla
Məhəmməd Yusuf Kalla (d. 15 may 1942, Vatampone[d]) — 2004-cü ildən 2009-cu ilədək və 2014-cü ildən indiyədək ölkənin vitse-prezidenti olmuş İndoneziya siyasətçisidir. 2009-cu il prezident seçkilərində Qolkar partiyasından prezidentliyə namizədliyi uğursuz oldu. 2009-cu ildən Kalla İndoneziya Qızıl Xaç Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 2014-cü il prezident seçkilərində Kalla Coko Vidodo özunu namizəd elan etmədən əvvəl 2012-ci il sorğusuna gorə prezidentliyə namizəd olan Aburizal Bakri və əvvəldən irəli sürülən ən yaxşı seçicilər arasında populyar oldu. O, İndoneziyanın ardıcıl olmayan iki dəfə seçilmiş vitse-prezidenti kimi ilk şəxsdir.
Karl Valua
Karl Valua (fr. Charles de Valois; 12 mart 1270, Vensen – 16 dekabr 1325[…]) — Fransa kralı III Filippin oğlu, Valua sülaləsinin banisi. == Mənbə == Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries. Madison and London: University of Wisconsin Press. pp. 104–140. ISBN 0-299-06670-3 Russell, Delbert W. (2013).
Paul Vallas
Paul Gust Vallas (ing. Paul Vallas; 10 iyun 1953, Çikaqo, İllinoys) — ABŞ siyasətçisi və Çikaqo Məktəb üzvü (1995–2001).
Yekaterina Valua
Valualı Ketrin (fr. Catherine de Valois) (d. 27 oktyabr 1401 — ö. 3 yanvar 1437) — İngiltərə kralı V Henrinin xanımı və İngiltərə kraliçası. Fransa kralı VI Çarlzın qızı idi və 1420-ci ildə İngiltərə kralı ilə evlənərək varisi olan VI Henrini dünyaya gətirmişdi. Ərinin ölümündən sonra Ouen Tüdorla olan münasibəti və bu münasibətdən övladlarının doğulması ərindən aldığı taxt hüququnu ikiyə böldü və nəticədə ikinci evliliyindən olan nəvələrindən Henri Tüdor taxta çıxdı. Allmand, Christopher (1992). Henry V. University of California Press. Chrimes, S. B. (1980). "The Reign of Henry VI: Some Recent Contributions".
Yelizaveta Valua
Valualı Elizabet (fr. Élisabeth de France) (d. 2 aprel 1545 — ö. 3 oktyabr 1568) — Fransa kralı II Henri və xanımı Ketrin Medicinin böyük qızı, İspaniya kralı II Filippin isə üçüncü xanımı. Baumgartner, Frederic J. (1988). Henry II, King of France:1547–1559. Duke University Press. Carrión, María M. (2010). Subject Stages: Marriage, Theatre and the Law in Early Modern Spain. University of Toronto Press.
Simi-Valli
Simi-Valli və ya Simi Valley — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Ventura qraflığında yerləşən bir şəhərdir. 2010-cu ilin əhalinin siyahıya alınmasının nəticələrinə əsasən şəhərin əhalisi 124,237 nəfər təşkil etmişdir.
Penar-valli
Zanonia (lat. Zanonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Penar-valli Adans. Juppia Merr. Zanonia angulata Wall.
Alla Zaqaykeviç
Alla Zaqaykeviç (ukr. Алла Леонідівна Загайкевич; 17 dekabr 1966, Xmelnitskiy) — ukraynalı bəstəkar. Ukraynanın əməkdar incəsənət xadimi (2021). == Bioqrafiya == Kiyev Dövlət Konservatoriyasını (1990) Yuri İşçenkonun bəstəkarlıq sinfini bitirib. 1995–1996-cı illərdə bir illik fransız dili IRCAM (seminarlar B. Fernyhow, T. Muray, F. Manuri) kursunda iştirak edib. Onun A. Bosenkonun transsendental fəlsəfəsi ideyalarının yaradıcı formalaşmasına təsirini qeyd edir. 1986–1999-cu illərdə "Drevo" folklor ansamblı ilə çıxış edib. 1998-ci ildən Ukrayna Milli Musiqi Akademiyasının Musiqi və İnformasiya Texnologiyaları kafedrasında dərs deyir. Ukrayna Bəstəkarlar İttifaqının üzvü olur (1993-cü ildən). Musiqişünaslığa dair məqalələrin müəllifidir.