vilayətlərarası
Vilnüs
OBASTAN VİKİ
Eytor Villa-Lobos
Eytor Villa-Lobos (5 mart 1887[…], Rio-de-Janeyro – 17 noyabr 1959[…], Rio-de-Janeyro) — braziliyalı bəstəkar. == Həyatı == Braziliya xalq musiqisindən və klassik Avropa musiqisindən təsirlənmişdir. Bachianas Brasileiras adlı əsər onun ən məşhur əsəridir.
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Villa Alemana
Villa Alemana - Çili şəhəri. Əhalisi 122.806 nəfərdir (2002).
Villa Bazilika
Villa Bazilika (it. Villa Basilica) — İtaliyanın Toskana regionunda şəhər.
Villa Ford
Villa Ford (ing. Willa Ford); doğum adı Amanda Li Mondano (ing. Amanda Lee Modano); 22 yanvar 1981) — ABŞ aktrisa, prodüser, müğənni, mahnı müəllifi, teleaparıcı və rəqqasəsi. Karyerasına müğənni kimi 1999-cu ildə "Mandah" adı ilə başlayıb. Ancaq bir müddət sonra adını Uilla Forda dəyişdirib. Əsl adı Amanda Li olan Uilla 1981-ci il yanvarın 22-si Raksin şəhərində anadan olub. 8 yaşında ikən uşaq xorunda oxumaqa, 11 yaşından isə incəsənət şirkəti olan "Tampa Bay Children's Choir"də çıxış eləməyə başlayıb. 2007-ci ildən xokkeist Mayk Modano ilə ailə həyatı qurmuş, 2012-ci ilin avqustunda boşanmışdır. 1999–2000-ci illərdə "MCA", 2000–2004-cü illərdə isə "Lava" və "Atlantic" leyblları ilə işləmişdir. İki sola albomu var: "Willa Was Here" (2001) və "Sexysexobsessive" (2004).
Villa Park
Villa Park — "Aston Villa" komandasının ev oyunlarını oynadığı futbol stadionudur. Stadion İngiltərənin Birminhem şəhərində yerləşir. 1897-ci ildə açılmışdır. "Villa Park" 42.573 nəfərlik bir tutuma malikdir.
Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir. 19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.
Villa Tugendhat
Villa Tugendhat, Çex Respublikasının Brno şəhərindəki Černá Pole regionunda yerləşən tarixi bir binadır. Avropadakı müasir memarlığın ilk prototiplərindən biridir və Alman memarı Ludwig Mies van der Rohe tərəfindən dizayn edilmişdir. 1928–1930-cu illər arasında Fritz Tugendhat və xanımı Greta üçün dəmir-beton konstruksiya formasında inşa edilmiş və modernizmin simvoluna çevrilmişdir.
Aston Villa FK
Aston Villa FK (ing. Aston Villa FC) — İngiltərənin Birminhem şəhərini təmsil edən peşəkar futbol klubu. 1874-cü ildə qurulan klub, 1897-ci ildən bəri oyunları "Villa Park"da oynamaqdadır. 1888-ci ildə qurulan İngiltərə çempionatının qurucularından biri olmaqla yanaşı İngiltərə Premyer Liqasının qurucularından biridir. Keçmiş sahibi Duq Ellis tərəfindən 2006-cı ildə satışa çıxarılan klub ABŞ iş adamı Rendi Lerner tərəfindən alınmışdır. 2016-cı ilin iyunundan isə klubun sahibi çinli biznesmen Sya Jiantondur. İngiltərə Premyer Liqasını və İngiltərə kubokunu 7 dəfə qazanan "Aston Villa" İngiltərənin ən uğurlu klublarından biridir. 1982-ci ildə UEFA Çempionlar liqasını qazanaraq bu kuboku başı üzərinə qaldıran 5 ingilis klubundan biri olmuşdur. 5 dəfə İngiltərə Liqa kubokunu və 1 dəfə İngiltərə Super kubokunu da qazanan "Aston Villa" kuboklar baxımından İngiltərənin ən böyük 4-cü klubudur. "Aston Villa" Birminhem şəhərinin bir digər təmsilçisi olan "Birmingem Siti" klubu ilə daimi rəqabət içərisindədir və 1879-cu ildən bəri bu iki klub arasında oynananılan derbi "Birmingem derbisi" adlandırılır.
Villa d'Adda
Villa d'Adda — İtaliyanın Lombardiya vilayətində yerləşən şəhər.
Villa Kastelli helikopter qəzası
Villa Kastelli helikopter qəzası (isp. Accidente aéreo de Villa Castelli) — 2015-ci ilin 9 mart tarixində Argentinanın şimal-qərbində yerləşən La Rioja bölgəsinin Villa Kastelli kəndi ərazisində baş vermiş helikopter qəzası. İki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olmuşdur. Helikopterlər, fransız televiziya kanalı TF1 də yayımlanan "Dropped" adlı yarışma verlişinin çəkimlərini həyata keçirmək üçün istifadə edilməkdə idi. Yarışmada iştirak etmələri üçün səkkiz tanınmış fransız idmançı müəyyənləşdirilmişdi: Florens Arthaud, Alan Bernard, Filip Kandeloro, Jan Lonqo, An-Flor Marker, Kamilla Muffat, Aleksis Vastin və Slavin Viltord. İdmançılardan sadəcə Bernard və Viltord hadisə baş verən an helikopterdə deyildilər. Qəza Argentinanın paytaxtı Buenos Ayres şəhərinin 1170 km şimal-qərbində yerləşən Villa Kastelli kəndində baş vermişdir. Qəzada həyatını itirən idmançıların hər biri fransız vətəndaşları idi. İmdançılarla yanaşı iki nəfəri yerli pilot olmaqla toplam 10 nəfər həlak olmuşdur. Qəzada həlak olanlar əsasən Fransa idman dünyası üçün önəmli olan simalardır.
Villa Efrussi-de-Rotşild
Villa Efrussi-de-Rotşild (fr. Villa Ephrussi de Rothschild) — 1905-1912-ci illərdə baronessa Beatris Rotşild tərəfindən Kot d'Azurdakı Sen-Jan-Kap-Ferra burnunda tikilmiş Ephrussi ailəsinin villası. 1905-ci ildə Beatris atasının ölümündən sonra Sen-Jan-Kap-Ferra burnunda 7 hektar torpaq sahəsi aldı və xəyal etdiyi villanı tikməyə başladı. Tikinti 7 il davam etdi, tikinti zamanı Beatris 20-yə yaxın memar dəyişdirdi. 1912-ci ildə Beatris İl-de-Frans (fr. Ile de France — «fransız adası») adlı Villa Efrussi-de-Rotşild ilk qonaqlarını qəbul etdi. Kolleksiyaya olan sevgisi ilə tanınan o, villanı XV—XVIII əsrlərə aid orijinal sənət əşyaları ilə bəzəyib. 1934-cü ildə Beatrisin ölümündən sonra villa və onun müxtəlif fransız mülklərindən topladığı bütün sənət əşyaları sahibinin vəsiyyəti ilə Fransa İncəsənət Akademiyasına təhvil verildi. Hazırda villa muzeydir və ziyarətçilər üçün açıqdır.
Eduard Beneşin villası
Edvard Beneşin villası və ya Prezident evi (çex. Prezidentský domek, Vila Dr. Eduarda Beneše) — Çexoslovakiyanın ikinci prezidenti Edvard Beneşə məxsus olmuş Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşən binadır. Möhtəşəm Kral bağı Praqada XVI əsrdən mövcuddur. Burada Mərkəzi Avropada nadir rast gəlinən ağac və ekzotik bitkilər yetişdirilirdi. 1731-ci ildə parkın qərb hissəsində, Kraliça Annanın intibah dövrünə aid yay sarayının yaxınlığında, tropik floranın inkişaf etdirilməsi üçün oranjereya kompleksi tikilmişdi. Yüksək barokko üslublu bina K.İ.Dintsenhoferin layihəsi əsasında yaradılmışdır. 1938-ci ildə oranjereya Edvard Beneşin iqamətgahının tərkib hissəsinə çevrilmişdi. Prezident binanın yerləşdiyi ərazini və onun pəncərəsindən gözəl bağa açılan mənzərəni çox bəyənmişdi. Mövcud qədim oranjereya binasına üçbucaq frontonlu və eyni üslubda sadə fasadları olan iki mərtəbəli fligel əlavə edilmişdi.
Hacı Zeynalabdin Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. == Tarixi == XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Hacınskinin villası
Hacınskinin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacınskiyə məxsus olmuş villa. Villa 1912-ci ildə tikilmişdir. == Tarixi == == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Məşhur villaların sırasında 1912-ci ildə tikilən Hacınskinin villası da vardır. Hacı Zeynalabdin Tağıyevin villası, Əsədullayevin villası və Aşurbəyovun villasından fərqli olaraq burada planlaşdırmanın xarakteri daha vahiddir və klassik olaraq kəskindir – bir kompozisiya-planlaşdırma xətti üstünlük təşkil edir. Ərazinin enişli olması villanın ərazisində bir neçə verandanın quraşdırılmasını labüd etmişdir. Yuxarı hissədə modern çalarlı saxta roman memarlığının sarayı yerləşir. Saraydan - əsas həcmli-ərazi hissəsindən qərb istiqamətində bütün ərazini əhatə edən əsas xiyaban başlayır. Perpendikulyar xiyaban planlaşdırma kompozisiyasını şərtləndirir, xiyabanın kəsişməsində isə alçaq hovuz yerləşir. Aşağı verandadan əsas xiyabana doğru möhtəşəm mənzərə açılır. Parkın yaşıl fonunda sarayın plastik fasadı villanın yüksək relyefdə yerləşməsi ilə xüsusi cəlbedicilik yaradır.
Hacıyevin villası
Hacıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacıyevə məxsus olmuş villa. == Tarixi == == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Villa ərazisinin ensiz xətti onun üçün fərqli bir planlaşdırma tələb etmişdir. Neoroman memarlığının modern çalarlı əsas kompozisiya xəttində yerləşən ikimərtəbəli binası effektiv qala və damlarla villanın ərazisini eyni olmayan hissələrə bölür. Villanın əsas ərazisi planlaşdırma quruluşunun istiqamətləndiyi şimala dəniz sahillərinə baxır. Mərkəzi çox da böyük olmayan xiyaban 40 metr uzunluqda və 2,5 metr hündürlükdə olan və əhəngdaşından yonulmuş lövhələrlə döşənmiş düzbucaqlı hovuzu hər iki tərəfədən əhatə edir. Hovuzun divarı çox genişdir, onu istirahət üçün veranda kimi istifadə etmək olar. Villanın cənub hissəsi sadə qurulub. Bu villa planlaşdırma qərarına görə qurulub, lakin geniş ərazisi ilə digər villalardan memarlıq xüsusiyyətlərinə görə cəlbedicidir.
Keçekyanın villası
Keçekyanın villası — Rostov-na-Donu şəhərində, Svoboda meydanında yerləşən bina. XIX əsrdə inşa edilən bina Naxçıvan-na-Donu şəhərinin mərkəzində yerləşurdi. Hazırda ərazi Proletarski rayonu adlanır. Bu gün binada A. S. Puşkin adına uşaq kitabxanası yerləşir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Naxçıvan-na-Donu şəhərinin Bulvarnaya meydanı, ev 7 ünvanında yeləşən bina XIX əsrdə inşa edilmişdir. Binanın tikintisinə nəzarət şəhər arxitektoru Nikolay Nikitiç Durbax tərəfindən həyata keçirilmişdir. Sənədlərə görə 1886-cı ildən binanın sahibi Olqa Tarasovna Xocaev olmuşdur. 1894-cu ildə Xocaev binanı 8 min rubla İskuqi Xaçeresovna Kekeçyana satmışdı. O, həkim Fedorun həyat yoldaşı idi.
Krindaç villası
Krindaç villası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Adres: Taqanroq ş, Atamanskaya küçəsi, 46. == Tarixi == Villa XX əsrin əvvəllərində inşa edilmişdir. Onun ilk sahibi Yeqor İvanoviç Krindaç olmuşdur. O, mülki şəxslər üzrə vəkil kimi çalışırdı. Üstəlik içtimai işlərdə çalışırdı. Tarixdən məlumdur ki, Yeqor İvanoviç Krindaç ictimai əhəmiyyət daşıya kitabların yayılması ilə məşğul olan kitabların yayılması sahəsində böyük işlər görmüş və cəmiyyət üzvü olmuşdur. Cəmiyyət öz işinə 1876-cı ildə başlamışdır. Üç ildən sonra cəmiyyət Don Qoşunu vilayətinin xalq təhsili cəmiyyəti adlandırılmağa başlanılmışdır.
Luseqon Popovun villası
Lusenoq Popovun villası — Rostov-na-Donu şəhərində, Karl Marks meydanı ev 8 ünvanında yerləşən bina. Bina 1890–1891-ci illərdə inşa edilmişdir. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. 1928-ci ildən Popovun villasında doğum evi yerləşir. 2012-ci ildə bina rekonstruksiya edilmək üçün bağlanmışdır. Popovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. == Tarixi == İki mərtəbəli villa 1890–1891-ci illərdə Naxçıvan-na-Donu (hazırda Proletarski rayonu adlanan ərazi) mərkəzi meydanında yerləşirdi. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. Bina layihəsinin müəllifi isə Nikolay Nikitiç Durbax olmuşdur. Binanın birinci məryəbəsində kontorlar və dükanlar yerləşirdi.
Nikolay Paramonovun villası
Saqirovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 148 ünvanında yerləşən bina. Bina 1914-cü ildə Nikolay Elpidiforoviç Paramonovun vəsaiti hesabına inşa edilmişdir. Binanın layihəsi Leonid Feodoroviç Eberqə mənsubdur. Binada hazırda Cənub Federal Universitetinin Y. A. Jdanov adına bölgə elmi kitabxanası yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir. Federal əhəmiyyəmiyyətli arxitektur abidə kimi qorunur. Nikolay Elpidiforoviç Paramonovun villası 1914-cü ildə inşa edilmişdir. Bina layihəsinin müəllifi Leonid Feodoroviç Eberq idi. Paramonov villada həyat yoldaşı Anna İqnateva və uşaqları ilə birlikdə yaşayırdı. 1918-ci ildə bina milliləşdirilmişdir.
Paolo Villaco
Paolo Villaco (it. Paolo Villaggio; 30 dekabr 1932, Genuya, İtaliya krallığı – 3 iyul 2017[…], Roma) — İtaliya aktyoru, rejissoru. Paolo Villaco 30 dekabr 1932-ci ildə Genuyada anadan olmuşdur. Uşaqlığı II Dünya müharibəsi dönəminə düşmüşdü.
Parizio villası
Parizio villası — Maltanın Lija şəhərində villa. 16-cı əsrdə Muskati ailəsi tərəfindən inşa edilmişdir. Hal-hazırda bu Striklend Vəqfinin iqamətgahı və eyni zamanda Robert Hornyold-Striklendin və ailəsinin evidir. Meybl Striklend Parizio villasını 1943-cü ildə satın almışdır. Parizo villasının 16-cı əsrdə Muskati ailəsinin yay malikanəsi olaraq inşa edildiyi güman edilir. Binaya aid ən erkən qeydlər 1567-ci ilə aiddir. 1797-ci ildə villa Paolo Parizio Muskati tərəfindən miras alındı və 1841-ci ildə ölümündən sonra həyat yoldaşı Antonia Muskati Xaraya verildi. Villa 1938-ci ildə Lord Striklendin həyat yoldaşı Leydi Marqaret Striklaed tərəfindən satın alındı. Villa 1943-cü ildə, 1988-ci ildə ölümünə qədər orada yaşayan Meybl Striklend tərəfindən satın alınmışdır. Hal-hazırda 1979-cu ildə Mebl tərəfindən qurulan bir quruluş olan Striklend Vəqfinin mülküdür.
Pavl Kramerin villası
Pavl Kramerin villası — Rostov-na-Donu şəhərində yerləşən, 1910-cu illərdə neoklasizm stilində inşa edilmiş villa. Villa tacir P. İ. Kramerə məxsus olmuşdur. Bina 1997-ci ildə yerli əhəmiyyətli arxitektur abidə elan edilmişdir.. 2000-ci illərdə binada Rostov İctimai toplantı restoranı yerləşirdi. Villa Pavl İvanoviç Kramer tərəfindən 1914-cü ildə inms edilmişdir. O, incəsənət əşyalarını toplayan biridi kimi tanınırdı. Vətəndaş müharibəsi zamanı Kramer Rostov şəhərini tərk etmişdir. Onun topladığı şəkillər vilayət incəsənət muzeyinə dövr edilmişdir. Kramer villası isə milliləşdirilmişdir. 1920-ci illərdə binada rayon əhəmiyyətli müəssisə yerləşirdi.
Petrovun villası
Petrovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 115 ünvanında yerləşən bina. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina layihəsinin müəllifi Nikolay Aleksandroviç Doroşenkodur. 1958-ci ildən binada Rostov vilayəti seçmə incəsənt muzeyi yerləşir. Petrovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. Villa XIX əsrin sonları inşa edilmişdir. Binanın ilk sahibi A. A. Dombrovski olmuşdur. O, binanı sonradan satmışdır. 1898-ci ildə bina Vladiqafqaz dəmiryolları idarəsinə mənsub olmuşdur. XIX əsrdə Vladiqafqaz dəmiryolları idarəsi uzun zaman sürən bir məhkəmə işi ilə əlaqədar müəyyən çətinlik yaşayırdı.
Qrekovun villası
Qrekovun villası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin dördüncü yarısında inşa edilmişdir. Çexov küçədi, ev 121 ünvanında yerləşir. 4 fevral 1976-cı il qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Qrekov villası Taqanroq şəhərində klassizm stilində inşa edilən ən yaxşı binalsrdan biridir. Şəhərin tipik bağçalı binalarına bənzəyir. Hər kolonna lepkalar ilə bəzədilmişdir. Əsas çıxış ön fasadda yerləşməməsi onun çatışmazlıqlarından sayılır. Villa Çexov küçəsi ilə Sobornaya xiyabanın kəsişdiyi ərazidə 1820-ci ildə inşa edilmişdir. Bina Dmitri Yevfokimoviç Qrekov binanı oğlu Timofey Dmitrieviç Qrekov üçün tikfirmişdi.
Rastaşanovun villası
Rastaşanovun villası — muzey, memorial-incəsənət ekspozisiyası olaraq rus və sovet artisti , müğənni Yuri Rastaşanovun şərəfinə təşkil edilmişdir. Villa Rostov vilayəti Neklinovski rayonu ərazisində qərarlaşır. Muzey Yuri Rastaşanovun 1998-ci ildən 2011-ci ilə yaşadığı evdə təşkil edilişdir. Muzey ilk dəfə 2012-ci ilin fevralında seyrcilərin üçünə açılmışdır. Kolleksiyanın əsası Yuri Rastaşanov tərəfindən müxtəlif illərdə toplanılmış şəkillərdən ibarətdir. Binada ədəbiyyat gecələri və fortapiano musiqisi səsləndirilən konsertlər təşkil edilir. Muzey fondu olduqca zənginliyi ilə seçilir. Burada təkcə 150 saxlanc yeri vardır. Muzeyə toplanan şəkil ekisponatları arasında məşhur sovet rəssamlarının əsərləri belə vardır. Misal İ. V. Rodamon, A. E. Strelov, O. X. Hüseynov.
Robinoviçin villası (Taqanroq)
Robinoviçin villası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Apostolopulonun və Rossinin bimaları arasında yerləşir. XIX əsrin 70-ci illərində inşa edilmişdir. Bina Taqanroq şəhəri Frunze küçəsi, 28 ünvanında yerləşir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Taqanroqun tarixi hissəsində yerləşən bir mərtəbəli bina. Bina qırmızı kərpiçdən inşa edilmişdir. Fasadında səkkiz pəncərə vardı. 1870-ci illərdə inşa edilmişdir. Binanı II gildiya taciri Afanasi Brusali inşa etdirmişdir.
Saqirovun villası
Saqirovun villası — Rostov-na-Donu şəhərində, Svoboda meydanı ev 6 yerləşən bina. 1890-cı illərdə Naxçıvan-na-Donu şəhərinin mərkəzi meydanında inşa edilmişdir. Hazlrda ıraxi Proletarski rayonu adlanır. Bina ekkektika stilində inşa edilmişdir. Saqirovun villası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Binanın layihəsinin hazlrlanması şəhər arxitektoru Nikolay Nikitiç Durbaxa həvalə edilmişdir. Binada çörək istehsalını həyata keçirən iş adamı A. S. Saqirov qalırdı. 1906-cı ildə binanı A. Şelqunova satın almışdır. 1910-cu illərdə isə binanı iş adamı B. A. Şelqunov icarəyə götürmüşdür. O, burada Eldordo adlı sinematoqraf açmışdır.
Sibyakov villası
Sibyakov villası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 190-cı ildə inşa edilmişdir. Bina modern stilinə sahibdir. Tikilidə uşaq incəsənət məktəbi yerləşir. Üç mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Lenin küçəsi, 8. Konstantinovsk şəhəri Lenin küçəsi kərpiçdən inşa edilmiş üç mərtəbəli bina. Tacir Nikolay İvanoviç Don çayının hündür bir kənarında villa inşa etdirməyi qərara alır. Bina 1906-cı ildə inşa edilir. Nikolay İvanoviç Konstantinovka və Nikolayevskda manifaktura məhsullarının satışı ilə məşğul olurdu.
Suprunovun villası
Suprunovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 79 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi taxıl tədarükçüsü və atçılıq firmasının sahibi İvan Aleksandroviç Suprunov olmuşdur. Suprunovun villası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. İvan Aleksandroviç Suprunovun villası XX əsrin əvvəllərində inşa edilmişdir. Bu binanın tikintisi ilə əlaqədar şəhər əfsanəsi vardır. Belə ki, Suprunov İtaliyaya səfəri zamanı Neapol küçələri ilə gəzməyi qərara alır (digər versiyaya görə Genuya şəhəri). Burada gözəl bir bina onu heyran qoyur. O, nəyin bahasına olursa olsun binanı almağı və Rostova aparmağı qərara alır. İlk əvvəl tacir evin sahibinə bu fikirlə müraciət etdikdə onun təklifi qəbul olunmur.
Əzizbəyovun villası
Əzizbəyovun villası — Mərdəkanda yerləşən, əvvəllər Əzizbəyova məxsus olmuş villa. Planın xaçşəkilli sxemi Əzizbəyovun villasında uğurla istifadə olunmuşdur. Memarlıq üslublu darvazadan sonra birbaşa villanın binasında bitən mərkəzi xiyaban başlayır. Əsas xətti kompozisiyanı planlaşdırmanın əsas xətlərindən biri kəsir. Onların kəsişməsində fəvvarəli hovuz yerləşir. Bu hissə sanki ön səhnədir, hansının ki, arxasında xiyabanın sonunda yaşıl örtüklə əhatələnmiş ikimərtəbəli binanın verandası yerləşir. Mərkəzi xiyabanın sərv və şam ağaclarından ibarət perspektivi verandadaki sarayın mövqeyini ehtiva edirdi. Sarayın ikimərtəbəli binası yerləşən veranda çəkilmiş detallarla və hovuzla birlikdə effektiv platforma təsvirini verir.
II Gilyom de Villarduen
II Gilyom Villarduen (fr. Guillaume II de Villehardouin; təq. 1211, Kalamata[d] – 1 may 1278, Kalamata[d]) — 1246-cı ildən 1278-ci ilə qədər hakimiyyətdə olmuş Axeya knyazı. == Həyatı == I Joffrua de Villarduen və Elizabet de Şappın ikinci oğlu olmuşdur. O, atasının ölümündən sonra Kalamata şateleni olmuşdur. Villarduen 1246-cı ildə qardaşı II Joffrua de Villarduenim varisi elan edilmişdir və Axeya knyazı.olmuşdur. II Gilyomun hakimiyyəti dövründə Axeyada Parisdə olduğu kimi yaxşı fransızca danışıldığına inanılırdı. Məlumdur ki, Gilyom özü şeirlər yazmışdır. Onun sarayının divarları cəngavər şücaətlərini əks etdirən freskalarla bəzədilmişdir, sarayda tez-tez turnirlər və ovlar keçirilirdi. Venesiya donanmasının köməyi ilə Monemvasiyanı ələ keçirmiş və Sparta düzənliyini qorumaq üçün Mistra qalasını tikmişdir.
II Giyom de Villarduen
II Gilyom Villarduen (fr. Guillaume II de Villehardouin; təq. 1211, Kalamata[d] – 1 may 1278, Kalamata[d]) — 1246-cı ildən 1278-ci ilə qədər hakimiyyətdə olmuş Axeya knyazı. == Həyatı == I Joffrua de Villarduen və Elizabet de Şappın ikinci oğlu olmuşdur. O, atasının ölümündən sonra Kalamata şateleni olmuşdur. Villarduen 1246-cı ildə qardaşı II Joffrua de Villarduenim varisi elan edilmişdir və Axeya knyazı.olmuşdur. II Gilyomun hakimiyyəti dövründə Axeyada Parisdə olduğu kimi yaxşı fransızca danışıldığına inanılırdı. Məlumdur ki, Gilyom özü şeirlər yazmışdır. Onun sarayının divarları cəngavər şücaətlərini əks etdirən freskalarla bəzədilmişdir, sarayda tez-tez turnirlər və ovlar keçirilirdi. Venesiya donanmasının köməyi ilə Monemvasiyanı ələ keçirmiş və Sparta düzənliyini qorumaq üçün Mistra qalasını tikmişdir.
II Joffrua de Villarduen
II Joffrua de Villarduen (kiçik) (fr. Geoffroi Ier de Villehardouin; təq. 1195 və ya 1194 – ən tezi 6 may 1246 və ya 1245) — 1229–1246-cı illərdə Axeya knyazı. == Erkən illəri == Joffrua de Villarduen I Joffrua və onun həyat yoldaşı Elizabetin ən böyük oğlu idi. Atası 1199-cu ildə Dördüncü Səlib yürüşündə iştirak etmiş, sonradan Peloponnesin əhəmiyyətli bir hissəsini fəth etmiş və ilk knyaz Gilyom de Şamplitin (1205–1209) ölümündən sonra Axeya knyazlığının taxtına çıxmışdır.
I Joffrua de Villarduen
I Joffrua de Villarduen (kiçik) (fr. Geoffroi Ier de Villehardouin; təq. 1169 – 1229 və ya təq. 1228) — 1209–1229-cu illərdə Axeya knyazı. == Həyatı == Joffrua Jan de Villarduenin və Selin de Brielin ən böyük oğlu idi. O, Elizabet adlı bir qadınla evlənmişdir. Joffrua marşal və salnaməçi Joffrua de Villarduenin qardaşı oğlu idi və əmisi ilə birlikdə Dördüncü Səlib yürüşünə çıxmışdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Карпов С. П. Латинская Романия. — СПб.: Алетейя, 2000. — 256 с.
Adenostyles villarsii
Adenostyles leucophylla (lat. Adenostyles leucophylla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin adenostiles cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Adenostyles alliariae subsp. hybrida (Vill.) Tutin Adenostyles candidissima Cass. Adenostyles hybrida DC. Adenostyles leucophylla Gremli Adenostyles petasites subsp. hybrida (Vill.) Arcang. Adenostyles tomentosa Schinz & Thell. Adenostyles villarsii Rouy Cacalia calliariae Gouan Cacalia cordiformis Lam. Cacalia glabra Mill. Cacalia hybrida Steud.

Значение слова в других словарях