Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Fətulla
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur.1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar. 17 yaşlı Fətulla qonşu Qanlı kəndində toyda dövran edərkən Aşıq Alının şəirdi Aşıq Qulunun yetirməsi olan Qannılı Aşıq Mehdi ilə tanış olur.
Fətulla Fətullayev
Fətulla Qəni oğlu Fətullayev — Sosialist Əməyi Qəhrəmanı 1908-ci il sentyabrın 29-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1947-1965-ci illərdə Bico kəndinin M.Əzizbəyov adına kolxozunda kolxozçu və briqadir işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1965-ci ildə İttifaq əhəmiyyətli fərdi pensiyaya çıxmışdır. Bico kəndində vəfat etmişdir.
Fətulla Hüseynov
Fətulla Əli oğlu Hüseynov (21 dekabr 1937, Traubenfeld – 14 iyun 2004, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik.Fətulla Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatı olan Horadiz əməliyyatının rəhbərlərindən biri olmuşdur. == Həyatı == === Erkən illəri === Fətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 1960-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb. === Qarabağ müharibəsində iştirakı === 1993-cü ildə Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.
Fətulla Rzabəyli
Fətulla Rzabəyli (1885, Bakı – 10 oktyabr 1968, Bakı) — professor (1950), Əməkdar elm xadimi (1960). == Həyatı == Fətulla Rzabəyli 1911-ci ildə Novorossiysk Universitetini bitirmiş və 1913-cü ildən həmin universitetdə işləmişdir. o vətənə qayıdaraq müxtəlif vəzifələrdə də işləmişdir. 1930-cu ildə Azərbaycan Dövlət tibb institutu Azərbaycan Dövlət Universitetindən ayrılaraq yaradılanda "Biologiya" kafedrasını yaradaraq 1930–33-cü illərdə "Biologiya" kafedrasının müdiri olmuşdur. Bu kafedraya sonradan 1946–1964-cü illərdə də başçılıq etmişdir. 1950-ci ildə professor, 1960-cı ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. == Ailəsi == Fətulla bəy Rüxsarə xanım Vəkilova ilə ailə qurmuşdu. Zülfiqar, Davud adlı oğlanları, Gülrux, Törə adlı qızları var. == İstinadlar == == Mənbə == Respublika qəzeti. 26 may 2010-cu il.
Fətulla Siracov
Fətulla Qasım oğlu Siracov (18 aprel 2001, Gəndov, Dəvəçi rayonu – 30 yanvar 2021, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı və hərbi xidməti == Fətulla Siracov 18 aprel 2001-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olmuşdur. Fətulla Siracovun ailəsində 3 bacı və bir qardaş olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Murovdağda yerləşən "N" saylı hərbi hissədə etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Fətulla Siracov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətulla Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Hərbi xidmətini Kəlbəcər rayonunda yenidən davam etdirən 30 yanvar 2021-ci ildə Kəlbəcərdə xidmət zamanı dünyasını dəyişmişdir. Nəşi doğulduğu Şabran rayonunun Gəndov kəndində dəfn edilmişdir.
Aşıq Fətulla Göyçəli
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur.1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar. 17 yaşlı Fətulla qonşu Qanlı kəndində toyda dövran edərkən Aşıq Alının şəirdi Aşıq Qulunun yetirməsi olan Qannılı Aşıq Mehdi ilə tanış olur.
Fətulla Həsənov (şəhid)
Fətulla Sabir oğlu Həsənov — 1-ci Qarabağ müharibəsi şəhidi == Həyatı == Həsənov Fətulla Sabir oğlu 1960-cı il fevralın 13-də Gəncə şəhərində anadan olmuşdur. O, 42 saylı orta məktəbi bitirmişdir. Fətulla Milli Ordu yaranan ilk günlərdən əsgərliyə getmişdir. Şücaətinə görə bir dəfə məzuniyyət verilmişdir. Bir həftəliyə ciyərparaları olan Pərvanə və Pərvin ilə görüşmüşdür, lakin Fətullanın bir həftəlik məzuniyyəti bir gecədən artıq çəkməmiş, tələsik cəbhəyə qayıtmışdı. Fətulla Həsənov ermənilərə qarşı nifrət hissi ilə yaşayırdı. O, Çaykənd, Tərtər, Ağdərə bölgələrində gedən ağır döyüşlərdə fəal iştirak etmişdi. Xidmət etdiyi 703 saylı hərbi hissədə özünə böyük hörmət qazanmışdı. Fətulla Sabir oğlu Həsənov 1994-cü il yanvarın 7-də Ağdərə bölgəsində düşmən tərəfindən diri-diri yandırılaraq şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Fətulla bəy Kərimbəyov
Fətulla bəy Kərbəlayı Abbas bəy oğlu Kərimbəyov — Kiyev universitetinin məzunu, notarius, sahibkar. == Həyatı == Fətulla bəy Kərimbəyov 1869-cu ildə Cəbrayıl qəzasının Kərimbəyli kəndində anadan olmuşdu. Qarğabazar kəndindəki rus-tatar məktəbinin 3-cü sinifini, Cəbrayıl kəndindəki məktəbin 5-ci sinifini, Şuşa şəhəri real məktəbin 7-ci sinifini bitirmişdi. Bakıda gimnaziyada oxuyandan sonra Kiyev şəhərinə yollanıb universitetə qəbul olur. Universiteti tamamlayandan sonra Bakı şəhərinə dönmüşdü. Uzun illər şəhər notariusunun rəisi vəzifəsində çalışmışdı. Bakı şəhərində 40 mənzillik üçmərtəbəli, 60 mənzillik ikimərtəbəli evlər tikdirmişdi. 60 mənzilli ev köhnə Ketsxoveli küçəsindəki Şəhər polisi ilə üzbəüz olan binadır. Fətulla bəy repressiya illərində Stavrapol şəhərinə köçmüşdü. Orda vəfat edib.
Fətulla bəy Rüstəmbəyov
Fətulla Əsəd bəy oğlu Rüstəmbəyov (1867-1946) — məşhur Azərbaycan neft sənayesi təşkilatçısı. == Həyatı == Fətulla Əsəd bəy oğlu 1867-ci ildə Cavad qəzasının Marışlı kəndində anadan olmuşdu. Sonra Salyan şəhərinə köçmüşdülər. Burda ibtidai məktəbdə, Bakıda gimnaziyada təhsil almışdı. 1893-cü ildə Sankt-Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdi. Bakıda neft mədənlərində mühəndislikdən başlayıb idarə rəisi vəzifəsinə qədər yüksəlmişdi. 1898-1920-ci illərdə isə Bakı milyonçusu Musa Nağıyevin neft müəssisələrini idarə etmişdir. O, Musa Nağıyevi həmişə şəhərdə uca, yaraşıqlı binalar tikdirməyə həvəsləndirmiş və binaların tikilməsində yaxından iştirak etmiĢdir. "İsmailiyyə" kimi əzəmətli binanın tikilişi Nağıyevin xəsisliyi ucbatından arada yarımçıq qalmışdı. Məsələ belə olmuşdu: "İsmailiyyə"nin tikilişi layihəsində M.Nağıyevi qorxuya salmamaq üçün smetada xərc az göstərilmişdi.
Hacı Fətulla xan Səidüssəltənə
Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1871–1926) — ədib, İran hərbçisi. == Həyatı == Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1871-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Fətullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Hacı Fətulla xan bütün elmlərə bələd olduqdan sonra hərbi işlərlə ilgilənmişdi. Səidüssəltənə ləqəbini daşıyırdı. Hacı Fətulla xan Müzəffərəddin şah zamanı (1896-1907) Marağanın Müqəddəs Topçu alayının rəisi olmuşdu. Həmin dövrdə Tehranın idarəsi ona tapşırılmışdı. Sonra Tehran şəhər polis idarəsinin rəisi təyin edilmişdi. O, 1901-1902-ci illərdə Kirman əyalətinin hakimi, əmisi və qaynatası olan Mirzə Mahmud xan Əlaülmülkün müavini vəzifəsində çalışmışdı.
Aşıq Fətullah
Aşıq Fətullah (1920 — 1942) — aşıq. == Həyatı == Aşıq Fətullah 1920-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Çobankərəli Cəfərə şagirdlik etmişdir. Aşiqanə qoşmaları ("İstər könlüm", "Zülflərin", "Yan, barı", "Bənzər", "Allı qız", "Gözəl" və s.) ilə tanınmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. == Ədəbiyyat == Azərbaycan folkloru antalogiyası. Naxçıvan folkloru.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Fətullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Fətullah mirzə Qovanlı-Qacar
Fətullah mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1811, Tehran – 1869, Tehran) — Qacar şahzadəsi, vali. == Həyatı == Fətəli şahın оtuzbеşinci оğlu Fətullah mirzə (anası Fatimə xanım) 1811-ci ildə anadan оlmuşdu. Saray təhsili almışdı. Şüaəssəltənə ləqəbi almışdı. Zəncan və Həmədan əyalətlərinin valisi оlmuşdu. Fətullah mirzə 1870-ci ildə vəfat еdib. == Ailəsi == Fətullah mirzənin Şükuhəssəltənə xanım adlı qızı vardı. == İstinadlar == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Arzu Fətullayev
Arzu Fətullayev Qarabala oğlu (15 sentyabr 1973, Anzov, Yardımlı rayonu – 5 yanvar 1993) — Vətən müharibəsi şəhidi. == Həyatı == 1973-cü ilin 15 sentyabr tarixində Yardımlı rayonunun Anzov kəndində doğulmuşdur.1980-ci ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta təhsilini isə 1990-cı ildə Hamarkənd məktəbində başa vurmuşdur. == Hərbi xidməti == 1992-ci il iyunun 1-də hərbi xidmətə çağırılır.1992-ci il avqustun axırlarında Ağdərədə gedən döyüşlərdə iştirak edir.1993-cü il yanvarın 4-dən 5-nə keçən gecə ermənilər qərargaha hücum edirlər. Arzu və yoldaşları səhər saat 6-ya qədər vuruşur. Nəticədə 26 əsgər təslim olmadan, əsir düşmədən şəhid olurlar.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Fateh Fətullayev
Fateh Mirzə Möhsün oğlu Fətullayev (1 sentyabr 1909, Lənkəran, Lənkəran qəzası – 4 may 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Fateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885–1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynamış və onlara quruluş vermiş, çox filmlərdə rol almışdır. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Fateh Fətullayevin üç qardaşı olub. Ümumiyyətlə bu ailədə böyüyən dörd oğul və onların ardıcılları Azərbaycanın tanınmış sənətkarlarına çevrilmişlər.
Fətul Fətullayev
Fətul Fətullayev (tam adı:Fətul Həsən oğlu Fətullayev) — Məşhur azərbaycanlı gəmi kapitanı == Həyatı və təhsili == Fətul Həsən oğlu Fətullayev 1915-ci ildə Orconikidze (indiki Vladiqafqaz) şəhərində anadan olub. 1936-cı ildə Bakı dənizçilik texnikumunu “Uzaq səfərlər gəmi sürücüsü” ixtisası ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində əmək fəaliyyətinə başlayıb. Özünə qarşı tələbkarlığı ilə seçilən gənc tezliklə dənizçilər arasında nüfuz qazanmışdır. Neft donanmasının qabaqcıllarından olub. Liderlik keyfiyətləri və təşkilatçılıq qabiliyyəti Böyük Vətən müharibəsi illərində özünü xüsusilə büruzə verib. 1942-ci ildə kapitan göyərtəsinə qalxıb. Müharibə illərində iritonnajlı “ÜKP(b)” tankerində böyük istehsal riski olan yüklərin – hərbi sursatın, döyüş texnikasının və yanacağın daşınmasını həyata keçirib. Kapitanı olduğu gəmi dəfələrlə aviahəmlələrə məruz qalıb. Belə şəraitdə kapitan kimi xüsusi bacarıq və şücaət göstərib.
Fətullahbulağı (Marağa)
Fətullahbulağı (fars. فتح اله بلاغي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Fətullaqışlaq
Fətullaqışlaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd. 1917-ci ildə Fətullalı qışlağı adı ilə qeydə alınmışdır. Fətullalı XIX əsrdə talış zonasında yaşamış canşalı (cahanşahlı) tayfasının tirələrindən biri olmuş, kəndin ərazisi də həmin tirəyə mənsub qışlaq yeri imiş. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kənd köhnə adını saxlamışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 396 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Mir Məhəmməd Fətullayev
Mir Məhəmməd Fətullayev - "Lək-lək" jurnalının naşiri və redaktoru
Rəfail Fətullayev
Fətullayev Rəfail Rüfət oğlu (22 mart 2003, Bankə, Neftçala rayonu – 13 sentyabr 2022, Alagöllər, Kəlbəcər rayonu) — == Həyatı == Fətullayev Rəfail Rüfət oğlu 23.03.2003-cü ildə Neftçala Rayonunun Bankə qəsəbəsində dünyaya gəlib. 2021-ci ildə Hərbi Xidmətə çağırılıb. 13 sentyabr 2022 Kəlbəcər rayonu Alagöllər ərazisində şəhid olub. 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Mərkəzi qəbiristanlığında dəfn olunub.
Rəfail Fətullayev (əsgər)
Fətullayev Rəfail Rüfət oğlu (22 mart 2003, Bankə, Neftçala rayonu – 13 sentyabr 2022, Alagöllər, Kəlbəcər rayonu) — == Həyatı == Fətullayev Rəfail Rüfət oğlu 23.03.2003-cü ildə Neftçala Rayonunun Bankə qəsəbəsində dünyaya gəlib. 2021-ci ildə Hərbi Xidmətə çağırılıb. 13 sentyabr 2022 Kəlbəcər rayonu Alagöllər ərazisində şəhid olub. 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Mərkəzi qəbiristanlığında dəfn olunub.
Fətallar
Fətallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Abdullauşağı inzibati ərazi vahidində yerləşən kənd. Moz çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Qaraçanlı olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Qaraçanlı kəndindən köçüb gəlmiş Qara Fətalı adlı bir şəxs saldığına görə belə adlanmışdır. == Yaylaqlar == Motin yurdu, Orucalılar yurdu, Hacıalı yurdu, Dəlləklər yurdu, Qırxın yurdu, Baş yurd, Qanqallı yurd, Dərə yurdu, Kalafalıq yurdu, Kosalar yurdu, Kilisənin yanı, Mehdixanlı yurdu. == Bulaqlar == Buz bulaq, Baş yurdun bulağı, Novlu bulaq, Qoşabulaq, Səfqulunun bulağı. == Məşhur yerlər == Muncuqlu təpə, Məşədihəsən xırmanı, Yalınbeli, Qaraqaya, Həşimin yurdu, Cilin düzü, Küllü yer, İlanlı çala, Dikxaç, Yıxılıxaç, Hümbətalı gizlənən, Ağşırran, Kəmərqaya, Bataqlıq.
Fulla
Fulla — Alman mifologiyasında ilahə. Norse mifologiyasında Fulla qızıl lent taxaraq, ilahə Frigqaya aid bir kül sandığına və ayaqqabılarına qulluq edən kimi təsvir edilir və Frigqa öz sirlərini Fulla'ya verir. Bu Fulla, Böyük Edda, Nəsr Edda və skaldik şeirlərdə yer alır. Alimlər ilahənin mənası ilə bağlı nəzəriyyələr irəli sürmüşlər. Qədim Norse adı Fulla "bol" kimi tərcümə olunur.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Yədulla Ağazadə
Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu‎) — folklorşünas, ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019) == Həyatı == Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975). Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur. "Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).
Yədulla Bayandur
Yədulla Ələkbər xan oğlu Bayandur (1913, Tehran - 1942, Ənzəli) — İranın Hərbi-Dəniz qüvvələrinin zabiti. == Həyatı == Yədulla Ələkbər xan oğlu Bayandur 1913-cü ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Hərbi-Dəniz qüvvələrinin məktəbində oxumuşdu. Məktəbi leytenant rütbəsi ilə tamamlayaraq Xəzər dənizində xidmətə başlamışdı. Vəzifəsində yüksələrək gəmi komandiri olmuşdu. Almaniya təyyarələri tez-tez İran səmasında görünür, bəzi yerləri bombalayırdılar. 1942-ci ildə baş verən belə hücumların birində Yədulla Bayandurun gəmisi sıradan çıxarıldı. Özü isə əbədi gözlərini yumdu.
Yədulla Səmədi
Yədulla Səmədi (1951, Marağa, Şərqi Azərbaycan ostanı – 25 sentyabr 2018, Şiraz) — İran kinosu və televiziyasının tanınmış azərbaycanlı rejissoru. == Həyatı və fəaliyyəti == Yədulla Səmədi 1952-ci ildə Marağa şəhərində dünyaya gəlib. Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən hadisələrə həsr edilib. Rejissorun 1986-cı ildə çəkdiyi "Avtobus" kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən "Avtobus" filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti" münaqişəsinin bir təmsilidir. Avtobus filmindən 3 il sonra çəkilən "Savalan" filminin hekayəsi də İran Azərbaycanında baş verən hadisələrə əsaslanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur. Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər. Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi "Dəli Domrul" və "Saray" filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub. "Saray" filminin musiqisini məşhur günenyli sənətkar Aşıq Çingiz Mehdipur bəstələyib.
Zəkulla Bayramlı
Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi. == Həyatı == Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. == Təhsili == 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb. 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib. 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub. 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. == Elmi-pedaqoji fəaliyyəti == 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib. 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.
Fəthullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Fəzlulla xan Ağevli
Fəzlulla xan Əmənulla xan oğlu Ağevli (1887–1920)—İran ordusunun polkovniki. == Həyatı == Fəzlulla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, orta məktəbi bitirəndən sonra Fransaya yollanmışdı. Ali hərbi məktəbi tamamlayandan sonra vətənə dönmüşdü. Jandarmeriyada xidmətə başlamışdı. I Dünya Savaşı dönəmində Mazandaranda xidmət edirdi. Fəzlulla xan Ağevli "1919-cu il qərardadı" ilə bağlı komissiyaya daxil edilmişdi. Fəzlulla xan Ağevli 1920-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013.
Fəzlulla xan Dəbirəssəltənə
Fəzlulla xan Mirzə Ələsgər oğlu Dəbirəssəltənə (1844-1902) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Fəzlulla xan Mirzə Ələsgər oğlu 1844-cü ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini əmisi Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Fəzlulla xanı sarayına dəvət etmişdi. Rəisi-xəlvət vəzifəsində çalışmışdı. Müzəffərəddin şah taxta çıxdıqdan sonra Fəzlulla xanı Tehrana aparmış, vəziri-xəlvət vəzifəsinə təyin etmişdi. Ona Dəbirəssəltənə ləqəbini vermişdi. == Ailəsi == Mirzə Fəzlulla xanın Əbülfət xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Betula
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
Ferula
İlankölgəsi (lat. Ferula) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Feyzulla (Baymak)
Feyzulla (başq. Фәйзулла, rus. Файзуллино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 14 km, kənd sovetliyindən (Tatlıbay): 24 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 17 km.
Feyzulla Qasımzadə
Feyzulla Qasımzadə (22 fevral 1898, Mərdəkan, Bakı qəzası – 29 mart 1976, Bakı) — ədəbiyyatşünas, pedaqoq, Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru (1955), professor (1957), Azərbaycanın Əməkdar elm xadimi (1958) və Əməkdar müəllimi (1943). == Həyatı == Feyzulla Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur. == Əmək fəaliyyəti == Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamışdır. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərmişdir. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır.Feyzulla Qasımzadə SSRİ EA Azər­bay­can Filialı­nın Dil və Ədə­biy­yat İns­titutunda baş elmi işçi, Azərbaycan Pe­daqoji İnstitu­tunda do­sent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra mü­di­ri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitu­tun­da Ədəbiyyat ka­fed­ra­­sının müdiri kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır. Feyzulla Qasımzadə ədə­biy­­yat tarixçisi kimi tanı­nan ilk alim­lə­rdən biri olmuşdur. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin ilk və əsaslı tədqiqi bilavasitə alimin adı və fəaliyyəti ilə bağlıdır.Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı fun­damental təd­qiqatın (1956, 1962, 1974), həm də M.F.Axun­d­­­­za­də (1938), A.Bakı­xa­nov (1956) və N.Vəzirov (1954) haq­qın­dakı mo­no­qra­­fiyaların müəllifidir.Feyzulla Qasımzadə 1939-cu ildə "M.F. Axundovun həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1955-ci ildə isə "XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın inkişafı tarixi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Alim 30 elmlər doktoru və 120 elmlər nazmizədi yetişdirmişdir.
Feyzulla Quliyev
Feyzulla Ağasəftər oğlu Quliyev (2 fevral 1940, Arbatan (Salyan), Salyan rayonu – 7 avqust 2023) — Azərbaycan Respublikasının əməkdar memarı.[mənbə göstərin] == Həyatı == Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun memarlıq fakultəsini bitirmişdir. Beş ilə yaxın Kazaxıstanda memar kimi fəaliyyət göstərmişdir. Bu müddət ətzində Qaraqanda vilayətində Abay, Şaxtnski və Saran şəhərlərinin master planlarını hazırlamış, Qaraqanqa şəhərinin bir sıra yaşayış rayonlarının müfəssəl planlarının, o cümlədən bağlı buz örtüklü idman qurğusunun, pioner və məktəblilər sarayı kimi layihələrin müəllifi olmuşdur. Uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərmişdir. SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il 2485 №-li sərəncamı ilə ona Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilmişdir. Hazırda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Böyük Bakının regional inkişaf planının hazırlanmasında şəhərsalma üzrə məsləhətçidir. Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. == Ailəsi == Ailəlidir.
Feyzulla Əliquluzadə
[mənbə göstərin] Feyzulla Əliquluzadə — Azərbaycan şairi, "Azərbaycan" qəzetinin ilk naşiri və redaktoru. == Həyatı == 1891-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Daha sonra Şuşa Real məktəbi bitirib. Bir müddət müəllimliklə məşğul olub. Rusiya İmperiyası dağıldıqdan sonra, ilk "Azərbaycan" adlı qəzetin naşiri və redaktoru olmuşdur.