Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəllucə
Fəllucə (ərəb. الفلوجة‎) — İraqın Anbar mühafəzasında yerləşən şəhər. Paytaxt Bağdaddan təqribən 57 km qərbdə Fərat çayı üzərində yerləşir. Tez-tez məscidlər şəhəri kimi xatırlanır, belə ki, şəhərin özü və ətraf kəndlərdə 200-ə yaxın məscid tikilib. 1947-ci ildə kiçik şəhər olmasına baxmayaraq, 2011-ci il hesablamalarına görə, əhalisinin sayı 275,128 nəfər olmuşdur. 2014-cü ildə şəhər İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş və əhalinin böyük bir hissəsi şəhəri tərk etmişdir. 23 may 2016-cı ildə İraq hökumət qoşunları şəhəri işğaldan azad etmək üçün əməliyyata başladıqlarını açıqlamış və 26 iyun 2016-cı ildə İraq ordusu şəhəri tam şəkildə işğaldan azad etdiyini açıqlamışdır. Fəllucə qədim tarixə malik olmasına baxmayaraq, beynəlxalq müstəvidə 1991-ci ildə "Səhrada tufan" döyüş əməliyyatları zamanı, ələlxüsus da 2003–2004-cü illərdə İraq müharibəsi zamanı daha çox tanındı. == Tarix == Region bir xeyli minilliklər əvvəldən məskunlaşmış ərazi hesab olunur. Fəlluca şəhəri isə Babil dövründən etibarən məskunlaşmış ərazidir.
Fəzləli xan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. == Ailəsi == Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Birinci Fəllucə döyüşü
I Fəlluca Döyüşü, 2003-cü ildə İraqın işğalından sonra ABŞ Silahlı Qüvvələrinin 2004-cü ilin Aprel ayında İraq Müqavimətinin əlində tutulan Fəlluca şəhərini almağa çalışdığı uğursuz hərbi əməliyyatıdır. Bölgəyə ABŞ hərbi hərəkatının gerçəkləşdirilməsinə səbəb olaraq 31 Mart günü bölgədə ABŞ ordusu üçün vəzifəsini yerinə yetirən silahlı xüsusi təhlükəsizlik şirkəti "Bləkvater" mənsubu 4 ABŞ vətəndaşının müqavimətçilər tərəfindən öldürülməsi göstərilir. Döyüş vaxtı şiddətli qarşıdurmalar və ölü sayının artması, ABŞ-nin ölkəni ilk işğal etdiyi dövrdə işğalı müdafiə edən Səddam Hüseyn rejiminə müxalifləri belə ABŞ-yə qarşı müqavimətə qoşulmağa təhrik etdiyi deyilir.
İkinci Fəllucə döyüşü
II Fəlluca Döyüşü və ya hərəkatın kod adı ilə “Fantom Furi” yaxud “Əl-Fəcr” hərəkatı, I Fəlluca Döyüşünün uğursuz olmasından sonra ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Krallıq əsgərlərinin dəstəyi ilə Fəllucadakı İraq Müqavimətinə hücum etdikləri qarşıdurmadır. 8-16 Noyabr 2004 tarixləri arasındakı döyüş vaxtı ABŞ tərəfindən dəstəklənən İraq Müvəqqəti Hökuməti də müqavimətçilərə qarşı gerçəkləşdirilən hərəkatı təsdiqləmişdir. Döyüş 1968-ci ildə Vyetnam Müharibəsindəki Hue Döyüşündən sonra ABŞ Silahlı Qüvvələrinin daxil olduğu ən qanlı qarşıdurma olaraq bilinməkdədir. Fəllucaya qarşı eyni ilin Aprel ayında gerçəkləşdirilən və I Fəlluca Döyüşü olaraq bilinən hərəkat “Skot Helvenston Hadisəsi”nin məsullarının tapılması üçün gerçəkləşdirilmiş, fəqət uğursuz olmuşdu. Bundan sonra şəhərdəki müqavimətçilər yaxınlaşan yeni hərəkat üçün hazırlıqlar etmiş və buna görə də şəhər güclü qarşıdurmalara səhnə olmuşdur. Döyüş Fəlluca şəhərini tamamilə məhv etmişdi. Binaların 65%-ı yıxılmış, geriyə qalanı isə istifadəyə yararsız vəziyyətdə idi. Şəhərdəki 120 məscidin yarısı ciddi şəkildə zərər görmüşdü. Şəhərin döyüşdən öncə 350 min nəfər olan əhalisi döyüşdən sonra 25-30 minə qədər düşmüşdü. Şəhərə qayıdan fəllucalılar girişdə ABŞ ordusu tərəfindən barmaq izi testlərinə məruz qalırdı.
Fəzləli bəy Sarıcalı-Cavanşir
Fəzləli bəy Sarıcalı-Cavanşir — Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Əfşar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi (sonradan Pənahəli xan) öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Qarabağ ellərinin sürgününə görə Nadir şaha açıq — aşkar etiraz etdiyi üçün Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar. == İstinadlar == == Həmçinin bax == Qarabağ xanlığı == Ədəbiyyat == Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
Frezləmə
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Feliçe Borel
Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; 5 aprel 1914, Nitsa – 21 yanvar 1993, Turin) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub. Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol. == Karyerası == === Klub === 1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır. 1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.
Teləçe rayonu
Teləçe rayonu (tatar. Теләче районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. İnzibati mərkəzi Kazandan 78 km məsafədə yerləşən Teləçe kəndidir və ən yaxın dəmiryol stansiyasına Arça 39 km məsafədədir. 2011-ci ilin may ayında İldus Fatixoviç Zaripov rayion rəhbərı olur. Sərhədləri: şimalda — Saba, şərqdə — Mamadış və Kukmara ilə, cənubda Balık Bişməse ilə, qərbdə Pitrəç və şimal-qərbdə Arça rayonları ilə. Relyefi təpəli düzənlikdir. Tikinti daşları, əhəng, torf yataqlarına sahibdir. Rayon ərazisindən Myaşa çayı axır. Teləçe rayonu 10 fevral 1935-ci ildə qurulmuşdur.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnologiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. == Həyatı == Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. == Nəşr olunmuş əsərləri == Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.