Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Feodal
Dərəbəyi, Feodalizm dövründə torpaq mülkiyətçisi idi. Qərbdə feodallar krallar, hersoqlar, qraflar, baronlar, markizlər, vikontlar və sadəcə cəngavərlər sayılırdı. Şərqdə analoji olaraq xaqanlar, şahlar, xanlar, bəylər, məliklər və b. feodallara aid idi. Dini rəhbərlik olan monastırlar və vəqflər də kollektiv feodal sayılırdı.
Feodal nərdivanı
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodal ierarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal ierarxiyası formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı - kral (şah, xaqan,şoqun.) dururdu. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu - kralın bilavasitə vassalları - arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar (xan, knyaz,daymö) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə - kral vassallarının vassalları dururdular - baronlar (bəy, məlik). Onların iri mülkləri vardı və faktiki olaraq muxtar idilər. Ən sonuncu pilləni Avropada cəngavərlər, Yaponiyada samuraylar tuturdu.
Feodalizm
Feodalizm və ya Dərəbəylik (lat. feudum) – torpaq mülkiyyəti. == Feodalizmin mahiyyəti == 18-ci əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq elmi "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi. Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyətinə xas olan, və təkrar olunaraq, sistemli səciyə daşıyan əlamətlərinə görə fərləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların - kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar.
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. == Əhalisi == Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar.Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar. Həmçinin, oturaq həyat tərzinə keçən türkmənlər onların iqtisadiyyatlarını təqlid edərək xaraba qalmış Bizans şəhərlərinə daha yaxın yerlərdə məskunlaşmağa başlamışdılar.
Feofil
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Fevral
Fevral — Qriqorian təqvimi ilə ilin ikinci ayıdır. 28 gündən (uzun illərdə 29) ibarətdir. İlin ən qısa ayıdır. Yuli təqvimində — 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür. Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Medal
Nişan və ya Medal (fr. medaille, lat. metallum) — dövlət, cəmiyyət və ya ictimai təşkilat qarşısında xüsusi xidmətlərin mükafatlandırılması və ya hansısa yubiley münasibətilə insanların təltif edilməsi üçün üstü qabarıq şəkilli və səbəbi göstərilən yazısı olan metallik (çox zaman dairəvi) nişan. Medalın üz (avers) və arxa (revers) tərəfi olur. Bir sıra hallarda arxa tərəfində medalın sıra nömrəsi qeyd edilir. Bir çox hallarda medallar kolodkaya (üzərinə xüsusi rəngli parça sarınmış metal lövhə) bərkidilir. Medalların əksəriyyəti arxasındakı iynə ilə sinədən yuxarı paltara bərkidilir. Medallar aşğıdakı tiplərədə olur : Dövlət medalları Azərbaycan Demokratik Cumhuriyyətinin medalları Azərbaycan medalları SSRİ medalları ABŞ medalları Nazirlik medalları İctimai təşkilatların medalları Xarici ölkə medalları Türkiyə medal və dövlət nişanları Rusiya medallarıHəmçinin: Stolüstü medal Məktəb medalı İdman medalı == Maraqlı faktlar == Böyük Britaniya qanunlarına görə hökumətin razılığı olmadan Britaniya tələbələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər.
10 fevral
10 fevral — Qriqorian təqvimində ilin 41-ci günü. Bu tarixdə ilin sonuna 324 gün (uzun ildə 325 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1258 — Monqol işğalları: Monqollar Bağdadı işğal edirlər və İslamın qızıl çağına son qoyublar. 1502 — Vasko da Qama Portuqaliyanın Lissabon şəhərindən Hindistana ikinci səyahəti üçün yola düşüb. === 1601–1900 === === 1901–cari === 1946 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1962 — Soyuq müharibə: Əsir götürülmüş ABŞ U2 casus təyyarəsinin pilotu Qari Pauers əsir götürülən Sovet casusu Rudolf Abellə dəyişdirilib. 1996 — IBM superkompüteri Deep Blue ilk dəfə şahmatda Qarri Kasparovu məğlub edib. 2006 XX Qış Olimpiya Oyunları Turində keçirilib. Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
11 fevral
11 fevral — Qriqorian təqvimində ilin 42-ci günü. Bu tarixdə ilin sonuna 323 gün (uzun ildə 324 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 660 — İmperator Cimmu tərəfindən Yaponiyanın əsasının qoyulması üçün ənənəvi tarix. 1534 — İngiltərə kralı VIII Henri Anqlikan kilsəsinin ali rəhbəri kimi tanınıb. === 1601–1900 === 1794 — ABŞ Senatının ilk sessiyası cəmiyyətə açılıb. 1826 — London Universitet Kolleci London Universiteti kimi təsis edilib. 1861 — ABŞ-də vətəndaş müharibəsi: ABŞ Nümayəndələr Palatası yekdilliklə heç bir ştatda köləliyə qarışmamağa zəmanət verən qətnamə qəbul edib. 1873 — İspaniya Kralı I Amadeus taxtdan imtina edir və Birinci İspaniya Respublikası yaranır. 1889 — Yaponiyada Meyci Konstitusiyası qəbul edilmişdir.
12 fevral
12 fevral — Qriqorian təqvimində ilin 43-cü günü. Bu tarixdə ilin sonuna 322 gün (uzun ildə 323 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1541 — Pedro de Valdivia Çilinin Santyaqo şəhərini təsis edib. === 1601–1900 === === 1901–cari === 1939 — Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 1994 XVII Qış Olimpiya Oyunları Lillehammerdə keçirilib. Dörd oğru Norveç Milli Qalereyasından Edvard Munkun "Fəryad" rəsm əsərini oğurlayıblar. 2002 — Niderlandın Haaqa şəhərində Birləşmiş Millətlər Təşkilatının keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb. 2010 — XXI Qış Olimpiya Oyunları Vankuverdə keçirilib. 2012 — Zambiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
13 fevral
13 fevral — Qriqorian təqvimində ilin 44-cü günü. Bu tarixdə ilin sonuna 321 gün (uzun ildə 322 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1633 — Qalileo Qaliley inkvizisiya qarşısında mühakimə olunmaq üçün Romaya gəlib. === 1901–cari === 1945 — İkinci Dünya Müharibəsi: ABŞ və Böyük Britaniya Hava Qüvvələri Almaniyanın Drezden şəhərini bombardman ediblər. 1980 — XIII Qış Olimpiya Oyunları Leyk-Plesiddə keçirilib. 1988 — XV Qış Olimpiya Oyunları Kalqaridə keçirilib. 2000 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2002 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1986 — Qazax Dövlət Rəsm Qalereyası yaradılmışdır.
14 fevral
14 fevral — Qriqorian təqvimində ilin 45-ci günü. Bu tarixdə ilin sonuna 320 gün (uzun ildə 321 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1859 — Oreqon ABŞ-nin 33-cü ştatı olub. 1876 — Aleksandr Bell və Elişa Qrey telefona patent almaq üçün müraciət edib. === 1901–cari === 1912 — Arizona ABŞ-nin 48-ci ştatı olub. 1949 — Knesset (İsrail parlamenti) ilk dəfə toplanıb. 1952 — VI Qış Olimpiya Oyunları Osloda keçirilib. 1993 — Rusiya Federasiyası Kommunist Partiyası təsis edilib. 2004 — Tunis milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
15 fevral
15 fevral — Qriqorian təqvimində ilin 46-cı günü. Bu tarixdə ilin sonuna 319 gün (uzun ildə 320 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1956 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1965 — Kanada bayrağına ağ-qırmızı rəngli ağcaqayın yarpağı əlavə edib. 1989 — Əfqanıstan müharibəsi: Sovet İttifaqı rəsmi olaraq bütün qoşunlarının Əfqanıstanı tərk etdiyini elan edib. 1998 — Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2001 — Tam insan genomunun ilk layihəsi "Nature" jurnalında dərc olunub. 2003 — Dünyanın 600-dən çox şəhərində İraq müharibəsinə qarşı etirazlar keçirilib. Səkkiz milyondan 30 milyona qədər insanın iştirak etdiyi etirazlar tarixin ən böyük sülh nümayişi sayılır.
16 fevral
16 fevral — Qriqorian təqvimində ilin 47-ci günü. Bu tarixdə ilin sonuna 318 gün (uzun ildə 319 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1923 — Houard Karter firon Tutanhamonun dəfn otağının açıb. 1957 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1959 — Fidel Kastro Kubanın baş naziri olub. 1970 — Sudan milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1985 — Hizbullah təsis edilib. 2005 — Kioto protokolu Rusiya tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minib.
17 fevral
17 fevral — Qriqorian təqvimində ilin 48-ci günü. Bu tarixdə ilin sonuna 317 gün (uzun ildə 318 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2008 — Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 2020 — Əlcəzairdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Qarabağ müharibəsi: Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı alayı Qaradağlı qətliamını törətmişdir.
18 fevral
18 fevral — Qriqorian təqvimində ilin 49-cu günü. Bu tarixdə ilin sonuna 316 gün (uzun ildə 317 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1930 — Yanvar ayında çəkilmiş fotoşəkilləri araşdırarkən Klayd Tambo Plutonu kəşf edib. 1960 — VIII Qış Olimpiya Oyunları Palisades Tahoda keçirilib. === Azərbaycana aid hadisələr === == Doğumlar == === 1600-cü ildən əvvəl === 1201 — Nəsirəddin Tusi, Azərbaycan filosofu və astronomu 1516 — I Mariya, İngiltərə və İrlandiya kraliçası === 1601–1900 === 1626 — Françesko Redi, İtaliya həkimi 1745 — Alessandro Volta, İtaliya fiziki 1838 — Ernst Max, Avstriya fiziki 1898 — Enzo Ferrari, İtaliya motor yarışı sürücüsü və sahibkar === 1901–cari === 1924 — Osman Hacıbəyov, Azərbaycan aktyoru 1931 — Toni Morrison, ABŞ yazıçısı 1933 Bobbi Robson, İngiltərə futbolçusu və baş məşqçisi Yoko Ono, Yaponiya rəssamı 1952 — Ceyms Meys, ABŞ tarixçisi 1954 — Con Travolta, ABŞ aktyoru 1956 — Bidzina İvanişvili, Gürcüstan baş naziri 1961 — Armin Laşet, Almaniya siyasətçisi 1965 — Dr.
19 fevral
19 fevral — Qriqorian təqvimində ilin 50-ci günü. Bu tarixdə ilin sonuna 315 gün (uzun ildə 316 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1878 — Tomas Edison fonoqrafı patentləşdirib. === 1901–cari === 1945 — İkinci Dünya Müharibəsi: İoşima döyüşü: Amerika Birləşmiş Ştatlarının təxminən 30 min dəniz piyadası İoşima adasına eniş edib. 2020 — İran və Şotlandiyada ilk dəfə COVID-19 qeydə alınıb.
1 fevral
1 fevral — Qriqorian təqvimində ilin 32-ci günü. Bu tarixdə ilin sonuna 333 gün (uzun ildə 334 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1327 — III Eduardın tacqoyma mərasimi keçirildi. 1410 — Birinci Torun müqaviləsi imzalandı. 1553 — Osmanlı imperiyası və Fransa krallığı arasında İstanbul müqaviləsi imzalandı. === 1601–1900 === 1662 — Çin generalı Çjen Çenqun 9 aylıq mühasirədən sonra Tayvan adasını ələ keçirdi. 1793 — Fransa İngiltərə və Niderlanda müharibə elan etdi. 1812 — Sultanbud döyüşü baş verdi. 1814 — Fiippindəki Mayon vulkanı püskürdü; təxminən 1200 nəfər həlak oldu.
27 fevral
27 fevral — Qriqorian təqvimində ilin 58-ci günü. Bu tarixdə ilin sonuna 307 gün (uzun ildə 308 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 14 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2000 — Kanada milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2020 — Estoniya, Danimarka, Qətər, Niderland, Nigeriya və San-Marinoda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1988 — Sumqayıt şəhərində azərbaycanlılar və ermənilər arasında təxribat xarakterli qırğınlar baş vermişdir. 1998 — Azərbaycan və İslandiya arasında diplomatik əlaqələr qurulmuşdur.
28 fevral
28 fevral — Qriqorian təqvimində ilin 59-cu günü. Bu tarixdə ilin sonuna 306 gün (uzun ildə 307 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1991 — İlk Körfəz müharibəsi başa çatıb. 1998 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2013 — Roma papası XVI Benedikt vəzifəsindən istefa verib və 1415-ci ildə Roma papası XII Qriqoridən sonra istefa verən ilk papa olub. 2020 — Belarus, İslandiya, Meksika, Litva, Uels və Yeni Zelandiyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan, ABŞ və Hindistan arasında diplomatik əlaqələr qurulmuşdur. 1995 — Azərbaycan və Nepal arasında diplomatik əlaqələr qurulmuşdur. 2020 — Azərbaycanda ilk dəfə COVID-19 qeydə alınıb.
29 fevral
29 fevral — Qriqorian təqvimində ilin 60-cı günü. Bu tarixdə ilin sonuna 305 gün (uzun ildə 306 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1504 — Xristofor Kolumb yamaykalıları onu təchizatla təmin etməyə inandırmaq üçün gecə ay tutulması haqqında məlumatından istifadə edir. === 1601–1900 === 1644 — Abel Tasmanın ikinci Sakit okean səyahəti 3 gəminin komandanlığı ilə Bataviyanı tərk edərkən başlayır. 1768 — Polşa zadəganları Bar konfederasiyasını təsis edir. === 1901–cari === 1916 Tokelau Birləşmiş Krallıq tərəfindən ilhaq edilir. Cənubi Karolinada fabrik, dəyirman və mədən işçiləri üçün minimum əmək yaşı 12-dən 14-ə qaldırılır. 1936 — Tokioda 26 fevral hadisəsi başa çatmışdır. 1940 Finlandiya Qış Müharibəsi sülh danışıqlarına başlayır.
2 fevral
2 fevral — Qriqorian təqvimində ilin 33-cü günü. Bu tarixdə ilin sonuna 332 gün (uzun ildə 333 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 20 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1922 — Ceyms Coysun "Ulisses" əsəri nəşr olunub. 1925 — Nom şəhərinə zərdab çatdırılması: İt xizəkləri difteriya serumu ilə Alyaskanın Nom şəhərinə çatır və İditarod yarışının yaranmasında rol oynayırlar. 1943 — İkinci Dünya müharibəsi: Stalinqrad döyüşü başa çatmışdır. 1967 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1990 — Aparteid: Fredrik Uilyem De Klerk Afrika Milli Konqresinin qadağan olunmadığını elan edir və Nelson Mandelanı azad edəcəyinə söz verir. 2002 — ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2020 — İordaniyada ilk dəfə COVID-19 qeydə alınıb.
4 fevral
4 fevral — Qriqorian təqvimində ilin 35-ci günü. Bu tarixdə ilin sonuna 330 gün (uzun ildə 331 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 22 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1703 — Edo (hal-hazırda Tokio) şəhərində 47 ronin ustadının ölümünün intiqamını almaq üçün harakiri ediblər. 1789 — Corc Vaşinqton ABŞ-nin ilk prezidenti seçilib. 1861 — ABŞ-də vətəndaş müharibəsi: Alabama ştatının Montqomeri şəhərində ABŞ-nin altı ayrı ştatından olan nümayəndələr görüşür və Amerika Konfederativ Ştatlarını yaradırlar. === 1901–cari === 1932 — III Qış Olimpiya Oyunları Leyk-Plesiddə keçirilib. 1948 — Seylon (sonra Şri-Lanka adlandırılıb) Millətlər Birliyinin tərkibində müstəqil olub. 1976 — XII Qış Olimpiya Oyunları İnsbrukda keçirilib. 2004 — Facebook onlayn sosial şəbəkə saytı Mark Zukerberq və Eduardo Saverin tərəfindən təsis edilib.
5 fevral
5 fevral — Qriqorian təqvimində ilin 36-cı günü. Bu tarixdə ilin sonuna 329 gün (uzun ildə 330 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 23 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1852 — Sankt-Peterburqda Ermitaj cəmiyyətə açılıb. === 1901–cari === 1960 — Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universiteti yaradılmışdır. 2017 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2019 — Roma Papası Fransisk Əbu-Dabiyə səfəri zamanı tarixdə Ərəbistan yarımadasını ziyarət edən və papalıq mərasimini keçirən ilk Roma Papası olmuşdur. === Azərbaycana aid hadisələr === 1991 — Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib.
8 fevral
8 fevral — Qriqorian təqvimində ilin 39-cu günü. Bu tarixdə ilin sonuna 326 gün (uzun ildə 327 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 26 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1587 — Şotlandiya kraliçası Mariya Stüart başı kəsilərək edam olundu. Kraliça Mariya I Elizabetə sui-qəsd təşkil etməklə təqsirləndirilirdi. === 1601–1900 === 1879 — Sendford Fleminq ilk olaraq Kanada Kral İnstitutunun iclasında universal saatın qəbulunu təklif edib. === 1901–cari === 1904 — Rus-yapon müharibəsi başladı. 1922 — ABŞ Prezidenti Vorren Hardinq ilk radionu Ağ Evdə göstərdi. 1958 — Bobbi Fişer 15 yaşında ən gənc qrossmeyster oldu 1950 — Soyuq müharibə: Şərqi Almaniyanın gizli polisi olan Ştazi təsis edilib. 1971 — NASDAQ birjası təsis edilib.
21 fevral
21 fevral — Qriqorian təqvimində ilin 52-ci günü. Bu tarixdə ilin sonuna 313 gün (uzun ildə 314 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1848 — Karl Marks və Fridrix Engels "Kommunist Manifesti"-ni nəşr ediblər. === 1901–cari === 1972 — ABŞ prezidenti Riçard Nikson ABŞ-Çin münasibətlərini normallaşdırmaq üçün Pekinə səfər edib. 2020 — Bəhreyn, İsrail və Livanda ilk dəfə COVID-19 qeydə alınıb. 2022 — Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının tanınması haqqında fərmanlar imzalayıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan, Fransa və Polşa arasında diplomatik əlaqələr qurulmuşdur. 1993 — "Neftçi" Azərbaycan Superkubokunu qazanıb. 1997 — Azərbaycan şərqşünası Ziya Bünyadov Bakıda yaşadığı binanın blokunda çıxarkən cinayətkər qrup tərəfindən bıçaq və odlu silahla qətlə yetirilmişdir.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.