Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fud Leklerk
Fud Leklerk (1924 — 20 sentyabr 2010) — Belçika müğənnisi. Belçikanı 4 dəfə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Pentlənd-Ferd boğazı
Pentlənd-Ferd boğazı - (ing. Pentland Firth) Şotlandiya sahillərində Böyük Britaniya adasını Orkney arxipelaqından ayırır. Şimal dənizini Atlantik okeanı ilə birləşdirir. Böyük Britaniya adasının şimal ucqar nöqtəsi Dannet-Hed burada yerləşir. Sahilində Con-o'Qrots qəsəbəsi vardır. Boğazın şimalında Orkney arxipelaqınına daxil olan Hay və Sout Ponaldsey adaları yerləşir. Bu ərazidə isə Skapa-Flou buxtası vardır. Boğaz daxilində güçlü axınlar olur ki, onun sürəti 30 km/s çatır. Bu səbəbdən ərazidə elektrostansiya tikindisi planlaşdırılır.
I Feed You My Love
I Feed You My Love — (Azərbaycanca: Mən Səni Bəsləyirəm, Sevgilim) Norveçin 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Fərd
Fərd— bir şəxs. Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırıq. Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan tebii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir. Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir.
Fərd (fəlsəfə)
Fərd, fəlsəfədə əsasən bir tək adamı təsvir etmək üçün istifadə edilən sözdür. Fəlsəfə tarixində fərd məsələsini, əvvəl Sofistlər, sonra Sokrat və Platon, daha sonra Aristotel ələ almış, müəyyən bir qaydaya görə şərh etməyə çalışmışdırlar.
Kral Fəhd körpüsü
Kral Fəhd körpüsü — Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü. 1986-cı ilin noyabrında salınmışdır. Asiyada ən uzun (25 km) 7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir. Ən böyük torpaq bəndin uzunluğu 2,3 km-dir. İki ərəb dövləti arasında dayaz körfəzin üstündən körpü salmaq fikri çox əvvəllərdən meydana çıxmışdır. İlk dəfə bu məsələ dövlət rəhbərliyi səviyyəsində 1970-ci ilin ortalarında müzakirə edilmiş və fikrin həyata keçirilməsində Səudiyyə Ərəbistanı məliklərinin xidməti böyük olmuşdur. 1968-ci ildə Məlik Feysəlin dövründə layihələrin öyrənilməsi barədə ilk işçi qrupu yaranmışdır. Feysəli əvəz edən məlik Xaled proqramın həyata keçirilməsi üçün 1976-cı ildə sarayda xüsusi komitə yaratmış və beş ildən sonra Bəhreyn əmiri ilə tikintinin başlanması barədə müqavilə imzalamışdır. Layihə Səudiyyə Ərəbistanı–Danimarka müştərək şirkəti tərəfindən hazırlanmış və tikintisi Hollandiya şirkəti tərəfindən həyata keçirilən bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə Ərəbistanı məliki Fəhdin adı ilə bağlıdır. Ona görə də Səudiyyə Ərəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən "Məlik Fəhd yolu"da adlandırırlar.
Əbus-Səud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Fadu
Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür. 27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Feba
Feba (yun. Φοίβη) — yunan mifologiyasında ayı təcəssüm edən ilahə, 12 titandan biri, Uran və Geyanın qızı, Leto və Asteriyanın anası, Apollon və Artemidanın nənəsidir. Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Feil
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Feke
Feke — Adana ilinin ilçəsi. Adanadan 122 km uzaqlıqdadır. Dəniz səviyyəsindən 620 metr yüksəkdir.
1992 Kral Fəhd Kuboku
Səudiyyə Ərəbistanı — 1988 Asiya Kubokunun Çempionu (AFC)
1995 Kral Fəhd Kuboku
Səudiyyə Ərəbistanı — ev sahibi
FETÖ
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.
Feta
Feta (yun. Φέτα — dilim, hissə) — Yunan pendiri, keçi südünün əlavə olunduğu qoyun südündən hazırlanmış ənənəvi ağ yunan pendiri. Duzlu pendir növüdür. Brınza pendiri kimi Feta pendiridə Azərbaycanda "Ağ Pendir" kimi tanınır. Yunanıstanda qoyun və ya keçi südündən pendir hazırlanmasına aid sənədlər, eramızdan əvvəl 8-ci əsrə aiddir. Bizans dövründə prósphatos (Yunanca: πρόσφατος "son" və ya "təzə") adı altında qeydə alınmış və kiritlilər və fessallilər tərəfindən hazırlanmışdır. XV əsrin sonlarında Kandiyaya gələn İtalyan qonaq Pyetro Kasola burda feta pendirinin ticarətini və duzlu suda saxlaması haqqında məlumat verib. Pendirin yaşlanma müddəti ən azı 3 aydır. Yağ tərkibi% 30 ilə% 60 arasındadır. Oxşar pendirlər Cənub-Şərqi Avropada — Yunanıstan, Bolqarıstan, Serbiya, Bosniya, Xorvatiya, Rumıniya, Aralıq dənizi ölkələrində, Orta Şərqdə — Türkiyə, İsrail və Misirdə (əsasən inək südündən hazırlanır) hazırlanır.
Fetq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır. Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Dead Island
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Ed Find
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. Anderson, Alan Orr.
Ehud Barak
Ehud Barak (12 fevral 1942[…]) — İsrailin Müdafiə naziri. 2008-ci il dekabr ayının 27-də HƏMAS hərəkatının nəzarət etdiyi Qəzzə zolağında İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edir. Ehud Barak (Bruq) 1942-ci il fevral ayının 12-də Fələstin mandatlığındakı Mişmar Haşaronda anadan olub. Atası İsrael Litvanın Panevejis şəhərindəndir. Anası Ester isə Polşanın paytaxtı Varşavadandır. 1959-cu ildə sıravi desant kimi İsrail ordusunun sıralarına qoşulan Ehud həmin il soyadı Bruqu Barak kimi dəyişir. 1964-cü ildə Fransada xüsusi təyinatlılar komandiri kursunu bitirdikdən sonra İsrailin və ABŞ-nin hərbi akademiyalarında təhsilini davam etdirir. 1967 və 1973-cü il müharibələrində, habelə Livana qarşı hərbi əməliyyatlarda iştirak edir. Ehud 1968-ci ildə Qüdsdəki Hibryu Universitetinin Fizika və Riyaziyyat fakültəsindən məzun olur. 1978-ci ildə isə Kaliforniyanın Stanford Universitetində mühəndis iqtisadiyyatı ixtisası üzrə magistratura pilləsi üzrə təhsilini başa vurur.
Ehud Olmert
Ehud Olmert (ivr. ‏אֶהוּד אוֹלְמֶרְט‏‎; 30 sentyabr 1945[…]) — İsrailli siyasətçi və vəkildir. 2006–2009-cu illərdə və bundan əvvəl 1988-ci ildən 1992-ci ilə 2003-cü ildən 2006-cı ilə qədər İsrailin 12-ci Baş naziri vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin üzvü kimi birinci və ikinci vəzifələri arasında 1993-cü ildən Qüds bələdiyyə başçısı vəzifəsində çalışmışdır.Baş nazir vəzifəsində işlədikdən sonra Qüds meri və ticarət naziri vəzifəsində olduğu müddətdə rüşvət aldığına və ədalət mühakiməsinə mane olduğuna görə həbs cəzasına məhkum edilmişdi.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Elmer Fadd
Elmer Fadd/Ağıllı (ing.Elmer Fudd/Egghead)- Looney Tunes franşizasının uydurulmuş multiplikasiya qəhrəmanı, Baqz Banninin qəddar düşməni. Süjetə əsasən, onun məqsədi Baqz Bannini ovlamaqdır, lakin hər dəfə bu ovçunun ya da ikinci dərəcəli qəhrəmanlardan birinin ağır yaralanması ilə bitir. Elmerin fərqləndirici cizgiləri kimi onun spesifik və asan başa düşülən danışıq tərzidir. O, “R” və “L” hərflərini “W” hərfi kimi tələffüz edir. Belə ki, “Watch the road rabbit!” ifadəsi “Watch the woad wabbit!” ifadəsinə çevrilirdi. Elmerin əsas işlətdiyi ifadə “Be vewy vewy quiet, I’m hunting wabbits”di və bu ifadə əsasən “huh-uh-uh-uh-uh-uh” gülüşü ilə bitir. Elmer Faddın iştirakı ilə ən populyar cizgi filmləri- Çak Consun şedevri “Bu nə operadır,əzizim?” (nadir hallardan biridir ki, bu cizgi filmində Elmer Baqz Banniyə qalib gəlir) , Sevilya dovşanı və “Ov haqda trilogiya”dır. Ağıllı – "Şən Melodiyalar "(“Merrie Melodies”) seriyasından Leon Şklensinqer tərəfindən yaradılmış ilk daimi personajdı. 1937-ci ildə Teks Everi yeni personajı ilk dəfə qısa cizgi filmləri seriyası olan “Ağıllı yenidən qayıdır” da nümayiş etdirmişdir. Ağıllı ilk əvvəl kartof burunlu, yumurtaya oxşar başla təsvir olunmuşdur.( Buradan da ona “Yumurtabaş” (Egghead) ləqəbi verilmişdi) Elmerin danışıq qüsuru o qədər məşhurdur ki, Google istifadəçilərə axtarış sisteminin dilini Elmir Faddın dilinə dəyişmək ixtiyarını vermişdir.
Eqini Fema
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Equus ferus
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
Fedde Skurer
Fedde Skurer (d. 25 iyul 1898, Draxten – ö. 19 mart 1968, Herenven) — Niderlandlı yazıçı, jurnalist və siyasətçi. İkinci dünya müharibəsi zamanı Amsterdamda, Hollandiya müqavimət hərəkatında iştirak etmişdir. O, 1935-1936-cı illərdə Şimali Hollandiyada bir il müddətində əyalət məclisinin üzvü vəzifəsində çalışıb. Müharibədən sonra o Frislandda qayıdır və jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır. Frieslanddan olan əksər insanlar kimi, onun da ana dili friz dili idi..
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan kariyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xəttləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. Genocide Watch, 1992.
1992 Kral Fəhd Kuboku Finalı
1992 Kral Fəhd Kuboku Finalı — 1992-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1992-ci ilin 20 oktyabr tarixində, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Səudiyyə Ərəbistan milli komandaları arasında keçirilmişdir. Matç Argentina yığmasının 3-1 hesablə qələbəsi ilə başa çatmışdır.
1995 Kral Fəhd Kuboku Finalı
1995 Kral Fəhd Kuboku Final — 1995-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1995-ci ilin 13 yanvar tarixində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Danimarka milli komandaları arasında keçirilmişdir. Matç Danimarka yığmasının 2-0 hesablə qələbəsi ilə başa çatmışdır.
Abdullah bin Əbdüləziz Əl Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Abdullah bin Əbdüləziz əs-Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Feysəl ibn Əbdüləziz Əl Səud
Feysəl ibn Əbdüləziz Əl Səud (ərəb. فيصل بن عبدالعزيز آل سعود‎; 14 aprel 1905, Ər-Riyad – 25 mart 1975[…], Ər-Riyad) — Səudiyyə Ərəbistanının kralı (1964–1975). 1964–1975-ci illər arasında Səudiyyə Ərəbistanı Krallığının başçısı olmuş Feysəl kral Əbdüləziz Əl Səudun üçüncü oğludur. Anası isə Şeyx Məhəmməd ibn Əbdülvəhhabın nəslindən olan Tərfə bint Abdullah ibn Əbdüllətif əl-Şeyx idi. 1906-cı ildə Ər-Riyad şəhərində anadan olmuş Feysəl anasının valideynlərinin evində tərbiyə almış, onlardan dövrün müxtəlif elmlərini öyrənmişdi. Anasının vəfatından sonra da bu ailədə yaşayan Feysələ atası kral Əbdüləziz erkən yaşlarından siyasətlə məşğul olmağı öyrətmişdir. Belə ki, o, 13 yaşlı Feysəli Birinci dünya müharibəsinin başa çatması ilə əlaqədar İngiltərə və Fransada keçirilən müxtəlif konfranslarda iştirak etmək üçün xaricə göndərir. Artıq 1939-cu ildə Feysəl, Fələstin problemi ilə əlaqədar keçirilən və "Dəyirmi masa" adı ilə məşhur olan "London" konfransında iştirak edən Səudiyyə nümayəndə heyətinin başçısı idi. Eləcə də o, 1945-ci ildə "San-Fransisko" konfransında BMT-nin təsis müqaviləsini imzalayan Səudiyyə nümayəndə heyətinə rəhbərlik edir. Ölkə müstəvisində isə Feysəl 1922-ci ildə Əsir bölgəsindəki gərgin vəziyyətin aradan qaldırıması üçün Səudiyyə ordusuna komandanlıq edir.
Fəhd bin Əli əd-Dosəri
Fəhd bin Əli əd-Dosəri — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ilə qədər)
Salman bin Əbdüləziz əs-Səud
Salman bin Əbdüləziz əs-Səud (ərəb. الأمير سلمان بن عبد العزيز آل سعود‎, 31 dekabr 1935[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı kralı.
Əbdüləziz bin Əbdülrəhman əs-Səud
Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud ərəb. عبد العزيز آل سعود‎ həmçinin qısaca olaraq İbn Səud və yaxud II Əbdüləziz və Əbdüləziz bin Əbdürrəhman (15 yanvar 1875 — 9 noyabr 1953) — hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953). Ərəbistanın birləşdirilməsi üçün çoxsaylı müharibələr aparmışdır. 1902-1926-cı illərdə Nəcd dövlətinin əmiri, daha sonra - 1932-ci ilə qədər Hicaz, Nəcd dövlətinin və ilhaq edilən bölgələrin kralı. Əbdüləziz Nəcd əmiri Əbdürrəhman bin Faysalın oğlu idi. Ailə 1890-cı ildə Riyad şəhərindəki iqamətgahlarından qovulmuşdu. Əbdüləziz, 1902-ci ildə yenidən Riyadı fəth etmiş, 30 illik mübarizə apararaq mərkəzi və şimali Ərəbistanın hökmdarı olmuşdur. 1922-ci ildə Nəcd üzərində nəzarətini möhkəmləndirdi, sonra 1925-ci ildə Hicazı fəth etdi. 1932-ci ildə daha sonra Səudiyyə Ərəbistanı Krallığına çevriləcək ərazini genişləndirdi. Kral olaraq, 1938-ci ildə Səudiyyə Ərəbistanında neftin kəşf edilməsinə və II Dünya müharibəsindən sonra genişmiqyaslı neft çıxarılmasının başlanmasına nəzarət etmişdi.
Əbdüləziz bin Əbdürrəhman əs-Səud
Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud ərəb. عبد العزيز آل سعود‎ həmçinin qısaca olaraq İbn Səud və yaxud II Əbdüləziz və Əbdüləziz bin Əbdürrəhman (15 yanvar 1875 — 9 noyabr 1953) — hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953). Ərəbistanın birləşdirilməsi üçün çoxsaylı müharibələr aparmışdır. 1902-1926-cı illərdə Nəcd dövlətinin əmiri, daha sonra - 1932-ci ilə qədər Hicaz, Nəcd dövlətinin və ilhaq edilən bölgələrin kralı. Əbdüləziz Nəcd əmiri Əbdürrəhman bin Faysalın oğlu idi. Ailə 1890-cı ildə Riyad şəhərindəki iqamətgahlarından qovulmuşdu. Əbdüləziz, 1902-ci ildə yenidən Riyadı fəth etmiş, 30 illik mübarizə apararaq mərkəzi və şimali Ərəbistanın hökmdarı olmuşdur. 1922-ci ildə Nəcd üzərində nəzarətini möhkəmləndirdi, sonra 1925-ci ildə Hicazı fəth etdi. 1932-ci ildə daha sonra Səudiyyə Ərəbistanı Krallığına çevriləcək ərazini genişləndirdi. Kral olaraq, 1938-ci ildə Səudiyyə Ərəbistanında neftin kəşf edilməsinə və II Dünya müharibəsindən sonra genişmiqyaslı neft çıxarılmasının başlanmasına nəzarət etmişdi.
Salman bin Əbdüləziz Al Səud
Salman bin Əbdüləziz əs-Səud (ərəb. الأمير سلمان بن عبد العزيز آل سعود‎, 31 dekabr 1935[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı kralı.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) H. E. Dr.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Cənd
Cənd (Ərəbcə: ثءند və ya Xocənt) — Qədim oğuz şəhəri. Müasir Qazaxıstanda Kızılorda vilayəti bağlı Kazalinsk (Qazaxca: Қазалы; Rusca: Казалинск) şəhrinin yaxınlarında əskidən Oğuz ölkəsi içində Seyhun çayının sol yaxasında İslam sınırında bir uc (Qədim türkcədə: kənar, sərhəd) şəhirdir və o çağda Aral dənizinə tez-tez Cənd gölü də deyilirdi. Türkistanda Yangikəntdən 140 kilometr uzaqlıqda olub, xalqının çoxu müsəlmandı. Vaxtı ilə Oğuz yabgusunun oturduğu şəhər, XIII əsrdə başlayan Monqol istilası sırasında monqollar digər oğuz şəhərləri kimi şəhəri yağmalamış bir çox qırğınlar etmişdilər. Biz sanırıq ki, Cənd və Sapran səyahətində Alp Arslan (ʿAdud ad-Daula Abu Shudschaʿ Muhammad bin Daud Chaghri)ı hədiyələrlə qarşılayan (1066) Cənd xanı Oğuzlardan və müstəqil bir hökmdardı. Mahmud Qaşqarlı, Sırdərya bölgəsini isə Türk dilinin ən əski və dəyərli sözlüklərindən Divânu Lügatit-Türktə bulunan xəritədə ayrıca "Bilād al-Guzziyya" adı ilə qeyd etmiş və buraya altı şəhər işarəti qoymuşdur. Bunlardan yalnız "Cənd" şəhərinin adı yazılmış, xəritədə Ceyhun ilə Seyhun çaylarının arasında və Seyhun çayının sol yaxasında işarələnmişdir. Səlcuq subaşının paytaxt (mərkəz) etdiyini bildiyimiz şəhərdir. Ənaz 10. yüzyıldan bəri Oğuz yabgusunun qışlağı olan ərəbcə Al-Qarjat al-haditha (Farsca: Dih-i Nau, türkcə adı Yengikənd)dir.
Etüd
Etüd — təsviri incəsənətdə gələcək əsərin hazırlıq eskizi. Etüd — musiqi əsəri. Etüd — şahmat kompozisiyalarından biri. Etüd — teatr pedaqogikasında aktyorluq texnikasının təkmilləşdirilməsi üçün istifadə edilən məşq. Etüd — rol oyununun emosional tədrisi. Etüd — sovet fotoaparatı. Etüd — sovet diaproyektoru.
Fəhm
Fəhm–qavrama, anlama, anlaq, dərrakə. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fənn
Fənn – elm, texnika, bilik sahəsi, tədris obyekti, predmet. Məsələn, riyaziyyat fənni. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fənuc
Fənuc - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Fənuc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,706 nəfər və ya 2,124 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar, hənəfi sünni müsəlmandırlar.
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Cəld kərtənkələcik
Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur. Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.