Hüseyn Fərdust
Hüseyn Fərdust (fars. حسین فردوست 1917, Tehran – 18 may 1987, Tehran) — İran ordusunun generalı (Arteshbod). Məhəmməd Rza şah Pəhləvinin gizli xidmətində çalışan tanınmış hərbi xadim. O, həm də Pəhləvi dövrəsində Xüsusi Kəşfiyyat idarə başçısı idi (SAVAK müavini kimi də on il xidmət edib).
== Həyatı ==
Hüseyn Fərdust, uşaqlıq dövründə, Məhəmməd Rza Pəhləvi ilə birlikdə Nizam mədrəsəsinin xüsusi sinifdə dərs alıb ki Rza xan Şahzadə üçün təşkil etmişdir. Rza xan ki istirdi oğlunun bir səyli dostu və oyun yoldaşı ola, Fərdustda xüsusi diqqət qeyd etdi və o Məhəmməd Rza Pəhləvi ilə birlikdə İsveçrədə kollecə göndərildi. O Məhəmməd Rza Pəhləvi, və senat majlisinə inqilabçılar barəsində düzgün informasiya vermirdi və dövlətin sirri qərarların ingilabçılara yetirirdi. O 1979-cu İran inqilabından sonra, az müddət İran İslam dövlətinin kəşfiyyat təşkilatının (SAVAMA) başçısı idi ki, sonra adı İnformasiya Nazirliyinə dəyişdirildi.Atası Seyfulla Fərdust jandarmeriya zabiti idi ki, sonra kapitan rütbəsinə irəli çəkilmişdi.
== Əsərləri ==
"Pəhləvilər səltənətinin zühuru və süqutu" kitabının müəllifi X. Mötəzed, Məhəmməd Rza şahın keçmiş generalı və köməkçisi Hüseyn Fərdust nəslinin vətənə, xalqa xəyanətlə dolu xidmətlərinin mahiyyətini açıb göstərir.
Ermənilərin İranda özlərinə sığınacaq tapması Səfəvilər və Qacarlar hakimiyyəti illərindən başlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən Pəhləvi xanədanlığı dövründə (1925–1979) əl-qol aça bilmişdi.