Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filippinlilər
Filippinlilər (filip. Mga Pilipino) — Filippin Respublikasında yaşayan xalqlar qrupu. Ümumi sayı təxminən 103 milyon nəfər, o cümlədən Filippin Respublikasının əhalisi - 99,9 milyon nəfərdir. Visayalar - 40%, Taqalilər - 21%, İloklər - 12%, Morolar - 7%. Əhali müxtəlif antropoloji tiplərə, əsasən Qafqazoid komponentli Cənubi Monqoloid tipinə və ya qarışıq Monqoloid-Australoid tipinə aiddir. Aetalar avstraloid növündəndir. Dini əlamətlərə görə, təqribən 86% katoliklər, 10% müsəlmanlar (xüsusi müsəlman regionuna birləşdirilmiş cənub-qərb adalarının əhalisi). Xristianlıq yerli inanclarla qarışır və nəticədə yerli Filippin Aqlipayan Kilsəsi kimi məşhur sinkretik kultlar yaranır. Dillər Qərbi Avstriya avstroneziya dilləri qrupunun Filippin zonasına aiddir. İndoneziya və Malay dilləri ilə sıx bağlıdırlar.
Filippinlər
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Filippin
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Alburnus filippii
Kür şəmayısı (lat. Alburnus chalcoides) — Çəkikimilər dəstəsinin nümayəndəsidir. == Yayılması == Xəzər dənizinin əsasən cənub-qərb hissəsində, Kür çayının aşağı və orta axarlarında, Qanıxçay, Araz çaylarında rast gəlinir. Bundan əlavə Varvara, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarında şəmayının şirinsu populyasiyaları mövcuddur. == Morfoloji əlamətləri == Bədəni uzunsovdur, yanlardan azacıq basıqdır. Bel üzgəcində əksərən 8-10, anal üzgəcində 14-17 şüa var. Yan xətt orqanı pulcuqlarının sayı 56-70-dür, udlaq dişləri 2.5-5.2-dir. Başı kiçikdir, ağzı yuxarı açılır. Uzunluğu adətən 18-34 sm, kütləsi 127-610 q olur. Pulcuqları gümüşü rəngdədir.
Filippin Respublikası
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Filippin bayrağı
Filippin bayrağı — Filippinin dövlət bayrağı. Filippin bayrağı günəş və ulduzlar çəkilmiş ağ üçbucaqdan və göy ilə qırmızı rəngli iki zolaqdan ibarətdir. Bu yeganə bayraqdır ki, iki variantı var: sülh vaxtı göy rəng yuxarıda, qırmızı aşağıda olur, müharibədə isə rənglər yerlərini əksinə dəyişirlər. Bayraqdakı simvolların mənaları bunlardır : Qırmızı rəng - qan, müharibənin rəngi; Göy rəng sülhün; 3 kiçik ulduz - Filippindəki 3 böyük adanın rəmzidir (Luzon, Visayas, Mindanao) Böyük olan isə günəşin rəmzidir.
Filippin dili
Filippin dili - 1987-ci il Filipin Konstitusiyasına görə Filippinin milli və ingilis dili ilə yanaşı rəsmi dilidir. Taqal dilinə yaxındır.
Filippin dənizi
Filippin dənizi — Dünyanın ən böyük dənizidir. Böyük Zond Arxipelaqının şimal-şərqində Sakit okeanda yerləşir.
Filippin himni
Filippin dövlət himni — kompozisiyanın adı "Lupang Hinirang" ("Seçilmiş ölkə"). == Himnin sözləri == === Taqal dilində === Bayang magiliw Perlas ng Silanganan, Alab ng puso Sa dibdib mo’y buhay. Lupang hinirang, Duyan ka ng magiting, Sa manlulupig, 'Di ka pasisiil. Sa dagat at bundok, Sa simoy at sa langit mong bughaw, May dilag ang tula at awit Sa paglayang minamahal. Ang kislap ng watawat mo’y Tagumpay na nagniningning, Ang bituin at araw niya Kailan pa ma’y 'di magdidilim. Lupa ng araw, ng luwalhati’t pagsinta, Buhay ay langit sa piling mo; Aming ligaya, na 'pag may mang-aapi Ang mamatay nang dahil sa 'yo. === Azərbaycan dilinə tərcümə === Sevimli ölkə, Şərqin incisi, Yanan ürək Sənin sinəndə həmişə yaşayır. Seçilmiş ölkə, Sən — cəsarət beşiyisən, Sən işğalçılara Heç vaxt təslim olmazsan. Dənizlərdə və dağlarda, Havada və göy səmada, Hər yerdə şeirlərdə şöhrət, Və şirin azadlıqdan mahnı. Bayrağında qığılcım – Zəfərlə parlayır, Onun ulduzları və günəşi Əbədi sönməyəcək.
Filippin mətbəxi
Filippin mətbəxi — çoxmillətli Cənubi Asiya dövləti olan Filippin mətbəxi. Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqe də təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan «Pansit kanton»u xüsusi qeyd etmək lazımdır. Bu ölkədə əti müxtəlif üsullarla hazırlayırlar. Onlardan biri adobedir (əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayır sonra da qızardırlar). Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər. Filippinlilərin "Leçe flan" adlanan məşhur desertinin tərkibi yumurta sarısı və süddən ibarətdir.
Filippin pesosu
Filippin pesosu (taqal piso, ₱) — Filippinin milli pul vahididir. 1 Filippin pesosu 100 sentavodan (sentimo) ibarətdir. 1 may 1852-ci ildə İspano-Filipin bankı (ing. Bank of the Philippine Islands) "bərk peso" adlı (isp. pesos fuertes) pul vahidini dövriyyəyə buraxdı. Əvvəl Filippində istifadə olunmuş real dövriyyədən çıxarıldı. İndi pul dövriyyəsində 2001-ci ildə seriyası dəyişdirilmiş və üz tərəfində iki imzası olan ("Gloria Macapagal-Arroyo, President of the Philippines" və "Rafael B. Buenaventura, Governor of the Central Bank") əsginaslardan istifadə olunur. == Valyuta məzənnəsi rejimi == Hal-hazırda Filippində üzən valyuta məzənnəsi rejimindən istifadə olunur. İnflyasiyanın göstəriciləri kurs siyasətinin effektivliyinin meyarıyla çıxış edir.
Filippin plitəsi
Filippin plitəsi — litosfer plitələri arasında dünyada sahəsinə görə on üçüncüdür. Plitənin böyük hissəsi Filippin dənizi dibində yerləşir. Luson adasının şimalını əhatə edir. Avrasiya plitəsi ilə Filippin plitəsinin toqquşduğu ərazilərdə hər zaman zəlzələlər və vulkan püskürmələri müşahidə edilir. Burada 50-dən çox fəaliyyətdə olan və sönmüş vulkan var.
Filippin tarixi
Filippin tarixi — Filippinin tarixi == Erkən dövr və orta əsrlər == Cənub-Şərqi Asiyada, Sakit Okeanın qərbində yerləşən Filippinin tarixi zəif öyrənilmişdir. Əhalinin 90%-dən çoxu yerli xalqlardır. Onlardan vissaylar, taqalar, iloklar, morolar, luson, neqros, aetalar yerli xalqlardan hesab olunur. Filippində dindarların əksəriyyəti, yəni 90%-dən çoxu xristianlardır, lakin sonralar, yəni ərəb istilasından sonra Filippində yalnız XIV–XV əsrlərdə islam dini yayılmağa başlamışdı. Luson və Sebu adalarında, o cümlədən Sulu arxipelaqında kiçik knyazlıqlar yaranmışdı. Dəniz yollarının açılması, yeni coğrafi kəşflər nəticəsində avropalılar Cənub-Şərqi Asiyada işğalçılıq yürüşünə başlayanda Filippin də bu işğala məruz qaldı. XVI əsrin ikinci yarısında ispanlar Filippini işğal etdilər. İspan müstəmləkəçilərinin işğalından sonra Filippində milli azadlıq hərəkatı formalaşmağa və təşkilatlanmağa başladı. XVII əsrdə Filippin xalqları fasilələrlə ispan qəsbkarlarına, hərbi ekspansionistlərə və digər Avropa dövlətlərinin erkən müstəmləkəçilərinə qarşı silahlı mübarizə aparmalı olmuşdur. 1639, 1649–1650-ci illər, 1660–1661-ci illər silahlı müqavimət hərəkatı Filippin xalqlarının milli azadlıq hərəkatı tarixində mühüm mərhələni təşkil edir.
Filippin timsahı
Filippin timsahı (lat. Crocodylus mindorensis) — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Filippində yaşayır. Əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü sayılırdı. Bu növün erkəkləri maksimum 3,1 m uzunluğa çatır, dişilər isə bir qədər kiçikdir. Sakit okean bölgəsindəki bir çox digər timsahlarla müqayisədə geniş ağıza və böyük pulcuqlara sahibdir. Bu növ olduqca aqressivdir. Baxmayaraq ki, kiçik ölçüsü və yaşayış yerlərinin insan məskənindən uzaq olması səbəbindən insanlara hücumu çox nadirdir. Çoxalma strategiyası baxımından Yeni Qvineya timsahına bənzəyir və qapalı su hövzələrində yerləşməyə üstünlük verir. Digər əsl timsahlar kimi, Filipin timsahı da heyvanın ölçüsü və yaşına görə dəyişən çox müxtəlif bir pəhrizə sahibdir.
Filippin xalqları
Filippin çoxmillətli dövlətdir, ölkədə yüzə yaxın xalq, etnik və subetnik qruplar yaşamaqdadır, onlar ölkədə yerləşəm yeddi min adadan 800-də yaşamaqdaırlar. Xalqların bir çoxu qohum, özlərindən daha çox olan xalqın içində qəbilə birliyi kimi yaşamaqdadır. Aetalardan və bəzi gəlmə qruplardan (çinlilər, avropalılar, hindistanlılar, ərəblər və başqaları) başqa ölkənin demək olar ki bütün yerli xalqları cənubi monqol irqinə mənsubdur və Avstroneziya dil ailəsinin Malayziya-Polineziya yarımailəsinin indoneziya dəstəsinin şimal qrupunda danışırlar.
Filippin şəhərləri
2009-cu il dekabrın 22-nə olan vəziyyət üzrə Filippinin şəhər statusu olan 138 yaşayış məntəqəsi olmuşdur. 38 şəhər müstəqildir, yəni əyalətlərə tabe deyil, inzibatidir və bilavasitə Filippin regionlarına daxil olurlar. Onlardan 33-ü "urbanizasiyanın yüksək səviyyəsilə" şəhərlərin kateqoriyasına aiddirlər. Qalan şəhərlər əyalətdir, əyalətlərə daxil olurlar.
Filippinin dövlət quruluşu
Filippinin dövlət quruluşu - 1987-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1898) - 12 iyunda qeyd olunur. 11 fevral 1987-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə Filippinin idarəetmə sistemi Prezident hakimiyyətinin ABŞ modelinə uyğundur. == İnzibati ərazi bölgüsü == Filippin 3 adalar qrupunda (Luson, Visay və Mindanao) birləşən 17 regiona (İlokos, Kaqayan, Mərkəzi Luson, Kalabarson, Mimaropa, Bikol, Kordilyer inzibati regionu, Qərbi Visayi, Mərkəzi Visayi, Şərqi Visayi, Zamboanqa yarımadası, Şimali Mindanao, Karaqa, Davao, Sokksksarxen və Müsəlman Mindanao regionu), 80 əyalətə, 1494 bələdiyyəyə, 140 şəhərə və 41995 baranqaya (məntəqə) bölünür . == Dövlət başçısı == Prezident dövlətin və hökumətin başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. İcra hakimiyyətini həyata keçirən Nazirlər Kabinetinin üzvləri Təyinat Komissiyasının razılığı ilə ölkə Prezidenti tərəfindən təyin edilir. Dövlət başçısı və dövlətin idarəetməsində ona bilavasitə köməklik edən vitse-prezident azad, bərabər və gizli seçkilərdə ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilirlər. Prezident icra hakimiyyətinin bütün departament, büro və xidmətlərinin idarə edilməsində, habelə qanunların icrasının təmin olunmasında səlahiyyətlidir. Bundan əlavə, dövlət başçısı Konqresin əksər üzvlərinin razılığı ilə amnistiya aktını imzalaya və dövlətin səlahiyyətli nümayəndəsi olaraq Senatda ratifikasiya olunan müqavilələri bağlaya bilər.
Orleanlı Filippina Yelizaveta
Orleanlı Filippina Yelizaveta (fr. Philippine-Élisabeth d'Orléans; 18 dekabr 1714, Versal – 21 may 1734, Paris) — Orlean hersoqu II Filippin qızı, Berri hersoqinası. 18 dekabr 1714-cü ildə Versal sarayında dünyaya gəldi. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızı Fransiska Mariyadır. Hələ bir yaşında ikən babası XIV Lüdovikin vəfat etdi və atası II Filipp uşaq kral XV Lüdovikin naibi olaraq təyin edildi. Ancaq onun naibliyi İspaniya ilə müharibəyə səbəb oldu. Bu hadisələrin ardından II Filipp kralın adına 9 yanvar 1719-cu ildə müttəfiqləriylə birlikdə İspaniyaya müharibə elan etdi. Əldə edilən hərbi uğurların sonunda tərəflər 17 fevral 1720-ci ildə Haaqada sülh imzaladı və Utrext sülhünün şərtləri yenidən təsdiqləndi. İki dövlət arasındakı sülhün gücləndirilməsi məqsədilə 3 siyasi evlilik planlaşdırıldı. Bu plana əsasən, uşaq kral XV Lüdovik ispan kralının qızı Marianna Viktoriyayla, naibin qızları Luiza və Filippina ispan kralının oğulları Luis və Karlla nişanlandı.
Ermənistan–Filippin münasibətləri
Filippin—Ermənistan münasibətləri — Filippin və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 20 may 1992-ci ildə başladıqdan sonra tədricən yaxşılaşmışdır. Xarici İşlər Naziri Edvard Nalbandyan 2012-ci ildə Filippini ziyarət etmişdir. Bu onu bu günə qədər Filippini ziyarət edən Ermənistan hökumətindəki ən yüksək vəzifəli məmur halına gətirmişdi. Ermənistan səfiri Raisa Vardanyanın 19 mart 2015-ci il tarixində Xarici İşlər Nazirliyinə etdiyi səfərdən sonra Ermənistan-Filipin münasibətləri daha da güclənir. Son diplomatik tədbirdə iki ölkə arasında ticarət, investisiya, təhsil və elmi əməkdaşlığın genişləndirilməsinə dair bir öhdəlik yer alır. Hər iki ölkənin hazırda qeyri-rezident səfirləri var. Ermənistan səfiri Manilaya Hanoyda, Filippinin İrəvandakı səfiri Moskvadan akkreditə olunmuşdur. Tarixən ermənilər Filippində ticarətdə əhəmiyyətli rol oynamışlar.
Filippin-Amerika müharibəsi
Filippin-Amerika müharibəsi (1899–1902) — Filippinli inqilabçıların ABŞ işğalından ölkəni azad etmək üçün apardığı müharibə. Müharibə 1899-cu ildə başladı və Filippinin Amerika hakimiyyətini qəbul etdiyi 1902-ci ilə kimi davam etdi. Hökumət qüvvələri ilə filippinli partizanlar arasında kiçik qarşıdurmalar 1913-cü ilə kimi davam etdi. Bəziləri müharibənin 1899-cu ildən 1902-ci ilə kimi davam etməsi fikrindədir, 1913-cü il isə müharibənin qeyri-rəsmi başa çatdığı il hesab olunur. Müharibə 1896–1898-ci illərdə baş vermiş Filippin antimüstəmləkə inqilabının davamı və ABŞ-nin Filippinin daxili işlərinə qarışmasının nəticəsi idi. == Müharibənin səbəbləri == 1896-cı ildə Filippin adalarında ispan müstəmləkəçiliyinə qarşı kütləvi üsyan baş verdi, lakin filippinli vətənpərvərlərə güclü ölkənin dəstəyi çatışmırdı. Belə bir güclü ölkə qismində ABŞ iştirak etdi. Amerika hökuməti filippinli üsyançılara Filippini müstəqil ölkə kimi tanıyacağına söz verdi. 1898-ci ildə İspaniyaya qarşı qalxan Kuba, Filippin və Puerto-Riko üsyançılarına dəstək bəhanəsi ilə Amerika İspaniyaya müharibə elan edərək İspan-ABŞ müharibəsini başlatdı. XVI əsrdən bəri bu ölkələri öz hakimiyyəti altında saxlayan İspaniya müharibədə məğlub oldu.
Filippin cırtdan qızılquşu
Filippin cırtdan qızılquşu (lat. Microhierax erythrogenys) — cırtdan qızılquş cinsinə aid heyvan növü.
Filippin dəniz döyüşü
Filippin dəniz döyüşü — İkinci dünya müharibəsinin həlledici dəniz döyüşü. Bu Sakit okean müharibəsi zamanı ABŞ-nin Marian adalarına desant çıxarması ilə baş vermişdi. Bu müharibədə yapon donanmasında texniki hazırlığın aşağı səviyyədə olması onun darmadağın olmasına gətirib çıxardı. 11 iyun 1944-cü ildə ABŞ HƏRBİ Dəniz Qüvvələri Marian adalarını bombalamağa başlayır. Adaları vitse-admiral Kakuta Kakudzinin komandanlığı altında cəmi 1000 təyyarə müdafiə edib. İlk günlərdən yapon aviasiyası böyük itkilər verib.
Filippin kiçik sufərəsi
Filippin kiçik sufərəsi (lat. Amaurornis olivacea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Filippin–Vyetnam münasibətləri
Vyetnam–Filippin münasibətləri — Vyetnam və Filippin arasındakı mövcud ikitərəfli münasibətlər. Vyetnam Sosialist Respublikası ilə Filippin arasında ilk diplomatik əlaqələr 12 iyul 1978-ci ildə qurulmuşdur. İki ölkə arasında bir başa quru sərhəddi yoxdur. == Tarixi == === Vyetnam müharibəsi 1957–1975 === 1955-ci ilin iyulunda Filippin Prezidenti Roman Maqsaysay Cənubi Vyetnamı müstəqil dövlət olaraq tanıyır. Filippin tibbi persponalını Vyetnam müharibəsində Şimali Vyetnama qarşı vuruşan Cənubi Vyetnam qüvvələrinə yardım məqsədilə göndərir. Bununla yanaşı Roman Maqsaysay açıq şəkildə ABŞ-nin apardığı müharibədə ona istənilən dəstəyi verməsini bəyan edir. Ancaq Filippin müharibəyə ancaq mülki kontingent göndərmişdir. 1964-cü ilin oktyabrında Cənubi Vyetnama iki qrumpdan ibarət tibb işçiləri göndərilir (bura 68 nəfər daxil idi). 1966-cı ildfə isə sayı min nəfər olan mülki şəxs göndərilmişdir. Bunlara hərbi xitmətdə olan ancaq fəal hərbi əməliyyatlarda iştirak etməyən hərbi kəkimlər, mühəndis-inşaatçılar, kənd təsərrüfatı sahəsi mütəxəsisləri və s daxil idi.
Filippin–İsrail münasibətləri
İsrail–Filippin — İsrail Respublikası və Filippin arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. İki ölkə arasında tam diplomatik münasibətlər 26 fevral 1958-ci ildə Dostluq Müqaviləsi imzalandıqdan sonra quruldu. 1962-ci ildə İsrailin Maniladakı səfirliyi və Filippin Təl-Əvivdəki səfirliyi açılır. İsrailin Filippindəki səfiri Efraim Ben-Matityahudur. == Tarixi == Filippin 1947-ci ildə İsrail Dövlətinin yaranmasına səbəb olan Fələstinin bölünməsi barədə BMT-nin 181 saylı qətnaməsinin lehinə səs verdi. Filippin İsrailin qurulmasını dəstəkləyən 33 ölkədən biri və qətnaməyə səs verən yeganə Asiya ölkəsi olur. İsrail və Filippin 1957-ci ildə tam diplomatik münasibətlər qururlar. 1962-ci ildə Təl-Əviv və Manilada səfirliklər açılmışdır. 1997-ci ildə hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi dialoq qurmaq üçün Anlaşma Memorandumu imzalandı.
Çin–Filippin münasibətləri
Çin–Filippin münasibətləri — Çin Xalq Respublikası və Filippin arasında mövcüd ikitərəfli əlaqələr. İki ölkə arasında ilk diplomatik əlaqələr 9 iyun 1975-ci ildə qurulmuşdur. 1980-ci illərdə Filipin Prezidenti Ferdinand Markosun Çində kommunizmi dəstəkləyən və eyni zamanda Filippindəki kommunist münasibətlərinə qarşı çıxan siyasəti iki ölkə arasında əlaqələr əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Buna cavab olaraq Çin Filippindəki kommunistləri dəstəkləməkdən əl çəkmişdir. İki ölkə arasında xoş münasibətlər Cənubi Çin dənizindəki sahələrə sahiblənmək məsələsində haçalanmışdır İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra iki tərəfli dövlət məmurları səviyyəsində çoxlu səfərlər təşkil edilmişdir. 1996-cı ildə Şin Xalq Respublikasının sədri Tsyan Tsemin Filippinə səfəri zamanı iki ölkənin liderləri beynəlxalq münasibətlərdə bir-birini dəstəkləmələri, yaxşı qonşuluq və qarşılıqlı anlaşma məsələlərində ortaq məxrəcə gəlirlər. Üstəlik Cənubi Çin dənizindəki mübahisəli ərazilərdə konsensusua gəlinir. 2012-ci ildə Skarobo-Şöl atollu uğrunda iki ölkə arasında sərhəd toqquşması baş verir. Fiippin sərhədçiləri tərəfindən neytral sularda səkkiz Çin balıqçı gəmisi aşkarlanmışdır. Onların gəmilərinə baxış zamanı mərcanlar, diri köpək balıqları aşkarlanmışdır.