Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
UEFA Avro 1980 finalı
1980 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1980 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə 1980-ci il iyunun 22-də İtaliya paytaxtı Romada yerləşən Olimpiko stadionunda keçirilmiş final matçı. Finalda Belçika və bir öncəki turnirdə ikinci yerin sahibi olmuş Almaniya milli komandası qarşılaşırdı. Belçika Rene Vandereykenin qoluna rəğmən Almaniya millisi Horst Hrubeşin dubl etməsilə yekunda 2-1 hesabı ilə turnirin qalibi oldu.
UEFA Kuboku finalı 1976
UEFA Kuboku finalı 1976 — 1976-cı ilin 28 aprel və 19 may tarixlərində İngiltərə təmsilçisi "Liverpul və Belçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq Enfild və Olimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi. Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı.
UEFA Kuboku finalı 1977
UEFA Kuboku finalı 1977 — 4 may və 18 may 1977-ci il tarixlərində İtaliya təmsilçisi "[Yuventus FK|Yuventus]] və İspaniya təmsilçisi "Atletik Bilbao" komandaları arasında 2 oyundan ibarət olaraq Olimpiya və San-Mames stadionlrında keçirilmiş UEFA Kuboku final matçlarıdı. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Yuventus" səfərdə 2-2 hesablı nəticə ilə turnirin qalibi oldu. Yuventus rəsmi Avropa turinirində heyətində xarici futbolçu olmadan qələbə qazanan ilk İtaliya klubu oldu.
UEFA Kuboku finalı 2001
UEFA Kuboku finalı 2001 — 2001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın "Alaves" klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 1973 və 1976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. "Alaves" isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı. Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə "Alaves" bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən "Alaves", yarım final mərhələsində Almaniyanın "Kayzerslautern" klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər.
İngiltərə kuboku finalı 1965
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir. 100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir.
1956 UEFA Çempionlar Kuboku finalı
1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel Leblon və Jan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di Stefano və Ektor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər. == Finala gedən yol == === Real Madrid === Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi.
1957 UEFA Çempionlar Kuboku finalı
1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di Stefano və Fransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi. Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi. "Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir. == Finala gedən yol == === Real Madrid === "Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi. O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di Stefano və Ramon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər. İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi. Oyunun ümumi hesabı 5–5 oldu.
1958 UEFA Çempionlar Kuboku finalı
1958 UEFA Çempionlar Kuboku finalı ― 28 may 1958-ci ildə Çempionlar Kuboku 1957/1958 mövsümünün qalibini müəyyən etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərinin Eyzel stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klubları arasında baş tutmuşdur. "Real Madrid" əlavə olunmuş vaxtdan sonra oyunda 3–2 hesabı ilə qalib gəldi. Bu, klubun Çempionlar Kubokunda ardıcıl üçüncü uğuru oldu. Oyundan sonra qalib oyunçulara medalları II Albert təqdim etmişdir.
1959 UEFA Çempionlar Kuboku finalı
1959 UEFA Çempionlar Kuboku finalı ―3 iyun 1959-cu ildə Çempionlar Kuboku 1958/1959 mövsümünün qalibini müəyyən etmək üçün Almaniyanın Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və Fransanın "Reyms" klubları arasında baş tutmuşdur. Oyun 2–0 "Real Madrid"in xeyrinə başa çatdı və beləliklə ispan təmsilçisi ard-arda dördüncü Çempionlar Kubokunu qazandı və 1956-cı ildən sonra son dörd il ərzində ikinci dəfə finalda "Reyms" klubuna qalib gəldi. "Real Madrid" oyunda dominantlıq edərək, Enrike Mateos və Alfredo Di Stefanonun qolları sayəsində qələbə çaldı.
1960 UEFA Avropa Çempionatı Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1960 UEFA Millətlər Kuboku Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1964 UEFA Avropa Çempionatı Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1964 UEFA Millətlər Kuboku Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1968 UEFA Avropa Çempionatı Finalı
1968 UEFA Avropa Çempionatı Finalı — 1968-cı il 8 və 10 iyun tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Olimpiko stadionunda İtaliya və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. İlk matç 1-1 hesablı bərabərliklə başa çatdı. Cavab matçında isə İtaliya yığması Luici Riva və Pietro Anastasinin qolları ilə yekunda 2-0 hesabı ilə turnirin qalibi oldular.
1972 UEFA Avropa Çempionatı Finalı
1972 UEFA Avropa Çempionatı Finalı — 1972-cı il 18 iyun tarixində UEFA Avro 1972 turnirinin qalibini müəyyənləşdirmək üçün keçirilmiş final matçı. Matç Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Heyzel stadionunda SSRİ və Qərbi Almaniya milli komandaları arasında keçirilmişdir. Almaniya yığması Gerd Müller (dubl) və Herbert Vimmerin qolları ilə yekunda 3-0 hesablı qələbə qazandı.
1976 UEFA Avropa Çempionatı Finalı
1976 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1976 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə UEFA tərəfindən milli komandalar üçün təşkil etdiyi beşinci UEFA Avropa Çempionatı turniri. Matç 1976-cı ilin 20 iyun tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən Rayko Mitiç stadionunda baş tutdu. Finalda Çexoslovakiya və Almaniya milli komandaları görüşürdü. Bu matç Almaniyada Nacht von Belgrad və ya Belqraddan bir gecə kimi tanınırdı. Əlavə vaxtdan sonra hesab 2-2 idi və beləliklə UEFA Avropa Çempionatı turnirində ilk dəfə 11 metrlik cərimə zərbəsi seriyası baş tutdu. İlk yeddi zərbə qol ilə nəticələndi amma Qərbi Almaniya yığmasından dördüncü zərbəsi Uli Hoeness qapının üzərindən keçdi. Hesab 4-3 olarkən topa yaxınlaşan Antonin Panenka hesabı 5-3 etdi və yekunda Çexoslovakiya qələbə qazandı. Sonuncu 11 metrlik cərimə zərbəsi zamannı Panenka topu torun düz mərkəzinə aşırma formasında göndərərkən alman qapıçı Zepp Mayer sol küncə tullandı. Bu günə qədər onun bu qələbə vuruşu, ən məşhur zərbələrdən biridir və bu formada vurulan 11 metrlik cərimə zərbəsi sinonimi kimi onun adı hallanır. Bu günədək bu oyun Almaniya millisinin sonuncu rəsmi matçıdır ki, 11 metrlik cərimə zərbəsi seriyasından məğlub ayrılır.
1980 UEFA Avropa Çempionatı Finalı
1980 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1980 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə 1980-ci il iyunun 22-də İtaliya paytaxtı Romada yerləşən Olimpiko stadionunda keçirilmiş final matçı. Finalda Belçika və bir öncəki turnirdə ikinci yerin sahibi olmuş Almaniya milli komandası qarşılaşırdı. Belçika Rene Vandereykenin qoluna rəğmən Almaniya millisi Horst Hrubeşin dubl etməsilə yekunda 2-1 hesabı ilə turnirin qalibi oldu.
1984 UEFA Avropa Çempionatı Finalı
1984 UEFA Avropa Çempionatı Finalı UEFA Avro 1984 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə iyunun 27-də Fransanın paytaxtı Parisdə yerləşən Park des Prens stadionunda keçirilmiş final matçı. Finalda turnirin ev sahibi və bir çoxlarına görə Avropanın ən yaxşı komandası olan Fransa ilə turnirə vəsiqə qazanmaq üçün seçmə mərhələnin son matçında Maltanı 12-1 hesabı ilə məğlub edən İspaniya millisi qarşılaşırdı.
1992 Kral Fəhd Kuboku Finalı
1992 Kral Fəhd Kuboku Finalı — 1992-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1992-ci ilin 20 oktyabr tarixində, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Səudiyyə Ərəbistan milli komandaları arasında keçirilmişdir. Matç Argentina yığmasının 3-1 hesablə qələbəsi ilə başa çatmışdır.
1995 Kral Fəhd Kuboku Finalı
1995 Kral Fəhd Kuboku Final — 1995-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1995-ci ilin 13 yanvar tarixində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Danimarka milli komandaları arasında keçirilmişdir. Matç Danimarka yığmasının 2-0 hesablə qələbəsi ilə başa çatmışdır.
1997 FİFA Konfederasiyalar Kuboku Finalı
1997 FİFA Konfederasyalar Kuboku Finalı — 1997-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1997-ci ilin 21 dekabr tarixində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Braziliya və Avstraliya milli komandaları arasında keçirilmişdir. Matç Braziliya millisinin 6-0 hesablı qələbəsi ilə bitmişdir.
1999 FİFA Konfederasiyalar Kuboku Finalı
1999 FİFA Konfederasyalar Kuboku Finalı — 1999-cu il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Meksika və Braziliya yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 1999-cu ilin avqusutun 4-də Mexiko şəhərində yerləşən, Azteka stadionunda keçirilmişdir. Meksika yığması matçı 4-3 hesablı qələbə ilə bitirərək turnirin qalibi olmuş ilk KONKAKAF komandası olmuşdur. == Arxa plan == İlk dəfə idi ki, FİFA bayrağı altında Meksika millisi finalda Braziliya millisi ilə qarşılaşırdı və bu vaxta qədər Meksika millisi heç bir FİFA turnirini qələbə ilə bitirməmişdi. Amma turnir 1995-ci ildə sonuncu dəfə Kral Fəhd Kuboku adlandığı mövsümündə Meksika millisi Danimarka və Argentina millilərinin ardıyca turniri üçüncü pillədə başa vurmuşdur. Braziliya millisi üçün isə 1997-ci ildə finalda Avstraliya yığmasına qalib gəldikdən sonra bu turnirdə ardıcıl ikinci final matçı idi. == Meksika == Meksika millisi tarixində ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdı və həmçinin turnirin qalibi olmuş ilk KONKAKAF komandası sayılırdı. Turnirin debüt matçında Meksika Səudiyyə Ərəbistan millisini 5-1 hesabı ilə məğlub etdi. Daha sonra onlar Misir millisi ilə 2-2 hesablı bərabərə qaldılar ki, xüsusilə bu matçın son 10 dəqiqəsində Meksika qapısından 2 top buraxdı. Qrupun son matçında isə onların rəqibi Boliviya yığması idi və bu oyunda onlar 1-0 hesablı qələbə qazanaraq yekunda qrup mərhələsini 7 xal ilə bitirdilər.
2001 FİFA Konfederasiyalar Kuboku Finalı
2001 FİFA Konfederasyalar Kuboku Finalı matçı — 2001-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Yaponiya və Fransa yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 2001-ci ilin 10 iyun tarixində futbol üzrə Yaponiya və Fransa milli komandaları arasında Yaponiyanın Yokohama şəhərində yerləşən Nissan stadionunda baş tutmuşdur. Matç 30-cu dəqiqədə Frank Leböfin uzun ötürməsindən sonra, qapıçı Yoşikatsu Kavaquçinin xeyli irəli çıxmasından faydalanan Patrik Vieyranın vurduğu qol sayəsində 1-0 hesabı ilə Fransa millisinin xeyrinə bitmişdir.
2003 FİFA Konfederasiyalar Kuboku Finalı
2003 FİFA Konfederasiyalar Kuboku Finalı — 2003-cü il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2003-cü ilin 29 iyun tarixində Stad de Frans stadionunda, Kamerun və Fransa yığmaları arasında baş tutdu. Oyunun 97-ci dəqiqəsində vurulan qızıl qol sayəsində Fransa millisi matçı qalib tərəf kimi başa vurdu. Final matçında Kamerun yığması meydana üzərində, Kolumbiya millisinə qarşı keçirdikləri yarımfinal matçı zamanı ürək tutmasından meydandaca həyatını itirmiş komanda üzvü olan Mark Vivyen Foe-nin adı, döğum və vəfat tarixləri yazılmış forma ilə çıxmışdı. Medal və mükafatların təqdimatı zamanı Kamerun millisinin iki üzvü əllərində Foenin böyük şəkillərini tutmuşdur ki, məhz ikincilik medalı onun üzərində asılmışdı. Fransa millisinin kapitanı Marsel Desailliyə medal təqdim edilərkən o, bu medalı Kamerun millisinin kapitanı Riqobert Sonq ilə birgə nümayiş etdirdi.
2005 FİFA Konfederasiyalar Kuboku Finalı
2005 FİFA Konfederasiyalar Kuboku Finalı — 2005-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2005-cü ilin 29 iyun tarixində, Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşən Valdştadion stadionunda, Braziliya və Argentina milli komandaları arasında keçirildi. Matç Braziliya millisinin 4-1 hesablı qələbəsi ilə yekunlaşdı.