Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Jeremi Finello
Jeremi Finello (13 may 1992) — İsveçrəli biatlonçu. Jeremi Finello İsveçrəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Jeremi Finello birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Finello 25:54.8 saniyəlik nəticəsi ilə 87 atlet arasında 64-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
İnallı (Nir)
İnallı (fars. ايناللو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (47 ailə).
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Qisasçılar: Final
Qisasçılar: Final (ing. Avengers: Endgame) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. "Qisasçılar" (2012), "Qisasçılar: Altron dövrü" (2015) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018) filmlərinin sikveli olan "Final" MKK-na daxil olan iyirmi ikinci filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkiblər. Film ilk dəfə, 2014-cü ilin oktyabrında "Qisasçılar: Sonsuzluq savaşı — 2-ci hissə" adı ilə elan edilmişdir. Russo qardaşlarının 2015-ci ilin aprelindən filmin rejissor kürsüsünə əyləşmişlər, həmin ilin mayından isə Markus və MakFili filmin ssenarisi üzərində işə başlamışlar. 2016-cı ilin iyulunda Marvel filmin adını dəyişərək sadəcə "Adsız Qisasçılar filmi" adlandırmışdır. Filmin çəkilişlərinə 2017-ci ilin avqustunda Corciya ştatının Fayett dairəsindəki "Pinewood Atlanta Studios" studiyalarında başlanılmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə ard-arda çəkilən filmin çəkilişləri 2018-ci ilin yanvarında tamamlanmışdır. Əlavə çəkilişlər Atlanta şəhərinin mərkəzində aparılmışdır.
Karlos Xuan Finley
Karlos Xuan Finley(d. 3 dekabr 1833-cü il - ö. 20 avqust 1915-ci il) - sarı sətəlcəm araşdırmalarının edən kubalı elm adamı. Fransız və şotland əsilli olan Juan Carlos Finlay, Barres adıyla Kubanın Puerto valisində (hal-hazırda Kamagüey ) doğulmuşdur. Sonrakı həyatında Carlos Finlay adı ilə tanınıb. 1855-cü ildə Pensilvaniya əyalətinin Philadelphia şəhərində yerləşən Jefferson Tibb Kollecinin məzunu olur. Təhsilini Havana və Parisdə tamamlamışdır. Bundan sonra Finlay Havanada tibb mərkəzi açmışdır. Peşə həyatının ilk iyirmi ili ərzində davamlı sürən tibbi müzakirələrin mərkəzində idi. Havana əhalisi daima sarı sətəlcəm epidemiya xəstəliyi ilə mübarizə edirdi.
The Final Album
The Final Album (azərb. Sonuncu albom‎) - 2003-cü ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun sonuncu çıxarılmış albomudur. Albomda qrupun 1984-2003-cü illər arasındakı mahnıları toplanmışdır.
The Final Countdown
"The Final Countdown" (azərb. Son əks istiqamətdə sayma‎) — İsveçin Europe rok qrupunun mahnısı. 1986-cı ildə qrupun vokalçısı Coui Tempest tərəfindən yazılıb. Mahnı eyniadlı albomdan olan ilk sinqldır. Mahnıya çəkilmiş klip qrupun əvvəlki konsertlərindən olan kadrları özündə ehtiva edir.Tempestin sözlərinə görə, onun musiqi zövqünün formalaşmasına və xüsusilə də "The Final Countdown"un yazılmasına Devid Bouinin "Space Oddity" sinqlı təsir göstərib.
UEFA Avro 1980 finalı
1980 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1980 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə 1980-ci il iyunun 22-də İtaliya paytaxtı Romada yerləşən Olimpiko stadionunda keçirilmiş final matçı. Finalda Belçika və bir öncəki turnirdə ikinci yerin sahibi olmuş Almaniya milli komandası qarşılaşırdı. Belçika Rene Vandereykenin qoluna rəğmən Almaniya millisi Horst Hrubeşin dubl etməsilə yekunda 2-1 hesabı ilə turnirin qalibi oldu.
UEFA Kuboku finalı 1976
UEFA Kuboku finalı 1976 — 1976-cı ilin 28 aprel və 19 may tarixlərində İngiltərə təmsilçisi "Liverpul və Belçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq Enfild və Olimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi. Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı.
UEFA Kuboku finalı 1977
UEFA Kuboku finalı 1977 — 4 may və 18 may 1977-ci il tarixlərində İtaliya təmsilçisi "[Yuventus FK|Yuventus]] və İspaniya təmsilçisi "Atletik Bilbao" komandaları arasında 2 oyundan ibarət olaraq Olimpiya və San-Mames stadionlrında keçirilmiş UEFA Kuboku final matçlarıdı. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Yuventus" səfərdə 2-2 hesablı nəticə ilə turnirin qalibi oldu. Yuventus rəsmi Avropa turinirində heyətində xarici futbolçu olmadan qələbə qazanan ilk İtaliya klubu oldu.
UEFA Kuboku finalı 2001
UEFA Kuboku finalı 2001 — 2001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın "Alaves" klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 1973 və 1976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. "Alaves" isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı. Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə "Alaves" bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən "Alaves", yarım final mərhələsində Almaniyanın "Kayzerslautern" klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər.
İngiltərə kuboku finalı 1965
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir. 100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir.
Avro 2016 final mərhələsi
== UEFA Avopra Çempionatı == 2016-cı il Avropa Çempionatı Fransada keçirildi. İyun ayının 10-da start götürdü. Açılış matçında Fransa və Rumıniya qarşılaşdı. Tarixdə ilk dəfə olaraq budəfəki Avropa Çempionatında 16 yox, 24 komanda 6 qrupda mübarizə apardı. 16 komandalıq çempionatlarda sadəcə 4 qrup olurdu və bu qrupdan birinci-ikinci yeri tutan 2 komanda 1/4 finala vəsiqə qazanırdı. Fransada keçirilən turnirdə isə hər 6 qrupun ilk 2 yerini tutan və 6 qrupdan dördündən 4 ən yaxşı üçüncü seçmə komanda 1/8 finala yüksəldi. Avropa Çempionatı tarixi boyu 1/8 final ilk dəfə oynanıldı. Mərhələnin ilk oyununda Polşa seçməsi əsas vaxtı 1–1 başa çatan oyunun penalti zərbələrində İsveçirə seçməsini məğlub edərək 1/4 finala vəsiqə qazandı. Avropa Çempionatları tarixində ilk dəfə Azərbaycan Pemyer Liqası klubunda oynayan futbolçu turnrin final mərhələsində oynamaq haqqı qazandı. Bu Albaniya millisinin və "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli oldu.
Contigo Hasta El Final
Contigo Hasta El Final (azərb. Birlikdə sonadək‎) — İspaniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.El Sueño De Morfeo qrupu "Contigo Hasta El Final" mahnısı ilə İspaniyanı İsveçin Malmö şəhərində keçirilən Avroviziya 2013-də təmsil etmişdir. Mahnı qrupun üzvləri David Feyto, Rakel Del Rosario və Xuan Luis Suares tərəfindən bəstələnmişdir.
Qisasçılar: Final (film, 2019)
Qisasçılar: Final (ing. Avengers: Endgame) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. "Qisasçılar" (2012), "Qisasçılar: Altron dövrü" (2015) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018) filmlərinin sikveli olan "Final" MKK-na daxil olan iyirmi ikinci filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkiblər. Film ilk dəfə, 2014-cü ilin oktyabrında "Qisasçılar: Sonsuzluq savaşı — 2-ci hissə" adı ilə elan edilmişdir. Russo qardaşlarının 2015-ci ilin aprelindən filmin rejissor kürsüsünə əyləşmişlər, həmin ilin mayından isə Markus və MakFili filmin ssenarisi üzərində işə başlamışlar. 2016-cı ilin iyulunda Marvel filmin adını dəyişərək sadəcə "Adsız Qisasçılar filmi" adlandırmışdır. Filmin çəkilişlərinə 2017-ci ilin avqustunda Corciya ştatının Fayett dairəsindəki "Pinewood Atlanta Studios" studiyalarında başlanılmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə ard-arda çəkilən filmin çəkilişləri 2018-ci ilin yanvarında tamamlanmışdır. Əlavə çəkilişlər Atlanta şəhərinin mərkəzində aparılmışdır.
1956 UEFA Çempionlar Kuboku finalı
1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel Leblon və Jan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di Stefano və Ektor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər. == Finala gedən yol == === Real Madrid === Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi.
1957 UEFA Çempionlar Kuboku finalı
1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di Stefano və Fransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi. Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi. "Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir. == Finala gedən yol == === Real Madrid === "Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi. O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di Stefano və Ramon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər. İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi. Oyunun ümumi hesabı 5–5 oldu.
1958 UEFA Çempionlar Kuboku finalı
1958 UEFA Çempionlar Kuboku finalı ― 28 may 1958-ci ildə Çempionlar Kuboku 1957/1958 mövsümünün qalibini müəyyən etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərinin Eyzel stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klubları arasında baş tutmuşdur. "Real Madrid" əlavə olunmuş vaxtdan sonra oyunda 3–2 hesabı ilə qalib gəldi. Bu, klubun Çempionlar Kubokunda ardıcıl üçüncü uğuru oldu. Oyundan sonra qalib oyunçulara medalları II Albert təqdim etmişdir.
1959 UEFA Çempionlar Kuboku finalı
1959 UEFA Çempionlar Kuboku finalı ―3 iyun 1959-cu ildə Çempionlar Kuboku 1958/1959 mövsümünün qalibini müəyyən etmək üçün Almaniyanın Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və Fransanın "Reyms" klubları arasında baş tutmuşdur. Oyun 2–0 "Real Madrid"in xeyrinə başa çatdı və beləliklə ispan təmsilçisi ard-arda dördüncü Çempionlar Kubokunu qazandı və 1956-cı ildən sonra son dörd il ərzində ikinci dəfə finalda "Reyms" klubuna qalib gəldi. "Real Madrid" oyunda dominantlıq edərək, Enrike Mateos və Alfredo Di Stefanonun qolları sayəsində qələbə çaldı.
1960 UEFA Avropa Çempionatı Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1960 UEFA Millətlər Kuboku Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1964 UEFA Avropa Çempionatı Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1964 UEFA Millətlər Kuboku Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.