Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firidun
Firidun (fars. فریدون‎, Avesta: Θraētaona) — İranın əfsanəvi qəhrəmanı. Fars ədəbiyyatında qələbə, ədalət və alicənablıq simvolu kimi tanınır. Atası Cəmşidin nəslindən olan Abtin, anası Fəranəkdir. 500 illik ömür yaşaması barədə şayiələr olan Firidunun Səlm, Tur və İrəc adlı üç oğlu var. Oğullarını Yəmən hökmdarının qızları ilə evləndirdikdən sonra ölkəsini bu üç oğulu arasında bölüşdürür. Turanı Tura, İranı İrəcə və Rumu (Anadolu) Səlmə verir. Sonra İrəci qısqanan Tur və Səlm qardaşlarını öldürürlər. İrəcin oğlu Mənuçöhr əmilərini öldürərək atasının intiqamını almışdır.
Firidun Ağayev
Firudin Ağayev (yazıçı) (1993—1995) — nasir, dramaturq, 1962-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Firudin Ağayev (neftçi) (1898—1958) — Sosialist Əməyi Qəhrəmanı (1943).
Firidun Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Firidun Şuşinski
Firudin Şuşinski (doğum adı: Firidun Məhəmməd oğlu Həsənov; 20 oktyabr 1925, Şuşa, DQMV – 25 oktyabr 1997, Bakı) — Azərbaycan və sovet musiqişünası və tədqiqatçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). 400-dən çox məqalə və oçerk müəllifidir.. Alim əlli illik bir tədqiqat dövrü ərzində kitablarını, məqalələrini Həsənov, Şuşinski, Şuşalı təxəllüsü ilə imzalamışdır. == Həyatı == Firudin Mahmud oğlu Həsənov 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşinskinin atası Firudin bəy Köçərlinin dostu idi və oğluna onun adını qoymuşdu. F. Şuşinski ilk təhsilini Şuşada almışdır. 1931-ci ildə Şuşinski Şuşa musiqi məktəbində skripka dərsləri almağa başlamışdır. Şuşa pedaqoji məktəbini bitirdikdən sonra dörd ay boyunca dərs dediyi Malıbəyli kəndindəki məktəbə müəllim göndərilmişdir. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdır. General Pavel Batovun komandanlığı altında Kursk döyüşündə iştirak etmişdir.
Firidun Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Firidun Cəlal oğlu (1933–1986) — görkəmli Azərbaycanlı ədəbiyyatşünas alim, pedaqoq, filologiya üzrə elmlər doktoru (1978), professor (1979). == Həyatı == Hüseynov Firidun Cəlal oğlu 1933-cü ildə anadan olmuşdur. O, Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini (1959) bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, filologiya fakultəsində dekan işləmişdir. "Molla Nəsrəddin" satirik ədəbi məktəbi F.Hüseynovun araşdırmalarının əsas obyekti olmuşdur. Firidun Hüseynov "Əli Nəzminin həyatı və yaradıcılığı" mövzusunda namizədlik (1964), "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər" (1978) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. F.Hüseynov "Əli Nəzmi" (1970), "Adi əhvalatlarda böyük həqiqətlər" (1977), "Satirik gülüşün qüdrəti" (1982), "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" (1986) monoqrafiyalarının və məqalə toplularının, "Molla Nəsrəddin jurnalı", "İdeya-bədii körpü", "C.Məmmədquluzadənin bədii nəsrində ziyalı surətləri", "C.Məmmədquluzadə L.N.Tolstoy haqqında", "Aydınlara doğru", "İntibah carçısı" və s. məqalələrin müəllifidir. O, mollanəsrəddinçi şair Əli Nəzminin "Seçilmiş əsərləri"ni (1979) nəşr etdirmişdir. Görkəmli alim mollanəsrəddinçilərin əsas yer tutduğu "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin (professor Mir Cəlala birlikdə) müəllifidir.
Firidun bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – may 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Firidun bəy Vəzirov
Firudin bəy Vəzirov (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; 19 aprel 1850, Tiflis – 30 iyul 1925, Bakı) — Rusiya imperiyasında və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor. == Həyatı == Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. zərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Firudin bəy Vəzirov 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir. == Ailəsi == Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Tarixi == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Firidunkənar
Firidunkənar — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Firidunkənar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,452 nəfər və 9,278 ailədən ibarət idi.
Firidunkənar şəhristanı
Firidunkənar şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Amul şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 56,055 nəfər və 15,049 ailədən ibarət idi.
Firidunşəhr
Firidunşəhr (fars. فریدون‌شهر‎‎‎, gürc. მარტყოფი "Martqopi") — İranın İsfahan ostanının qərbində yerləşən şəhər, Firidunşəhr şəhristanının inzibati mərkəzi. Şəhər əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, gürcü dilində danışırlar və Şiədirlər. Gürcülər bu şəhərə "Sopeli" deyirlər.
Firidunşəhr şəhristanı
Firidunşəhr şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Firidunşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən,şəhristanın əhalisi 38,955 nəfər və 9,259 ailədən ibarət idi.
Firudun Həsənov
Firudun Şərif oğlu Həsənov (1 iyul 1950, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci və ikinci katibi. == Həyatı == Firudun Həsənov 1 iyul 1950-ci il tarixində Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1985-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1971–1980-ci illərdə Kirovabad Xalça-Mahud Kombinatında mühəndis, texnoloq, sahə rəisi, sex rəisi, istehsalat rəisi, baş mühəndisin müavini vəzifələrində çalışmışdır.Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Firudun Həsənov Azərbaycan Kommunist Partiyası üzvü olmuşdur. O, 1980–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin təlimatçısı, 1985–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin ikinci katibi, 1987–1990-cı illərdə isə Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci katibi vəzifəsini daşımışdır. 1990–1991-ci illərdə isə Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.Firudin Həsənov 1991-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov vəzifəsindən azad edilmişdir.Firudin Həsənov Azərbaycan Kommunist Partiyasının varisi olan Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur. Bu partiya 7 noyabr 1993-cü il tarixində Ramiz Əhmədov rəhbərliyində qurulmuş, 2 mart 1994-cü ildə dövlət qeydiyyatına alınmışdır. 26 oktyabr 1996-cı ildə partiya daxilində bir qrup şəxs Firudun Həsənovun rəhbərliyi ilə növbədənkənar qurultay təşkil etdi.
Firudun bəy Vəzirov
Firudin bəy Vəzirov (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; 19 aprel 1850, Tiflis – 30 iyul 1925, Bakı) — Rusiya imperiyasında və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor. == Həyatı == Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. zərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Firudin bəy Vəzirov 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir. == Ailəsi == Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur.
Piridin
Piridin -bir azot atomundan ibarət altı həlqəli tsiklik quruluşa malik aromatik birləşmədir. Formulu - C5H5N == Alınması == Piridin hələ əlkimyaçılar dövründən məlumdur. 1851- ci ildə Şotland kimyaçısı Tomas Anderson tərəfindən alınmışdır. Piridin almaq üçün əsas xammal daşkömür qatranıdır. Sənayedə piridini 2:1 nisbətində asetilen və hidrogen sianiddən 2HC≡CH + HC≡N→C5H5N. və ya katalizator iştirakı ilə nitrildən sintez edirlər. Katalizatir olaraq kobalt birləşməsi götürülür == Xassələri == Piridin maye şəklində olub kəskin iyə malikdir, rəngsizdir, suda və digər üzvi həlledicilərdə həll olur. Piridin zəif əsasdır, qüvvətli mineral turşularla duz əmələ gətirir. Həmçinin ikiqat duzlar və kompleks birləşmələr əmələ gətirir. Piridin alifatik aminlərə nisbətən daha zəif əsasdır. Onun sulu məhlulu lakmusu göy rəngə boyayır.
Aşıq Firudin
Firudin Abid oğlu İsgəndərov – Azərbaycanlı aşıq. == Həyatı == İsgəndərov Firudin Abid oğlu 22 yanvar 1967-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Hələ uşaqlaqdan ana babası Hidayətdən, atası Abiddən və qardaşı Aşıq Nuriddindən saz havalarını çalmağı və ifaçılığı mükəmməl öyrənmişdir. 1984-cü ildə Daşkənd kənd orta məktəbini bitirmişdir. 1985-ci ildən 1987-ci ilə qədər Saxalin və Kuril adalarında əsgəri xidmətdə olmuşdur. 1987-ci ildə Bakı Sənayе Tеxnikumuna qəbul olmuş və 1990-cı ildə tеxnikumu bitirmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar doğma yurdu tərk еdən aşıq Bakı şəhərində məskunlaşmışdır. 1991-1995-ci illərdə «Aşıq Ələsgər» adına mədəniyyət еvində saz-solo ifaçılıq sənətini gənclərə öyrətmişdir. Aşıq Firudin İsgəndərov saz havalarından 60-a qədərini bilir, çalır və oxuyur. O, hal-hazırda Bakı şəhərində yaşayır və aşıqlıq sənətini də davam еtdirir, еl şənliklərində müntəzəm çıxışlar еdir.
Fironun siqarları
Fironun siqarları - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 4-cü hissəsidir.
Firudin Adəmiyyət
Firudin Abbasqulu xan oğlu Adəmiyyət (1920–2008) — İran tarixçisi. == Həyatı == Abbasqulu xan Qəzvinin oğlu olan Firudin xan 1920-ci ildə Tehranda doğulmuşdu. Əslən Qəzvinlidir. İran İslam inqilabından sonra fəaliyyətinə və kitablarının çapına məhdudiyyət qoyulan, hətta İran Xarici İşlər Nazirliyindən aldığı təqaüdü kəsilən alim son 29 ildə Tehranın Yusifabad məhəlləsindəki evində sakit və tənha bir ömür sürmək məcburiyyətində qalıb. Bu müddətdə onun evinin qapısı bəzi yaxın dost-tanışlarından, tanıdığı yazıçı, şair və jurnalistlərdən savayı heç kimin üzünə açıq olmayıb. F.Adəmiyyət ömrünün böyük hissəsini müasir İran tarixi, xüsuilə Məşrutə inqilabı, bu inqilabın məzmun, hədəf və ideyaları, onda iştirak etmiş şəxsiyyətlərin fəaliyyəti barədə tədqiqatlara həsr edib. O, "İran Məşrutə hərəkatında ictimai demokratiya təfəkkürü", "Mirzə Fətəli Axundovun düşüncələri", "Talıbov düşüncələri", "Mirzə Ağaxan Kirmaninin düşüncələri", "Tarixi məqalələr toplusu", "Şeyx Fəzlullah Nurinin əqidə və düşüncələri", "İranda tarixçiliyin tənəzzülə uğraması" və s. kitabların müəllifidir. ABŞ-nin Stenford Universitetinin siyasi elmlər üzrə müəllimi Abbas Milani "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında F.Adəmiyyəti müasir İran tarixini araşdıran ən böyük və etibarlı tarixçilərdən olduğunu deyib: "Mən tam qətiyyətlə deyə bilərəm ki, Əhməd Kəsrəvidən sonra heç kəs Məşrutə tarixini Firudin Adəmiyyət qədər işıqlandırmayıb".
Firudin Allahverdi
Firudin Allahverdi — Azərbaycan bəstəkarı. == Həyatı == 1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə (prof. Xəyyam Mirzəzadənin sinfi) bitirib. 2006-cı ildə Almaniyada keçirilən Stockhausen-Courses`larda iştirak etmişdir. Azərbaycan İdman və Gənclər Nazirliyinin keçirdiyi müsabiqədə gənclər arasında 2001-ci ilin ən yaxşı mahnı və romans bəstəkarı adını almış, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi marş müsabiqəsində I yeri tutmuşdur. Əsərləri yerli və xarici ansambllar tərəfindən ifa olunmuşdur. 2008-ci ilin avqust ayında İsveçrədə gənc bəstəkarlar arasında keçirlən 4-cü Beynəlxalq müsabiqədə (pre-Art) Firudin Allahverdi "Paradoxes" əsəri ilə müsabiqədə birinci yeri tutaraq müsabiqənin əsas mükafatına layiq görülmüşdlür.Firudin Allahverdi bəstəkarlıq fəlaiyyəti ilə bərabər Azərbaycan mədəniyyətində mövcud problemlərlə bağlı vaxtaşarı qəzet səhifələrində də maraqlı yazılarla çıxış edir. O, yeni nəsil azərbaycanlı gənclər arasında fərqlənən ən bariz intellektuallardandır. Firudin həmçinin Azərbaycanda fəaliyyət göstərən, rus dilli intellektuallarının yaratdıqları "kultura.az"[1] mədəniyyət və incəsənət internet potalının idarə heyətinin üzvüdür.
Firudin Ağasıoğlu
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993) == Həyatı == 6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır. F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad.
Firudin Ağayev
Firudin Ağayev (yazıçı) (1993—1995) — nasir, dramaturq, 1962-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Firudin Ağayev (neftçi) (1898—1958) — Sosialist Əməyi Qəhrəmanı (1943).
Firudin Cəlilov
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993) == Həyatı == 6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır. F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad.
Firudin Cəm
Firudin Cəm (1914, Tehran – 13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi və keçmiş baş nazir Mahmud Cəmin oğlu. == Həyatı == 1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur. 1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır. == Təhsili == Tehranda və Saint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir. == Karyerası == 1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır.
Firudin Davudov
Firudin Eynulla oğlu Davudov (21 mart 1926, Astara, Lənkəran qəzası – 8 avqust 1983, Bakı) — Görkəmli alim, kriminalist, hüquq elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) banisi və fasiləsiz rəhbəri. == Həyatı == Firudin Davudov 1926-cı il mart ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1944-cü ildə orta məktəbi bitirdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və II kursdan təhsilini Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq Dövlət Universiteti) davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir. Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1955-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakı Elmi-Tədqiqat Kriminalistika Laboratoriyasının yaradıcısı olan F.E. Davudovun gərgin əməyi sayəsində bu laboratoriya sonralar İnstituta, mükəmməl bir elm ocağına çevrilmişdir. O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktoru olmuş, Azərbaycan üçün böyük mütəxəssis qrupu yaratmış, kriminalistika elminin inkişafına dəyərli töhfələr vermişdir. F.E. Davudov 1983-cü ildə 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir. == Əsas elmi əsərləri == Актуальные задачи судебной экспертизы в деле совершенствования борьбы с преступностью. Баку, 1972 Процессуальные и организационно методические формы использования возможностей науки и техники в целях расследования и профилактики преступлений.
Firudin Haşımzadə
Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001). == Həyatı == Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir. F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
Firudin Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firudin Həsənov
Həsənov Firudin Əli oğlu (20 yanvar 1969, Yeni Daşkənd, Bərdə rayonu – 3 fevral 1994, Kəlbəcər rayonu) — azərbaycanlı şəhid. == Həyatı == 20 yanvar 1969-cu ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.1976–1986-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. Qazax Kənd Təsərrüfatı texnikumunun şərabçılıq fakültəsində təhsil almışdır.1987–1989-cu illərdə Özbəkistanda Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağrılmışdır. Sıravi əsgər Firuddin Həsənov 701-ci hərbi hissənin avtomatçısı idi. 3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyində gedən döyüşdə həlak olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Xatirəsi == EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Firudin Həsənovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy — 2004, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968). == Həyatı == Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır.Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.Firudin Köçərli 1950–1953-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür.
Firudin Mehdiyev
Firudin Mehdiyev (şəhid) — Qarabağ müharibəsi iştirakçısı və şəhidi. Firudin Mehdiyev (aktyor) — Müğənni və aktyor.