Firidun bəy Vəzirov

Firudin bəy Vəzirov (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; 19 aprel 1850, Tiflis30 iyul 1925, Bakı) — Rusiya imperiyasındaAzərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor.[1]

Firudin bəy Vəzirov
Firudui bəy Camal bəy oğlu Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1850(1850-04-19)
Doğum yeri
Vəfat tarixi 30 iyul 1925(1925-07-30) (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşaqları Nigar və Səfiyyə Vəzirovalar
Atası Cama bəy Mirzə İsmayıl oğlu Vəzirov
Anası Əsmər Vəzirova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Vəzirovlar
Qoşun növü Kavaleriya
Rütbəsi General-mayor
Vəzifəsi Müxtəlif alayların komandanlığı
Qafqaz Hərbi Dairə Məhkəməsinin hakimi
Bakı şəhərinin komendantı
Bakı şəhər qarnizonunun komandanı
Döyüşlər Rus-Türk müharibəsi
Təltifləri III dərəcəli Müqəddəs Stanislav ordeniIII dərəcəli "Müqəddəs Anna" ordeniII dərəcəli Müqəddəs Stanislav ordeniIV dərəcəli Müqəddəs Vladimir ordeni II dərəcəli "Müqəddəs Anna" ordeniIII dərəcəli Müqəddəs Vladimir ordeni

Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır.

Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Firudin bəy Vəzirov 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir.

Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur. 1902-ci il 22 dekabr tarixində Nigar, 1907-ci ildə isə Səfiyyə adlı qız övladları dünyaya gəlmişdir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyası ordusunda

[redaktə | mənbəni redaktə et]

Hərbi karyerasına 1870-ci ilin 20 oktyabrında Belarusda başlamışdır. Bu zaman o, kornet rütbəsini daşıyırdı. 1872-ci ildə leytenant, 1874-cü ildə ştabskapitan və 1876-cı ildə kapitan rütbələrini almışdır. 1876-cı ildə Kavaleriya Təlim Eskadronuna göndərilmişdir.

Firudin bəy Vəzirov həyat yoldaşı Zeynəb xanımla birlikdə rus qoşunları tərkibində 1877–1878-ci illərdə Rus-Türk müharibəsi zamanı Bolqarıstanın Osmanlı imperiyasından alınması uğrunda döyüşlərdə iştirak etmişdir. 1877-ci ildə Tver-Draqun alayında хidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etmişdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaхınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi.

5 may 1881-ci ildə mayor rütbəsinə yüksəldildi. 1882-ci ildə Qafqaz Hərbi Dairə Məhkəməsinin hakimlərindən biri təyin edilmişdir. 1882-ci ilin may ayında Vəzirov хidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirildi və 1884-cü ilin 6 may tarixində Vəzirov podpolkovnik rütbəsinə yüksəldildi.[2] Podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçildi.[3] 1890-cı ilin 11 oktyabrında o, X Ordu Korpusunun 28-ci Novqorod Draqon Alayına təyinat aldı. 1897-ci ildə isə xidmətdə fərqlənməyə görə vaxtından əvvəl polkovnik rütbəsinə yüksəldildi.

1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi хidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsilə yüksəldildi. General-mayor rütbəsi aldıqdan sonra Firudin bəy Vəzirov hərbi sahədəki yaş həddinə çatdığı üçün fəxri forma və təqaüdlə hərbi sahədən ehtiyata göndərildi.[3] Təqaüddə olduğu dövrdə o, ailəsi ilə birlikdə anadan olduğu Tiflis şəhərinə köçdü və burada Mixaylovskaya küçəsində yaşamağa başladı.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunda

[redaktə | mənbəni redaktə et]

1919-cu il mayın ilk günlərində Tiflisdə yaşayan general-mayor Firudin bəy Vəzirovun ünvanına Bakıdan bir məktub gəlir. Məktubda deyilirdi:

" “Çox hörmətli Firudin bəy cənabları, Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi, yəqin ki, bu şad xəbərə siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə də olsa, baş qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, suvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan höküməti ordu üçün dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazır ki vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycanın müstəqillik qaazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də çox xahiş edirəm, baş qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.”
Hörmətlə: Baş Qərargahın rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşı
"

Bu məktubu alan general ailəsi ilə bərabər Bakıya köçmüşdür. Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun 7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firudin bəy Vəzirov Bakı şəhərinin komendantı təyin olunmuş, eyni zamanda Bakı şəhər qarnizonu rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılmışdır. 1919-cu il avqustun 16-da 2-ci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov Bakı qarnizonunun rəisi təyin edildiyindən Firidun bəy Vəzirov xidmətini yalnız Bakı şəhər komendantı kimi davam etdirmişdir.[4]

Medal və təltifləri

[redaktə | mənbəni redaktə et]

Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz хidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur.

  • 3rd Class Ode of Saint Stanislaus — üçüncü dərəcəli "Müqəddəs Stanislav" — (müsəlmanlar üçün təsis olunmuş), 1882-ci il, 19 yanvar;[3]
  • 3rd Class Order of Saint Anne — üçüncü dərəcəli "Müqəddəs Anna" – (1889-cu il, 6 may);[3]
  • 2nd Class Ode of Saint Stanislaus — ikinci dərəcəli "Müqəddəs Stanislav" – (1893-cü il, 15 iyun);[3]
  • 4th Class Order of Saint Vladimir — dördüncü dərəcəli "Knyaz Vladimir" – (1898-ci il, 22 sentyabr);[3]
  • 2nd Class Order of Saint Anne — ikinci dərəcəli "Müqəddəs Anna" – (1902-ci il, 1 avqust);[3]
  • 3rd Class Order of Saint Vladimir — üçüncü dərəcəli "Knyaz Vladimir" – (1905-ci il, 20 noyabr) ordenləri ilə təltif olunmuşdur.[3]

1877–78-ci illərdəki müharibədə göstərdiyi sərkərdəlik qabiliyyətinə görə "Tunc medal", üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə "gümüş medalla" təltif olunmuşdur.

1921-ci il iyunun 2-də AzÇK tərəfindən həbs olunur. F.Vəzirov "İslam" Partiyasının agenti kimi ittiham olunur. Onu çar və "Müsavat" ordusundakı xidmətlərinə, hətta Tbilisidəki dədə-baba malikanəsinə görə ittiham edirlər. Sənədlərlə yaxından tanış olan Şəmistan Nəzirlinin yazdığına görə, əslində generalı bir il əvvəl olmuş Gəncə üsyanına görə sorğu-suala tuturdular… İstintaqa verilən cavabdan aydın olur ki, Firudin bəy Bakının komendantı olduğunu, Sovetlər gələnədək bu işdə çalışdığını bildirib. Nə "Müsavat" vaxtı, nə də sonra heç bir partiyanın üzvü olmadığını, bolşevik işğalından sonra əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti vəzifəsində saxlandığını, daha sonra Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməkdaş kimi çalışdığını deyib:

" ««Müsavat» liderləri ilə elə bir yaxınlığım olmayıb, onları dövlət başçısı kimi tanıyırdım. Azərbaycanda, Bakıda olan vaxt həmişə hərbi xidmətlə məşğul idim. Heç bir partiyanın, təşkilatın üzvü deyildim. Təkrar edirəm, mən hərbçiyəm, hərbi nizamnaməyə tabe olan süvari-kavaleriya generalıyam. Sizin dediyiniz «İttihadi-islam» və «Turanın böyük islamı» partiyaları haqqında heç nə eşitməmişəm, heç nə bilmirəm».

«Özümü heç nədə, heç bir hadisədə günahkar bilmirəm...»..

"

1921-ci il iyunun 19-da Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzası ilə Fövqəladə Komissiyaya order göndərilir: "Sizə tapşırılır ki, bu orderi alan kimi Firudin bəy Vəzirovu (keçmiş general) həbsdən azad edəsiniz". Generalı azad edirlər… 1925-ci ildə bolşeviklərin orqanı olan "Qızıl əsgər" jurnalında "Dağlı Əli Hüseyn" imzalı bir yazı çıxır. Yazıda 1920-ci il aprelində bolşeviklərin Bakıya "zəfər yürüşü" təsvir olunur və general Vəzirovun o vaxt mövqe komandiri olduğu vurğulanır. Dağlı Əli Hüseyn Firudin bəyə: "Bu gündən sonra (aprelin 29-dan sonra) bizlər mövqe komandiri olacağıq"—deyir. Bu yazıdan sonra general təkrar həbs olunur.[5] 1925-ci il iyunun 30-da onu güllələyirlər. Güllələnərkən generalın 75 yaşı vardı. Nərimanov bu zaman artıq vəfat etmişdi.[1]

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

General-mayor Firidun bəy Vəzirova məхsus sənədlər arasında tərcümələr də tapılmışdır. Rus və ərəb əlifbasında yazılmış "Beşik mahnıları", məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuхa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnılarını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi хidmətdə olmasına baхmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saхlaya bilib.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Назирли Шамистан. Расстрелянные генералы Азербайджана = Güllələnmiş Azərbaycan Generalları. — 2-е изд. — М. Баку, 2006. — С. 103–108. — 655 с.
  • Cümhuriyyət generalları. "Hərbi nəşriyyat", Bakı-1995, səh. 167–169 — 211 s.
  1. 1 2 "Bir məktubun faciəli sonu... (Güllələnmiş Azərbaycan generalları)". 2018-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  2. Список полковникам по старшинству. Составлен по 1-е января 1905 г. — СПб., 1905, с. 203
  3. 1 2 3 4 5 6 7 8 9 19 April 2016. "Firudin bəy Vəzirov". khatai.cls.az. 4 February 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2021.
  4. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. том II. — Баку, 2018, с. 146
  5. "Nəriman Nərimanovun həbsdən azad etdiyi generalı kimlər güllələdi? - General Firidun bəy Vəzirovun həyat hekayəti". www.enter.news.az. December 2017. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2021.