Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lil Boat 2
Lil Boat 2 — ABŞ repçisi Lil Yachty-nin ikinci studiya albomu. 9 mart 2018-ci ildə buraxılıb.
BMAT
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
BOKT
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bolt
Bolt (şirkət)
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Gəmiqaya Holding
Gəmiqaya Holdinq — adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
ISR Holding
Karat Holding
Meqa Holding
Messenat Holding
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Mega Holding
Paşa Holding
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan Azərbaycan şirkətlər qrupu 1 noyabr 2006-cı il tarixindən fəaliyyət göstərir. Paşa Holdinq Azərbaycanın ən iri və nüfuzlu biznes qruplarından biridir. 2006-cı ildə yaradılmış bu holdinq geniş fəaliyyət sahələrinə malikdir və əsasən maliyyə, sığorta, daşınmaz əmlak, turizm, tikinti, sənaye və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərir. Şirkətin baş ofisi Bakıda yerləşir. Əsas fəaliyyət sahələri 1. Bankçılıq və maliyyə xidmətləri: Holdinqin tərkibinə Azərbaycanın ən iri banklarından biri olan Paşa Bank və Kapital Bank daxildir. 2. Sığorta: Paşa Sığorta və Paşa Həyat Sığorta kimi sığorta şirkətləri xidmətlər təqdim edir. 3. Daşınmaz əmlak və tikinti: Holdinq daşınmaz əmlakın idarə edilməsi və tikinti layihələrində iştirak edir. 4. Turizm: “Paşa Travel” kimi şirkətlər vasitəsilə turizm sahəsində də möhkəm mövqelərə sahibdir. Paşa Holdinq Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur və sosial layihələrdə də aktiv iştirak edir. == Bankçılıq == === Kapital Bank === Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir.
AF Holding
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. == Qrup şirkətləri == AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
APA Holding
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Ata Holding
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. "AtaHolding"-in maliyyə sektorunda "AtaSığorta" ASC, "AtaLizinq" ASC, turizm sektorunda "AtaTurizm" MMC, "AtaTravel" MMC və 5 ulduzlu "Excelsior Hotel Baku" hoteli, sənaye sektorunda "Şəmkir Quşçuluq" MMC və informasiya texnologiyaları sahəsində "AtaTexnologiya" MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. "AtaHolding" şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Azinko Holding
Boydak Holding
"Boydak Holding" — Türkiyənin şirkətlər qrupu. Rəhbəri tanınmış iş adamı Mustafa Boydakdır. 1957-ci ildə qurulan "Boydak Holding" şirkətlər qrupu mebel, enerji, telekommunikasiya, tekstil, kimya və maliyyə sahələrində fəaliyyət göstərən 42 tanınmış şirkəti özündə birləşdirir. Türkiyənin "İstikbal", "Bellona" və "Mondi" kimi tanınmış mebel markaları məhz "Boydak Holding" şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun illik gəliri 7 milyard dollardır.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Garant Holding
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Azərsun Holding
Azərsun — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur. == Tarixi == “Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb. Təhsilə töhfə verən SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində Azərsun tərəfindən qurulmuşdur. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi. 2001-ci ildə Qarabağ futbol klubu'nda maliyyə problemləri yaranmışdır. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu.
Yıldız Holding
Yıldız Holding — qida məhsullarının istehsalı ilə tanınan Türkiyə konqlomeratı. Şirkət digər istehlak məhsulları da istehsal edir və öz pərakəndə, özəl kapital və daşınmaz əmlak əməliyyatlarına malikdir. "Yıldız Holding" 2017-ci ildə bütün müəssisələr üzrə 42,3 milyard TL gəlir əldə edərək CEEMEA regionunda ən böyük qida istehsalçıları arasındadır. Şirkətin 56,000 işçisi var və 80 fabriki var (bunlardan 25-i Türkiyədən kənarda yerləşir). "Yıldız Holding"in 130-dan çox ölkədə 320-dən çox brendi var. "Yıldız Holding"in əsas diqqətini peçenye, tort və qənnadı məmulatlarına yönəldir. Şirkət gəlirinə görə şirin peçenye kateqoriyasında dünyada ikinci, şokolad kateqoriyasında isə yeddinci yerdədir.
NEQSOL Holding
NEQSOL Holding beynəlxalq şirkətlər qrupudur. Qrupun əksər şirkətləri enerji, telekommunikasiya, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərməkdədir. Onu azərbaycanlı Nəsib Həsənov təsis edib. Holdinq əvvəlcə neft-qaz sektorunda fəaliyyətə başlayıb, sonra isə əlavə fəaliyyət sahələrinə doğru genişlənib. Hazırda holdinqin tərkibinə Vodafone Ukrayna, Bakcell, Caucasus Online, Nobel Oil Group, Nobel Upstream, Norm Cement daxildir. == Sənaye sahələri == === Neft və qaz === NEQSOL Holding-in neft və qaz fəaliyyəti Böyük Britaniyada qeydiyyatdan keçmiş iki şirkət daxilində cəmləşmişdir: Nobel Oil E&P (Nobel Upstream kimi tanınır) və Nobel Oil Services (indiki Nobel Energy). Sonuncu, 2021-ci ilin dekabrında rebrendinq çərçivəsində adını Nobel Energy olaraq dəyişdirmək qərarına gəldi. Nobel Oil Group əsasən Azərbaycanda, ABŞ-də və Böyük Britaniyada fəaliyyət göstərən korporativ qrupdur. Şirkət neft-qaz sektorunda inteqrasiya olunmuş əməliyyat xidmətləri göstərir. Bu qrup 2005-ci ildə Nəsib Həsənov tərəfindən təsis edilib, daha sonra 2014-cü ildə Nobel Upstream və Nobel Oil Services adını aldı.
Liatris Holding
Liatris Holding — Azərbaycanda fəaliyyət göstərən holdinq. Təsisçisi və rəhbəri Ruhi Əliyevadır. 2018-ci ildə Bakıda fəaliyyətə başlayıb. == Liatris Travel == Liatris Travel” "Liatris Holding" şirkətlər qrupuna aid olan tibbi və səyahət şirkəti 2018-ci ildən olaraq Azərbaycanda və xaricdə tibbi, istirahət və biznes səyahətlərinin təşkil edən şirkətdir. Ünvan: Azərbaycan, Bakı, Nərimanov rayonu, Mixail Koveroçkin 38, (Hərbi Prokurorluğun yanı) == News 24 == “News24.az” xəbər portalı 2018-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və həmin ilin iyun ayından fəaliyyət göstərir. News24.az xəbər portalı siyasi, iqtisadi, sosial, kriminal, turizm, mədəniyyət, idman, şou-biznes sahəsində xəbərləri təqdim edir. Eləcə də saytda foto və videobloq bölümü də fəaliyyət göstərir ki, burada özəl reportajlar, müsahibələr və digər məlumatlar yer alır. Sayt "Liatris Holding"-nin tərkib hissəsidir. == Liatris Yapım == “Liatris Yapım” Ruhi Əliyevanın rəhbərliyi ilə 2019-cu ildə Türkiyədə fəaliyyətə başlayıb. 2020-ci ildə “Ağır Romantik” adlı film çəkib.
Holdinq
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Gəmiqaya Holdinq
Gəmiqaya Holdinq — adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
Helen Fildinq
Helen Fildinq (19 fevral 1958, Morli) - İngiltərə yazıçısı və senaristi. Ən məşhur əsəri 1988-ci ildə yaratdığı Londonda tək yaşayan qadın obraz Bridcit Cons və onun haqqında çəkilən filmlərdir. Onun romanları olan "Bridcit Consun gündəliyi" və "Bridcit Cons: Məntiqin sərhədi" romanları 40-dan çox ölkədə nəşr olundu və 15 milyon nüsxəsi satıldı. Eyniadlı filmlər də böyük uğur qazandı. "The Guardian" qəzetinin apardığı anketdə "Bridcit Consun gündəliyi" XX əsrdə həyat tərzini ən yaxşı əks etdirən 10 romandan biri seçildi. Hazırda Helen Fildinq Bridcit Cons seriyasının 3-cü romanını yazmağa davam edir (2012-ci ildən). == Həyatı == Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan oldu. Mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə öldü və anası Nilli hələ də Yorkşirdə yaşamaqdadır. Fildinq təsilinə Veykfild Qız Məktəbində 3 qardaşı ilə başladı.
Henri Fildinq
Henri Fildinq — (22 aprel 1707, Somerset, İngiltərə – 8 oktyabr 1754, Lissabon, Portuqaliya) ingilis yazıçıdır. Yaradıcılıq fəaliyyətinin əksər hissəsini pyeslər təşkil etsə də, o daha çox, 1749-cu ildə nəşr olunmuş, klassik dünya ədəbiyyatının ən ilk nümunələrindən biri olan "Tom Cons" adlı iri həcmli romanı ilə tanınmışdır. Yazıçı, 1754-cü ilin 8 oktyabrında 47 yaşında, Portuqaliyanın paytaxtı Lissabonda vəfat etmişdir.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
ISR Holdinq
Karat Holdinq
Meqa Holdinq
Messenat Holdinq
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Bat
Bat (İngiltərə)
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Bot
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Gilan Holding
Gilan Holdinq — Azərbaycanda fəaliyyət göstərmiş holdinq. 2023-cü ilin iyulundan Xəzri Solutions MMC adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv edilib. 1987-ci ildən Azərbaycanda bir sıra layihələrə sərmayələr yatırıb. Baş ofisi Bakıda yerləşirdi. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərib. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edib. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyub. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir. Azərbaycanda turizm, tikinti, qida maliyyə və s.
Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir. 2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
PAŞA Holdinq
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan Azərbaycan şirkətlər qrupu 1 noyabr 2006-cı il tarixindən fəaliyyət göstərir. Paşa Holdinq Azərbaycanın ən iri və nüfuzlu biznes qruplarından biridir. 2006-cı ildə yaradılmış bu holdinq geniş fəaliyyət sahələrinə malikdir və əsasən maliyyə, sığorta, daşınmaz əmlak, turizm, tikinti, sənaye və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərir. Şirkətin baş ofisi Bakıda yerləşir. Əsas fəaliyyət sahələri 1. Bankçılıq və maliyyə xidmətləri: Holdinqin tərkibinə Azərbaycanın ən iri banklarından biri olan Paşa Bank və Kapital Bank daxildir. 2. Sığorta: Paşa Sığorta və Paşa Həyat Sığorta kimi sığorta şirkətləri xidmətlər təqdim edir. 3. Daşınmaz əmlak və tikinti: Holdinq daşınmaz əmlakın idarə edilməsi və tikinti layihələrində iştirak edir. 4. Turizm: “Paşa Travel” kimi şirkətlər vasitəsilə turizm sahəsində də möhkəm mövqelərə sahibdir. Paşa Holdinq Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur və sosial layihələrdə də aktiv iştirak edir. == Bankçılıq == === Kapital Bank === Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.