Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frunze
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Freaky Styley
Freaky Styley — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 16 avqust 1985 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.
Frends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Mixail Frunze
Mixail Vasilyeviç Frunze (21 yanvar (2 fevral) 1885 və ya 2 fevral 1885, Bişkek, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1925[…], Moskva) — inqilabçı, sovet partiya və hərbi xadimi. Feldşer ailəsində anadan olan Frunze Bişkek şəhər məktəbini bitirdikdən sonra gimnaziyaya daxil olur. 1904-cü ildə gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra Peterburq politexnik institutunun iqtisadiyyat bölməsini qazanır. Məhz institut illərində o, RSDRP sıralarına qoşulur və fəal inqilabçıya çevrilir. Lakin Frunzenin inqilabçı fəaliyyəti ona çox baha oturur. Dəfələrlə həbs edilən Frunzeyə sonuncu dəfə ölüm hökmü verilir, lakin, ictimaiyyətin rəyinə əsasən ölüm hökmü 6 il həbs cəzası ilə əvəz edilir və o, Sibirə sürgün edilir. Frunze Oktyabr inqilabının ən hərəkətverici qüvvələrini inqilaba ruhlandırırdı. İnqilabdan və vətəndaş müharibəsindən sonra müxtəlif rəhbər vəzifələr tutan Frunzenin ölümü də müəmmalı şəkildə olmuşdur. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti daha da pisləşən Frunze 1925-ci il oktyabrın 31-də vəfat etmişdir. Lakin güman var ki, Mixail Frunze də İosif Stalinin əli ilə "aradan götürülmüşdür".
Timur Frunze
Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov – 19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü. Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur. Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür. Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi.
Frenki Muniz
Fransisko Muniz IV (ing. Frankie Muniz; 5 dekabr 1985, Vud-Ric[d], Nyu-Cersi) — ABŞ aktyoru. 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomundakı baş rolu ilə məşhurlaşıb. Serialdakı ifasına görə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. Televiziyadan əlavə o, "Deuces Wild", "Big Fat Liar", "Agent Cody Banks" və "Racing Stripes" filmlərində çəkilmişdir. 2008-ci ildə o, yarış avtomobili sürücüsü olmaq üçün aktyorluğa fasilə verdi. O, hətta Atlantic Championship adlı yarış çempionatında da iştirak etmişdir. == Həyatı == Fransisko Muniz IV 5 dekabr 1985-ci ildə Nyu-Cersi ştatının Vud-Ric şəhərində anadan olub. Onun anası Denis tibb bacısı, atası Fransisko Muniz III isə restoran meneceri olub. Munizin anası yarı irland yarı italyan, atası isə Asturiya mənşəli puerto-rikoludur.
French Exit
French Exit — amerikan indi-pop qrupu TV Girl-in ilk studiya albomu. 5 iyun 2014-cü ildə qrupun özü tərəfindən buraxılıb. Qrupun dediyinə görə albomda yer alan mahnılar "cazibəni itirmək, sevgidən sıxılmış hiss etmək və münasibətlərdə kifayət qədər sevgi əldə etməməkdən" bəhs edir. == Fon == "French Exit" üçün səsyazma seansları zamanı yazılan bəzi mahnılar yekun albomun trek siyahısında yer almayıb. Bu çıxarılan mahnılar daha sonra "The Night in Question: French Exit Outtakes" adlı mini-alboma daxil edilib. Albom TikTok-da, xüsusən Spotify-da 537 milyon dəfədən çox yayımlanan "Lovers Rock" mahnısı ilə böyük populyarlıq qazandı. Albomun üz qabığında Meri Li Qoulandın 1969-cu ildə nəşr olunmuş Tender Bough adlı poeziya toplusundan götürülmüş redaktə edilmiş fotoşəkil var. Şəkil Merinin atası Piter Qould tərəfindən çəkilib. Albomun layner qeydlərində fotonun Merinin icazəsi ilə albomun üz qabığı kimi istifadə edildiyi qeyd edilir. == Trek siyahısı == Sample credits "Birds Don't Sing" contains samples of "Seven Minutes in Heaven", performed by the Poni-Tails.
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Eduard Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Franz Ferdinand
Franz Ferdinand — 2002-ci ildə Qlazqoda qurulan rok musiqi qrupu.
Franz Şubert
Frans Piter Şubert (31 yanvar 1797[…], Himmelpfortqrunq[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası – 19 noyabr 1828[…], Vyana, Avstriya imperiyası) – Avstriya bəstəkarı. 1 fevral 1797-ci ildə doğulub.. 6000-ə yaxın Leyder (Leider), səkkiz tamamlanmış simfoniya, məşhur "Tamamlanmamış simfoniya", liturgik musiqi, opera və çoxsaylı kamera və solo piano musiqisinin müəllifidir. O, xüsusilə orginal melodiyalı və harmonik musiqisi ilə məşhurdur.
Frenk Abiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Bainimarama
Xosaia Voreqe Bainimarama (ing. Josaia Voreqe Bainimarama; fici Josaia Voreqe Bainimarama; Şablon:Dil-hif; 27 aprel 1954) — 2007-ci ildən etibarən Fici Baş naziri. Bainimarama Marist Qardaşları Liseyində, Asiya Texnologiya İnstitutunda və Delhauzi Universitetində təhsil alıb. 1975-ci ildə Fici Dəniz Qüvvələrinə qoşuldu və 1976-cı ildə baş matros və miçman, 1977-ci ildə praporşik və həmin ilin sonunda sub-leytenant rütbəsinə yüksəldi. 1986-cı ildə leytenant-komandir vəzifəsinə yüksəldi və 1988-ci ildə Fici donanmasının komandiri oldu, daha sonra 1991-ci ildə kapitan oldu. 1997-ci ildə Bainimarama Fiji Hərbi Qüvvələri Respublikasının Baş Qərargah rəisi təyin edildi. 1998-ci ildə komandir rütbəsinə yüksəldi və daha sonra 1999-cu ildə Silahlı Qüvvələrin komandanı oldu. 2014-cü ildə komandanlıqdan istefa verdi və kontr-admiral rütbəsinə yüksəldi. Bainimarama 2006-cı il dövlət çevrilişinə başçılıq edərək Baş nazir Qaraseni hakimiyyətdən uzaqlaşdırdı. Daha sonra 2007-ci ildə Ratu Xosefa İloilonu Prezident və özünü Baş nazir vəzifəsini müvəqqəti olaraq təyin etdi.
Frenk Ebiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Kelloq
Frenk Billinqs Kelloq — (22 dekabr 1856 – 21 dekabr 1937) ABŞ Senatında və ABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi. 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür. == Erkən həyatı və karyerası == Kelloq, 1856-cı il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib. Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür. Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882–1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür. 1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi.
Frenk Lancella
Frenk Lancella (ing. Frank Langella; d. 1 yanvar 1938, Beyonne, Nyu-Cersi, ABŞ) — ABŞ aktyoru. == Həyatı == Frank A. Lancella, italyan əsilli ABŞ aktyorudur. 1938-ci ildə Bayonne, Nyu Cersidə Angelina və Frank A. Langella Sr. (1991-ci ildə v.e.) ailəsində dünyaya gəlib. İş adamı olan atası Bayonne Barrel and Drum Company şirkətinin prezidenti idi. İbtidai təhsilini Beyonn şəhərində alıb. 1955-ci ildə bütün ailə Cənubi Orange, Nyu Cersi (South Orange, New Jersey) köçür və burada o, Kolumbiya Universitetinin orta məktəbini bitirir. Daha sonra 1959-cu ildə Sirakuzda gələcək aktyor müvəffəqiyyətlə Sirakuz universitetinin dram sahəsində incəsənət bakalavrı pilləsini bitirir.
Frenk Lempard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frenk Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Frenk Pallone
Frenk Pallone (d. 1951) — 1973-cü ildə Midlberi kollecini (incəsənət bakalavrı), 1974-cü ildə Tafta universitetini (incəsənət magistri), 1978-ci ildə Ratgers universitetini (hüquq doktoru) bitirmişdir. 1982–1988-ci illərdə Lonq-Branç bələdiyyə şurasının, 1984–1988-ci illərdə Nyu-Cersi ştatı senatının üzvü olmuşdur. 1988-ci ildən ABŞ Konqresi Nümayəndələr Palatasına üzv seçilmişdir. Demokratdır.
Frenk Ramsey
Frenk Ramsey (ing. Frank Plumpton Ramsey; 22 fevral 1903[…], Kembric – 19 yanvar 1930[…], London) — ingilis riyaziyyatçısı, riyaziyyat, fəlsəfə və iqtisadiyyat sahəsində tədqiqatçı, Ramsey teoreminin, Ramsey nəzəriyyəsinin, Ramsey təkliflərinin müəllifi, Ramsey-Kass-Kupmans modelinin həmmüəllifi. == Bioqrafiyası == 22 fevral 1903-cü ildə riyaziyyatçı və Maqdalen Kollecinin prezidenti Artur Remsinin ailəsində anadan olub. Dörd uşağın ən böyüyü idi. Kiçik qardaş Maykl Ramsay daha sonra Canterbury arxiyepiskopu oldu, lakin Frenkın özü ömrünün sonuna qədər döyüşkən ateist idi. 1915-ci ildə Frenk Vinçester Kollecinə daxil oldu, daha sonra Triniti Kollecində riyaziyyat təhsili aldı, burada onun çox yönlü qabiliyyətləri və maraqları erkən ortaya çıxdı. 1924-cü ildə Con Meynard Keynsin dəstəyi sayəsində Kembricdəki Kinq Kollecində müəllim oldu. Riyaziyyatdan mühazirələr oxumuş, sonralar riyaziyyat istiqaməti üzrə tədris şöbəsinin müdiri olmuşdur. İqtisadiyyatda o, riyazi modelləşdirmə problemlərini öyrənmiş, xüsusən optimal vergitutma və iqtisadi artım modellərini işləyib hazırlamışdır. Frenk Ramseyin riyazi iqtisadiyyat sahəsində apardığı tədqiqatlar müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, iqtisadi artım modellərindən biri onun adını daşıyır, Ramsey problemi də iqtisadi nəzəriyyədə məlumdur.
Frenk Rozenblat
Frenk Rozenblat (ing. Frank Rosenblatt; 11 iyul 1928, Nyu-Raşel[d], Nyu-York ştatı – 11 iyul 1971, Çesapik körfəzi, ABŞ) — süni intellekt, psixologiya və neyrofiziologiya sahələri üzrə gördüyü çoxsaylı işlərlə dünyada məşhurlaşan nüfuzlu alimlərdən biri. == Həyatı == Frenk Rozenblat 11 iyul 1928-ci ildə Nyu-Yorkda Rusiya imperiyasından köç etmiş yəhudi ailəsində dünyaya göz açıb. Onun atası sosioloq və iqtisadçı Frenk Ferdinand Rozenblat və anası sosial işçi Ketrin Rozenblat olub. Frenk Rozenblat Kornell Universiteti bitirib. Kornell laboratoriyasında psixologiya üzrə tədqiqatçı vəzifəsində çalışan Rozenblat beyinin işləmə mexanizmi ilə maraqlanır və onun elektron modelini yaratmaq üçün müxtəlif üsulları araşdırır. == Dövrünün ən güclü kompüterini proqramlaşdırır == Rozenblat 1957-ci ildə Kornell Aeronavtika Laboratoriyasında öz zamanının ən güclü IBM – 704 kompüterini proqramlaşdırır. Bu kompüter perseptorunun işini modelləşdirməli idi. Güclü kompüterə bu işi yerinə yerinə yetirmək üçün yarım saata yaxın vaxt lazım idi. Real perseptron bu işin öhdəsindən saniyənin mində bir hissəsi müddətində gəlməli idi.
Frenk Sinatra
Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[…], Hoboken, Nyu-Cersi – 14 may 1998[…], Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur. == Fəaliyyəti == Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. 1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir. 1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi.